Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3634/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehı̇ n nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək onunla Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Sosial-İqtisadi Kolleci arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli 24-k saylı əmrin ləğv edilməsi, onun Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Sosial-İqtisadi Kollec" X24 təsərrüfat müdiri vəzifəsinə bərpa edilməsi, məcburi buraxılmış iş günlərinə uyğun olaraq əmək haqqının (əmək müqaviləsinin ləğv olunduğu gündən ihə bərpa olunan günədək olan dövr üzrə əmək müqaviləsinin 8.2-ci bəndinə əsasən hər ay üçün əmək haqqı 1374 manat olmaqla) hesablanaraq cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Sosial-İqtisadi Kolleci tərəfindən iddiaçıya ödəniləsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, o, UNEC nəzdində Sosial İqtisadi Kollecdə uzun müddət təsərrüfat müdiri işləmiş, xx.xx.2025-ci ildə UNEC nəzdində Sosial İqtisadi Kollecin yeni təyin olunmuş direktoru Şəhriyar Laçınov onu çağıraraq işdən çıxarılmağı haqqında ərizə verməyini tələb etmiş, o bundan imtina etdikdə onu maddə ilə işdən çıxaracağını bildirmişdir. xx.xx.2025-ci ildə səhər işə getdikdə Kollecin mühafizəçisi onu Kollecə buraxmamış, səbəbini soruşduqda onun kollecə girişinin qadağan edildiyini bildirdi. Ona işdən çıxarılmağının nə əsası, nə də səbəbi bildirilməmiş, işdən çıxarılmağı ilə bağlı əmrlə tanış edilməmiş, eyni zamanda əmək müqaviləsinin ləğvi barədə əmr ona təqdim edilməmiş, bu günə qədər əmək kitabçası və son haqq-hesab da ona verilməmişdir. O, xx.xx.2025-ci ildə mediasiya təklifini hazırlayaraq cavabdehə göndərmiş, cavabdeh təklifə münasibət bildirmədiyi üçün ərizə ilə mediasiya təşkilatına müraciət etmiş, mediasiya sessiyasında xx.xx.2025-ci ildə iştirak etmiş, bununla da onun tərəfindən AR Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş müddət buraxılmamışdı. Mübahisənin mediasiya vasitəsilə həll edilməsi mümkün olmamışdır, belə ki, cavabdeh mediasiyaya çağırılmasına baxmayaraq, mediasiyaya gəlməmişdir. Habelə, vəkili tərəfindən cavabdehə onunla əmək müqaviləsinin bağlanması, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrlərin, bağlanmış əmək müqaviləsinin, əmək haqqı barədə məlumatın və əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olmuş sənədlərin təqdim edilməsinin tələb edilməsinə baxmayaraq, həmin sənədlər bu günə qədər təqdim edilməmişdir. Habelə, X11 də qüvvədə olan əmək müqaviləsininin olub-olmaması, qüvvədə olan əmək müqaviləsi olduğu halda iş yeri və vəzifəsi əmək haqqı, qüvvədə olan əmək müqaviləsi olmadığı halda sonuncu iş yeri, sonuncu iş yerində vəzifəsi, əmək haqqında haqqında məlumatların və əmək müqaviləsinin ləğv edilməsinin əsasları barədə verilmiş sorğuya da cavab verilməmişdir. Cavabdeh məhkəməyə ünvanladığı yazılı etirazdan görünür ki, iddiaçının ərizəsində göstərilən hallar həqiqətə uyğun deyil və iş materialları ilə təkzib olunur. Belə ki, iddiaçının ərizəsində yer alan “işdən çıxarılmağımın nə əsası, nə də səbəbi bildirilməmiş, işdən çıxarılmağımla bağlı əmrlə tanış edilməmişəm” iddiası gerçək vəziyyəti əks etdirmir. Bu iddia ilə bağlı qeyd olunmalıdır ki, etiraza əlavə edilən sübutlar, o cümlədən Kollecin İntizam Komissiyasının xx.xx.2025-ci il tarixli iclasının keçirilməsi faktı və həmin iclasda iddiaçının iştirakı onun əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlı olduğunu sübut edir. Bununla yanaşı, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində UNEC nəzdində Sosial İqtisadi Kollecinə göndərilən mediasiya prosesinin tətbiqi barədə təklifdə də iddiaçı xx.xx.2025-ci ildə UNEC nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınovun onu çağıraraq işdən çıxarılmağı haqqında məlumatlandırdığını ifadə etmişdir. Habelə o, Kollecdən çıxarkən bütün əşyalarını da özü ilə aparmışdır. Komissiya iclasının protokoluna əlavə olunmuş və komissiya üzvü X13 yazılı izahatında da qeyd olunduğu kimi, iddiaçı iclas zamanı komissiya üzvlərinin məqsədsiz toplaşdığını iddia etmiş, əsas məqsədin onu işdən azad etmək olduğunu bildirərək iclası tərk etmişdir. Bu davranış onun hadisədən məlumatlı olduğunu, prosesin şəffaf aparıldığını və müdafiə hüququnun təmin olunduğunu göstərir. Bundan əlavə, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 24-K nömrəli əmr əsaslı şəkildə verilmişdir. Qeyd olunan əmr, iddiaçıya əvvəldən verilmiş xx.xx.2025-ci il tarixli, 11-K nömrəli şiddətli töhmət əmrinə baxmayaraq onun intizam pozuntularını davam etdirməsi və kollecdaxili qaydalara riayət etməməsi əsasında verilmişdir. Bu isə öz növbəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək funksiyalarını vəzifə borclarını mütəmadi olaraq pozma) uyğun olaraq əmək müqaviləsinə xitam verilməsinə hüquqi əsas yaratmışdır. Bununla yanaşı, hal-hazırda əmək münasibətləri və əmək müqavilələrinə dair bütün dəyişikliklər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Münasibətləri və X25 (ƏMAS) üzərindən rəsmiləşdirilir. İddiaçının da qeyd olunan sistemə SİMA – elektron imza vasitəsilə sərbəst daxil olmaq və barəsində olan əmrlərlə, bildirişlərlə tanış olmaq hüququ olmuşdur. Bu imkanlar iddiaçının məlumatlandırılmaması barədə arqumentini əsassız edir. Həmçinin, işdən çıxarılma ərəfəsində iddiaçı müəssisə rəhbərliyi tərəfindən – bilavasitə direktorun otağına dəvət olunaraq, əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəyi barədə əvvəlcədən şifahi şəkildə məlumatlandırılmışdır. İddiaçının əmək kitabçasının və əmrin surətinin ona təqdim edilmədiyi iddiasına gəlincə, bu iddia da obyektiv reallığı əks etdirmir. Belə ki, işdən çıxarılma ilə bağlı sənədlərin təqdim olunması üçün iddiaçının özü iş yerinə yaxınlaşmamış, əksinə onların təqdim olunmasına dolayı formada mane olmuşdur. Nəhayət, işçinin son haqq-hesabı tam şəkildə hesablanaraq ödənilmiş və bu ödənişin həyata keçirildiyini təsdiq edən maliyyə sənədləri məhkəməyə təqdim edilmişdir. Bu isə işəgötürənin əmək qanunvericiliyindən irəli gələn son vəzifələrinə də əməl etdiyini təsdiq edir. İddiaçı və nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia tələblərini müdafiə etdilər, iddia ərizəsinin və onun həcminin artırılmasına dair ərizənin məzmumuna uyğun izahat verdilər və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Sosial-İqtisadi Kollec" X28 nümayəndəsi məhkəməyə ünvanlanan etiraz ərizəsinin məzmununa uygun izahat verərək iddianın rədd olunmasını xahiş edərək həmçinin bildirilmişdir ki, təqdim olunmuş sübutlar iddiaçı barəsində əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyini, əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədiyinə yaxud keyfiyyətsiz yerinə yetirdiyinə görə töhmət elan olunmasına baxmayaraq, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyinə, əmək funksiyalarını tam və ya qismən yerinə yeirmədiyinə yaxud keyfiyyətsiz yerinə yetirdiyinə, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsini, bundan heç bir nəticə çıxarmaması və onunla bağlanmış əmək müqaviləsinə əsaslı olaraq qanuni şəkildə xx.xx.2025-ci il tarixindən xitam verilməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində göstərmişdir ki, rəhbərlik dəyişdiyi zamanda cavabdeh müəssisədə işləyir. İddiaçı onunla birlikdə işləyib, müəssisədə çalışqan biri olaraq tanınıb, hətta işdən sonra da çalışıb. O, Orxanın intizam komissiyanın üzvü olmuş və bildirir ki, Orxana işdən çıxmaqla bağlı təzyiq olub. Ona deyilənə görə müdirlə Orxan yola getmirdi, səbəb isə guya Orxanın xadimələr ilə yola getməməsi idi. Xadimələr komissiya dindirilərkən bildirdilər ki, Orxana etirazları yoxdur, hətta irad tutdular ki, niyə Orxanı cəzalandırdılar. Xadimələr iş materiallarında olan izahatların təhrif olunduğunu bildirərək etiraz etdilər. Bununla bağlı bağlı iradini komissiya üzvlərinə şifahi bildirmişdir. Orxan iclasa gəlməmişdir, ona görə də Culfayev özü də bu hala qəzəbləndiyi üçün rəyə imza etmiş və yazılı rəyını təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində göstərmişdir ki, Orxanın işdən çıxarılması barədə məsələ sentyabr ayından davam edirdi. İyun ayında yeni direktor gəlmişdir. Eyni zamanda Şahgül müəllim və bufet işləyən şəxsin də işdən çıxarılması söhbəti gedirdi. Orxan xarakter olaraq kollecdə yaxşı tanınırdı. İntizam komissiyasının iclasinda üzvü deyildi, lakin onun da növbəsi Orxandan sonra idi, ona görə iclasda olanları eşidirdi. Orxan ittiham olunurdu ki, guya o, məhsulları əldə edib, lakin xadimələrin də dediyinə görə Orxan hətta öz cibindən alardı məhuslları. Orxanla müqavilə ona görə uzadılmışdır ki, o seçki komissiyasında iştirak edib. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin xx.xx.2023-cü il tarixli 125-R nömrəli əmrindən görünür ki, İddiaçı nizam-intizam qaydalarını pozduğuna görə xəbərdarlıq elan edilmişdir. - Sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyevin məlumatından görünür ki, xx.xx.2023-cü il tarixində saat 17:50- də dərs saatları başa çatdıqdan sonra Şahgül Qardaşəliyevlə birlikdə evə gedərkən kollecin həyətində bir neçə naməlum şəxsin olduğu görmüş və təsərrüfat müdirindən onların kim olmasını və araba ilə kollecin arxa tərəfinə nə məqsədlə gəldikləri soruşmuşdur. O isə həmin şəxslərin onun dostları olmasını və o, kollecin ərazisindən araba vasitəsilə idman meydançasından gətirilən turbanı kəsərək dostlarına satmasını bildirmişdir. - İddiaçı izahatından görünür ki, xx.xx.2023-cü il tarixində kollecin ərazisində gəzərkən yoldan keçən arabanı görüb tanımadığı şəxsdən zibil hesab etdiyi avtomobillərin dayanacağına maneə olan çürümüş dəmir parçaını atmasını xahi etmiş, bu zaman sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev yüksək səslə qışqıraraq sanki üzərinə hücum çəkdi. O dəmir parçasının kollecə lazım olduğunu izah etdi, o isə ona etiraz etmədi. Bu məsələ bundan ibarətdir. - Həmkarlar təşkilatının sədri Şahgül Qardaşvəliyv tərəfindən verilmiş məlumatdan görünür ki, Kollecin hüquqşünası Culfayev Alaverdi və X1 Münaqişə Komissiyasının Sədri Muxtarlı Qələndərin iştirakı ilə Zaur Vəliyev və İddiaçı arasında yaranmış münaqişə müzakirə olundu. İddiaçı yalnış etdiyini etiraf etdi və aralarındakı problemin həll olunmasına cəhd edildi. - İnsan resursları və informasiya şöbəsinin müdiri Fimar Süleymanovanın Xidməti Məlumatından görünür ki, təsərrüfat müdiri İddiaçı işlə ələqədar verilən təlimatlara laqeyd yanaşmış və hes bir işin öhdəsindən məsuliyyətlə gəlməmişdir. Rəhbərlik etdiyi əməkdaşlara ehtiyac olduqları avadanlıqları təmin etmədiyi üçün işçilər arasında narazılıq yaranmışdır. Bir neçə dəfə texniki işçilər tərəfindən verilən şikayətlərə əsasən iş üçün zəruri olan təminat vasitələrini verilmədiyi bildirilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı rəhbərlik etdiyi texniki işçiləri bir neçəsi İnsan resursları və informasiya şöbəsinə müraciət edərək onun direktor tərəfindən 3 nəfəri işdən çıxarılacağı barədə məlumat verdiyini bildirmişlər. Bu hal əməkdaşları həvəsdən düşməsi və təşvişə səbəb olmuşdur. - İntizam Komissiyasının sədri X17 komissiyasının iclasında müzakirə edilən məsələ barədə təqdimatından görünür ki, təsərrüfat şöbəsinin müdiri İddiaçı işlə əlaqədar verilən təlimatlara laqeyd yanaşmış və vəzifə funksiyalarını yerinə yetirməmişdir. Belə ki, o rəhbərlik etdiyi əməkdaşlara ehtiyacları olduqları ləvazimatları anbarda olmasına baxmayaraq təmin etməmiş, bununla da işçilər arasında narazılıq yaranmışdır. Bununla belə, iddiaçı xadimələrə - onlardan 3 nəfərin rəhbərlik tərəfindən işdən çıxarılacağı ilə bağlı əsassız hədə-qorxu gələrək əməkdaşlar arasında təşviş yaratmış və rəhbərliyə qarşı qaldırmağa cəhd etmişdir. Bu barədə məsələyə İntizam komissiyasının xx.xx.2025-ci il tarixli iclasında baxılmışdır. İclasda komissiyanın sədri və üzvlərinin çıxışları dinlənilmiş, məsələyə aydınlıq gətirilmişdir. Sonda sədr və komissiya üzvləri tərəfindən iclasın gündəlyində duran məsələ ilə bağlı müzakirələr edilərək yekun təkliflər irəli sürülmüşdür. İddiaçı törətdiyi əməllər UNEC nəzdində Sosial İqtisadi Kollecin X2 Qaydasının 38-ci maddəsinin "xxxx" və 40-cı hisssinin “b” bəndlərinə uyğun gəldiyindən və son 6 ayda yenidən daxili intizam qaydalarını pozduğundan, ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi irəli sürüldü. İrəli sürülən təkliflər komissiya üzvləri tərəfindən yekdilliklə qəbul edildi və qərara alındı ki, ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsin. - İntizam Komissiyasının xx.xx.2025-ci il tarixli (Protokol №7) iclasının Protokolundan görsənir ki, komissiya üzvü Zaur Vəliyev çıxış edərək İddiaçı kollecdaxili nizam-intizam qaydalarını pozduğunu, X2 Qaydasının 38-ci maddəsinin “b” bəndinə uyğun sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsini məqsədəuyğun hesab etmişdir. Komissiya üzvü Fimar Süleymanova İddiaçı işində səhlənkarlıq etdiyini bildirirək, sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsini məqsədəuyğun hesab etmişdir. Komissiya üzvü Faiq Xalıqov İddiaçı işində səhlankarlıq etdiyini bildirirək, sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsini məqsədəuyğun hesab etmişdir. Komissiya üzvü Alaverdi Culfayev İddiaçı iclasa gəlmədiyinə görə barəsində ciddi tədbirlər görülməsinin məqsədəuyğun olduğunu bildirmişdir. Komissiya üzvü Rasim Abasquluyev İddiaçı işində səhlənkarlıq etdiyini bildirirək, sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsini məqsədəuyğun hesab etmişdir. Komissiya üzvü Könül Həziyeva İddiaçı işində səhlankarlıq etdiyini bildirirək, sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsini məqsədəuyğun hesab etmişdir. Bütün bunlara uyğun olaraq təkliflər səsə qoyulmuş və yekunda təsərrüfat şöbəsinin müdiri İddiaçı şiddətli töhmət edilməsini məqsədəuyğun hesab edilmişdir. - İnsan resursları və informasiya şöbəsi tərəfindən verilən xidməti məlumatdan da görünür ki, xx.xx.2024-cü il tarixində İddiaçı rəhbərlik etdiyi texniki işçilərin bir neçəsi insan resursları və informasiya şöbəsinə müraciət edərək, İddiaçı direktor tərəfindən üç nəfərin işdən çıxarılacağı barədə məlumat verdiyini bildirmişlər. - Kollecin sürücüsü X4 xidməti məlumatından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixində saat 14:02-də ona zəng edərək nə vaxt qayıdacağını soruşmuş, direktor Şəhriyar müəllim təlimdə olduğu üçün direktoru gətirməyə getdiyini bildirmişdir. X10yıdan zaman Ramiz Qəmbərov 61 küçəsində İddiaçıı idarə etdiyi Toyota Lexus **-DX-*** qeydiyyat nömrəli avtomobilini saxladığını, haraya getdiyini soruşduqda isə xeyir işə getdiyini bildirdiyini qeyd etmişdir. Çələbiyev Elvin ondan icazə alması barədə soruşduqda isə iddiaçı heç nə demədən getdi. Həmin vaxtı direktor Şəhriyar Laçınov da Çələbiyev Elvinin idarə etdiyi avtomobildə əyləşmişdi. - Kollecin texniki işçisi X5 xx.xx.2024-cü il tarixli xidməti məlumatına əsasən təmizlik vasitələrini dəfələrlə öz əmək haqqısı vasitəsilə almış, iddiaçı hətta işçilərə çox zaman bildirib ki, təmizlik yaxşı olmasa özü işdən çıxdıqdan sonra 3 nəfərin də işdən çıxarılacağını bildirib. - Kollecin texniki işçisi X8 da izahatından görünür ki, o da təmizlik vasitələrini dəfələrlə öz əmək haqqısı vasitəsilə almış, iddiaçıdan istədikdə isə həmin vasitələrin olmadığı cavabını almışdır. Eyni ilə Elnarə Əliyevaya da bildirib ki, təmizlik yaxşı olmasa, o işdən çıxdıqdan sonra üç nəfər də işdən çıxarılacaq. - İddiaçı izahatından görünür ki, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirməyə çalışır və yerinə yetirir. Bütün xadimələri anbarda olan ləvazimatlarla təmin etmiş və hazırda da edir. Heç bir əməkdaş tərəfindən narazılıq yoxdur. Ona təhkim edilmiş işçilərdən sorğu aparıla bilər. - İnsan resursları və informasiya şöbəsinin müdiri Fimar Süleymanova, İntizam komissiyasının sədri Eldəniz Əbdülov və Həmkarlar təşkilatının sədri Şahgül Qardaşvəliyev tərəfindən verilmiş təqdimatdan görünür ki, 29 yanvar 2025-ci il tarixində keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq 26 saylı Sabunçu rayon İ X33 Komissiyasının 28 noyabr 2024-cü il tarixli 3-11-20/2-115/2024 nömrəli məktubuna və 28 noyabr 2024-cü il tarixli 141-K nömrəli əmrə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025- ci il tarixədək (65 təqvim günü) vəzifəsinin icrasından azad edildiyindən onun haqqında məsələyə 01 fevral 2025-ci il tarixində baxılması məqsədəuyğun hesab edilmişdir. - İddiaçı xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o səhhətinin pisləşməsi ilə bağlı direktordan icazə almaq istədi, o işdə olmadığı üçün komendant Cələliyev Elvinə zəng vuraraq məlumat verdi və evə getdi. - İntizam komissiyasının 11 fevral 2025-ci il tarixli protokolundan görünür ki, İddiaçı komissiya üzvlərinə hörmətsizlik edərək iclasa gəlməmiş, sonra kollec direktorunun təkidi ilə əlləri cibində gələrək komissiya üzvlərinin suallarına cavab verməkdən yayınmışdır. Təsərrüfat şöbəsinin müdiri İddiaçılə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. - İntizam komissiyasının xx.xx.2025-ci il tarixli təqdimatından məlum olur ki, İddiaçı xx.xx.2025-ci il tarixində keçirilən İntizam komissiyasının iclasında iştirak etməkdən imtina etmiş, yalnız direktor Şəhriyar Laçınovun təkidi ilə iclasa daxil olmuşdur. İddiaçı həmin iclasa etinasızca, əlləri şalvarın cibində, “iki gündən bir iclas olur nəyə gələcəm”- deyərək daxil olmuşdur. İclas müddətində iddiaçı xx.xx.2025-ci il tarixində işlə əlaqədar ona verilən yeni strukturun hazırlanması ilə bağlı işlər haqqında “mənim bacarmadığım işləri mənə tapşırırsınız” demişdir. - İnsan resursları və informasiya şöbəsi tərəfindən verilən xidməti məlumata əsasən təsərrüfat şöbəsinin müdiri İddiaçı xx.xx.2025-ci il tarixində saat 15.30-da həmin şöbəyə məlumat vermədən təhsil müəssisəsini tərk etmişdir - Nizam-intizam komissiyasının sədri Eldəniz Əbdülov, sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev, İnsan resursları və informasiya şöbəsinin müdiri Fimar Süleymanova, qiyabi şöbə müdiri Faiq Xaliqov, hüquqşünas Alaverdi Culfayev və müəllim Rasim Abasquliyevin tərtib edərək imzaladıqları xx.xx.2025-ci il tarixli 1 №-li aktdan görünür ki, xx.xx.2025-ci il tarixində keçirilən Nizam-intizam komissiyasının iclasında təsərrüfat şöbəsinin müdiri” vəzifəsində işləyən İddiaçı Rüstəm oğlu komissiya üzvlərinə açıq-aşkarcasına hörmətsizlik edərək dəfələrlə iclasa dəvət olunduğu halda iştirak etməkdən imtna etmişdir. - İnsan resursları və informasiya şöbəsinin müdiri Fimar Süleymanova, Sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev və istehsalat təcrübəsi və karyera mərkəzinin rəhbəri Natiq Musayev tərəfindən tərtib edilərək imzlanmış xx.xx.2025-ci il tarixli 2 №-li aktdan görünür ki, xx.xx.2025-ci il tarixində saat 15.30-da təsərrüfat şöbəsinin müdiri İddiaçı heç kimə məlumat vermədən təhsil müəssisəsini tərk etmişdir - Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin xx.xx.2024-cü il tarixli 109-R nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndi və Kollecin Nizamnaməsinin 4.14-cı bəndinə və Müəssisə daxili X3 38-ci hissəsinin «b» bəndinə əsasən İddiaçınə vəzifə yerində kollecdaxili qayda və prinsiplərə əməl etmədiyinə görə töhmət verilmişdir. - Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin xx.xx.2025-cü il tarixli 11-K nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndinə, 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndi və Kollecin Nizamnaməsinin 4.14.6-cı bəndinə və Müəssisə daxili X3 38-ci hissəsinin «b» bəndinə əsasən İddiaçınə Əmək Məcəlləsinin 10-cu maddəsinin "xxxx" və «b» bəndlərinə əsasən və kollecdaxili qayda və prinsiplərə əməl etmədiyinə görə töhmət verilmişdir. -Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin xx.xx.2025-ci il tarixli, 24-K nömrəli əmrinə əsasən, xx.xx.2025-ci il tarixli 11-K nömrəli əmrinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə baxmayarq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə uyğun olaraq verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və Kollecin Nizamnaməsinin 4.14.6 maddələri rəhbər tutularaq Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Sosial-İqtisadi Kollecində “təsərrüfat şöbəsinin müdiri” vəzifəsində işləyən İddiaçı Rüstəm oğlu bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70 “ç” – işçi öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduqda maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025-ci il tarixindən xitam verilib. Həmin əmrə uyğun olaraq işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlıq şöbəsinə həvalə edilmişdir Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddia tələbindən görünür ki, iddiaçı işdən azad edilməsini qanunsuz və əsasız hesab edərək, işdən çıxarıldığına görə xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının ödənilməsini tələb edir. İddiaçı iddia tələbində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması adı ilə işdən azad olunmasının əsassızlığını onunla əsaslandırmışdır ki, Kollecin yeni təyin olunmuş direktoru Şəhriyar Laçınov onu çağıraraq işdən çıxarılmağı haqqında ərizə verməyimi tələb etmiş, o bundan imtina etmiş və xx.xx.2025-ci il tarixdən heç bir tutarlı səbəb olmadan işə buraxılmamış, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olmuş sənədlərin təqdim edilməsinin tələb edilməsinə baxmayaraq həmin sənədlər ona təqdim edilməmişdir. Cavabdeh tərəfin isə iddiaya etirazın əsasını iddiaçının əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyinə, əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədiyinə yaxud keyfiyyətsiz yerinə yetirdiyinə, barəsində töhmətlərdən nəticə çıxarmadığına görə işəgötürənin onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin tam qanuni və əsaslı olması təşkil edir. Məhkəmə ilk növbədə mübahisələndirilən əmrlə bağlı tələb və etirazın dəlillərinə dair mövqeyini bildirməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. -10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir - 70-ci maddəyə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 71-ci maddənin İİ hisssinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 71-ci maddənin İİİ hisssinə əsasən İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 72-ci maddəyə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 83-cü maddəsinin İ hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 186-cı madddənin 1-ci hissəsinə əsasən işçi bu Məcəllə ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilir. - 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verə bilər. - 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. - 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. - 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. - 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsinə dair əmrin qanunsuz və əsassız olması ilə bağlı izahatı özü-özlüyündə iddiasının bu hissədə əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-X23 Hüquqi Şəxsi arasında xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsi əsasında həmin tarixdən etibarən kollecdə təsərrüfat şöbəsinin müdiri vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, işçinin və işəgötürənin hüquq və vəzifələrini, qarşılıqlı öhdəliklərini və əmək münasibətlərinin hüquqi əsaslarını müəyyən etmişdir. İş materiallarında qeyd olunduğu kimi, İddiaçı əmək funksiyalarını yerinə yetirərkən əmək intizamına riayət etməməsi ilə bağlı ilk dəfə olaraq xx.xx.2023-ci il tarixində Kollecin həmin dövrdə direktor vəzifəsini icra edən Vidadi Orucovun 125-R nömrəli əmri ilə rəsmi xəbərdarlıq elan edilmişdir. İşin materiallarından görünür ki, sözügedən xəbərdarlıq, sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev və Həmkarlar Təşkilatının sədri Şahgül Qardaşəliyev tərəfindən dərkənar edilmiş məlumatlar əsasında formalaşdırılmışdır. Xüsusilə, xx.xx.2023-cü il tarixində Zaur Vəliyev tərəfindən verilmiş məlumata əsasən, xx.xx.2023cü il tarixində saat 17:50-də dərs saatları başa çatdıqdan sonra kollecin həyətində bir neçə naməlum şəxsin olduğu müşahidə edilmiş və həmin şəxslərin kimliyi barəsində izahat tələb olunmuşdur. Bu məsələ ilə bağlı cavabdehə tərəfin iddiaya verdiyi etirazdan görünür ki, iddiaçının izahatından məlum olmuşdur ki, həmin şəxslər onun dostlarıdır və o, kollecin ərazisindən araba vasitəsilə idman meydançasından gətirilən turbanı kəsərək dostlarına satmışdır. Bu hərəkətin qanunsuz və kollecin əmlakından sui-istifadə halı təşkil etməsi ilə bağlı olaraq, direktor müavini Zaur Vəliyev buna qarşı etiraz bildirmiş məsələni hüquqi qaydada araşdırmaq məqsədilə lazımi tədbirlərin görülməsi üçün rəsmi şəkildə müraciət etmişdir. X1 Münaqişə Komissiyasının Sədri Muxtarlı Qələndərin iştirakı ilə keçirilən müzakirələrdə tərəflər – Zaur Vəliyev və İddiaçı arasında yaranmış münaqişəyə hüquqi və etik müstəvidə aydınlıq gətirilmiş, iddiaçı öz hərəkətinin yanlış olduğunu etiraf etmiş və məsələni sülh yolu ilə həll etməyə çalışmışdır. Həmçinin işin materiallarından görünür ki, İnsan resursları və informasiya şöbəsinin müdiri Fimar Süleymanovanın Xidməti Məlumatına əsasən İddiaçı rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirməmiş, əməkdaşlara qarşı rəhbərliyin önündə nalayiq ifadələr səsləndirmiş, xx.xx.2024-cü il tarixli 109-R nömrəli əmrə uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndi və Kollecin Nizamnaməsinin 4.14-cü bəndi rəhbər tutularaq iddiaçıya vəzifə yerində kollecdaxili qayda və prinsiplərə əməl etmədiyinə görə töhmət verilmişdir. Bu məsələ ilə bağlı cavabdehə tərəfin iddiaya verdiyi etirazdan görünür ki, İddiaçı rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirməməsi, kollecdaxili etik davranış qaydalarına zidd olaraq əməkdaşlarla rəhbərliyin iştirakı ilə keçirilən görüşdə nalayiq ifadələr işlətməsi, habelə sənəd qəbulu üçün ayrılmış otağa icazəsiz daxil olaraq digər əməkdaş - Aynur Hüseynzadənin iş fəaliyyətinə maneçilik törətməsi əmək funksiyasının qismən və ya keyfiyyətsiz şəkildə yerinə yetirilməsi, vəzifə öhdəliklərinin pozulması, əmək intizamının kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir. Həmçinin, işin materiallarında olan İntizam Komissiyasının sədri Eldəniz Əbdülovun təqdimatından məlum olur ki, təsərrüfat şöbəsinin müdiri İddiaçı işlə əlaqədar verilən təlimatlara laqeyd yanaşmış və vəzifə funksiyalarını yerinə yetirməmişdir. Belə ki, o rəhbərlik etdiyi əməkdaşlara ehtiyacları olduqları ləvazimatları anbarda olmasına baxmayaraq təmin etməmiş, bununla da işçilər arasında narazılıq yaranmışdır. Bununla belə, iddiaçı xadimələrə - onlardan 3 nəfərin rəhbərlik tərəfindən işdən çıxarılacağı ilə bağlı əsassız hədə-qorxu gələrək əməkdaşlar arasında təşviş yaratmış və rəhbərliyə qarşı qaldırmağa cəhd etmişdir. İnsan resursları və informasiya şöbəsi tərəfindən verilən xidməti məlumatdan da görünür ki, xx.xx.2024-cü il tarixində İddiaçı rəhbərlik etdiyi texniki işçilərin bir neçəsi insan resursları və informasiya şöbəsinə müraciət edərək, İddiaçı direktor tərəfindən üç nəfərin işdən çıxarılacağı barədə məlumat verdiyini bildirmişlər. Kollecin texniki işçisi X5 xx.xx.2024-cü il tarixli xidməti məlumatına əsasən təmizlik vasitələrini dəfələrlə öz əmək haqqısı vasitəsilə almış, iddiaçı hətta işçilərə çox zaman bildirib ki, təmizlik yaxşı olmasa özü işdən çıxdıqdan sonra 3 nəfərin də işdən çıxarılacağını bildirib. Bununla yanaşı Kollecin texniki işçisi X8 da izahatından görünür ki, o da təmizlik vasitələrini dəfələrlə öz əmək haqqısı vasitəsilə almış, iddiaçıdan istədikdə isə həmin vasitələrin olmadığı cavabını almış, həmçinin ona bildirmişdir ki, təmizlik yaxşı olmasa, o işdən çıxdıqdan sonra üç nəfər də işdən çıxarılacaq. Müəyyən edilmişdir ki, İnsan resursları və informasiya şöbəsi, İntizam komissiyası və Həmkarlar təşkilatı tərəfindən daxil olan təqdimatına əsasən 29 yanvar 2025-ci il tarixində keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq 26 saylı Sabunçu rayon İ X33 Komissiyasının 28 noyabr 2024-cü il tarixli 3-11-20/2 115/2024 nömrəli məktubuna və 28 noyabr 2024-cü il tarixli 141-K nömrəli əmrə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək (65 təqvim günü) vəzifəsinin icrasından azad edildiyindən onun haqqında yuxarıda sadalanan hallar barədə məsələyə 01 fevral 2025-ci il tarixində baxılması məqsədəuyğun hesab edilmişdir. İşin materiallarından daha sonra görünür ki, qeyd edilən məsələyə İntizam Komissiyasının xx.xx.2025-ci il tarixli (Protokol №7) iclasında baxılmış və protokoldan görünür ki, komissiya üzvü Zaur Vəliyev, Fimar Süleymanova, Faiq Xalıqov, Alaverdi Culfayev, Rasim Abasquluyev, Könül Həziyeva çıxış edərək İddiaçı kollecdaxili nizamintizam qaydalarını pozduğunu, işində səhlənkarlıq etdiyini bildirirək, X2 Qaydasının 38-ci maddəsinin “b” bəndinə uyğun sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsini məqsədəuyğun hesab etmişlər. Bütün bunlara uyğun olaraq təkliflər səsə qoyulmuş və yekunda təsərrüfat şöbəsinin müdiri İddiaçı şiddətli töhmət edilməsi məqsədəuyğun hesab edilmişdir. Həmçinin işin materiallarından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixində keçirilən İntizam komissiyasının iclasında direktor Şəhriyar Laçınovun təkidi ilə iştirakından sonra iclasda məlumat verilmişdir ki, xx.xx.2025-ci il tarixində işlə əlaqədar ona verilən yeni strukturun hazırlanması ilə bağlı işlər haqqında “mənim bacarmadığım işləri mənə tapşırırsınız” demişdir. Daha sonra iddiaçı direktor Şəhriyar Laçınovun verdiyi tapşırıqları sanitar qovşaqlarla bağlı cədvəllərin tərtib olunması, binanın mövcud planı ilə bağlı rəy hazırlanması, yeni layihənin verilməsi və digər tapşırıqların heç birini yerinə yetirməmişdir. İşin materiallarından daha sonra görünür ki, İnsan resursları və informasiya şöbəsi tərəfindən verilən xidməti məlumata əsasən təsərrüfat şöbəsinin müdiri İddiaçı xx.xx.2025ci il tarixində saat 15.30-da həmin şöbəyə məlumat vermədən təhsil müəssisəsini tərk etmişdir. Həmin məsələ xx.xx.2025-ci il tarixli 2 №-li aktı ilə təsdiqlənmişdir. İddiaçının xx.xx.2025-ci il tarixində heç kimə məlumat vermədən təhsil müəssisəsini tərk etmiş, izahatında bu səhhəti ilə bağlı olmasını göstərsə də, buna dair heç bir sənəd təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya verilən töhmət və şiddətli töhmət kimi intizam tənbehlərinin qanuniliyini hazırki iddianın predmeti olmasa da qeyd olunmalıdır ki, əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli 24-k saylı əmrin verilməsinə hüquqi zəmin həmin intizam tənbehlərinin verilməsinin əsaslarından qaynaqlanmışdır. Belə ki, iddiaçı tərəfindən Kollecin daxili nizam-intizam qaydalarına əsasən, əmək intizamı və etik davranış prinsiplərinə riayət edilməməsi, xüsusilə iş mühitində nalayiq ifadələrin işlədilməsi və digər əməkdaşların fəaliyyətinə maneçilik yaradılması kollektivdə sağlam iş mühitinə zərər vurması və ümumi nizamın pozulmasına səbəb olmuşdur. Bu hallar, eyni zamanda, kollektiv əmək məhsuldarlığının azalması və işgüzar etikanın pozulması kimi nəticələnə bilməsi və qeyd edilən davranışların həm Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10 və 186.2-ci maddələrinin, həm də Kollecin daxili nizamnaməsinin tələblərinə zidd olduğundan, işəgötürən tərəfindən intizam tənbehi tədbiri olaraq iddiaçıya töhmət verilməsi zərurətini yaratmışdır. Məhkəmənin qənaətinə görə tətbiq olunan intizam tənbehi həm hüquqi, həm də təşkilati baxımdan əsaslandırılmış və məqsədi gələcəkdə bu cür halların qarşısını almaq, əmək intizamının təmin olunması və kollektivdə sağlam əmək münasibətlərinin bərqərar edilməsi olmuşdur. Məhkəmə həmçinin qeyd etməyi də zəruri sayır ki, işdən görünür ki, iddiaçı barəsində verilmiş töhmət və şiddətli töhmət intizam tənbehi tədbirlərinə dair əmrlərlə tanış olmuş və onların qanuniliyini mübahisələndirməmişdir. Məhkəmə iddiaçı tərəfin vəsatəti üzrə dindirilmiş şahid ifadələri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş, cavabdehin işçiləri olan şahidlərin ifadələrinə tənqidi yanaşararaq onların verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığı üçün sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı ilə bağlı intizam komissiyanın üzvü olmuş və cavabdeh müəssisədə hüquqşünas işləyən X6 göstərdikləri işin halları ilə uzlaşmır. Belə ki, o, xadimələrin komissiya dindirilərkən Orxana etirazları olmamasını və izahatların təhrif olunduğunu bildirdikləri halda komissiya üzvü kimi iddiaçı barəsində verilən rəyi imzalaya və komissiya üzvü kimi müstəqil olaraq obyektiv rəy də verə bilərdi. Lakin şahid xadimələrlə bağlı iradını komissiya üzvlərinə şifahi bildirməsini göstərsə də, iddiaçı ilə bağlı tədbir görülməsinə dair rəyi imzalamasını onunla əsaslandırmışdır ki, iddiaçı iclas keçirildiyi qapının arxasında durduğu və iclasa gəlmədiyi üçün onun bu hərəkətindən əsəbiləşib bildirib ki, onun məsələsinə baxılsın. Beləliklə də, şahidin ifadəsində onun Orxana işdən çıxmaqla bağlı təzyiq olması, barəsində tədbir görülməsi iə bağlı iradını komissiya üzvlərinə şifahi bildirməsi kimi ifadələr iddiaçının maraq və mənafeyinə uyğun verilmiş ifadələr kimi qiymətləndirilərək sübut növü kimi qiymətləndirilmir. Eyni hallar digər şahid, cavabdeh müəssisədə müəllim işləyən Muxtarlı Qələndərin də verdiyi ifadəyə aiddir. Belə ki, onun da ifadəsi iddiaçının maraq və mənafeyinə uyğun verilmiş ifadə olmaqla hər iki ifadələrdə verilən məlumatlar özlərinin də əməkdaşı olduları cavabdehin iddiaya olan etirazın əsası kimi istinad edilən halları təkzib etməmiş, onların ifadələrində göstərilən işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Beləliklə də, məhkəmə işin faktiki hallarınına əsasən hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər ciddi əsaslar mövcud olmuşdur. İddiaçının barəsində verilmiş əmək müqaviləsinə xitam verilməsi əmrinin əsassız və qanunsuz verildiyi üçün ləğv edilməli olmasına dair tələbi ilə bağlı iddiaçının irəli sürdüyü dəlillərlə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Başqa sözlə, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» AİHM-nin qərarı №25657/94, § 282). Göstərilənlərə əsasən Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı ona qarşı qərəzli münasibət sərgilənməsinə dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş, əsassız və qanunsuz işdən azad edilməsinə dair əmrin verilməsinə dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının əmək funksiyalarını yerinə yetirməməsi halları təkrarlanan hal olmuşdur və iddiaçı barəsində bir neçə dəfə intizam tənbehi verilmişdir. Həmin intizam tənbehləri işdən azad edilməmişdən daha öncəki vaxtlara təsadüf edir. İddiaçı davamlı şəkildə əmək funksiyalarını yerinə yetirməməklə daxili intizam qaydalarını da pozmuş, ona verilən intizam tənbehlərindən nəticə çıxarmamışdır. Belə olan halda isə işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, işəgötürən əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmamış, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə, yəni, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə xitam verilməsinə dair cavabdehin əmri qanuni və əsaslı olmuşdur. Göstərilələrə əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin mübahisələndirilən əmrin ləğv edilməsinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbinin əmək müqaviləsinin xitam verilməsinə dair əmrinin ləğv edilməsi hissəsi də əsassızdır və təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddianın mübahisələndirilən əmrin ləğv edilməsi tələbinin əsassız olması nəticəsinə gəldiyi üçün, digər tələblər, yəni, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi kimi tələblərin törəmə tələblər olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassız saydığından onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət görmür. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-3634/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3634/2025
24.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver