Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3644/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X20 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Vəkil, Cavabdeh “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” Publik Hüquqi Şəxsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X14rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X14rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli K-46 nömrəli, Əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X19 istehsalat təlim ustası vəzifəsinə bərpa edilməsi, əmək kitabçasında xx.xx.2025-ci il tarixli K-46 nömrəli əmrin ləğv edilməsi ilə bağlı qeydin əlavə edilməsi, eyni zamanda hüquqlarının bərpası üçün çəkdiyi, 330 manat hüquqi yardıma görə və 100 manat məhkəməyə müraciət üçün çəkdiyi xərclərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci ildən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X19 istehsalat təlim ustası vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində vəzifə funksiyalarını layiqincə yerinə yetirmiş, hər hansı intizam tənbehinə məruz qalmamış, əksinə müxtəlif vaxtlarda yazılı və şifahi təşəkkürlər almışdır. xx.xx.2025-ci il tarixdə K-46 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh idarə verdiyi xx.xx.2025-ci il tarixli K-46 nömrəli Əmr Əmək Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə sənədləşdirilmişdir. Ümumiyyətlə cavabdeh bu prosesi Əmək Məcəlləsinin tələblərinə hər hansı məhəl qoymadan öz bildiyi formada idarə etmişdir. İlk növbədə iddiaçı hər hansı əsas olmadan işdən kənarlaşdırılmış və xx.xx.2025-ci il tarixində əmək funksiyalarımı icra edə bilməmişdir. 84-cü maddəsinin 5-ci və 6-cı abzaslarına əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası və əmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. Halbuki əmrdə ümumi qaydada 70-ci maddənin ç bəndinə istinad edilmiş, 72-ci maddəyə isə ümumi formada göndərilmə verilmiş, lakin işçini əmək funksiyalarının icrasında yol veridiyi pozuntunun konkret nədən ibarət olması haqqında konkret bir əsaslandırma əksini tapmamışdır. Əmək Müqaviləsinə xitam verilməsi zamanı Məcəllənin digər tələbləri də pozulmuşdur. Belə ki, əmrin surəti yalnız vəkilim tərəfindən rəsmi sorğu verildikdən sonra ona təqdim edilmiş, son haqq-hesab 4 gün gecikmə ilə xx.xx.2025-ci ildə ödənilmiş, əmək kitabçası isə hələ də təqdim edilməmişdir. Bundan əlavə iddiaçı qanuni əsas olmadan işəgötürənin mülahizəsi əsasında işdən kənarlaşdırılmış və əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iş yerinə daxil ola bilməmişdir. Digər tərəfdən, əmək müqaviləsinə xitam verilən gün sağlamlıq vəziyyəti ilə əlaqədar əmək funksiyalarımı yerinə yetirə bilməmiş və bununla əlaqədar həkim arayışı da əldə etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə ederək, əmrin tərtib edilməsi zamanı cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulduğunu, iddiaçının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmasına dair əmrdə heç bir əsaslandırma qeyd edilmədiyini, bunu sübut etmə yükü işəgötürənin üzərinə düşdüyünü, həmkarlar İttifaqının üzvlərini dinləyən zaman da müəyyən olunmuşdur ki, üzvlərin kifayət qədər məlumatı yox idi, araşdırma etməmişdirlər. İddiaçıya qarşı pozuntular əmr verilmədən öncə başladığını, qanunsuz olaraq əmr verilmədən, işəgötürənin öz mülahizəsinə əsasən iddiaçı işdən kənarlaşdırılmışdır. Bunlar da göstərir ki, iddiaçıya qarşı ədalətsizlik olmuşdur. Tələbələrin ifadəsinin heç bir əsası olmadığını, onların ifadələri arasında da ziddiyyətlər mövcud olduğunu, tələb edildiyi iddia edilən məbləğ də reallığı əks etmədiyini, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş səs yazıları ilə bağlı İddiaçı gənclər təşkilatının əməkdaşına təcrübə proqramının keçirilməsi üçün pul vəsaiti ödədiyini, həmin pul vəsaitinin ödənilməsi ilə bağlı hesabdan çıxarış məlumatını məhkəməyə təqdim etdiklərini, iddiaçı bununla bağlı ödənişi onların yerinə ödədiyi üçün tələbələrdən tələb etdiyini, cavabdehin nümayəndəsinə də barışıq üçün təklif etdiklərini, lakin bununla da razılaşmadıqlarını, Əmək Müqaviləmsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli K-46 nömrəli Əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X19 istehsalat təlim ustası vəzifəsinə bərpa edilməsi, əmək kitabçasında xx.xx.2025-ci il tarixli K-46 nömrəli əmrin ləğv edilməsi ilə bağlı qeydin əlavə edilməsi, 330 manat hüquqi yardıma görə və 100 manat məhkəməyə müraciəti üçün çəkilən xərclərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X18 nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etmədiklərini, tərəflərindən heç bir tələbəyə təyziq göstərilmədiyini, tələbələr iddiaçıya pulu bir dəfəyə yox, təhsil adlıqları müddətdə verdiklərini, iddiaçı tərəfindən təqdim edilən şahid ifadələrinin nəzərə alınmasını, tələbələrin hər biri 18 yaşından yuxarı yetkinlik yaşına çatmış şəxslər olduğunu, səs yazısı, tələbələrin izahatını məhkəməyə təqdim etdiklərini, təcrübə proqramından da əlavə olaraq, iddiaçı dərs buraxma və imtahanlar üçün də pul tələb etdiyini, iddiaçıya ən başda aldığı pulları qaytarması müqabilində işləməyə dəvam etməsini təklif etdiklərini, iddiaçı isə onunla razılaşmadığını bildirdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. 01 may 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X15 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X19 təhsil alan X6 atası olduğunu, İddiaçı heç bir narazılıqlarının olmadığını, bu günədək də uşaqlara mehriban və peşəkar yanaşdığını, ərizəni oğlunun yazmadığını, yazsa belə təsirə məruz qaldığını bildirmişdir. 12 may 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X19 təhsil alan Mirzəyev Ümüdün anası olduğunu, İddiaçı heç bir narazılıqlarının olmadığını, bu günədək də uşaqlara mehriban, peşəkar yanaşdığını, ərizəni oğlu təsirə və digər tələbələrin təsirinə məruz qalaraq yazdığını bildirmişdir. 12 may 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X19 Həmkarlar İttifaqının katibi olduğunu, İddiaçı müəllim yoldaşı olaraq tanıdığını, İddiaçı ilə bağlı iclas 14 fevral 2025-ci il tarixində keçirildiyini, tələbələr İddiaçı şikayət etdiklərini, onlar da bu məsələni aydınlaşdırmaq məqsədi ilə iclas təşkil etdiklərini, tələbələrin səs yazısını da dinlədiklərini, səs yazılarında konkret pul tələb etmə faktının öz əksini tapdığını, İddiaçı bunu etiraf etmədiyini bildirmişdir. 12 may 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X19 Həmkarlar İttifaqının üzvü olduğunu, 13 və 14 fevral 2025-ci il tarixlərində günün birinci yarısında iclas təşkil etdiklərini, İddiaçı ilə müzakirə apardıqlarını, iclasın gündəliyində İddiaçı tələbələrdən hər hansı məvaacibin toplanması olduğunu, tələbələr təcrübə üçün gənclər evinə getmələrinə görə məvacib toplandığını, sədrlərinin yığılan məvacibin tələbələrə geri qaytarılmasını təklif etdiyini, ilk dəfə təcrübə proqramı üçün məvacib toplanması ilə rastlaşdığını, iddiaçını 2019-cu ildən bəri tanığını, ümumi olaraq yaxşı müəllim olduğunu və belə bir halnan rastlaşan zaman cox təəcübləndiyini bildirmişdir. 12 may 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində 2024-cü ilin sentyabr ayından “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X19 Həmkarlar İttifaqının üzvü olduğunu, İddiaçı əvvəldən tanımadığını, kollektivdə necə biri olmağı ilə bağlı məlumatı olmadığını, 14 fevral 2025-ci ildə günün birinci yarısında iclas təşkil edildiyini, iddiaçıdan pulları tələbələrə geri qaytarılmasını təklif edildiyini, lakin İddiaçı bu təklifi qəbul etmədiyini, iddiaçının həmin iclasda iştirak edərək, şikayətləri qəbul etmədiyini, bununla bağlı şəxsən hər hansı araşdırma aparmadığını və iddiaçının işdən kənarlaşdırılmasına razılıq verilməsi ilə bağlı təyziq olmadığını bildirmişdir. 12 may 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində 2024-cü ilin sentyabr ayından “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X19 Həmkarlar İttifaqının üzvü olduğunu, İddiaçı tanığını, tələbə yoldaşı olduqlarını, kollektivdə mehriban biri olduğunu, nüfuzunun yaxşı olduğunu, 14 fevral 2025-ci ildə günün birinci yarısında iclas təşkil edildiyini, iclasda 1 sədr, 4 üzv və İddiaçı iştirak etdiyini, iclasın gündəliyində İddiaçı tələblələrdən pul tələb etməsi olduğunu, əvvəl iddiaçı barəsində belə bir şikayət olmadığını və ilk başda eşidəndə inanmadığını bildirmişdir. 12 may 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X19 Həmkarlar İttifaqının sədri olduğunu, 2024-cü ilin iyun ayında Həmkarlar İttifaqına yenidən seçildiyini, İddiaçı mərkəz yaranandan bəri tanıdığını, iddiaçının hər kəslə münasibətinin normal olduğunu, 14 fevral 2025-ci il tarixdə iclas təşkil edildiyini, iclasın gündəliyində rəhbərliyin məktubunda göstərilən, tələbələrdən istehsalat təcrübəsinə əsasən pul tələb etməsi məsələsi müzakirə edildiyini, həmçinin pul tələb etməsi də sübut edildiyini, şifahi qaydada üzr istəməsi də qeyd edildiyini, iclasda bir neçə tələləbinin yazdığı məlumatlar, səs yazılarının araşdırıldığını, pul verilməsə tələbələrin imatahana buraxılmayacağı faktı öz əskinin tapdığını, əvvəl də iddiaçı ilə bağlı şikayətlər olduğunu, lakin rüşvət məsələsi ilə bağlı ilk dəfəydi şikayət daxil olduğunu bildirmişdir. 12 may 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X16 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X19 təhsil alan tələbə olduğunu, 1ci və 2-ci kursda İddiaçı ustaları olduğunu, onlardan fond düzəltmək, sinif üçün ləvazimat almaq, öz mənafeyi üçün pul tələb etdiyini, 3-cü kursda imtahana yaxın pulu tələb etdiyini, 3-cü kursda onlara dərs keçmədiyini, ondan pul almadığını, bu günədək gənclər evində təcrübə üçün 30 manat, ümumilikdə isə 50 manat pul aldığını və təxminən tələbələrdən 2000-2400 manat pul aldığını bildirmişdir. 12 may 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X12 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X19 təhsil alan tələbə olduğunu, İddiaçı onların 3 ildir ki müəllimələri olduğunu, iddiaçının ondan pul tələb etdiyini, onlara qaib yazılmamasından ötrü pul tələb etdiyini, 3 il aralıqla onlardan pul tələb etdiyini, imtahan üçündə 300 manat pul tələb etdiyini, 1-ci kursda hər ay 100 manat, 2-ci kursda 80 manat, 3-cü kursda 60 manat pul verdiklərini, dəvamiyyətdə problem yarandığı üçün pul tələb etdiyini, ərizəni 2025-ci ilin fevral ayında yazdıqlarını, digər tələbələr qorxduqlarından ərizə yazmadıqlarını,Yeganə müəllimənin təqribən 2000 manatdan çox pul aldığını və ona verdiyi pulları geri istədiyini bildirmişdir. 12 may 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X19 təhsil alan tələbə olduğunu, İddiaçı onların 3 ildir ki müəllimələri olduğunu, İddiaçı ondan dərsə gəlməməklə bağlı 100 manat, imtahanla bağlı 300 manat tələb etdiyini, 2025-ci ilin fevral ayında maddi vəziyyəti yaxşı olmadığı üçün ərizə yazdığını, ərizədə 1-ci kursdan bəri olan bütün hadisələri yazdığını, 1-ci kursda hər ay 100 manat, 2-ci kursda isə 80 manat pul verdiyini, gənclər evində təcrübə proqramı üçün 10 manat pul veridiyini, daha sonra gənclər evində başqa tələbələr və rəhbərliyindən soruşan zaman pul verilməsinin zəruri olmadığını öyrəndiyini bildirmişdir. İş materiallarına əlavə olunan Emal Sənayəsi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin K- 46 nömrəli 14 fevral 2025-ci il tarixli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmədikdə) xx.xx.2025-ci il tarixdən onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. Əmrin ləğv edilməsinə əsas: Mərkəzin ******* nömrəli qrup tələbələrinin məlumatı, Daxili İntizam Komissiyasının 01 nömrəli, xx.xx.2025-ci il tarixli protokolu, Həmkarlar İttifaqı Komitəsinin 10 nömrəli, xx.xx.2025-ci il tarixli protokolu, akt və X5 Komitəsinə göndərilən təqdimat. İş materiallarına əlavə olunan Emal sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin daxili intizam komissiyasının xx.xx.2025-ci il tarixli, 01 nömrəli protokoldan görünür ki, İstehsalat təlimi ustası İddiaçı tələbələrdən istehsalat təcrübəsinə görə pul yığılmasının müzakirəsi aparılmış, İddiaçı məsələ tam araşdırılıb hüquqi qiymət verilənə qədər müvəqqəti olaraq qrupdan kənarlaşdırılması, bütün sənədlər araşdırılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilməsi, İddiaçı qrupu müvəqqəti olaraq istehsalat təlimi ustası Xəyalə Soltanovaya tapşırılması və bu məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə məlumat verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunan Emal sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ******* nömrəli, 3-cü kurs “Kompüterlərin təmiri və xidməti üzrə texnik” ixtisası üzrə təhsil alan qrupun istehsalat təlimi ustası İddiaçı tələbələrin rəhbərliyə yazdığı məlumatda və səs yazılarında qeyd olunduğu kimi, istehsalat təcrübəsinə görə pul tələb etməsi daxili intizam komissiyasında müzakirayə çıxarılmışdır. İddiaçı Sadiq qızının tələbələrin rəhbərliyə yazdığı məlumatda və səs yazsılarında qeyd olunduğu kimi, istehsalat təcrübəsinə görə pul tələb etməsi daxili intizam komissiyasında müzakirəyə çıxarılmışdır.İddiaçı pul tələb etməsi məsələsi araşdırılması üçün nəzarətə götürülmüşdür. Məsələ tam araşdırılıb hüquqi qiymət verilənə qədər tələbələrə psixoloji təsir etməmək, tədris binasının daxilində hay-küy salaraq tədris prosesini pozmamaq məqsədi ilə İddiaçı müvəqqəti olaraq xx.xx.2025-ci il tarixdə qrupdan kənarlaşdırılmış və tədris binasına buraxılmamışdır. İş materiallarına əlavə olunan Emal sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ******* nömrəli, 3-cü kurs “Kompüterlərin təmiri və xidməti üzrə texnik” ixtisası üzrə təhsil alan qrupun istehsalat təlimi ustası İddiaçı tələbələrdən istehsalat təcrübəsinə görə pul tələb etmiş, bununla bağlı rəhbərlik tərəfindən araşdırılma aparılmışdır. Tələbələrin rəhbərliyinə yazdığı məlumatda və səs yazılarında istehsalat təlimi ustası İddiaçı Sadiq qızı tələbələrdən istehsalat təcrübəsinə görə pul tələb etmişdir. Bununla bağlı rəhbərlik tərəfindən araşdırılma aparılmışdır. Tələbələrin rəhbərliyə yazdığı məlumatda və səs yazılarında istehsalat təlimi ustası İddiaçı rəhbərliyin otağına dəvət olunmuş, o, öz səhvini etiraf etmiş və şifahi üzr istəmişdir. İş materiallarına əlavə olunan Emal sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr Məmmədov Hümbət, Aslanov Həmzə, Nəsibov Zaur, Əhmədli Eşqin, Dadaşov Hüseynbala, Əhmədli Eşqin, Dadaşov Hüseynbala, Əhmədzadə Səbuhi, Mirzəyev Ümüd, Şirinov Sabir, Aslanov Həmzə və İsgəndərova Aygün tərəfindən Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən direktor müavini Əlağa Kərimova ünvanladıqları müraciətdə İddiaçı barəsində narazılıqlarını və şikayətlərini bildirmişlər. İş üzrə tərəflərin və onların nümayəndələrinin, şahidlərin izahatlarını, iş materiallarını nəzərə alan məhkəmə belə qərara gəlir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə müdriyyətin təşəbbüsü ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. İş materiallarından göründüyü kimi iddiaçı əmək müqaviləsi ilə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş, kollektivdə nümunəvi davranmamış, tələbələrdən təkidlə, hədə-qorxu ilə pul tələb etmək və almaqla müəllim adına yaraşmayan hərəkətlərə yol vermişdir. Onun Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş intizam pozuntusuna yol verməsi tam təstiq olunmuşdur. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İş materiallarından göründüyü kimi iddiaçının yol verdiyi intizam pozuntusu cavabdeh idarənin normal iş ahəngini pozmuş, tələbələrin kütləvi şəkildə cavabdeh idarənin rəhbərliyinə ərizə ilə müraciət etməsinə, bununla əlaqədar ciddi araşdırmalar aparılmasına səbəb olmuşdur. Toplanmış sübutlarla təstiq olunur ki, tələbələrdən bir qismi iddiaçının onlardan əvvəlki tədris ilində, eləcə də 2025-ci ilin yanvar-fevral aylarında pul tələb etməklə, onlara hədə-qorxu gələrək, müxtəlif məbləğlərdə pul almışdır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə araşdırılması zaman müəyyən edilir ki, iddiaçı xx.xx.2020-ci ildən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi X19 istehsalat təlim ustası vəzifəsində işləmişdir. Emal Sənayəsi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin K-46 nömrəli 14 fevral 2025-ci il tarixli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmədikdə) xx.xx.2025-ci il tarixdən onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək 14 fevral 2025-ci il tarixli əmrinin qanunsuz olduğundan ləğv edilməsini məhkəmədən xahiş etsədə mülki işin materiallarına əlavə edilmiş sənədlərdən işəgötürən tərəfindən müqaviləni ləğv edilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmış və həmin normalara tam riayət olunmuşdur. İddiaçı iddia tələbi ilə bağlı əsaslandığı xüsusatlar məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlar ilə (şahid ifadələri, səs yazısı ilə) tam təkzib olunmuşdur. Emal Sənayəsi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin K-46 nömrəli 14 fevral 2025-ci il tarixli əmri verilərkən heç bir qanun pozuntusuna yol verilmədiyindən, iddiaçı ondan əvvəlki müqavilələrin bərpa edilməsini tələb etməkdə haqlı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X14rşı əmrin ləğv edilməsi tələbinə dair iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin işə bərpa edilmə və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədər ki, iddia tələbinin birinci hissəsi təmin edilməmişdir, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir. (Elsholz Almaniyaya qarşı iş üzrə , Blucher Çex Respublikasına qarşı iş üzrə, Van de Hurk Hollandiya qarşı iş üzrə qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alan məhkəmə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X14rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X14rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-3644/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3644/2025
29.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver