Məhkəmə qərarları › İş №e-2(008)-3881/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3881/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3881/2023 15.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 (on min) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumunun tutularaq, o - İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, iddiaçının oğlu X6 Cavabdeh qızı X11 ilə birbirlərini sevmişlər, 2019-cu ilin iyul ayında evlənmək məqsədi ilə bir-birlərinə qoşulub qaçmışlar. Daha sonra Humay Təhməzova anasının diqtəsi ilə oğlu Elturan Daşdəmirovdan şikayətçi olmuşdur. Buna görə də, oğlu Elturan Daşdəmirov barəsində AR CM-nin 144-cü maddəsinə görə cinayət işi başlanmışdır. Hal-hazırda həmin cinayət işinə Bakı Apellyasiya Məhkəməsində baxılmaqdadır. Cinayət işinin ibtidai istintaqı dövründə o, Cavabdeh ilə görüşüb, niyə qızı Humay Təhməzovanın oğlundan şikayət etdirdiyini soruşmuşdur. Tamam xanım bildirib ki, o, ona 10 min verdiyi təqdirdə, o, qızının oğlundan şikayətinin olmadığı, oğlu ilə barışdığı barədə istintaq orqanına Humay Təhməzovanın ərizə verəcəyini, şikayətini geri götürəcəyini bildirmişdir. O oğlunun həbs edildiyi üçün çıxılmaz vəziyyətdə olduğu üçün oğlu Elturanın tezliklə azadlığa qovuşması üçün, məcbur olub Cavabdeh ilə belə bir razılığa gəldi ki, o, Cavabdeh onun tələb etdiyi 10.000 manat pulu verir, əvəzində isə onun qızı X13, onun oğlu X6 barəsində Sabunçu Rayon Polis idarəsinə vermiş olduğu şikayət ərizəsini geri götürəcək və istintaq orqanına Elturan Daşdəmirovla barışdığı barədə, Elturan Daşdəmirovdan hər hansı şikayət və tələbinin olmaması barədə ərizə verəcəkdir. Cavabdeh ilə bu barədə razılaşandan sonra, o, Cavabdeh ilə aralarında olan həmin razılaşmalarına əsasən, 10 min manat pulu ona vermişdir. Lakin, Cavabdeh müxtəlif səbəblərlə (gah xəstəliyi ilə əlaqədar, gah işinin olması ilə əlaqədar və s.), Humay Təhməzovanın oğlunun Elturan Daşdəmirovla barışdığı, ondan şikayət və tələbinin olmaması barədə ərizəni istintaq orqanına təqdim etməyi ləngidirdi. Bununla əlaqədar o, Nizami Rayon prokurorluğuna şikayət etmişdir. Həmin şikayət ərizəsinə əsasən, araşdırma aparıldı və xx.xx.2021-ci il tarixli HK1-1664 saylı “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar” qəbul edildi. Həmin polis araşdırması zamanı verdiyi izahatında Cavabdeh ondan 10 min manat pul aldığını etiraf etmişdir. Daha sonra, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olanda, hətta ondan sonra da Cavabdeh barışıq ərizəsi verəcəklərini bildirmişdir, ərizə verməsini isə müxtəlif bəhanələrlə uzatmışdır, əvvəlcə Elturanın məhkəməyə etirafedici ifadələr verməsini istəmiş, sonra KOVİD-19 pandemiyasını bəhanə edərək evdən çıxa bilmədiklərini bildirmiş, sonra isə əlavə 30 min pul da tələb etmişdir. O, Cavabdeh bildirmişdir ki, artıq 10 min pul vermiş, bunun əvəzində isə o, qızının oğlu ilə barışması barədə ərizə verməli olruğu halda, bunu etməmişdir. Cavabdeh da Humayın, Elturanla barışdığı və ondan şikayətinin olmaması barədə ərizə verəcəyini vəd etmişdir. O, Cavabdeh barışıq ərizəsi veriləcəyi barədə vədlərinə inanmış, çünki cavabdeh ona bildirirdi ki, məsələnin barışıqla həll edilməsi onun da marağındadır, düşmənçilik etmək istəmir. Lakin, Bakı Apellyasiya Məhkəməsində 1(103)-23/2023 saylı cinayət işi ilə əlaqədar 14 oktyabr 2022-ci il tarixli məhkəmə iclasında Humay Təhməzova qəti olaraq bildirmişdir ki, o, oğlundan şikayətçidir və barışmaq fikri yoxdur. Beləliklə xx.xx.2022-ci il tarixində ona aydın oldu ki, Cavabdeh aralarında olan şifahi razılaşmanın şərtlərini pozmuşdur. Mülki Məcəllənin 881.1 .-ci maddəsinə görə barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.3.-ci maddəsinə görə barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. O, oğlunun həbsdə olması və ailəliklə çətin vəziyyətdə olduğuna görə, Cavabdeh onunla şifahi barışıq razılaşmasını icra edəcəyinə səmimiyyətlə inanmışdır. Lakin, Cavabdeh razılaşmalarının şərtlərini yerinə yetirməyibdir. Cavabdeh ondan aldığı 10 min manat pulu səbəbsiz yerə almış, mənimsəmişdir. Yəni, öhdəliyini icra etməyən Cavabdeh həm də əsassız varlanmışdır. Mülki Məcəllənin 449.1.-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, həqiqətəndə iddiaçının oğlu cavabdehin qızını 2019-cu il tarixdə zorla qaçırmışdır. Bununla bağlı təqsirləndirilən şəxs Eltural Daşdəmirov və digərləri barəsində cinayət işi açılmış və cinayət işi hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Cinayət işinin hələ ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin ailəsi zərərçəkmiş şəxslə barışığ əldə etmək üçün bir neçə dəfə danışığlara cəhd etmişdir. Zərərçəkmiş tərəf Elturan Daşdəmirovla bir şərtlə barışığın olacağını bildirmişdir ki, Elturan digərləri ilə əlbir şəkildə cinayət hadisəsini, yəni, X7 zorla qaçırdaraq adam oğurluğu etdiklərini etiraf edərək, səmimi peşimanlığını bildirsə, zərərçəkmiş şəxs və ailəsi onunla barışacaqdır. Belə olacağı halda, təqsirləndirilən şəxslərə ən yüngül cəza veriləcəksə belə, zərərçəkmiş şəxs şikayətçi olmayacağım bildirmişdi. Çünk onlarda da cinayət işinin uzanmasının marağında deyildilər. Lakin, bununla belə, həmişə onlar üçün əsas olan adam oğurluğu cinayətinin öz təsdiqinin tapmasında birmənalı maraqlı olmuşlar. Çünki bu cinayətin öz təsdiqini tapması bir qadın olaraq zərərçəkmiş şəxsin təmiz adı və gələcək ailə həyatı baxımından onlar üçün həmişə əsas şərt kimi irəli sürülmüşdür. Bu şərti təqsirləndirilən şəxslər hazırkı apellyasiya baxışı zamanı məhkəmə istintaqından yayınmamışdan əvvəl keçirilmiş məhkəmə iclasında da zərərçəkmiş şəxs bir daha bəyan etmişdir. Təqsirləndirilən şəxs X3 ailə üzvləri və qohumları ibtidai istintaq dövründə onların bu şərti ilə razı olduqlarını bidirsələr də, sonradan onlar bu vədlərinə əməl etmədilər və təqsirləndiriən şəxs Elturan Daşdəmirov bu günədək cinayət əməlini etiraf etməmişdir. Eyni zamanda həmin danışıqlar zamanı zərərçəkmiş şəxsin ailəsi bilirmişdir ki, məlum hadisədən sonra Təhmazova Humay məhkəməyə mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəməyə mülki qaydada iddia irəli sürəcəkdir. Bu zaman Elturan Daşdəmirovun dayısı onlara dəyən mənəvi zərəri ödənilməsi müqabilində məhkəməyə iddia ərizəsi verməməklərini xahiş etmişdir. Belə ona halda Təhmazovanın vəkili və ailəsi Samiq adlı şəxslə razılaşaraq 10000 manat pulun ödəndiyi təqdirə zərərəçəkmiş şəxs məhkəməyə mənəvi zərərin ödənilməsi ilə bağlı müraciət etmiyəcəklərini bildirmiş və bu məqsəd ilə onlar arasında görüş olmuş vəkilin ofisində və Samiq adlı şəxs pulu Humayın vəkilinə vermiş, Humayın vəkili isə hamının yanında pulu Humaya çatdırılması üçün Humayın anası Tamama vermişdir. Bundan başqa cavabdehin nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixində məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, hazırkı mülki iş üzrə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili suallara cavab olaraq bildirdi ki, tərəflər arasındakı razılaşmaya görə, İddiaçı Cavabdeh 10.000 manat pul verdiyi xx.xx.2020-ci il tarixdən sonrakı 1-2 gün müddətində, yəni, ən geci xx.xx.2020-ci il tarixədək X13 iddiaçının oğlunun barəsində olan cinayət işində iddiaçının oğlu ilə barışdığı və ondan şikayətinin olmaması barədə ərizə verməli idi, lakin Cavabdeh iddiaçını aldadaraq, həmin barışıq ərizəsinin verilməsini təmin etməmişdir və Cavabdeh ümumiyyətlə əvvəlcədən belə bir niyyəti olmamışdır. Cavabdeh tərəf olaraq iddianı qəbul etmirik. Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən olundu ki, 10.000 manat pulu iddiaçı cavabdehə verməmişdir, həmin pul iddiaçının oğlu X3 barəsində olan cinayət işində zərərçəkmiş şəxs olan X8 vurulmuş zərərin qismən ödənilməsi məqsədi ilə X3 qohumu Samiq tərəfindən zərərçəkmiş şəxs X4 nümayəndəsi olan vəkil Ənnağı Məmmədovun ofisində nümayəndəyə verilmişdir, Ənnağı Məmmədov isə həmin pulu Humay Təhməzovaya çatdırması üçün onun anası Cavabdeh vermişdir. Məhkəməyə təqdim etdiyimiz sübutlarla həm də müəyyən olundu ki, zərərçəkmiş şəxs Humay Təhməzovanın iddiaçının oğlu olan təqsirləndirilən şəxs Elturan Daşdəmirov barəsində barışıq ərizəsi yazmasının yeganə şərti Elturan Daşdəmirovun tərətdiyi cinayət əməlini tam etiraf etməsi olmuşdur, lakin, bu günədək Elturan Daşdəmirov həmin etirafı etmədiyindən, Humay Təhməzova da barışığa dair ərizə verməmişdir. Beləliklə, cavabdeh tərəf olaraq iddiaçı ilə cavabdeh arasında iddia olunanda məzmundakı şətlərlə hər hansı sazişin, müqavilənin olduğunu ümumiyyətlə qəbul etmir. Lakin, nə qədər ki, iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmişdir, iddiaçının öz izahatına uyğun olaraq, onun bağlandığını iddia etdiyi müqavilə üzrə iddia müddəti keçmişdir. Çünki, iddia olunur ki, cavabdeh müqavilə şərtlərini xx.xx.2020-ci il tarixdən pozmuşdur. Belə olan halda, hazırkı iddia ərizəsi Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən olunmuş 3 illik iddia müddəti keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə verilmişdir. Göstərilənləri, eləcə də, Mülki Məcəllənin 375.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin olunmaması barədə qətnamə qəbul etməyinizi xahiş edirəm. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsinin xx.xx.2021-ci il tarixli qərarında olan X9 izahat verərək bildirmişdir ki 2019-cu ilin iyul ayının 29-da qızı Təhməzova X2 zorla döyərək qaçırmışdır. Buna görə Sabunçu RPl-də AR CM-nİn 144.2.3 və 144.2.4-cü maddəsinə əsasən cinayət işi başlanılmış hazırda iş Ağır Cinayətlərə dair məhkəməyə təstiq olunaraq göndərilmişdir. Sabuncu RPİ-də istintaq aparılarkən Elturanın valideyini Emil adlı şəxs onlarla dəfələrlə danışıqlar aparmışdır. Sonucu danışıq zamanı razılığı gəlmişlər ki, Elturan istintaqda törətdiyi əməli etiraf edəcək ki, gələcəkdə onun qızı Humayın adı ləkələnməsin və bundan sonra onlar istintaqa şikayətləri olmaması barədə ərizə ilə müraciət edəcəklər. Müstəntiq isə maddənin qeyd hisəsinə əsaslanıb işə xitam verəcək. Bundan başqa həmin ərəfələrdə onun qızı Humay psixoloji sarsıntı keçirdiyi üçün o, həmin işlə bağlı qızının müayinə və müalicəsinə külli miqdarda pullar xərcləmişdir. Həmin pulları təqsirləndirəndən tələb etmək üçün mülki iddia ərizəsi yazmışdır ki, məhkəməyə versin, Emil və onun yanında olan onlara ağsaqqallıq edən Samir adlı şəxs ondan bu iddiayaya ehtiyac olmadığını deyərək xahiş etmişlər ki, mülki iddia qaldırmasın. Bunun müqabilində ona Emil qızına dəymiş zərərin qismən ödənilməsi üçün təzminatın yerinə 2020-ci İlin aprel ayında Nizami rayon ərazisində vəkil Ənnağının işlədiyi vəkillər binasında pul verib bildirmişdir ki, qalan pulları isə bir neçə gündən sonra ödəyəcək. Emil yalan yerə ondan şikayət edib ki, güya o barışıq ərizəsi verəcək, o da oğlunun həbsidən azad edəcəkdir. Həmin işdə zərər çəkmiş onun qızı Humaydı. O, Humayı müalicə etdirir, təzminatla bağlı iddia vermək istəmişdir. Həmin təzminatdan qismən Samir ona verib. Həmin sözü gedən puldan Ənnağı Məmmədliyə verilməyib, ümumiyətlə Ənnağıya heç bir pul verilməyib, pulu Samir ona vermişdir. Bundan başqa Emil və Samir ona bildirmişlər ki, o, müstəntiqdən şikayət etsin ki, guya müstəntiq onlardan 60000 pul istəyir. O, qətiyən şikayət etməyəcəyini demişdir. Həmin şikayətidə onun adından etmişlər ki, gələcəkdə onun guya dırnaq arası müstəntiq və onlarla əlbir olduğunu desinlər, bu günki, kimi başqa üsullardan isdifadə edib ondan şikayət etsinlər və uşaqları təmizə çıxarsınlar. Onun üçündə onu bu gün şərləyib ona qismən vermiş olduğu təzminatdan şikayət edir ki, guya o, ondan şikayətçi olmayacaqları üçün həmin pulu götürmüşdür. O, təkrar təzminatı ilə bağlı mülki qaydada iddia vermişdir, əlavə olan pullarıda qızının müalicəsinə sərf edilməsi üçün ondan alacaq. Sözü gedən puldan Ənnağı Məmmədliyə onlar tərəfindən heç bir məbləğdə pul verilməyib. Sözü gedən qərarada X14 izhat verərək bildirmişdir ki, o, İddiaçı oğlu Elturan Daşdəmirovun və qeyrilərinin AR CM-nin 144.2.3 və 144.2.4-cü maddəsi ilə təqsirli bilindiyi cinayət işinin istintaqı zamanı və hazırda Bakı Ağır Cinayətlər məhkəməsindən cinayət işi üzrə zərərçəkmiş Humay Təhməzovanın nümayəndəsi kimi iştirak edir. İddiaçı ilə onun qohumu Samir adlı şəxsin xahişi ilə Humay Təhməzovanın anası Tamam Təhməzova- Novruzovanın iştirakı ilə görüşmüşdür. X1 vurulmuş zərərin qismən ödənilməsi üçün pul vermişdir. Onlar pulu Tamama vermişlər. Hazırda Emilin oğlu məhkəmə məsuliyyətinə verildiyi üçün və Humay Təhməzova şikayətçi olduğuna görə qisas almaq məqsədi ilə böhtan xarakterli məlumatlarla şikayət etmişlər. İstintaq orqanı Elturanın cinayət törətməsinə dair təkzib edilməz sübutlarla ittiham vermişdir. Pulla bağlı narazılıq varsa mülki qaydada məhkəməyə müraciət edə bilər. İddiaçı müraciətində göstərdikləri tam yalan və böhtandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 öz ifadəsində göstərmişdir ki, onun ilə Elturan Daşdəmirovun ailəsi arasında hansısa bir pul müqabilində onun şikayəti geri götürməyə dair razılığ əldə olunmamışdır. O yalnız Daşdəmirov Elturanın törətmiş olduğu cinayət əməlinin məhkəmədə etiraf edəcəyi halda onu bağışlayacağını bildirmişdir. Elturalı ailəsi onunla danışıb razılığa gəlmək üçün onun anası hazırki mülki iş üzrə iddiaçı olan Cavabdehı dəfələrcə yığmışdır. Qeyd edilən 10000 manat olan pul məbləği onun məhkəməyə mənəvi zərərin ödənməsinə dair iddia verilməməsi üçün X3 dayısı Samiq tərəfindən onun vəkili Ənnağı məllimə ödənmiş, Ənnağı məllim isə pul məbləğinin ona çatdırılması üçün anası Tamam xanıma vermişdir. Həmin pul ona çatdırılmışdır və pulu ona hazırki mülki iş üzrə iddiaçı deyildə ona dəymiş maddi və mənəvi zərərin ödənilməs üçün verilmişdir. Elturan Daşdəmirovun atası və dayısı ilə onun öz xahişi ilə anansı Cavabdeh danışmışdır. Beləki o baş verən hadislərədən həmdə pisxoloji sarsıntı keçirdiyi üçün təqsirləndirilən şəxs və onun ailəsi ilə danışmışdır. Mənəvi zərərə görə pulun verilməsini o tələb etmişdir. İddiaçı tərəfin vermiş olduğu vəsatət ilə məhkəmə iclasına şahid qismində dəvət edilmiş X18, məhkəmə iclaslarına ifadə vermək üçün gəlməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə telelqram təqdim etmişdir. Məhkəmə şahid X18 tərəfindən məhkəməyə göndərilmiş telelqramın mətnini sübutlar siyahısından çıxartmışdır. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilən səs yazıları dinlənirkən müəyyən edilmişdir ki, Cavabdeh ilə Samiq İmanova arasında danışığ olmuşdur, Cavabdeh artıq etiraf edibmi sualını Samiq İmanova ünvanlamış, təsdiq aldıqdan sonra “men sabah gedib ərizə yazaram” deyə bildirmişdir. Qeyd edilən matriallarda olan səs yazılarında olan dialoqlar bütövlükdə fikiri əhatə etmədiyindən yəni kəsilmiş formada olduğundan, məhkəmə tərəfin sübut kimi qiymətləndirilə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə məhkəmə araşdırılması zamanı cavabdeh tərəfin habelə şahid X5 məhkəmə iclasında vermiş olduğu izhatdından görünür ki, qeyd edilən pul məbləği X18 tərəfindən Cavabdeh deyildə X10 verilmişdir. Bu hal bir daha onunla öz təsdiqini tapır ki, qeyd edilən pul məbləği İddiaçı oğlunun ailəsinin 10000 manat pulu məhz cinayət işi üzrə zərərçəkmiş şəxs olan Təhmazova Humayın vəkilinin ofisində verilmişdir. Qayd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsl olan cavabdehə qarşı irəli sürülmədiyindən təmin edilə bilməz. Bundan başqa məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərərk qeyd edir ki, məhkəmə nə qədər hesab edir ki, iddia tələbi doğru cavabdehə qarşı irəli sürülməmişdir iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar