Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3580/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Nüsyət qızının və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Nüsyət qızının Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nüsyət qızı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşən evin alınması üçün Cavabdeh ödədiyi 48.000 manat, iddia ərizəsi üçün ödədiyi 234 manat və hüquqlarının məhkəmədə təmsil edilməsi ilə bağlı vəkilə ödədiyi 150 manat, ümumilikdə 48.384 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci İlin oktyabr ayında ona məxsus Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 20A plana düşərək dövlət tərəfindən alındığına görə, həmin ev üçün ona 112.840 manat pul ödənilmişdir. Onun da iki qızı olduğuna görə aldığı pula onların hər birinə ayrılıqda ev almaq qərarına gəlmiş və almışdır. Evlərdən biri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşirdi. O, bu ev üçün 48.000 manat pulu üç dəfə olmaq şərtilə evin sahibi Cavabdeh vermişdir. Həmin evi X6 və onunla qeyri-rəsmi nikahda yaşayan X5 vasitəsilə Cavabdeh almışdır. Belə ki, alınan evi məhz Mahir Quliyev tanımadığı makler vasitəsilə tapmışdır. O, ona bildirmişdir ki, həmin evin tikinti sahəsi altındakı torpaq sahəsinə dair bələdiyyə sənədini onun adına sənədləşdirəcəkdi. Evin pulunu ödəyib qurtardıqdan sonra həmin evə köçdükdə bacısı da onunla qalmağını xahiş etdi, o, da ona icazə vermişdir, bir müddət qaldıqdan sonra onu həmin evdən çıxarmışdı. Bundan soma onun evə köçürülməyilə bağlı məhkəmədə iddia qaldırsa da, Sabunçu rayon məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə belə bir hüququnun olmamasını qeyd edərək iddianı təmin etməmişdir. X4 qarşı dələduzluq əməlləri etməsi ilə bağlı Sabunçu Polis İdarəsinə müraciət etsə də, orada 3 ilə yaxın araşdırılma aparılmış və Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elxan Hacıyevin xx.xx.2021ci il tarixli sonuncu qərarı ilə onun hazırki məsələnin mülki xarakterli olması səbəbi ilə cinayət tərkibinin olmadığı və məhkəməyə müraciət etməyini qeyd etmişdir. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşən ev üçün ödədiyi 48.000 manat pul vəsaiti ona qaytarılmalıdır. Belə ki, o, uzun müddətdir ki, həmin ev üzərində öz mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Belə ki, Cavabdeh ona həmin evi satan zaman bildirmişdir ki, evin tikinti sahəsi altındakı torpağın bələdiyyə sənədləri var və onları onun adına keçirəcəkdir. Lakin, evi satdıqdan sonra yalnız elektrik və qaz sayğaclarına dair müvafiq sənədləşməni onun adına etmişdir. Bundan sonra o, dəfələrlə ona evə dair mülkiyyət hüququnu əldə etmək üçün sənədləri onun adına keçirməyi bildirsə də onunla nə görüşə bilmiş, nə də ki, tapa bilmişdir. Ümidi ancaq ona idi ki, evinə qanunsuz girərək orada yaşayan Səadət Xudaverdiyevanı və Mahir Quliyevi oradan çıxarsın , lakin, buna müvəffəq ola bilmir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir qeyd edilən evini alınması üçün pulu 2017-ci ilin oktyabr ayında cavabdehə ödəmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçıdan 2017-ci ilin oktyabr ayında 48000 manat pulu alaraq Zabrat ərazisində yerləşən evini iddiaçıya satmış olduğunu bildirdi. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərk bildirmişdir ki, o Gəncə şəhərəində yaşayır, məhkəməyə gəlmək onun üçün çətinlik yaradır. Eyni zamanda bildirir ki, o Sabunçu rayonu Zabrat qəsəbəsindəki evi İddiaçı 2017-ci ildə 48000 manata satmışdır. Bundan savayı digər iddia tələbi ona ait deyildir. Ərizınin nəzərə alınmasını xahiş edir. Məhkəmə iddiaçı tərəfin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Zabrat Bələdiyyəsinin 52 saylı xx.xx.2019cu il tarixli məktubunun surətindən görünür ki, İddiaçı və X1 və ya istifadəsinə yaşayış sahəsinin verilməsi ilə bağlı qərar qəbul edilməmişdir. - Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektirk enercisinin alqı-satqısının birtipli 133526 saylı xx.xx.2017-ci il tarixli müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Y/M 2319-00 saylı evə elektik enerjisi verilməsi üçün müqavilə bağlınmışdır. - İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-5989/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı zəbt olunmuş fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. - İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-ju il tarixli 2(103)-5658/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-5989/2018 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. - İş materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı bacısı X3 qarşı şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 109 saylı xx.xx.2022-ji il tarixli müqaviləsinin surətindən görünür ki, İddiaçı Nüsyət qızı hüquqi yardım üçün 150 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1096.2-ci madddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1097.1-ci madddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olur ki, cavabdeh özünə məxsus olduğunu iddia etdiyi özbaşına tikilinin satmaq adı ilə iddiaçıdan 48000 manat məbləğində pulu heç bir hüquqi əsas olmadan alaraq iddiaçının hesabına varlanmışdır. Belə ki, daşınmaz əmlakın alqı satqısı müqaviləsi şifahi deyildə, yalnız sözügedən daşınmaz əmlak cavabdehin mülkiyyətində olduğu təqdirdə notariat ofisində bağlanmalı idi. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, alınması adı ilə pul ödənilən daşınmaz əmlak dövlət qeydiyyatından keçməyən özbaşına tikili olduğunundan, alqı-satqı müqaviləsinin predmenti olması qanunvericiliyin tələblərini uyğun deyildir. Beləliklə, İddiaçı Cavabdeh pulu geri tələb etmək hüququ yaranmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçı Cavabdeh həmin pul məbləğini onun varlandığını bildiyi vaxtdan 2 il müddətində geri tələb etmək hüquq vardır. İddiaçı isə cavabdehin onun hesabına varlandığını bildiyi vaxtdan yalnız 5 (beş) ilə yaxın müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmişdir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Cavabdeh əsasız olaraq əldə etdiyi 48000 manat məbləğində pulu iddiaçıya geri qaytarmalı olsada, iddiaçı əsasız varlanan şəxsə 2019-cu ilin oktyabr ayınadək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, iddiaçı öz hüququnun ona məlum olduğu vaxtdan 2 il ərzində cavabdehə qarşı heç bir tələb irəli sürülməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, əsassız varlanma müddətin keçməsi əsası ilə öhdəliyə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu və vəkil xərci iddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və vəkil xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3580/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3580/2022
26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver