Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-3741/2024 22.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakın naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda, kompensasiyanın digər mülkiyyətçidən alınıb verilməsi, razılıq əldə edilmədikdə əmlakın hərracda satılması tələblərinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar prosessual hərəkət kimi nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakın naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda, kompensasiyanın digər mülkiyyətçidən alınıb verilməsi, razılıq əldə edilmədikdə əmlakın hərracda satılması tələblərinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/5 hissəsinin naturada ayrılması, naturada ayrılması mümkün olmadıqda, paylı mülkiyyət hüququ ilə onlara məxsus 2/5 hissəsinin dəyəri şəklində kompensasiyanın cavabdehlərdən alınıb verilməsi, razılıq əldə edilmədikdə əmlakın hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi icraata qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehlərə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Müəyyən olunur ki, iddiaçılar əmlakın naturada bölünməsini xahiş etməklə yanaşı, eyni zamanda əmlakın paylı mülkiyyət hüququ ilə onlara məxsus 2/5 hissəsinin dəyəri şəklində kompensasiyanın alınması və əmlakın hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etməklə, eyni vaxtda baxılması mümkün olmayan, sonrakı mərhələlərdə verilməli olan iddia tələbləri ilə eyni vaxtda müraciət edərək, bir-biri ilə əlaqədar olmayan bir neçə tələbləri birləşdirmişdir. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi iddiaçılara geri qaytarılmalı, iddiaçılar ərizədə qeyd edilən nöqsanlar aradan qaldırıldaqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakın naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda, kompensasiyanın digər mülkiyyətçidən alınıb verilməsi, razılıq əldə edilmədikdə əmlakın hərracda satılması tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçılara göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-3741/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-3741/2024
22.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver