Məhkəmə qərarları › İş №e-2(008)-3930/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3930/2025

22.01.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3930/2025 22.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, borcun əmlaka yönəldilərək əmlakın hərracda satılması” barədə iddia tələbi ilə müraciət edərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-600/2022 saylı qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(103)-4/2022 saylı qərardadında hüquqi qüvvəyə minmiş tələblər və kreditor İddiaçı hüquqları ilə yüklü olan, borclu Cavabdeh2 məxsus ½ mənzil payının qanunsuz olaraq həyat yoldaşı Cavabdeh1 bağışlanması ilə bağlı tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin, xəyali, görünüş üçün və real əqdi münasibət yaratmadan, yalnız kreditorlardan əmlakın gizlədilməsi və icradan yayınmaq məqsədilə bağlandığı müəyyən edildiyindən, Mülki Məcəllənin 157.1, 158, 179 və digər müvafiq normalarına zidd olaraq etibarsız hüquqi nəticələr doğurduğu təsbit edildiyindən ½ paya dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və bu hissədə DƏDRX-də aparılmış müvafiq dövlət qeydiyyatının ləğv olunmasına qərar verilməsi, etibarsız hesab olunmuş 1/2 mənzil payının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 və 220.4-cü maddələrində və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında nəzərdə tutulmuş qaydalara uyğun olaraq müstəqil əmlak obyekti kimi ilkin satış qiymətinin müəyyən edilməsi ilə açıq hərraca çıxarılmasına, hərracdan əldə olunan vəsaitin Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinə uyğun olaraq paylı mülkiyyətin bölünməsi qaydasında, borclu Cavabdeh2 aid hissəsinin kreditor İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-600/2022 sayli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Bakı Şəhəri Apellyasiya Məhkəməsinin xx.xx.2022 -ci il tarixli MTT(103)- 4/2022 sayli qanuni qüvvəyə minmiş qərardadının hüquqi rejiminin tələbləri qaydasinda, birgə cavabdehlər ( ər-arvad ) Cavabdeh2 ilə həmin mənzildə qeydiyatda olan arvadi Cavabdeh1 İddiaçı, əri Cavabdeh2 Nərcə oğluna qarşi 510 ( beş yüz on) min manat iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciətindən və həmçinin ər-arvadın qeydiyyatda və birgə yaşadıqları ünvan 1-də yerləşən 48 saylı mənzilin üzərinə Baki şəhəri Sabunçu Rayon Məhkəməsinin MTT(008)-45/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə “adi qeyd olunan cavabdehə məxsus mənzilin üzərinə həbs qoyulması” barədə MTT barədə ərizəsi təmin etməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin MTT(103)-4/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin qərardadı ləğv edilmiş, Cavabdeh2 məxsus ünvan 1-də yerləşən 48 saylı mənzilin özgəninkiləşdirilməsi cavbabdeh və digər şəxslərə qadağan edilmişdir. Aptek fəaliyyəti ilə bağli birgə işləyən ər-arvad mübahisə predmetinin incəliyindən xəbərli olan ər-arvad ayr-ayrı vətəndaşları aptek biznesi görüntüsü altında talanan şəxslərin evlərinə hücumlarından halı olan qadın heçnə olmamış kimi baxın nə edir. Əlbəttə ki ərarvad birgə hərəkət edir və adı qeyd olunan, üzərində həbs qərarı olan ünvanda borclu Cavabdeh2 1/2 payının icra vərəqindən yayındırmaqdan ötəri ər-arvad bir gündə boşanır və eyni gündə ər arvada Cavabdeh1 1/2 payını bağışlayır, klassik yalan əqd uydurma xəyali əqd ortadadır baxmayaraq ər-arvad həmin mənzildə yaşayır və bu aylarda icra məmuru icra hərəkətlərinin həmin mənzildə apararkən müəyyən edib ki, ər arvad hal hazırda da qeyd olunan mənzildə yaşayır. Borclu Cavabdeh2 tərəfindən həyat yoldaşı Cavabdeh1 1/2 mülkiyyət payı üzrə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin payın bazar qiymətinin müəyyən olunaraq hərrac yolu ilə satılması və əldə edilən vəsaitin iddiaçıya — kreditor İddiaçı ödənilməsi, iddianın əsasları Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-600/2022 saylı qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(103)-4/2022 saylı qərardadı ilə Cavabdeh2 məxsus 48 saylı mənzilə qarşı iddiaçı tərəfindən 510.000 manat məbləğində məhkəmə iddiası təmin olunmuş və mənzil üzərinə həbs qoyulmuşdur. Qeyd olunan mənzilin 1/2 hissəsi cavabdeh ər tərəfindən həyat yoldaşına "bağışlama müqaviləsi" ilə ötürülmüşdür. Lakin bu əqdin gərçək iqtisadi və hüquqi məqsədi, kreditor tələblərindən yayınmaq, icra prosesini pozmaq məqsədi daşıyır. Həmin əqd bir gündə boşanma və hədiyyə müqaviləsi ilə həyata keçirilmiş, əmlak üzərindəki həbs rejimi nəzərə alınmadan rəsmiləşdirilmişdir. Mövcud iddia ərizəsin əsası, cavabdehlər ( ər-arvad ) Cavabdeh1 ilə X3 arasında üzərində həbs qərarının qadağanedici rejimində 1/2 ona məxsus 1/2 payın uydurma yalan əqd ilə cavabdeh arvada “ bağışlama müqaviləsi ilə Cavabdeh1 DƏDRX-i 1 saylı ərazi idarəsindən adina qeydiyat vəsiqəsi ilə “çıxarışın “ prezumpsiyasını mübahisələndirmir, yalnız “bağışlama müqaviləsində borclu Cavabdeh2 Mərcə oğluna məxsus 1/2 payına dair münasibətdə qanuni qüvvəyə minmiş qətnamə və qərardadla yüklü hissəsinin etibarsızlığını mübahisələndirir, belə ki iddianın aydın təmin qaydasi ola ola uzun müddətli məhkəmə çəkişmələri ilə tələbi səmərəsizləşdirmək həyacanından , ortada aydin və mübahisəssiz hallarla iddiası MPM madd 82.3 və 233.3 ilə əsaslandırır. Belə ki, borclu Şirməmmədov 1/2 payını kənar şəxsə deyil, həmin 1/2 payı öhdəçilikləri ilə yüklü olduğu vəziyyətdə özgəninkiləşdirilsə də belə harada olmasindan asili olmayaraq İddiaçi tələbkar Qulitevi Fuadin aydin hüquqları ilə yüklü idi və MPM madd 217.3 qaydasında cavabdeh həm könüllü barışıq sazişi ilə həm naturada, həmçinin qiymətləndirmə yolu ilə pul şəklində borclu ərinin icra vərəqini azaltmaqa borcludur. Sonradan İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciə edərək, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi MM-nin 157.1 və 158-ci maddələrinə əsasən etibarsız hesab edilməsi, həmin ½ pay üzrə DƏDRX-də aparılmış qeydin ləğv edilməsi, ½ pay müstəqil əmlak obyekti kimi qiymətləndirilərək məcburi hərraca çıxarılması, hərracdan əldə edilən vəsaitin iddiaçının 510.000 manatlıq qanuni tələbinin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-3930/2025 nömrəli xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlakın ½ pay hissəsinin müstəqil əmlak obyekti kimi qiymətləndirilərək məcburi hərraca çıxarılması, hərracdan əldə edilən vəsaitin iddiaçının 510.000 manatlıq qanuni tələbinin ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Məhkəmə tərəflərin izahatlarını, dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Elektron məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı Cavabdeh2 dair pul tələbinə dair iddia ərizəsi üzrə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş və 2(008)-600/2021 nömrəsi ilə məhkəmədə mülki iş icraata götürülmüşdür. -Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-600/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək Cavabdeh2 300 000 (üç yüz min) ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə alınıb, İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin e-MTT(103)-4/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, ərizəçi İddiaçıtərəfindən verilmiş şikayət qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-MTT(008)-45/2021 saylı, xx.xx.2021 -ci il tarixli qərardadı ləğv edilməsi, ərizə qismən təmin edilməsi, Cavabdeh2 məxsus ünvan 1də yerləşən 48 saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-MTT(008)-45/2021 nömrəli xx.xx.2023cü il tarixli qərardaddan görünür ki, ərizə qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(103)-4/2022 nömrəli qərardadı ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilin özgəninkiləşdirilməsinə qoyulan qadağa götürülməsi qərara alınmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-MTT(008)-45/2021 nömrəli xx.xx.2023cü il tarixli qərardaddan görünür ki, X4 ilə Cavabdeh1 arasında bğalnmış nikah xx.xx.2021-ci il tarixli qətnamə ilə pozulmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********02 nömrəli məktubundan görünür ki, ünvan 1, mənzil 48 ünvanı Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, Cavabdeh2 ünvan 1, mənzil 48 ünvanında yerləşən ümumi sahəsi 89.25 kv.m olan mənzilin tam mülkiyyət hüquqi ilə Cavabdeh1 hədiyyə etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvaında yerləşəm 48 nömrəli mənzil xx.xx.2021-ci il tarixdən Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi əxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixdə vermiş olduğu cavab məktuna əlavə edilmiş xx.xx.2025-ci il tarixli alqı-satqı müqavilədən görünür ki, X10 mülkiyyətində olan ünvan 1, mənzil 48 ünvanında olan 89.25 kv.m mənzili 204.000 manata X1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvan: ünvan 1, mənzil 48 ünvanında yerləşən mənzil xx.xx.2025-ci il tarixdən X2 adına rəsmiləşdirilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 mana dövlət rüsumu ödənilmişdir. Azərbayacn Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Həmin Məcəllənin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məvəllənin 340.1-ci maddəsinə əsasən Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsi”nə dair xx.xx.2022-ci il tarixli Plenumunun Qərarından görünür ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Beləliklə mülki işin hallarından görünür ki, iddiaçı Quliyev X6 Çərkəz Mərcə oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki iş məhkəmənin icraatında olduğu dövürdə iddiaçı gələcəkdə iddia tələbinin təmin olunduğu təqdirdə qətnamənin icrasının təmin edilməsi məqsədi ilə cavabdeh Ç.Mirməmmədovun mülkiyyətində olan mənzilinin üzərinə həbs qoyulmasına dair xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş etmiş və Bakı Apellyasiya Məhkəməsinin e-MTT(103)-4/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək sözügedən əmlakın özgənləşdirilməsi qadağan edilmişdir. Bundan sonra Cavabdeh1 xx.xx.2023-cü il tarixli ərizəsi əsasında Bakı şəhər Sabunçu rayon Məhkəməsinin MTT(008)-45/2021 nömrəli xx.xx.2023cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin e-MTT(103)-4/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı mənzilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülmüş və qərardad qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-600/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı olan pul tələbi təmin edilmiş qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etdikdən sonra, cavabdehin gələcəkdə qətnamənin icrasına maneə olmaq məqsədi ilə mülkiyyətinə olan əmlakını görünüş üçün digər cavabedehə yəni keçmiş arvadına bağışlamış olduğunu, tərəflər arasında nikah məhkəmənin qətnaməsi ilə pozulmuş olsada tərəflərin hazırda da bir yerdə yaşadığını, həmin əmlakdan istifadə etdiyini bildirsədə, iddiaçı qeyd etmiş olduğu halları məhkmədə sübut edə bilməmişdir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin sorğusuna əsasən təqdim edimiş sənədlərdən də məlum olur ki, iddiaçı hazırki iddia əriəzsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl tarixdə sözügedən daşınmaz əmlak alqı-satqı müqaviləsi əsasın 3-cü şəxslərin mülkiyyətinə keçmişdir. Beləliklə məhkəmə qeyd edir ki, nə qədərki hazırki əmlak əvəzli müqavilə əsasında üçüncü şəxslərin mülkiyyətinə keçmişdir, haızrda cavabdehlər arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız olunması əsasları müəyyən edilsə belə iddiaçı üçün hər hansı bir hüquqi nəticə yaratmayacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə əsasında Reyestr Xidmətində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar