Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3819/2024 21.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı, müstəqil tələb irəli sürməyən üçünçü şəxs Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında X9 Xidməti olmaqla “əmək müqaviləsinin sistemdən silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı, müstəqil tələb irəli sürməyən üçünçü şəxs Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında X9 Xidməti olmaqla “əmək müqaviləsinin sistemdən silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xüsusi Exspert MMC Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı (FİN:xxxxxxx) arasında olan əmək müqaviləsini sistemdən silinməsini (xitamını) və xitama dair əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsini Xüsusi Exspert MMC-nin üzərinə qoyulmasına, bu mümükün olmadıqda isə Xüsusi Exspert MMC Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı (FİN:xxxxxxx) arasında olan əmək müqaviləsini sistemdən silinməsini (xitamını) və xitama dair əmək müqaviləsi bildirişinin mərkəzləşdiri elektron informasiya sisteminə daxil edilməsi vəzifəsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhəri idarəsinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Tələb onunla əsaslandırılmışdır ki, heç bir əmək münasibətlərində olmadığına baxmayaraq qanunsuz olaraq "xxxx" MMC tərəfindən onun işçisi kimi qeyd edilməklə əmək müqaviləsi Elektron Hökumət portalının sisteminə əlavə etmiş, həmin MMC ilə hər hansı münasibətləri olmamış, heç bir zaman əmək müqaviləsi bağlamamışdır. Bütün qeyd edilənlərin heç bir hüquqi və faktiki əsası olmamışdır. Yuxarıda qeyd edilənlərlə bağlı tərəfindən X9 Xidmətinin Bakı şəhər idarəsinə müraciət edilmiş müraciətdə qeyd edilmiş əmək müqaviləni sistemdən silinməsini təmin edilməsi istənilmişdir. X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubuna əsasən sistemdən əmək müqaviləsinin bildirişinin silinməsi mümkün olmadığı qeyd edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bundan sonra məhkəməyə müraciət olunmuş və Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2377/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Belə ki, məhkəmə "xxxx" MMC ilə, İddiaçı arasında bağlanmış əmək müqaviləsini etibarsız hesab etmiş, etibarsız olan müqavilənin təkrar etibarsız hesab edilməsini mümükünsüz hesab etmişdir. Qətnamə qanuni qüvvəsiniz almış, lakin hal-hazıradək etibarsız hesab edilmiş əmək müqaviləsi mərkəzləşdirilmiş elektron sistemdə qalmaqdadır. İclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli cavab məktubundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X9 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X9 Xidmətinə həvalə edilmədir. İş materiallarına əlavə olunan Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13599/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5rşı əmək müqaviləsinin sistemdən silinməsi öhdəliyinin qoyulması barədə iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/3/2023-00055 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi vasitəsilə iş yerinə dair arayışdan görünür ki, İddiaçı "xxxx" MMCdə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən hüquqşünas vəkil kimi işə qəbul edilmişdir. Elektron Məhkəmə X2rumlarının dövlət reysteri məlumatlarına verilmiş sorğudan görünür ki, cavabdeh Xüsusi Ekspert Hüquq Xidmət MMC hal-hazırda fəaliyyətdədir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən X9 Xidmətinin nümayəndəsi X1 Məcəlləsinə əsasən işəgötürən yalnız fiziki şəxs olduqda və konkret hallarda əmək müqaviləsinə xitam verilməli olduğunu, hazırki halda işəgötürən hüquqi şəxs olduğundan, məhkəmə qətnaməsi əsasında X9 Xidməti tərəfindən icra olunacağını bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 316.1-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı işçilər və işəgötürənlər arasında yaranan fərdi və kollektiv əmək mübahisələri bu Məcəllə və Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bilavasitə məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qaydaların 6.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci maddəsində göstərilən əsaslar sırasında fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsaslar dəqiq göstərilmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi əsaslar təsbit olunmuş, hüquqi şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə qeyd edilən orqana müraciət əsasında xitam verilmiş hesab edilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə, Cavabdeh MMC arasında olan əmək müqaviləsini sistemdən silinməsini (xitamını) və xitama dair əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi, əmək müqaviləsinin sistemdən silinməsi (xitamını) və xitama dair əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsini Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında X9 Xidməti Bakı şəhəri idarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. İddia tələbinin Xüsusi Exspert MMC ilə, İddiaçı arasında olan əmək müqaviləsini sistemdən silinməsi və xitama dair əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsini Xüsusi Ekspert MMC-nin üzərinə qoyulması ilə bağlı məhkəmə qeyd edir ki, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. İşin hallarından da göründüyü kimi iddiaçı hüquqi şəxs olan işəgötürənə və onun səlahiyyət verdiyi şəxsə müraciət etsə də, heç bir nəticə əldə etmədiyindən və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74cü maddəsinin 1-1-ci bəndinə əsasən fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsaslar olmadığından iddia bu hissədə təmin oluna bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 14.2, 77.1, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında olan əmək müqaviləsini sistemdən silinməsini (xitamı) və xitama dair əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsini əmək müqaviləsini sistemdən silinməsini (xitamını) və xitama dair əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsini Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında X9 Xidməti Bakı şəhəri idarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-3819/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3819/2024
21.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver