Məhkəmə qərarları › İş №e-2(008)-3764/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3764/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3764/2022 05.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı İB-nin nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Atakşiyev X7 nümayəndəsi (vəkili) X1 iştirakları ilə İddiaçı İB-nin cavabdeh Atakşiyev X8 qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB cavabdeh Atakşiyev X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Atakşiyev X9 tərəfindən İddiaçı İB-nə vurulmuş aktlar üzrə yaranmış 13766,20 manat borcun, 776,70 manat debitor borcun, 1292,70 manat cari borcun, yeni tarifə keçidlə əlaqədar yaranmış 11,20 manat olmaqla, ümumilikdə 15816,80 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 139 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 16255,80 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Atakşiyev X9 arasında daha öncəki tarixlərdə, eləcə də xx.xx.2020-ci il tarixində, 04-397 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və «Qaz təchizatı haqqında Qanun»un 6.2-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni təbii qazı qeyri-qanuni talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2017-cı il tarixli ******* saylı akt əsasında 3338,20 manat; xx.xx.2018-cı il tarixli ******* saylı akt əsasında 10240 manat; xx.xx.2018-cİ il tarixli ******* saylı akt əsasında 188 manat; Aktlar əsasında ümumilikdə 13766,20 manat məbləğində zərər dəyimiş olduğu müəyyən olunmuşdur . Bununla yanaşı, cavabdehin 2012-ci ildə 481,50 manat, 2013-cü ildə isə 295,20 manat debitor borcu qalmışdır. (13766,20+581,50+295,20+14542,90). Yuxarda qeyd olunlarla yanaşı cavandehin faktiki istifadə edilmiş, lakin dəyəri ödənilməmiş qazın həcminə görə 1292,70 (583,30+660,80+48,60) manat cari borcu yaranmışdır.. Cavabdeh tərəfindən həyata keçirilmiş 30 manat ödəniş və yeni tarifə keçidlə əlaqədar yaranmış 11,20 manat (6,70 manat + 4,50 manat) borc nəticəsində İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda AGİS üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 15816,80 manat təşkil etməkdədir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia 1292,70 manat cari borcun və yeni tarifə keçidlə əlaqədar yaranmış 11,20 manat borcun tutulması hissəsində baxılmamış saxlanılmışdır. Hazırda məhkəmə iddianın aktlar üzrə yaranmış 13766,20 manat borcun və 776,70 manat debitor borcun tutulması hissəsinə baxır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Atakşiyev X7 nümayəndəsi (vəkili) X2 iddianı qəbul etmədi və izahatında qeyd etdi ki, cavabdeh Atakşiyev X9 ilə İddiaçı İB arasında xx.xx.2020-ci il tarixində, 04-397 nömrəli nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. İddiaçı tərəfindən dəymiş ziyanın bərpasına dair tərtib edilmiş 2017-2018-ci il tarixli “Təbii X5nın pozulması haqqında”aktlar xx.xx.1996-cı il tarixdə olmüş iddiaçının atası Dostəli Atakşiyevin adına tərtib edilmişdir. Həmçinin, iddiaçı tərəfindən X6ə 2012-ci ildə 481,50 manat, 2013-cü ildə isə 295,20 manat debitor borcu hesablanmışdır. Göründüyü kimi, ölmüş şəxsin adına tərtib edilmiş aktların və hesablanmış borcun heç bir hüquqi əsası yoxdur. X6 ünvan 2 ünvanında yaşamış və bu səbəbdən də həmin ünvanda Təbii X5nın pozulması barədə tərtib edilmiş aktlara görə hesablanmış borc cavabdehdən tutula bilməz. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını təhqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Atakşiyev X9 ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında xx.xx.2020-ci il tarixində, 04-397 nömrəli nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. Müqavilədə abonent tərəfindən (PQ 4) və qızdırıcı qurğularının işlədilməsi qeyd edilmişdir. İddiaçı İB tərəfindən “Təbii X5nın pozulması haqqında» aşağıdakı aktlar tərtib olunmuşdur. Tarixsiz ******* saylı akt, xx.xx.2018-cı il tarixli ******* saylı akt, xx.xx.2018-cİ il tarixli ******* saylı akt Həmin aktlar xx.xx.1996-cı il tarixdə olmüş iddiaçının atası Dostəli Atakşiyevin adına tərtib edilmişdir (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 1583 №-li, xx.xx.2014-cü il tarixli akt qeydi). Həmçinin xx.xx.2018-cı il tarixli ******* saylı akt və xx.xx.2018-cİ il tarixli ******* saylı aktlarda X6in aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmış, halbuki qeyd edildiyi kimi, Dostəli Atakişiyev ölmüşdür. Bundan başqa X6 təbii qazdan ünvan 2 ünvanında istifadə etmiş və onun adına tərtib olunan qeyd olunan aktlar məhz həmin ünvanda təbii X5nın pozulması haqqında tərtib edilmişdir. İddiaçı isə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nəriman ünvan 3 ünvanında təbii qazdan istifadə etmiş və bu barədə İddiaçı ilə iddiaçının arasında xx.xx.2020-ci il tarixdə 04-397 nömrəli müqavilə»si imzalanmışdır. Qeyd olunanlardan əlavə, iddiaçı tərəfindən X6ə 2012-ci ildə 481,50 manat, 2013cü ildə isə 295,20 manat debitor borcu hesablanmışdır (Abonentin saldosu). Beləliklə məhkəmə müəyyən etmişdir ki, iddiaçının atası Dostəli Atakişiyev xx.xx.1996-cı il tarixdə ölmüş, iddiaçı tərəfindən onun ölümündən uzun müddət sonra barəsində “Təbii X5nın pozulması haqqında” aktlar tərtib edilmiş, hətta tərtib olunan 2 aktda isə X6in aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmış, 2012-2013-cü illərdə ona debitor borc hesablanmışdır. Bu əsasdan da məhkəmə həmin aktların və 2012-2013-cü illərdə hesablanmış debitor borcun doğruluğunu inandırıcı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ölmüş adamın adına tərtib olunmuş aktlar üzrə hesablanmış zərərə və 2012-2013-cü illər üzrə hesablanmış debitor borca görə cavabdehin məsuliyyət daşıması barədə hər hansı bir sübut təqdim edilmədiyindən iddia rədd edidməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 115.0.5-ci maddəsinə əsasən nümayəndəyə ödənilmiş xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işin baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən, həmin məbləğ tutula bilməz. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar