Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-3837/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı Cavabdeh qarşı « hüququ faktının müəyyən edilməsi» tələbinə dair kiçik mübahisələr üzrə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «vərəsəli hüququ faktının müəyyən edilməsi» tələbinə dair kiçik mübahisələr üzrə sadələşdirilmiş ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmçinin məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-cu maddəsinə görə məhkəmələr şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmələr mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. Göründüyü kimi hazırki iddia ərizəsi iddia icraatı qaydasında verilsədə, iddia tələbi faktın müəyyən edilməsidir. Faktın müəyyən edilməsi isə xüsusui icraat qaydasında baxılmalı olan işdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə iddia icraatı qaydasında müraciət etdiyi halda iddia tələbi faktın müəyyən edilməsi ilə bağlı ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi düzgün qeyd edimədiyindən, iddia ərizəsinin icraata götürülməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı « hüququ faktının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri icraata qəbul edilməsindən imtina olunsun. İdddia ərizənin qəbul edilməsindən imtina olunması barədə qərardad iddiaçının həmin tələb üzrə xüsusi icraatı qaydasında ərizə verilməsinə və ya iddia icraatı qaydasında tələbin dəyişdirilərək iddia ərizəsi verməsinə mane olmur. Hakim Nilufər Cəfərlı
Məhkəmə qərarları › İş №e-2(008)-3837/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-3837/2024
25.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver