Məhkəmə qərarları › İş №e-2(008)-394/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-394/2023

03.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-394/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 qarşı “maneənin aradan qaldırılması, qeyri-yaşayış sahəsindən çıxarılma və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, - İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hər iki giriş darvazalarının açılması vəzifəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 həvalə edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 177,3 kv.m hissəsindən (Texniki pasportda qeyd olunan “F” gözətçi tikilisindən, “L”, “M” literli tikililərdən bütövlüklə, “K” literli tikilinin 122,7 kv.m hissəsindən) cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 qeyri-yaşayış sahəsindən çıxarılmaları və sahənin öz hesablarına boşaldılaraq iddiaçıya təhvil verilməsi, tərəflərin ümumi istifadəsində olan torpaq sahəsində və İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin tam orta hissəsində cavabdehlər Cavabdeh3 və Cavabdeh6 tərəfindən tikilmiş 5,7x5,4 metr ölçüdə 30.8 kv,m, 2x2 ölçüdə 4 kv.m, 1.2x1.2 ölçüdə 1.4 kv.m, 3.9x4.4 ölçüdə 17.1 kv.m və 3.9x7.5 ölçüdə 29.2 kv.m, bütövlükdə 82.5 kv.m əlavə özbaşına, qanunsuz tikililərin cavabdehlər Cavabdeh3 və Cavabdeh6 öz hesablarına sökülməsi və sahənin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (“Xəyal” ticarət mərkəzinin bir hissəsi) xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin sahənin 250 kv.m-lik sahəsi cavabdehlər Cavabdeh2, arvadı Cavabdeh7 və üç oğlu Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 tərəfindən zəbt edilərək faktiki olaraq orada yaşayırlar. Cavabdeh2 mülkiyyətində yanbayan ərazidə 219 kv.m-lik qeyri-yaşayış sahəsi də mövcuddur. Həmin qeyri-yaşayış sahəsinin və ondan zəbt etdiyi darvazanın bayır hissəsindən daxil olan giriş hissəsinin sol tərəfində yerləşən 35 kv.m qeyri-yaşayış tikilisi və 18 kv.m digər hissə qanunsuz olaraq icarəyə verilmişdir. Onun qardaşı digər Cavabdeh3, arvadı Cavabdeh6 ümumi istifadədə olan torpaq sahəsində və mülkiyyətində olan qeyri-yaşayış sahəsinin tam orta hissəsində qanunsuz tikililər tikmişlər. İddiaçı dəfələrlə öz qanuni torpaq və obyektinə daxil olmağa çalışsa da, cavabdehlər buna imkan verməmiş, həmin ərazidə saxladıqları it onlara hücum etmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/7031 nömrəli ekspert rəyi ilə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********52-12301 reyestr nömrəli Çıxarışa əsasən, İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış ünvan 3 ünvanında istifadədə olan 0,10592 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1046,5 kv.m olan qeyri-yaşayış sahəsinin 177,3 kv.m hissəsinin (Texniki pasportda qeyd olunan “F”, “L”, “M” literli tikililər bütövlüklə, “K” literli tikilinin 122,7 kv.m hissəsi) cavabdehlər tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Həmçinin rəydə cavabdehlərin qanunsuz tikililərinin sahəsi dəqiqliklə müəyyən edilmişdir. Göstərilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2, iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, imkansız ailə olduqları üçün mübahisə predmeti olan torpaq sahəsi özünün və arvadının işlədiyi idarə tərəfindən onların istifadəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsi verilən zaman, orada lazımi işlər görə biləcəyi və ərazinin ona satılacağı bildirilmişdir. Bu səbəbdən də, həmin ərazinin özününkü olduğunu zəng etmiş və sözügedən qeyri-yaşayış sahəsinə xeyli miqdarda xərc çəkmişdir. Ərazinin bir hissəsi mülkiyyətinə verilsə də, 150 kv.m və 35 kv.m-lik sahələrin özəlləşdirilməsindən imtina edilmişdir. Yaşadıqları yerin “Xəyal” ticarət mərkəzinə aid olduğunu və ümumi istifadələrində olan ərazinin “Xəyal” ticarət mərkəzinə satıldığını iddiaçının nümayəndəsindən öyrənmişdir. Darvazanın açılması hissəsində iddia tələbini qəbul etsə də, yaşadığı evin boşaldılmasına razı ola bilməz. Belə ki, orada ailəsi ilə birlikdə artıq 25 ildir ki yaşayır. İş üzrə digər cavabdehlər onunla birgə həmin tikililərdə yaşayan ailə üzvləridir. Odur ki, göstərilənlərə əsasən cavabdeh iddianın qalan hissələrdə rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 1046.5 kv.m olan əmlak kompleksi kimi müəssisə (sahəsi 0.10592 ha, dövlət mülkiyyətində olan torpaqda yerləşən) üzərində xx.xx.2018-ci il tarixdə İddiaçı tam paylı xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2008-ci il tarixdə verilmiş şəhadətnamənin surətindən məlum olur ki, ünvan 5 ünvanında yerləşən 217.2 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh2 qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* seriya nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsində istifadədə olan 0.03126 ha torpaq sahəsində yerləşən 19 nömrəli binada 217.2 kv.m ümumi, 167,4 kv.m əsas, 49,8 kv.m köməkçi sahədən 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci məktubundan aydın olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin (Xəyal Ticarət Mərkəzinin) arxasında Cavabdeh2, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 qeydiyyatsız olaraq yaşayır. Cavabdeh2 adına xx.xx.2008-ci il tarixdə çıxarış verilmişdir, Cavabdeh3, Cavabdeh6, X3 və X4 2005-ci il tarixdən “Xəyal” ticarət mərkəzinin arxasında iki otaqlı özbaşına tikilidə qeydiyyatsız olaraq yaşayırlar. Məhkəmənin xx.xx.2022-ci il tarixli yerli baxış protokolu ilə müəyyən edilmişdir ki, ünvan 6 ünvanında avtomobil yolunun sol hissəsində, ikimərtəbəli tikilinin arxa hissəsində mübahisəli qeyri-yaşayış sahəsi yerləşir. Həmin qeyri-yaşayış sahəsinə doğru avtomobil yolu istiqamətində yolun sol hissəsində giriş darvazası vardır. Qeyri-yaşayış sahəsinə həmin darvazadan daxil olmaq mümkün olmamışdır. Mübahisəli torpaq sahəsinə sağ tərəfdən giriş mümkündür. Sözügedən qeyri-yaşayış sahəsinə darvazadan daxil olduqda, darvaza ilə üzbəüz iki qaraj tipli saxlanc yeri, həmin yerdən əraziyə tərəf isə yolun sağ hissəsində yaşayış üçün nəzərdə tutulmuş, yan-yana birmərtəbəli otaqlar yerləşir. Həmin yolun sonunda qeyri-yaşayış sahəsinin digər hissəsi yerləşir. Həmin yerdə köhnə yarım tikililər və yola tərəf çıxışı olan, lakin bağlı darvaza yerləşir. Həmin ərazinin ətrafında müxtəlif iaşə obyektləri və ümumi avtomobil yolu yerləşir. Ümumi həyətə giriş yol tərəfdəndir. Məhkəmənin qərardadı əsasında təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/7031 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********52-12301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış ünvan 3 ünvanında istifadədə olan 0,10592 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1046,5 kv.m olan qeyri-yaşayış sahəsinin və **********52-12301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, Cavabdeh2 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmış Bakı şəhəri, ünvan 7 küçəsi, 19 nömrəli bina ünvanında istifadədə olan 0,03126 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 217,5 kv.m olan qeyri-yaşayış sahəsinin sərhədləridir. - İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış 1046,5 kv.m olan qeyri-yaşayış sahəsi, Cavabdeh2 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmış 217,5 kv.m qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahələri üst-üstə düşmür, ayrı-ayrı sahələrdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********52-12301 reyestr nömrəli çıxarış sənədinə əsasən, İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış ünvan 3 ünvanında istifadədə olan 0,10592 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1046,5 kv.m olan qeyri-yaşayış sahəsinin 177,3 kv.m hissəsi (Texniki pasportda qeyd olunan “F”, “L”, “M” literli tikililər bütövlüklə, “K” literli tikilinin 122,7 kv.m hissəsi) cavabdehlər tərəfindən istifadə olunur. - İddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair texniki pasportda göstərilmiş F”, “L”, “M” literli tikililərin bütövlüklə, “K” literli tikilinin 122,7 kv.m hissəsinin cavabdehlər tərəfindən istifadə olunur. -İddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair texniki pasportda qeyd olunan 1968,2 kv.m ərazinin hüdudları daxilində qeydiyyata alınmamış əlavə (özbaşına) tikililərin olduğu müəyyən edilmişdir. Həmin tikililər 5,7x5,4 metr ölçüdə 30,8 kv.m, 2x2 metr ölçüdə 4 kv.m, 1,2x1,2 metr ölçüdə 1,4 kv.m, 3,9x4,4 metr ölçüdə 17,1 kv.m, 3,9x7,5 metr ölçüdə 29,2 kv.m və 4,6x3,9 metr ölçüdə 17,9 kv.m təşkil edir. Əlavə tikililərin 82,5 kv.m hissəsi (30,8 kv.m, 4 kv.m, 1,4 kv.m, 17,1 kv.m, 29,2 kv.m) cavabdeh tərəfindən, 17,9 kv.m hissəsi digər şəxslər tərəfindən istifadə edilir. - İddiaçı adına xx.xx.2018-cu il tarixli, 04/2459 invertar nömrəli texniki pasportda qeyd olunmayan əlavə tikililərin kim tərəfindən inşa edilməsinin müəyyən olunması məhkəmə tikinti-texniki ekspertizasının predmetinə aid deyildir. -xx.xx.2018-ci il tarixli, 04/2459 invertar nömrəli texniki pasportda qeyd olunmayan əlavə tikililərin yerləşmə vəziyyətini (iddiaçının mülkiyyətində olan tikililərə bitişik inşa edilməsini) nəzərə alaraq, həmin tikililərin ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən mülkiyyətçi tərəfindən təyinatı üzrə istifadə edilməsinə (eləcə də oraya nəqliyyat vasitəsinin yaxınlaşmasına) məhdudiyyət yaratdığı müəyyən edilir. - İddiaçı adına xx.xx.2018-cu il tarixli, 04/2459 invertar nömrəli texniki pasportun məlumatlarına əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə “F” literli tikilinin yanından və “E” literli tikilinin yanından olmaqla iki istiqamətdən giriş-çıxış qapısı nəzərdə tutulmuşdur. Baxış zamanı həmin giriş-çıxış qapılarından birinin (“E” literli tikilinin yanındakı qapı) açıq vəziyyətdə olduğu, digərinin (“F” literli tikilinin yanındakı qapı) bağlı vəziyyətdə olduğu müəyyən olundu. Baxış zamanı iddiaçının nümayəndəsi (“F” literli tikilinin yanındakı giriş-çıxış qapısının cavabdeh tərəfindən bağlanıldığı bildirildi. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin huquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Məhkəmə, hesab edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4cü maddəsi tətbiq olunmalıdır. Həmin normanın mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından göründüyü kimi, məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə İddiaçı və Cavabdeh2 mülkiyyətində olan, Bakı şəhəri, ünvan 7 küçəsində yerləşən qeyri-yaşayış sahələri və həmin qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinin üst-üstə düşmədiyi, iddiaçının mülkiyyətində olan ümumi sahəsi 1046,5 kv.m olan qeyri-yaşayış sahəsinin 177,3 kv.m hissəsinin, texniki pasportda göstərilmiş “F”, “L”, “M” literli tikililər bütövlüklə, “K” literli tikilinin 122,7 kv.m hissəsinin cavabdehlər tərəfindən istifadə edilməsi, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair texniki pasportda qeyd olunan 1968,2 kv.m ərazinin hüdudları daxilində qeydiyyata alınmamış əlavə - 5,7x5,4 metr ölçüdə 30,8 kv.m, 2x2 metr ölçüdə 4 kv.m, 1,2x1,2 metr ölçüdə 1,4 kv.m, 3,9x4,4 metr ölçüdə 17,1 kv.m, 3,9x7,5 metr ölçüdə 29,2 kv.m və 4,6x3,9 metr ölçüdə 17,9 kv.m özbaşına tikililərin olduğu, əlavə tikililərin ümumi ölçüsünün 82,5 kv.m hissəsinin (30,8 kv.m, 4 kv.m, 1,4 kv.m, 17,1 kv.m, 29,2 kv.m) cavabdeh tərəfindən, 17,9 kv.m hissəsinin isə digər şəxslər tərəfindən istifadə edilməsi, əlavə tikililərin ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən təyinatı üzrə istifadə edilməsinə, eləcə də oraya nəqliyyat vasitəsinin yaxınlaşmasına məhdudiyyət yaratdığı və həmin qeyri-yaşayış sahəsinə “F” literli tikilinin yanından və “E” literli tikilinin yanından olmaqla iki istiqamətdən giriş-çıxış qapısı nəzərdə tutulsa da, həmin giriş-çıxış qapılarından “E” literli tikilinin yanındakı qapının açıq, “F” literli tikilinin yanındakı qapının isə bağlı vəziyyətdə olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında Cavabdeh2 giriş-çıxış qapısının onun tərəfindən bağlanıldığını, lakin darvazaların açılmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda, ekspert tərəfindən də, ünvan 7 küçəsi, 111G ünvanında yerləşən “E” literli tikilinin və “F” literli tikilinin həmin qeyri-yaşayış sahəsinin tərkib hissəsi olduğu, birinin (“E” tikilisinin) yanındakı qapının açıq, digərinin (“F” tikilisinin) isə bağlı olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hər iki giriş-çıxış qapılarının açılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması hissəsində əsaslıdır və təmin edilməlidir. İddianın digər hissələri üzrə xüsusi bilik tələb olunduğundan və bu barədə xx.xx.2023-cü il tarixli, 10/7031 nömrəli ekspert rəyi təqdim edildiyindən, məhkəmə həmin rəyi və iş üzrə digər sübutları araşdırıb belə nəticəyə gəlir ki, rəydə göstərilənlər məhkəmə tədqiqatı ilə müəyyən edilmiş xüsusatlarla uzlaşır, ona görə də rəylə razılaşmamaq üçün əsas yoxdur. Belə ki, MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ümumilikdə 177,3 kv.m hissəsinin, texniki pasportda göstərilmiş “F”, “L”, “M” və “K” tikililərinin həmin qeyri-yaşayış sahəsinin tərkib hissəsi olduğu, onlardan “F”, “L”, “M” literli tikililərin bütövlüklə, “K” literli tikilinin 122,7 kv.m hissəsinin cavabdehlər tərəfindən istifadə edilməsi iş materialları ilə sübuta yetirilir. Belə olan halda, iddiaçı hazırda cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 tərəfindən faktiki istifadədə olan həmin tikililərdən onların çıxarılmaları və ərazinin öz hesablarına boşaldılması tələbini irəli sürməkdə haqlı olmuşdur. Eləcə də, ekspert tərəfindən o da müəyyən edilmişdir ki, ünvan 7 küçəsi, 111G ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin hüdudları daxilində ümumi ölçüsü 82,5 kv.m olan: 5,7x5,4 metr ölçüdə 30,8 kv.m, 2x2 metr ölçüdə 4 kv.m, 1,2x1,2 metr ölçüdə 1,4 kv.m, 3,9x4,4 metr ölçüdə 17,1 kv.m, 3,9x7,5 metr ölçüdə 29,2 kv.m və 4,6x3,9 metr ölçüdə 17,9 kv.m olan özbaşına tikililər var və həmin tikililər cavabdehlər tərəfindən istifadə edilir. Həmin tikililərin mövcudluğu sözügedən ünvanda iddiaçının mülkiyyətində olan əmlak kompleksindən təyinatı üzrə istifadə etməsinə, habelə nəqliyyat vasitələrinin yaxınlaşmasına maneçilik törədir. Məhkəmə araşdırması zamanı həmin tikililərin cavabdehlər Cavabdeh3 və Cavabdeh6 faktiki istifadələrində olması müəyyən edilmişdir. Qeyd olunan tikililərin sözügedən ərazidə mövcudluğu İddiaçı mülkiyyətçi kimi hüquqlarına toxunur, rəylə də maneənin nədən ibarət olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə də əsaslıdır və təmin edilərək, ümumi sahəsi 82.5 kv.m olan: 5,7x5,4 metr ölçüdə 30.8 kv.m, 2x2 ölçüdə 4 kv.m, 1.2x1.2 ölçüdə 1.4 kv.m, 3.9x4.4 ölçüdə 17.1 kv.m, 3.9x7.5 ölçüdə 29.2 kv.m, 5.7x5.4 metr ölçüdə 30.8 kv.m, 2x2 ölçüdə 4 kv.m, 1.2x1.2 ölçüdə 1.4 kv.m, 3.9x4.4 ölçüdə 17.1 kv.m və 3.9x7.5 ölçüdə 29.2 kv.m əlavə özbaşına tikililər cavabdehlər Cavabdeh3 və Cavabdeh6 hesabına sökülməli və ərazi əvvəlki vəziyyətə gətirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmiş, eyni zamanda, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməli, eyni zamanda, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/7031 nömrəli ekspert rəyinin verilmsinə görə 100 manat məbləğində məhkəmə xərci cavabdehlərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 üzərlərinə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hər iki giriş-çıxış qapılarının (“E” və “F” literli tikililərin yanındakı qapıların) açılması öhdəliyi qoyulsun. Cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin tərkib hissəsi olan, texniki pasportda göstərilmiş “F”, “L”, “M” literli tikililərindən və “K” literli tikilinin 122,7 kv.m hissəsindən - ümumilikdə 177,3 kv.m hissəsindən çıxarılsınlar və göstərilən tikililər (“F”, “L”, “M” literli tikili və “K” literli tikilinin 122,7 kv.m hissəsi) iddiaçıya təhvil verilsin. ünvan 3 ünvanında yerləşən, Cavabdeh3 və Cavabdeh6 tərəfindən inşa edilmiş, ümumi sahəsi 82.5 kv.m təşkil edən: 5.7x5.4 metr ölçüdə 30.8 kv.m, 2x2 ölçüdə 4 kv.m, 1.2x1.2 ölçüdə 1.4 kv.m, 3.9x4.4 ölçüdə 17.1 kv.m və 3.9x7.5 ölçüdə 29.2 kv.m olan özbaşına tikililər cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 hesablarına sökülsün və sahə əvvəlki vəziyyətə gətirilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilsin. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar