Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3628/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Ərizəçi, nümayəndəsi və vəkili Hüseyn-zadə Vüqar Səbuhi oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon 17 saylı notariat kontoru və Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə və onun həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X2, mərhum X5 ilə doğma qardaş olmalarına dair, X6 Ərizəçi ilə əmi oğlu olmalarına dair və atası X2 adına doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Sabunçu rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini artırılmış həcmdə müdafiə edib onunla əsaslandırdı ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Doğma əmisi oğlu X12 xx.xx.2022-ci ildə vəfat etmişdir. Onun ailəsi və övladları olmadığından, miras əmlakına dair vərəsəlik işinin açılması məqsədilə 17 saylı notariat ofisinə müraciət etmişdir. xx.xx.2018-ci ildə vəfat edən atası Orucov Əli-Ağa Məhərrəm oğlunun doğum haqqında şəhadənaməsi notarius tərəfindən tələb olunmuşdur. Atasının doğum haqqında şəhadətnaməsini evdə tapmadığından, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə dublikat verilməsi üçün müraciət etmişdir. Orada ona bildirmişlər ki, şəhadətnamənin verilməsi mümkün deyil və sənədlər arxivə təhvil verildiyindən Milli Arxiv İdarəsinə müraciət etməlidir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət edərək atasının doğum haqqında şəhadətnaməsinə dair arayış istəmiş və idarə DA-02404-2022 nömrəli məktubu ilə atasının doğumu barəsində hec bir məlumat aşkarlanmadığını bildirmişdir. 17 saylı notariat ofisindən verilən məlumata əsasən, atası Orucov Əli-Ağa Məhərrəm oğlunun doğum haqqında şəhadətnaməsi, onun mərhum əmisi oğlu Ramiz Orucov ilə qohumluq əlaqəsinin müəyyən olunmasından ötəri istənilmişdir. Evdə saxlanılan, atasına məxsus və məhkəməyə təqdim olunacaq doğum haqqında şəhadətnamədən, ev dəftərindən, forma iki arayışından, tibbi arayışdan, müqavilədən və nikah haqqında şəhadətnamədən görünür ki, atası Orucov Əli-Ağa Məhərrəm oğlunun təvəllüdü 1925-ci ildir. Onun atası X3, anası X7 olmuşdur. Ərizəçi göstərilənlərə əsasən, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Hüseyn-zadə Vüqar Səbuhi oğlu ərizəni müdafə edərək ərizəçinin göstərdiklərini təsdiq edib təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndələrininin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, Ərizəçi onun dayısının oğludur. Ümumilikdə iki dayısı olmuş, lakin hər ikisi vəfat etmişlər. Ərizəçinin atası Əliağa ilə Məhərrəm qardaş olmuşlar. Ramiz də Məhərrəmin oğlu, Nizaminin əmisi oğlu olmuşdur. Əliağa 2000-ci illərdə, Məhərrəm isə 1980-ci illərdə vəfat etmişlər. Əliağanın doğum tarixini xatırlamır. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərmişdir ki, Ərizəçi onun xalasının oğludur. Ramiz də Nizaminin əmisi oğlu olmuşdur. Məhərrəmlə Əliağa qardaş olmuşlar. Ramiz Məhərrəmin övladı olmuşdur. Məhərrəmin başqa övladı olmamışdır. 1 ildən artıqdır ki, Ramiz vəfat etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, Ərizəçila yeznə-qayındır. Belə ki, Nizaminin bacısı onun həyat yoldaşıdır. O, şəhərdə, Nizami isə Nardaran qəsəbəsində yaşayır. Ramiz Binəqədi rayonunda yaşamışdır. Ramizin ata-anası vəfat etmiş, övladı, bacı-qardaşı olnadığından, tək yaşamışdır. Sağlığında hər bayram Nizami ilə birlikdə mərhum Ramizi ziyarət etmişlər. Əliağanı tanısa da, Məhərrəmi görməmişdir. Bununla belə təsdiq edir ki, Əliağa ilə Məhərrəm qardaş, Ramizlə Nizami əmioğlu olmuşlar. X6 anası X11muşdur. Əliağanın doğum tarixini xatırlamır. Məhkəmə ərizəçinin izahatını, habelə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, - xx.xx.1947-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1932-ci il tarixdə doğulmuşdur. - İİ-ЖГ 332443 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1981-ci ildə ölmüşdür. - Əzizbəyov rayon Nardaran kənd soveti tərəfindən xx.xx.1960-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, 1925-ci ildə Bakı şəhəri Sabunçu (Əzizbəyov) rayonunda doğulmuş X9 ilə X4 həmin tarixdə nikaha daxil olmuşlar. - X25 və X9 arasında xx.xx.1997-ci il tarixdə bağlanılmış 039123 nömrəli müqavilədən məlum olur ki, sonuncu, ünvan 2 ünvanında yerləşən 39 nömrəli mənzili satmışdır. - xx.xx.1997-ci il tarixdə ünvan 1 ünvanında yaşayanlara dair X2 adına verilmiş ailə tərkibi haqqında arayışdan (forma 2) X2 təvəllüdü 1925-ci il qeyd edilmişdir. -Bakı şəhəri SRİHB-nın Nardaran qəsəbəsindəki nümayəndəliyi tərəfindən 1997-ci ildə verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 5, 13 nömrəli ev X9 tərəfindən tikilmişdir. - 13 nömrəli evdə yaşayan vətəndaşların yazılışından ötrü 1998-ci ilə aid Ev dəftərində X2 təvəllüdü 1925-ci il qeyd edilmişdir. -Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə ölmüşdür. -Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 anası X19 xx.xx.2012-ci il tarixdə ölmüşdür. - Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə ölmüşdür. - İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, qeydiyyat şöbəsinin arxivində akt qeydləri 75 il saxlanıldıqdan sonra “Milli Arxiv İdarəsi”nə təhvil verildiyindən, doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 8, mənzil 8 X6 adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, X9 Ərizəçi doğma atası, X5 ərizəçinin doğma əmisi, X12 isə sonuncunun doğma oğlu olub, ərizəçinin ilə doğma əmisi oğludur. Eyni zamanda, toplanmış və araşdırılmış sübutlarla o da müəyyən edilir ki, ərizəçinin atası X9 1925-ci ildə Azərbaycan SSR Bakı şəhəri Sabunçu (Əzizbəyov) rayonunda doğulmuş, atası X3, anası X7 olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin ərizədə qeyd olunan faktın müəyyən olunması ərizəçiyə vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı zəruri olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan doğum faktının müəyyən edilməsi ərizəçinin hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi və təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyindən, Ərizəçi hazırkı ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi atası X9 ilə, X1 doğma qardaş olmaları, X12 ilə Ərizəçi doğma əmi oğulları olması faktı müəyyən edilsin. X2 1925-ci il tarixdə Bakı şəhəri Sabunçu (Əzizbəyov) rayonunda doğulması barədə akt qeydi bərpa edilməklə, akt qeydinin ata qrafasında X3, atanın milliyyəti olaraq azərbaycanlı, ana qrafasında X7, ananın milliyəti olaraq azərbaycanlı qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-3628/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3628/2023
31.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver