Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3569/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X11 qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “kompensassiya verilməklə yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. İşin mahiyyəti: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “kompensassiya verilməklə yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh kompensasiya verilməklə onun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən evə olan istifadə və yaşayış hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı ilə cavabdeh 20 iyul 2007-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Lakin 14 ildən artıq birgə yaşadıqları dövrdə tərəflərin uşağı olmamış, cavabdeh bu səbəbdən də İddiaçı ilə ayrılmaq qərarına gəlmişdir. Lakin İddiaçı nikahın pozulmasına razı olmadığı üçün nikah məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh İddiaçı evdən çıxmasını istəmişdir. Bundan sonra iddiaçı cavabdeh tərəfindən təzyiqlərə məruz qalmışdır. 2022-ci ilin avqust ayında iddiaçının ərizəsi əsasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X7 tərəfindən cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə dair MN ******* nömrəli, 06 avqust 2022-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən cavabdeh barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə şikayəti əsasında Sabunçu RPİnin 12-ci Polis Şöbəsi tərəfindən cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə MN ******* nömrəli, 18 avqust 2022-ci il tarixli irızibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2579/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh tərəfindən İddiaçı mübahisəli mənzillə bağlı aralarında yaranmış mübahisə zamanı döyülməsi və xəsarətlər yetirməsi barədə verilmiş ittiham üzrə təqsirləndirildiyi cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. İddiaçı həmçinin cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə İddiaçı qarşı məişət zorakılığının təkrar törədilməsini, yəni ərizəçiyə qarşı fiziki zor və şiddətin törədilməsinin, zərərçəkmişin təhqir etməsinin, icazəsiz olaraq onun video və şəkillərinin çəkməsinin, ona narahatlıq gətirən digər hərəkətlərin edilməsini, eyni zamanda ona yaxınlaşmağının, hər hansı ünsiyyət qurmağının, telefon əlaqəsi yaratmağının, zərərçəkmişi izləməyinin, evinə yaxınlaşmağını qadağan edən, eyni zamanda cavabdehin “ona məxsus” Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində inşa edilmiş fərdi yaşayış evinə daxil olmağı qadağan etməklə zərərçəkmişə münasibətdə həmin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni Cavabdeh ona məxsus evdən çıxarılmasının, ev və evdəki əşyalardan istifadə etmələrinin qadağan edilməsi haqqında 180 günlük uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4780/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2(008)-8636/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yaşayan İddiaçı 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilmişdir. Bakı səhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-2186/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh Bakı səhəri Sabunçu rayonu Ramana qəsəbəsi 2-ci sahə ünvanında inşa etdiyi fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia tələbi təmin edilmişdir. İddiaçı cavabdehə qarşı “birgə nikah dövründə tikilmiş evə çəkilmiş xərclərin bölünməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-8051/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, Məhkəmə araşdırmasında işin mübahisəsiz halı olaraq müəyyən edildi ki, hazırkı iddianın predmetini təşkil edən yaşayış sahəsi özbaşına tikili olmaqla dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş əmlaka çəkilmiş xərclər üzərində ½ hissədə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-35/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Belə ki, məhkəmənin qətnaməsi belə əsaslandırılmışdır ki, iddia ərizəsinin nəticə hissəsi yalnış formada tərtib olunmuş, bununla bağlı nöqsanın aradan qaldırılması məhkəmənin hazırlıq iclasında iddiaçının nəzərinə çatdırılsa da iddia ərizəsi dəqiqləşdirilməmişdir. Belə ki, özbaşına tikiliyə çəkilmiş xərcin müvafiq hissədə cavabdehdən tələb edilməsi prosessual baxımdan yolverilən olsa da, xərcə dair payın müəyyən edilməsi əsaslı və məqsədə müvafiq deyildir. İddiaçı həqiqətən cavabdehlə 2006-cı ildə el adəti ilə evlənmiş, nikah 20 iyul 2007-ci ildə rəsmiləşdirilmiş, 16 iyun 2022-ci il tarixdə isə nikah pozulmuşdur. Nikahın ilk dövründə cavabdehin ailəsinin yaşadığı NZS adlanan ərazidəki evində yaşamışlar, sonradan isə orada şərait olmadığından və həmin evdə bir neçə ailə yaşadığından, 2007-ci ilin payız ayında iddiaçının atası Nəsib Novruzovun yaşadığı Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazi ilə qonşuluqda almış olduğu 0,04 ha torpaq sahəsində inşa etdiyi və həmin vaxtı natamam tikili olan hal-hazırda iddiaçının yaşadığı fərdi yaşayış evinin birinci mərtəbəsinin bir otağına köçüb, orada yaşamağa başlamışlar. Atası həmin torpaq sahəsini tanışı mərhum X3 2006-cı ilin sonlarında almış və orada tikinti işlərini aparmışdır. Sonradan isə tərəflərin yaşayış yer darısqal və şəraitsiz olduğundan, müvəqqəti olaraq özlərinə gələcəkdə ev alanadək yaşamaq üçün vermişdir. Sonradan həmin yarımçıq tikili iddiaçının valideyinləri və qohumlarının köməkliyi ilə ikinci mərtəbəsi tikilib hazırlanmış və tərəflər evin ikinci mərtəbəsinə köçüb yaşamışlar. İddiaçının atası və qardaşları özləri ustadırlar, evin tikintisini və təmir işlərini demək olar ki, özləri yerinə yetirmişlər. Tikinti materiallarının alınmasında da valideyinləri və qardaşları maddi köməklik etmişlər. Cavabdeh həmin vaxtı evin tikintisində maddi və fiziki cəhətdən iştirak etməmişdir. O, yalnız evin ikinci mərtəbəsinin təmir işlərinin aparılmasında qismən, təxminən 5.000-6.000 manat miqdarında maddi köməklik etmişdir. Hazırda ididaçının yaşadığı ev özbaşına tikilidir. Rəsmi dövlət tərəfindən qeydiyyata alınmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadı ilə Cavabdeh vəsatəti əsasında məhkəmə tikinti-texniki əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın rəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən mübahisəli evin ümumi dəyəri 50.716 manat miqdarında qiymətləndirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10/2932 nömrəli 01 iyul 2024-cü il tarixli rəylə evin tikintisinə və təmirinə çəkilmiş xərclər ayrılaraq, evin tikintisinə çəkilmiş xərc 23.085 manat, təmir işlərinə isə 27.631 manat miqdarında xərcin çəkildiyi müəyyən edilmişdir. Göründüyü kimi tərəflərin bir mənzildə birgə yaşaması mümkün deyildir. Tərəflərindən çəkilmiş xərclərin cavabdehə ödənilməsi barədə verilmiş iddia məhkəmənin əmlakdan istifadə etmək hüququndan məhrum olmuş ər tərfindən verilməli olması qənaətinə əsasən təmin edilməmiş, Cavabdeh evin tikintisinə çəkilmiş xərclərə payın müəyyən olunması tələbinə dair iddiası isə xərcə dair payın müəyyən edilməsi hissədə iddia tələbinin düzgün qoyulmamasına görə məhkəmənin qənaətinə əsasən iddia təmin edilməmişdir. Göründüyü kimi tərəflər münaqişəli ailə kimi qeydiyyata alınmış, nikah pozulduqdan sonra tərəflər arasında müttəmadi olaraq münaqişələr baş vermiş, tərəflərin birgə yaşayışı mümkün deyildir. Onlar birgə yaşasalar faciə baş verəcəkdir. Çünki, cavabdeh iddiaçıya qarşı çox aqressivdir, onun aqressiyasının həddi o dərəcədə böyükdür ki, hətta iddiaçının istənilən an həyatı təhlükədədir. Ona görə də hesab edir ki, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən mübahisəli evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməli və o, mənzildən çıxarılmalıdır. Kompensassiyanın miqdarı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-35/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş ekspertizanın keçirilməsi ilə bağlı verilmiş AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 10/2932 nömrəli 01 iyul 2024-cü il tarixli rəyi ilə müəyyən edilmiş 50716 manat evin ümumi dəyərinin yarsı, yəni 25400 manat müəyyən edilməlidir. İddiaçı cavabdehlə istifadə hüququ məsələsində heçcür razılığa gələ bilmir, ona görə də iddiaçı cavabdehə kompensasiya ödəməli və onun evdən istifadə hüququna xitam verilməlidir. Hesab edirlər ki, cavabdehə üç il ərzində kirayə haqqı ödəməklə mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Cavabdehə verilməli olan 3 illik kirayə haqqı miqdarında kompensassiya evin dəyərinin yarsını təşkil edən 25400 manat miqdarında müəyyən edilməsi həm ədalətli, həm qanuni olmaqla, həm də tərəflər arasındakı bütün mübahisələrin tam olaraq yekunlaşmasına səbəb olacaqdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsini, kompensasiya verilməklə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən evə olan istifadə və yaşayış hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı səhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-2186/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh Bakı səhəri Sabunçu rayonu Ramana qəsəbəsi 2-ci sahə ünvanında inşa etdiyi fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia tələbi təmin edilmişdir. Lakin İddiaçı mövqeyinə görə onun həmin evə köçüb yaşamağı qeyri-mümkündür. İlk öncə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh N. Novruzovanın şər-böhtanlarından qorunmaq üçün yaşadığı evin hər tərəfinə müşahidə kameraları quraşdırmışdır ki, onun barəsində hər hansı şərböhtan xarakterli şikayətlər olunduğu təqdirdə günahsız olduğunu sübuta yetirə bilsin. Belə ki, həmin evin birinci mərtəbəsində onun mebel sexi yerləşir. İddiaçılar bilərəkdən qərəzli şəkildə onun həmin sexdən istifadəsinə birbaşa maneçiliklər yaratmış, dəfələrlə onu söyərək təhqir etmiş, müxtəlif yollarla dava-dalaşa sövq etməyə çalışmılar. Məqsəd isə onu bezdirərək evindən imtina etməyə nail olmaqdır. Buna görə də ona qarşı qaldırılan şikayət və iddiaların ardı-arası kəsilmir. O, heç vaxt İddiaçı döyməmiş, onu təhqir etməmişdir. Əksinə onun atası onu gördükcə yaşına yaraşmayan tərzdə ona ağır söyüşlər söymüş, onu təhqir etməklə qıcıqlandırmağa çalışmışdır. İddiaçının atası X8 xx.xx.2023-cü il tarixdə ona və qızı İddiaçı qarşı “evdən və torpaqdan çıxma tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddianı qəbul edərək evdən çıxmağa razı olmuşdur. Nəsib Novruzov iddia tələbini onunla əsaslandırmışdır ki, güya mübahisələndirilən evin yerləşdiyi torpaq sahəsini o almış, üzərindəki ev də onun tərəfindən tikilmişdir. Bunula bağlı məhkəmə iclasına çoxsaylı şahidlər belə dəvət etmişdir. Hətta həmin mülki is üzrə sahid qismində dindirilmiş müstəqil X10 (kecmiş qaynı, həmin is üzrə ilkin iddia üzrə cavabdehin qardaşı, müstəqil tələb irəli sürən üçüncü şəxsin oğludur) izahatında bildirmişdir ki, mübahisə predmeti olan ərazi təxminən 15 il əvvəl alınmış, o həmin evdə usta kimi işləmiş, zəhmət haqqını isə ondan almışdır. Həmin is üzrə məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, “müstəqil tələb irəli sürən səxsin iddia tələbi üzrə iddianın cavabdeh X4 tərəfindən qəbul edilməsi xüsusatı nəzərə alınmır. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələb üzrə subyektiv hüququ mövcud deyildir. Ona görə də, iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməmiş və digər şəxslərin (Cavabdeh) hüququnun pozulmasına səbəb olacağı kimi qiymətləndirilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin həmin etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəlmişdir. Bu səbəbdən, etiraf məhkəmə tərəfindən nəzərə alınmamışdır”. Göründüyü kimi Nəsib Novruzovun oğlu onların xeyrinə ifadə vermək üçün atası tərəfindən məhkəməyə dəvət olusa da, atasının maraqlarına uyğun deyil, öz vicdanı qarşısında məhkəməyə doğru ifadə vermişdir. Məhkəmə araşdırmaları ilə N.Novruzovun iddiasının əsassız olduğu sübuta yetirilmiş bu səbəbdən də həmin iddia tələbi təmin edilməmişdir. İddiaçı və Nəsib Novruzov həmin qətnamənin dəlilləri ilə razılaşmış, həmin qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Yəni mübahisəli evin tam şəkildə onun vəsaiti ilə tikildiyi öz təsdiqini tapmışdır. Bununla yanaşı qeyd olunur ki, 2022-ci ilin avqust ayında Nargilənin şər-böhtan xarakterli ərizəsi əsasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X7 tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə dair MN ******* nömrəli, 06 avqust 2022-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 3(008)-4446/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin inzibati xəta haqqında MN ******* nömrəli, 06 avqust 2022-ci il tarixli protokol və ona əlavə olunmuş sənədlər əsassız olduğu üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə geri qaytarılmışdır. N. Novruzova xx.xx.2022-ci il tarixdə yenidən onun barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə şər-böhtan xarakterli şikayət ərizəsi yazmışdır. Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə MN ******* nömrəli, 18 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, güya o, ərizənin verildiyi tarixdən təxminən bir ay əvvəl, yəni 19 iyul 2022-ci il tarixdə X1 evinə gələrək onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından məhkəmənin 3(008)- 4650/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. 21 dekabr 2022-ci il tarixdə güya onu döyüb xəsarət yetirməklə bağlı yenidən barəsində şərböhtan xarakterli şikayətlər etmişdir. Sabunçu RPİ-nin 11 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə xitam verilmişdir. İddiaçı tərəfindən həmin qərardan dəfələrlə şikayət verilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)-376/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmişdir. İddiaçı həmçinin ona qarşı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı qarşı məişət zorakılığının təkrar törədilməsini, yəni ərizəçiyə qarşı fiziki zor və şiddətin törədilməsinin, zərərçəkmişin təhqir etməsinin, icazəsiz olaraq onun video və şəkillərinin çəkməsinin, ona narahatlıq gətirən digər hərəkətlərin edilməsini, eyni zamanda ona yaxınlaşmağının, hər hansı ünsiyyət qurmağının, telefon əlaqəsi yaratmağının, zərərçəkmişi izləməyinin, evinə yaxınlaşmağı qadağan edən, eyni zamanda onun “ona məxsus” Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində inşa edilmiş fərdi yaşayış evinə daxil olmağı qadağan etməklə zərərçəkmişə münasibətdə həmin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni Cavabdeh ona məxsus evdən çıxarılmasının, ev və evdəki əşyalardan istifadə etmələrinin qadağan edilməsi haqqında 180 günlük uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-8636/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yaşayan İddiaçı 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2021/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(008)-8636/2023 nömrəli qətnaməsi ləğv edilmiş, zərərçəkmiş İddiaçı maraqlı şəxs Sabunçu Rayon Polis idarəsi və Sabunçu rayon İcra Şöbəsi cəlb olunmaqla “uzunmüddətli mühafizə orderinin verilməsi” tələbinə dair ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5628/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, birgə nikah dövründə əldə olunmuş “Mercedes Benz C220 CDİ” markalı dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 9600 manatın 1/2 hissəsi-yəni 4800,0 manat, “Mercedes Benz VİTO 111 CDİ” yük markalı **-NC-*** dövlət eydiyyat nişanlı avtomobil satışından əldə olunmuş 16.000 manatın 1/2 hissəsi- yəni, 8.000,0 manat və “Opel Astra” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 10.000, manatın 1/2 hissəsi- yəni 5.000 manat, cəmi -17.800,0 (on yeddi min səkkiz yüz) manat İddiaçı ödəməlidir. Həmin vəsaitin ödənilməsi üçün evinin birinci mərtəbəsində yerləşən seximdə işləmək məcburiyyətindədir. Lakin iddiaçılar onun işləməyinə imkan verməmiş, evindən uzaqlaşdırmağa çalışmış, orada olan əmlaklarını talan etmişlər. Onun işindən gəlirindən məhrum etməklə mövcud məhkəmə qərarını icra edə bilməməyinə, bununla da barəsində cinayət işinin başlaılmasına çalışmışlar. O, hal-hazırda yenə də İddiaçı onun evindən könüllü getməsi üçün ona təklif etdiyi məbləğdən artıq, yəni 30000 (otuz min) manat təklif edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 35000 (otuz beş min) manat kompensasiya ödənilməklə ilkin idddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona məxsus mübahisəli mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı nümayəndəsi vəkil Nümayəndə xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, smayılov Ramin Vəli oğluna 36000 manat kompensasiya verilməklə onun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən ona məxsus evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: İlk iddia üzrə İddiaçı nümayəndəsi vəkil Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Ağır Cinayətlər məhkəməsində cinayət işi ilə hazırki mülki iş üst üstə düşdüyündən məhkəmə iclasında iştirak edə bilməcəyini bildirmişdir. Məhkəmə iclasını təxirə salınmasını, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni icraata götürülməsini, təxirə salınmadığı təqdirdə iştirakı olmadan məhkəmə iclası keçirilməsini və iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci və 185.6-cı maddəsinə əsasən, işə cavabdehin və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini və ilkin iddia tələbinin rədd edilməsini xahiş etdi. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi vəkil Nümayəndə tərəflərin 14 ilə yaxın rəsmi nikahda olduqlarını, birgə nikah dövründə övladları olmaması səbəbindən ayrıldıqlarını, nikahın pozulması prosesində çoxsaylı mübahisələr yarandığını, bununla bağlı iddiaçıya qısamüddətli daha sonra uzunmüddətli mühafizə orderi verildiyini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən fərdi yaşayış evinə köçürüldüyünü, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən fərdi yaşayış evinin bölünməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində də iddia qaldırılıdığını, məhkəmə gedişində məhkəmə tikinti-texniki ekspertiza təyin edildiyini, ekspert rəyinə əsasən müəyyən olunur ki, həmin evlə bağlı tikinti işləri üçün 23.085 manat, təmir işləri üçün 27.631 manat, cəmi 50.716 manat xərc çəkildiyini, tərəflər münaqişəli ailə olduqlarını, onların birgə yaşaması qeyri-mümkün olduğunu, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə ederək, mübahisə gedən evi tikib təmir etdirdiyini, iddiaçı və ailəsi ona şər, böhtan atdığını, heç kimə şiddət göstərmədiyini, İddiaçı ilə razılıq əldə edə bilmədiklərini, kompensasiyanın məbləğini 40.000 manata qədər artıra biləcəyini bildirmiş və İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil izahatında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin gedişində İddiaçı qardaşı şahid qismində dindirilən zaman o evdə usta kimi işlədiyini, zəhmət haqqının Cavabdeh tərəfindən verildiyini etiraf etdiyini, mübahisə gedən tikili Cavabdeh tərəfindən tikildiyini, 35.000 manat kompensasiya verməklə İddiaçı istifadə hüququna xitam verməyə razı olduqlarını, ilk iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 449150 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X1 nikahı Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-35/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən iddiaçı Cavabdeh X2 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh və X2 qarşı “fərdi yaşayış evinin boşaldılaraq cavabdehlərin evdən çıxarılması” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2186/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, iddiaçı Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi 2-ci sahə ünvanında inşa etdiyi fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8051/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı – iddiaçının hazırda yaşadığı Bakı şəhəri, Yeni Ramana qəsəbəsi, 2-ci Sahə adlanan ərazidə yerləşən 0,04 ha torpaq sahəsi üzərində inşa olunmuş iki mərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsinin təmirinə çəkilmiş 27.631 manat miqdarında ümumi xərcin 2/3 hissədə iddiaçının, 1/3 hissədə isə cavabdehin xeyrinə bölünməsi barədə iddia tələbi rədd edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-152/2025 nömrəli xx.xx.2025-ci il tarixli Qətnaməsinə əsasən iddiaçılar X8 və İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçı X6 vurduğu maddi ziyana görə onun xeyrinə 90000 manatın və 360 manat dövlət rüsumu olmaqla, cəmi 90360 manatın, İddiaçı sağlamlığına vurduğu zərərin əvəzi olaraq onun xeyrinə 150000 manat kompensasiyanın və 440 manat dövlət rüsumu olmaqla, cəmi 150440 manatın tutularaq iddiaçılara ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. - Ekspert rəyinin surətindən görünür ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evi üzrə aparılmış tikinti işlərinin bazar qiymətinə uyğun olaraq ümumi dəyərinin 23.085 manat, təmir işlərinin dəyərinin isə 27.631 manat məbləğində olduğu müəyyən edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə araşdırmasında işin mübahisəsiz halı olaraq müəyyən edildi ki, hazırkı iddianın predmetini təşkil edən Bakı şəhəri, Yeni Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə yerləşən 0,04 ha torpaq sahəsi üzərində inşa olunmuş iki mərtəbəli fərdi yaşayış evi özbaşına tikili olmaqla dövlət qeydiyyatına alınmamışdır. İş materiallarından görünür ki, mübahisəli ev özbaşına tikilidir və tərəflərin hazırki iddianı qaldırması üçün subyektiv hüquqa malik deyildirlər. Baxılan iş üzrə tərəflərin belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli əmlakın onlara məxsus olduğunu təsdiq edən sübutlar təqdim etməli olduğu halda bunu edə bilməmişdirlər. Hazırki halda isə sözügedən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadıqlarından, irəli sürülən tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarında da eyni hüquqi mövqeini təkrar edərək, subyektiv hüququn nədən ibarət olmasını vurğulamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Ev özbaşına tikili olduğundan, bele bir iddia tələbi ilə məhkəməyə müraciət etmək Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən bu hüquq mülkiyyətçiyə məxsusdur. Beləliklə məhkəmə mülki iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həm ilk iddia tələbi, həm qarşılıqlı iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “kompensassiya verilməklə yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-3569/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3569/2025
01.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver