Məhkəmə qərarları › İş №e-2(008)-3685/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3685/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3685/2022 30.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MTK-nın nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin ləğvedicisi X1 nümayəndəsi K.X4, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı mübahisə pridmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin ləğvedicisi X2 ASC olmaqla "müqavilənənin ləğvi, mənzilin boşaldılaraq geri qaytarılması və kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK Cavabdeh qarşı mübahisə pridmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin ləğvedicisi X2 ASC olmaqla "müqavilənənin ləğvi, mənzilin boşaldılaraq geri qaytarılması və kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 (yeni qaydalarla S.Qocayev 15) ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 4-cü blok, 8-ci mərtəbədə yerləşən ümumi sahəsi 55,39 kv.m olan 1 otaqdan ibarət 37 saylı mənzilin Cavabdeh qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və "xxxx" MTK-ya təhvil verilməsi, xx.xx.2022-ci il tarixdən mənzil boşaldılanadək hər ay 500 (beş) yüz manat məbləğində kompensasiyanın və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumun cavabdehdən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmimişdir. Sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirməsinə dair ərizə verərək məhkəmədən "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 161 nömrəli müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 (yeni qaydalarla S.Qocayev 15) ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 4-cü blok, 8-ci mərtəbədə yerləşən ümumi sahəsi 55.39 kv.m olan 1 otaqdan ibarət 37 saylı mənzilin Cavabdeh qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmaqla mənzilin boşaldılması və "xxxx" MTK-ya təhvil verilməsi, xx.xx.2022-ci il tarixdən mənzil boşaldılınadək hər ay 500 (beş yüz) manat məbləğində kompensasiyanın və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdehdən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə A0zərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 53-cü maddələrinin tələbinə uyğun olduğundan məhkəmə tərəfindən mümükün hesab edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanan xx.xx.2015-ci il tarixli 161 nömrəli müqaviləyə əsasən, "xxxx" MTK ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 4-cü blok, 8-ci mərtəbədə yerləşən ümumi sahəsi 55,39 kv.m olan 1 otaqdan ibarət 37 saylı mənzili alıciya təhvil verməyi, alici isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən, "xxxx" MTK-nın Cavabdeh müqavilə öhdəliklərini, o cümlədən "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən yaranmış aylıq annuitet ödəniş daxil bütün vəzifələri vaxtında və tam şəkildə həyata keçirilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 2.4.1-ci bəndi ilə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi üzrə aylıq annuitet məbləği və digər pul öhdəliklərini vaxtında tam şəkildə ödənilməsi cavabdehin vəzifəsi kimi müəyyən olunmuşdur. Həmin müqavilənin 2.4.2-ci bəndinə əsasən, cavabdeh mənzilin təmir-quraşdırma işlərinə "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsi üzrə borcu olmadıqda və digər pul öhdəlikləri tam ödənildikdən sonra başlamalı idi. Həmin müqavilənin 3.1-ci və 3.2-ci bəndləri ilə müqavilənin cəmi qiyməti 60 929 manat və həmin məbləğin 80%-lik hissəsi "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında ödənilməli olduğu müəyyən edilmişdir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, cavabdehin "xxxx" ASC qarşısında öhdəlikləri tam icra edilənə qədər MTK özünün və "xxxx" ASC-nin lehinə müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər və cavabdeh tərəfindən bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürülə bilməz. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində tərəflər birbirinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzinə) görə mülki hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa MTK-nın müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Cavabdeh bununla əlaqədar MTK-ya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi halında cavabdeh tərəfindən MTK-ya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və MTK-ya dəymiş ziyan (o cümlədən mənzillə əlaqədar "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi ilə əlaqədar MTK-nın birbaşa və ya dolayı bütün məsrəfləri və "xxxx" ASC-nin tələbləri) çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödənişin qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində cavabdehə qaytarılacaq. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1807/15 saylı təminatlı kredit müqaviləsi ilə müəyyən olunur ki, ünvan 2ndə yerləşən yaşayış kompleksinin 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55,39 kv.m olan 1 otaqdan ibarət 37 saylı mənzilin alınması üçün Cavabdeh 120 ay müddətinə, illik 12 % ilə 47 360 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə görə kredit öhdəliklərinin təminat üsulu alınacaq mənzilin ipotekasıdır və irəlidə təminat üsulu adlandırılacaq borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə borcalan və ya üçüncü şəxslə girov müqaviləsi bağlanılır, 4.2-ci bəndinə görə təminat üsulu ilə bağlı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aidiyyatı subyektlər tərəfindən bağlanan və rəsmiləşdirilən müvafiq müqavilə ilə tənzimlənir. Cavabdeh həm "xxxx" MTK ilə bağladığı xx.xx.2015-ci il tarixli 161 nömrəli alqı-satqı müqaviləsinin tələblərini, həm də "xxxx" ASC ilə bağlanan xx.xx.2015-ci il tarixli, 1807/15 nömrəli kredit müqaviləsinin tələblərini və üzərinə götürdüyü öhdəlikləri kobud surətdə pozmuşdur. Belə ki, Cavabdeh verilən kredit yuxarıda qeyd edilən mənzilin əldə edilməsi üçün verilmişdir və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərdən biri də həmin mənzili "xxxx" ASCdə ipoteka ilə yüklü etmək olmasına baxmayaraq, Cavabdeh bir çox xəbərdarlıqlara baxmayaraq həmin öhdəliklərin icrasından yayınmış, sonradan bankın müflis olması nəticəsində ləğv etmə prossesində olması bu öhdəliklərin icrasını mümkünsüz etmişdir. Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli, 1807/15 nömrəli təminatlı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ona və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş və ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 45 235,69 ABŞ dolları əsas, 13 018,75 ABŞ dolları faiz, 5480,37 ABŞ dolları cərimə, cəmi 63 734,81 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh istifadəsində olan ünvan 2ndə yerləşən yaşayış kompleksinin 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55,39 kv.m olan 1 otaqdan ibarət 37 saylı mənzilinə "xxxx" Mənzil- Tikinti Kooperativində olan pay hüququna yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh istifadəsində olan ünvan 2ndə yerləşən yaşayış kompleksinin 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55,39 kv.m olan 1 otaqdan ibarət 37 saylı mənzildən sonuncunun çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-3389/2019 saylı qətnaməsi ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbi qismən təmin edilmiş və Cavabdeh və "xxxx" Mənzil-Tikinti Kooperativindən 45 235,69 ABŞ dolları əsas, 12 760 ABŞ dolları faiz, 200 AB dolları cərimə olmaqla, cəmi 58 195,69 AB Ş dolları borcun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASCnin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən "xxxx" MTK tərəfindən verilən apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2021-ci il tarixdə baxılaraq 2(103)-5775/2021 nömrəli qətnamə və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verilən kassasiya şikayətinə Ali Məhkəmədə xx.xx.2021-ci il tarixdə baxılaraq 2(102)- 5721/2021 nömrəli qərar ilə şikayətlər təmin edilməmiş və qəbul edilmiş qərarlar dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəsini alaraq icra olunması üçün aidiyyəti icra şöbələrinə yönəldilmişdir. "xxxx" ASC ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2014-cü il tarixli "Birgə fəaliyyət haqqında" müqaviləyə əsasən, müqavilənin predmetini ünvan 3 ünvanında tikintisi aparılan "Bakikhanov Residence" çoxmərtəbəli yaşayış və ticarət kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 3 aydan 60 ayadək, kooperativin rəhbərliyinin müraciəti əsasında və istisna hallarda isə 120 ayadək müddətə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikəri təşkil edir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə Kooperativ Bankın müraciət etdiyi günün sonrakı iş günündən gec olmayaraq, ödəniş gününə mövcud olan kredit borcunu, faizlər daxil olmaqla banka tam ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, Bank Kooperativin bank hesablarından bu Müqavilə ilə yaranmış borcu, hesablanan dəbbə pulunu və vurulmuş zərəri, habelə bu Müqavilənin 5.4-cü bəndində göstərilən məbləği akseptsiz qaydada silmək hüququna malikdir. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən, Bankın Kooperativdən onun hüquqlarını yerinə yetirməyə mane olan hər cür pozuntuları aradan qaldırmağı tələb etmək hüququ var. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən, Kooperativ öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə Banka dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır. Hal-hazırda cavabdeh banka olan borcunu ödəməməsi səbəbindən aidiyyəti icra şöbəsində "xxxx" Mənzil- Tikinti Kooperativi barəsində məcburi icra tədbirləri həyata keçirilir və bu da MTKnın fəaliyyətinin normal tənzimlənməsini çətinləşdirmişdir. Kredit müqaviləsi üzrə borcunun ödənilməsi barədə Cavabdeh ilə aparılmış bütün danışıqlar nəticəsiz qalmış və onun tərəfindən ödəniş edilməsinə dair hər hansı müsbət addım atılmamış, nəticədə yuxarıda qeyd edilən məhkəmə qərarlarına əsasən "xxxx" Mənzil-Tikinti Kooperativi ləğv prosesində olan "xxxx" ASC-niı ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna borclu qalmışdır. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" MTK-ya müraciət olunmuş və xx.xx.2015-ci il tarixli 161 nömrəli alqı-satqı müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi və müqavilənin predmeti olan mənzilin boşaldılması, daha sonra mənzilin hər hansı üçüncü şəxsə satılması yolu ilə əldə olunan vəsait hesabına Cavabdeh "xxxx" ASC-yə olan borcunun ödənilməsi üçün zəruri tədbirlərin görülməsi tələb edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" MTK tərəfindənavabdehə bildiriş göndərilərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və tərəflər arasında bağlanan müqavilənin 10.1-ci və 10.2-ci bəndlərinə, habelə "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun müraciətinə əsaslanaraq, xx.xx.2015-ci il tarixli 161 nömrəli müqaviləyə "xxxx" MTK tərəfindən birtərəfli qaydada xitam verildiyi və mənzilin başqa şəxsə təkrar satışının həyata keçirilməsi yolu ilə əldə olunan vəsaitin həmin mənzilin əldə edilməsi üçün "xxxx" AS C tərəfindən Cavabdeh verilmiş pul məbləğinə görə yaranmış borcun ödənilməsinə yönəldilməsinin qərara alındığı bildirilmişdir. Bundan əlavə yuxarıda qeyd olunan bildirişlə S.Qocayev küçəsi 152 (yeni qaydalarla S.Qocayev 15) ünvanda inşa edilmiş 37 nömrəli mənzilin xx.xx.2022-ci il tarixədək boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi tələb edilmiş, əks təqdirdə mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi, mənzil boşaldılanadək hər ay 500 (beş) yüz manat məbləğində kompensasiya ödənilməsi, o cümlədən məhkəmə xərclərinin tutulması tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "xxxx" MTK tərəfindən göndərilən bildirişə Ş.Əgərova tərəfindən heç bir münasibət bildirilməmiş və o hal- hazıradək mənzili təhvil verməkdən yayınmışdır. Ona görə də məhkəmədən "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 161 nömrəli müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 4-cü blok, 8-ci mərtəbədə yerləşən ümumi sahəsi 55.39 kv.m olan 1 otaqdan ibarət 37 saylı mənzilin Cavabdeh qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmaqla mənzilin boşaldılması və "xxxx" MTK-ya təhvil verilməsi, xx.xx.2022-ji il tarixdən mənzilin boşaldılması və "xxxx" MTK-ya təhvil verilməsi, xx.xx.2022-ci il tarixdən mənzil boşaldılınadək hər ay 500 (beş yüz) manat məbləğində kompensasiyanın və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdehdən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MTK-nın nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin ləğvedicisi X1 nümayəndəsi K.X6 iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o müqavilə üzrə ödənişlərini devilavasiyadan sonra ödəmək imkanından məhrum olmuşdur. İddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsini buraxdıqını, lakin onun bugünədək ödəmiş olduğu pul məbləğinin ona geri qaytarılmasını məhkəmədən xahiş etdi, eyni zamanda iddiaçının müqavilənin ləğv edilməsinə dair təklifindən imtina etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan XXİ Əsr MTK ilə Cavabdeh arasında bağlanmışı 161 saylı xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, XXİ əsr MTK ilə ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 4-cü blok, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 55.39 m2 olan 1 otaqdan ibarət olan 37 saylı mənzili payçıya təhvil verməyi, Payçı isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaiti ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" MMMC-nin 14 aprel 2022-ci il tarixli 09 saylı arayışından görünür ki, Cavabdeh ünvan 5 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 4cü blok, 8-ci mərtəbədə yerləşən, 1 otaqdan ibarət olan 37 saylı mənzilini sahibidir və həmin mənzildə yaşayır. İşdə olan "xxxx" ASC ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qojayev küçəsindəki 152,156, 158, 162 və 164 ünvanında tikintisi aparılan «Bakihanov Residecje» çoxmərtəbəli yaşayış və ticarət kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 3 aydan 60 ayadək, Kooperativin rəhbərliyinin mürajiət əsasında və istisna hallarda 120 ayadək müddətinə kreditləşməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. İşdə olan Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin "xxxx" MTK-ya ünvanlamış e30779/2020-4-6-007 saylı xx.xx.2020-ci il məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3389/2019-011 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Sizdən 30 manat, 58195.69 ABŞ dolları pul vəsaiti və dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İşdə olan "xxxx" MTK-nın Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 9 ünvanda inşa edilmiş 37 nömrəli mənzilin xx.xx.2022-ci il tarixədək boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi tələb edilmiş, əks təqdirdə mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi, mənzil boşaldılanadək hər ay 500 (beş) yüz manat məbləğində kompensasiya ödənilməsi, o cümlədən məhkəmə xərclərinin tutulması tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5775/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)- 3389/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh və XXİ Əsr MTK-dan müştərək qaydada 45235.69 ABŞ dolları əsas, 12760 ABŞ dolları faiz 200 ABŞ dolları cərimə olmaqla cəmi 58195.69 ABŞ dolları borc pul məbləği iddiaçı TexnikaBank ASC-nin xeyrinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5775/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(0110- 3389/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(0110-3389/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə Cavabdeh müəyyən edilmiş vaxtlarda və məbləğdə ödəniş etmədiyi üçün iddiaçı ilə bağladığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 4-cü blok, 8-ci mərtəbədə yerləşən ümumi sahəsi 55.39 kv.m olan 1 otaqdan ibarət 37 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, mənzilin aylıq ödənişlərini vaxtlı vaxtında icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Beləliklə məhkəmə araşdırması zaman müəyyəm olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı müqavilə ilə razılaşdırılmış mənzili payçıya təhvil verməyi, payçı isə müqavilə ilə müəyyən edilmiş mənzilin dəyəri üçün əldə edilmiş pulun ödənilməsini öz üzərinə götürmüşdür. Hazırki işdə iddiaçının müqavilə üzrə öhdəliyinin icrasını yerinə yetirməsinə baxmayaraq cavabdeh tərəfindən mənzilin dəyəri üçün əldə edilmiş pul vəsaiti ödənilmədiyindən iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli məhrum etmişdir. Belə olan halda iddiaçı həm məhkəmə iclası zaman, həmdə məhkəməyə qədər pretenziya qaydasına əməl edərək müqavilənin ləğv edilməsi təklfini cavavbdehə təklif etmiş, cavabdeh isə ödəmiş olduğu pulun ona qaytarılmadığı halda müqavilənin ləğvindən imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 161 saylı müqavilə ləğv ediilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 (yeni qaydalarla S.Qocayev 15) ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 4-cü blok, 8-ci mərtəbədə yerləşən ümumi sahəsi 55,39 kv.m olan 1 otaqdan ibarət 37 saylı mənzildə yaşayan şəxslər (iddiaçı və onunla birlikdə yaşayan şəxslər) əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzil boşaldmalıdırlar. Bundan başqa məhkəmə iddia tələbinin cavabdehin xx.xx.2022-ci il tarixdən mənzil boşaldılanadək hər ay 500 (beş) yüz manat məbləğində kompensasiyanın cavabdehə ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehdən hansı əsaslarla kompensasiyanın tutulması və nə səbəbdən xx.xx.2022-ci il tarixdən hesablanmasına dair əsaslar mülki işin matriallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Cavabdehə xx.xx.2015-ci il tarixli 161 saylı müqavilə ləğv olunduqdan sonra Cavabdeh tərəfindən ödənilmiş pul vəsaitinin ona geri qaytarılması öhdəliyinin ayrıca iddia icraatı qaydasında iddiaçının üzərinə qoymaq hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan dövlət rüsumundan görünür ki, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 161 saylı müqavilə ləğv edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 (yeni qaydalarla S.Qocayev 15) ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 4-cü blok, 8-ci mərtəbədə yerləşən ümumi sahəsi 55,39 kv.m olan 1 otaqdan ibarət 37 saylı mənzildə yaşayan şəxslər (Cavabdeh və onunla yaşayan digər şəxslər) əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin. Ödənilmiş 100 (bir yüz ) mana dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Mənzil Tikinti Kooperativə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nilufər Jəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar