Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-3671/2022 04.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı MTK-nın nümayəndəsi X2, Cavabdeh, onun nümayəndəsi (vəkili) Nümayəndə, Üçüncü şəxsin nümaəyndəsi X1 iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı Ləğv prosesində olan "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edilməklə müqavilənin ləğv edilməsi, mənzilin qanunsuz sahibliyindən geri alınması, mənzilin boşaldılması və təhvil verilməsi, pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi və dəqiqləşdirilmiş ərizə ilə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci ci il tarixli 176 nömrəli müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 (yeni qaydalarla S.Qocayev 13) ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5-ci blok, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 45,75 kv.m olan 1 otaqdan ibarət 5 nömrəli mənzilin Cavabdeh qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və "xxxx" MTK-ya təhvil verilməsi, xx.xx.2022-ci il tarixdən mənzil boşaldılanadək hər ay 500 yüz manat məbləğində kompensasiyanın və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə arasında bağlanan xx.xx.2015-ci ci il tarixli 176 nömrəli müqaviləyə əsasən, "xxxx" MTK ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5-ci blok, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 45,75 kv.m olan 1 otaqdan ibarət 5 saylı mənzili Alıcıya təhvil verməyi, Alıcı isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci tarixli, 1875/15 saylı təminatlı kredit müqaviləsi ilə müəyyən olunur ki, ünvan 2ndə yerləşən yaşayış kompleksinin 5-ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45,75 kv.m olan 1 otaqdan ibarət 5 saylı mənzilin alınması üçün Cavabdeh 120 ay müddətinə, illik 11% ilə 37750 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehin "xxxx" MTK-dan aldığı mənzilə dair verilmiş kredit üzrə "xxxx" ASC-yə borcu olduğu və uzun müddətdir heç bir ödəniş etmədi halda qeyd edilən mənzildə heç kimdən razılıq almadan, alqı-satqı müqaviləsinin 2.4.2-ci bəndinin tələblərini pozaraq təmir-quraşdırma işləri aparmaqla həmin işləri yekunlaşdırdıqdan sonra uzun müddətdən bəri hal-hazıradək mənzildə yaşayır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbi qismən təmin edilmiş və Cavabdeh və "xxxx" Mənzil-Tikinti Kooperativindən 36203.10 ABŞ dolları əsas, xx.xx.2019-cu il tarixinə hesablanmış 15568.69 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 52071,79 ABŞ dolları borcun "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh və "xxxx" Mənzil-Tikinti Kooperativindən müştərək qaydada ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 51881,73 ABŞ dolları məbləğində pul tutulmuşdur. "xxxx" ASC ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli "Birgə fəaliyyət haqqında" müqaviləyə əsasən, müqavilənin predmetini ünvan 3 ünvanında tikintisi aparılan "Bakikhanov Residence" çoxmərtəbəli yaşayış və ticarət kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 3 aydan 60 ayadək, kooperativin rəhbərliyinin müraciəti əsasında və istisna hallarda isə 120 ayadək müddətə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikəri təşkil edir. Hal-hazırda cavabdeh banka olan borcunu ödəməməsi səbəbindən aidiyyəti icra şöbəsində "xxxx" Mənzil-Tikinti Kooperativi barəsində məcburi icra tədbirləri həyata keçirilir və bu da MTKnın fəaliyyətinin normal tənzimlənməsini çətinləşdirmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər barışıq sazişi bağlamışlar və məhkəmədən həmin barışıq sazişinin təsdiq edilərək işə xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin şərtlərinə görə tərəflər aşağıdakı qaydada razılıq əldə etmişlər. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. “XXİ Əsr“ MTK-nın Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılaraq geri qaytarılması və kompensasiya ödənilməsi” tələbi barədə iddiasını tərəflər qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-632/2020 nömrəli qətnaməsi ilə Cavabdeh və İddiaçı MTK-dan müştərək qaydada ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalı olan ümumilikdə 51 881,73 ABŞ dolları borcun şəxsən ödənilməsinə və həmin borca görə İddiaçı MTK-nı məsuliyyətdən azad edilməsinə Cavabdeh təminat verir. Hazırkı Müqavilə təsdiqləndikdən sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-632/2020 nömrəli qətnaməsi ilə verilmiş 2(103)-632/2020 nömrəli icra vərəqəsi üzrə tələbin icra edilməsi üçün aidiyyəti İcra şöbəsi (özünün təşəbbüsü və ya ləğv prosesində olan "xxxx" ASC-nin İcra şöbəsinə daxil olan yazılı tələbinə əsasən) tərəfindən “XXİ Əsr“ MTK-ya qarşı pulun ödənilməsinə dair müraciət daxil olarsa və ya bununla bağlı icra məmurunun qərarı və ya məhkəmənin qərarı əsasında “XXİ Əsr“ MTK barəsində hər hansı məhdudlaşdırım tədbirlər görülərsə (hesablar, əmlaklar üzərinə həbs və s. icra tədbirləri): İddiaçı MTK ilə Cavabdeh arasında bağlanan xx.xx.2015-ci il tarixli 176 nömrəli müqaviləyə xitam verilir; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 (yeni qaydalarla S.Qocayev13) ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5-ci blok, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 45,75 kv.m olan 1 otaqdan ibarət 5 nömrəli mənzilə dair bütün hüquqlar “XXİ Əsr“ MTK-ya keçir; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 (yeni qaydalarla S Qocayev 13) ünvanında ınşa edılən çoxmərtəbəli yaşayış kompleksində 5-ci blok, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 45,75 kv.m olan 1 otaqdan ibarət 5 nömrəli mənzil Cavabdeh tərəfindən boşaldılaraq “XXİ Əsr“ MTK-ya təhvil verilir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 (yeni qaydalarla S.Qocayev13) ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5-ci blok, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 45,75 kv.m olan 1 otaqdan ibarət 5 nömrəli mənzilin üçüncü şəxsə təkrar satışın, həyata keçirərək əldə olunan vəsait hesabına 2(103)-632/2020 №-li icra vərəqəsi üzrə tələbin icra edilməsi üçün zəruri hərəkətləri yerinə yetirəcəkdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-632/2020 nömrəli qətnaməsi ilə verilmiş icra vərəqəsi üzrə ləğv prosesində olan "xxxx" ASC-yə olan borcunu tam olaraq ödəməsi ilə öhdəliklər yerinə yetirilmiş hesab ediləcəkdir. Yalnız bundan sonra “XXİ Əsr“ MTK tərəfindən müvafiq orqandan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın alınması üçün lazım olan sənədlər Cavabdeh təqdim edilə bilər. Bu Müqavilənin təsdiq edildiyi andan etibarən öhdəliklər (pozulması halı istisna olmaqla) tam olaraq icra olunanadək Tərəflər bir-birilərinə qarşı hər hansı iddia və ya tələblə çıxış etməyəcək. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, barışıq sazişini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilər. Həmin Məcəllənin 52.5.-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. https://www.e-qanun.az/framework/46945 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış aşağıdakı barışıq sazişi təsdiq edilsin: Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. “XXİ Əsr“ MTK-nın Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılaraq geri qaytarılması və kompensasiya ödənilməsi” tələbi barədə iddiasını tərəflər qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-632/2020 nömrəli qətnaməsi ilə Cavabdeh və İddiaçı MTK-dan müştərək qaydada ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalı olan ümumilikdə 51 881,73 ABŞ dolları borcun şəxsən ödənilməsinə və həmin borca görə İddiaçı MTK-nı məsuliyyətdən azad edilməsinə Cavabdeh təminat verir. Hazırkı Müqavilə təsdiqləndikdən sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-632/2020 nömrəli qətnaməsi ilə verilmiş 2(103)-632/2020 nömrəli icra vərəqəsi üzrə tələbin icra edilməsi üçün aidiyyəti İcra şöbəsi (özünün təşəbbüsü və ya ləğv prosesində olan "xxxx" ASC-nin İcra şöbəsinə daxil olan yazılı tələbinə əsasən) tərəfindən “XXİ Əsr“ MTK-ya qarşı pulun ödənilməsinə dair müraciət daxil olarsa və ya bununla bağlı icra məmurunun qərarı və ya məhkəmənin qərarı əsasında “XXİ Əsr“ MTK barəsində hər hansı məhdudlaşdırım tədbirlər görülərsə (hesablar, əmlaklar üzərinə həbs və s. icra tədbirləri): İddiaçı MTK ilə Cavabdeh arasında bağlanan xx.xx.2015-ci il tarixli 176 nömrəli müqaviləyə xitam verilir; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 (yeni qaydalarla S.Qocayev13) ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5-ci blok, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 45,75 kv.m olan 1 otaqdan ibarət 5 nömrəli mənzilə dair bütün hüquqlar “XXİ Əsr“ MTK-ya keçir; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 (yeni qaydalarla S Qocayev 13) ünvanında ınşa edılən çoxmərtəbəli yaşayış kompleksində 5-ci blok, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 45,75 kv.m olan 1 otaqdan ibarət 5 nömrəli mənzil Cavabdeh tərəfindən boşaldılaraq “XXİ Əsr“ MTK-ya təhvil verilir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 (yeni qaydalarla S.Qocayev13) ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5-ci blok, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 45,75 kv.m olan 1 otaqdan ibarət 5 nömrəli mənzilin üçüncü şəxsə təkrar satışın, həyata keçirərək əldə olunan vəsait hesabına 2(103)-632/2020 №-li icra vərəqəsi üzrə tələbin icra edilməsi üçün zəruri hərəkətləri yerinə yetirəcəkdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-632/2020 nömrəli qətnaməsi ilə verilmiş icra vərəqəsi üzrə ləğv prosesində olan "xxxx" ASC-yə olan borcunu tam olaraq ödəməsi ilə öhdəliklər yerinə yetirilmiş hesab ediləcəkdir. Yalnız bundan sonra “XXİ Əsr“ MTK tərəfindən müvafiq orqandan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın alınması üçün lazım olan sənədlər Cavabdeh təqdim edilə bilər. Bu Müqavilənin təsdiq edildiyi andan etibarən öhdəliklər (pozulması halı istisna olmaqla) tam olaraq icra olunanadək tərəflər bir-birilərinə qarşı hər hansı iddia və ya tələblə çıxış etməyəcək. Eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi tərəflərə izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-3671/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-3671/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver