Məhkəmə qərarları › İş №e-2(008)-3944/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-3944/2023

20.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-3944/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5742 saylı bağ sahəsinin Cavabdeh adına sənədləşdirilməsi barədə xx.xx.2012ci ildə verilmiş MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 bağlar sahəsindəki 221 saylı Kooperativi tərəfindən verilmiş 43 saylı orderə əsasən Ləhiş bağlar massivində 221 saylı BTK-nın nəzdində 0,12 ha olan 5742 saylı bağ torpaq sahəsi iddiaçının atası X1 verilmiş, həmin bağ sahəsini hasara almaqla təyinatı üzrə istifadə etmişlər. Qeyd olunan orderin verilməsinə əsas isə Bakı şəhər İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli 6/387 saylı qərarı olmuşdur. 2023-cü ilin aprel ayında məlum olmuşdur ki, qeyd olunan bağ torpaq sahəsinin üzərinə “satılır” qeyd edilmişdir. Bununla bağlı iddiaçı tərəfindən müvafiq orqanlara müraciət edilmiş, müəyyən olmuşdur ki, qeyd olunan 5742 saylı bağ sahəsi Cavabdeh tərəfindən özəlləşdirilmiş, xx.xx.2012-ci ildə adına MA seriyalı ******* saylı çıxarış verilmişdir. Hesab edir ki, 5742 saylı bağ sahəsi hüquqmüəyyənedici sənədlər əsasında iddiaçının vəfat etmiş valideyninə ayrıldığı halda, qeyd olunan bağ sahəsinə digər şəxsin adına çıxarış verilməsi əsassız və qanunsuz olduğuna görə müvafiq çıxarış ləğv edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş iddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhər XDS İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının İnkişaf və X4 bağlar sahəsindəki 221 saylı Kooperativ tərəfindən verilmiş 43 saylı orderə əsasən Ləhiş bağlar massivində 221 saylı BTK-nın nəzdində 0,12 ha olan 5742 saylı bağ torpaq sahəsinin iddiaçının atası X1 verildiyini, həmin bağ sahəsini hasara almaqla təyinatı üzrə istifadə etdiyini göstərmişdir. Orderin verilməsinə əsas kimi Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 6/387 saylı qərarının olduğunu qeyd etmişdir. İddia tələbini qətiyyən qəbul etmir. Belə ki, sözügedən sahəsi 1200 kv.m olan 5742 saylı bağ sahəsi, bağ evi tikintisi üçün ona Bakı Şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1991-ci il tarixli 10/517 saylı protokolu ilə ayrılmış, bu fakt X10 kitabında xx.xx.2012-ci il tarixdə 29752 nömrə ilə uçota alınıb. O, bağ sahəsi sərəncamına ayrılan kimi həmin sahənin ətrafını hasarlatmış və darvaza qoydurmuşdur. İddiaçının həmin bağ sahəsini hasara almaqla təyinatı üzrə istifadə etdiyi barədə fikirləri həqiqətə qətiyyən uyğun deyildir. Torpaq sahəsinin ətrafının onun tərəfindən hasarlandığını, darvaza qovulmasını, torpaq sahəsində su quyusu qazdırdığını, hətta quyu suyunun duzlu çıxdığını qonşuluqda yasayan Valeh, orada işləmiş usta, fəhlə və sürücülər təsdiq edə bilərlər. İddiaçının atasına torpaq sahəsi iddiaçının göstərdiyi tarixdə verilmiş olsaydı ötən 23 il ərzində ya atası, ya özü, ya da ki, yaxınlarından bir kimsə, heç olmasa bircə dəfə də olsa orada görünər, ona etiraz edə, hərəkətlərindən şikayət verərdilər. İddiaçının təqdim etdiyi torpaq sənədi həqiqi deyildir. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seiyalı ******* №-li çıxarış verilmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə mübahisələndirilən çıxarışı verən inzibati orqana, imtina olunduğu təqdirdə isə Bakı İnzibati Məhkəməsinə müraciət ediləcəyini bildirmiş, bununla əlaqədar iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, habelə ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etdi, iddia tələbini qəbul etmədi, etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 işin mahiyyəti üzrə həll olunmasını tələb etdi, iddia tələbini etiraf etmədi, etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Ləhiş bağ massivində yerləşən 1200 kv.m-lik 5742 saylı mübahisəli bağ sahəsi bağ evi tikintisi üçün Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1991-ci il tarixli 10/517 saylı qərarına əsasən ayrılmış, bu fakt X10 kitabında xx.xx.2012-ci il tarixdə 29752 nömrə ilə uçota alınmışdır. İnzibati orqanın qərarı əsasında verilmiş çıxarışın ləğvi mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı Qərarının: 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın İİİ təsnifat üzrə 1-ci bəndinə əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları, habelə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi inzibati orqan hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından iddiaçı əvvəlcə öz hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar