Məhkəmə qərarları › İş №e-2(008)-3962/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3962/2023

31.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3962/2023 31.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh4 Əlisafa oğlu, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı mənzildən çıxarma, istifadə hüquqlarına xitam vermə və maddi və mənəvi zərər tələbinə, İddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qarşı daşınmaz əmlakın alqı - satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4 Əlisafa oğlu, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı Sabunçu rayon Məhkəməsinə iddia verərək cavabdehləri azyaşlılar - X10, X6, X7 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 28 №-li evin 19 №-li mənzilindən istifadə hüququna xitam verilməklə, onların həmin mənzildən çıxarılması, dəymiş maddi zərərə görə 1000 manat və mənəvi zərər qismində 7000 manat, ümumilikdə isə 8000 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh4 Əlisafa oğlu, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 28 №-li evin 19 №-li mənzilini Cavabdeh3 xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 97000 manata almış, həmin mənzilə dair xüsusi mülkiyyət hüququ Dövlət Reyestrində onun adına qeydə alınmışdır. Qeyd edilən müqaviləyə əsasən cavabdehlər xx.xx.2023-cü il tarixdə həmin mənzili boşaldıb iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də, mənzili boşaldıb təhvil verməmişdir. Belə ki, iddiaçı əri X15 ilə xx.xx.2012-ci ildə ailə quraraq ərinin anası X1 məxsus Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən, 8 saylı evin 12 saylı mənzilinə gəlin köçmüş, qaynanası xx.xx.2023-cü il tarixdə həmin mənzili sataraq, öz oğlanları arasında bölmüş, iddiaçıya da mənzil almaq üçün pul vermişdir. Cavabdeh3 mənzilini 97000 manata satışa çıxartmışdır. İddiaçı onunla razılaşıb 1000 manat məbləğində beh vermiş, sonra isə alqı-satqı müqaviləsi bağlamaq üçün notariusa getmişdilər. Orada olarkən mənzilin ipoteka ilə yüklü olduğunu bilmişdir. Lakin Bankın razılığı ilə mənzilin satılmasını bildikdən sonra iddiaçı buna etiraz etməmişdir. xx.xx.2023-cü il tarixdə həmin mənzildə qeydiyyatda olan şəxslərin notarial qaydada verilmiş razılığı ilə aralarında alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı müqavilə üzrə Cavabdeh3 96000 manat məbləğində pul vəsaiti ödəmişdir. İddiaçı da öz ailəsi ilə əvvəl yaşadığı və qaynanası tərəfindən satılmış mənzildən çıxıb xx.xx.2023-cü il tarixdə yeni aldığı mənzilinə köçməli idi. Aralarındakı razılaşmaya baxmayaraq, Cavabdeh3 zəng edərək, kobud şəkildə mənzili satmaq fikrindən daşındıqlarını, mənzildən çıxmayacaqlarını bildirdi və iddiaçını hədələyərək, mənzilə gələcəyi təqdirdə onun üçün pis olacağını dedi. İddiaçı Abşeron rayonunda ayı 200 manat olmaqla bir otaqlı kirayə mənzil tapmış, lakin kirayə verən mənzilin kirayəsi üçün ilkin olaraq 5 aylıq kirayə haqqını tələb etdiyinə görə iddiaçı məcbur olub 1000 manat məbləğində kirayə haqqı ödəyib xx.xx.2023-cü il tarixdə Masazır kəndi İstiqlaliyyət küçəsi, ev 10B, mənzil 38 ünvanına köçmüş, bunun nəticəsində ona 1000 manat məbləğində maddi zərər dəymişdir. Bundan əlavə, hadisələr iddiaçının mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur ki, bununla da ona 7000 manat məbləğində mənəvi zərər dəymişdir. İddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Suraxanı rayon Məhkəməsində iddia qaldıraraq X8 ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış və 4Ə-379 reyestr nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi ev 28, mənzil 19 dair daşınmaz əmlakın alqı - satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh X3 verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia üzrə Suraxanı rayon Məhkəməsində e-2(010)-2513/2023 №-li mülki iş açılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 ilə arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi ev 28, mənzil 19-a dair 96000 manat məbləğində daşınmaz əmlakın alqı - satqı müqaviləsi bağlanılmışdır. Belə ki, bir neçə gün bundan əvvəl ona məlum olmuşdur ki, müqavilə bağlanan zaman mübahisəli mənzilin qiyməti barədə əhəmiyyətli şəkildə yanılmışdır. X2 2015-ci ildə rəhmətə gedib, özü 2-ci qrup əlildir, ailə başçısını itirmişdir, həssas əhali qrupuna aiddir. Sözügedən mənzilə 1991-ci ildə köçmüşdülər, bu günədək orada yaşayırlar. Mənzil 2015-ci ilədək X2nun adına olmuş, 2015-ci ildə vərəsəlik yolu ilə iddiaçının adına keçmişdir. Evdar xanımdır, ailə qurduğu vaxtdan işləmir. Heç vaxt daşınmaz əmlak bazarından xəbəri olmayıb. Sonradan başa düşmüşdür ki, mənzili satarkən tələm-tələsik iş görüb, yanılmışdır. Belə ki, o, mənzili həmin 96.000 manat məbləğə satmaqda yanılmışdır. Evin stalinka layihə, hündürlük 3,2 m, xarici və iş divarların qalınlığı 1,5 m təşkil edir, orta mənzil, 4 mərtəbənin 3-cü mərtəbəsi, mənzil binanın tam ortasında yerləşir, yelçəkəndir, bina daş binadır, mərkəzi istilik sistemi vardır, bundan əlavə binada divar peçi vardır, qaz, su, işıq daimidir, binanın hər iki tərəfə görüntüsü var, eyvan var, bina yol üstüdür, yaxınlıqda bütün infrastrukturlar var məktəblər, hospital, bağçalar. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə vəsatəti əsasənda Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə e-2(010)-2513/2023 №-li mülki iş birləşdirilməsi üçün Bakı şəhər Sabunçu rayon Məhkəməsinə göndərilmişdir. Sabunçu rayon Məhkəməsində iki işə 2(008)-3962/2023 № ilə baxılmağa başlanılmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3, Cavabdeh4 Əlisafa oğlu, Cavabdeh2, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Cavabdeh3 iddiasına mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə adları çəkilən tərəflərin iştirakı olmadan hər iki iddiaya mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə verdikləri iddia ərizəsinin məzmununa uyğun izahat verərək, İddiaçı iddiasının təmin, Cavabdeh3 iddiasının rədd edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası qismən təmin, Cavabdeh3 iddiası rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi ev 28, mənzil 19 (sonradan – mübahisəli mənzil) ünvanında yerləşən, ümumi sahəsi 62,3 kv metr olan mənzil Cavabdeh3 mülkiyyətində olmuşdur (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* №-li Çıxarış, daşınmaz əmlakın reyestr nömrəsi **********68-05101- 093015, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il). Mübahisəli mənzilin 98000 manata satışa çıxarılması barədə internetdə elan yerləşdirilmişdir. İddiaçı həmin mənzili xx.xx.2023-cü il tarixdə 97000 manata (1000 manat beh və 96000 manat alqı-satqı zamanı ödənilmiş məbləğ) Cavabdeh3 almışdır (Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış və 4Ə-379 reyestr nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi). Həmin müqavilədə qeyd edilmişdir ki, mənzil satılan vaxt "xxxx" MMC-də girovda olmuş, əməliyyat notarius tərəfindən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 1545 №-li məktubu və mülkiyyətçinin razılığı əsasında ipoteka hüququ qüvvədə olmaq şərtilə aparılmış, mənzilin satış qiymətindən 36260 manat "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına, qalan 59740 manat isə satıcı Cavabdeh3 ödəniləndən, "xxxx" MMC məbləği aldıqdan və rəsmi məktub verdikdən sonra əmlak dərhal ipoteka yükündən azad ediləcək. Müqavilənin 11-ci bəndinə əsasən satıcı Cavabdeh3 xx.xx.2023-cü il tarixədək həmin mənzili boşaldıb iddiaçıya təhvil vermək öhdəlyi götürmüşdür. Notariat işinin qovluğundan görünür ki, mübahisəli mənzildə qeydiyyatda olan Cavabdeh4 Əlisafa oğlu, Cavabdeh2, Cavabdeh1 mənzilin satılmasına razılıq ərizələrini vermişdilər. İddiaçı mübahisəli mənzilə olan mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmışdır (daşınmaz əmlakın reyestr nömrəsi **********68-05101-093015, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il). İddiaçı X11 ilə Masazır kəndi İstiqlaliyyət küçəsi, ev 10B, mənzil 38 ünvanında yerləşən mənzilə dair xx.xx.2023-cü il tarixdə yaşayış sahəsinin kirayəsi müqaviləsini bağlamış, aylıq kirayə haqqı 200 manat müəyyən edilmiş, həmin müqavilə notarius tərəfindən təsdiq edilməmişdir. Hazırda mənzilin satıcısı Cavabdeh3 hesab edirl ki, alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir, bu səbəbdən o, mənzildə qeydiyyatda olan və satışa razılıq ərizələri verən ailə üzvləri Cavabdeh4 Əlisafa oğlu, Cavabdeh2, Cavabdeh1 ilə mənzili tərk etməkdən imtina edir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (qızı) Cavabdeh1 izahat verərək qeyd etmişdir ki, mənzilin real qiyməti qat-qat çoxdur, onlar aldıqları 97000 manat pulu bir neçə gün içində geri qaytaracaqlar (məhkəmə hazırlıq iclasının protokolu). İddiaçı 97000 manat pulun ona qaytarıldığı təqdirdə mənzildən imtina edəcəyini bildirmişdir. Lakin, pul qaytarılmamış və Cavabdeh3 və onun nümayəndəsi (qızı) Cavabdeh1 məhkəmə baxış iclası barədə xəbərdar olmalarına baxmayaraq iclasda iştirak etməmişdilər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddiaçı Cavabdeh3 iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir, digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əssən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur, bu cür əqd bağlandığı andan etibarsızdır. Cavabdeh3 bağlanmış əqdin etibarsızlığı ilə əlaqədar məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd etmək istəyir ki, hətta mənzil dəyərindən aşağı qiymətə satılmış olsa da belə, müqavilə azadlığı var, tərəflər istədikləri şərtlərlə müqavilə bağaya bilərlər (Mülki Məcəllənin 390.1-ci maddəsi). Beləliklə, məhkəmə müəyyən etmişdir ki, tərəflərin arasındakı alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır və onun etbarsızlığı ilə əlaqədar əsaslar möcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh3 iddiaçı rədd edilməlidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə İddiaçı iddiasının qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Beləliklə, qeyd edildiyi kimi, İddiaçı qanuni əsaslarla mənzildə əldə etdiyinə, mənzilə olan hüququ dövlət qeydiyyatına aldırdığına görə onun bu hüququ qorunmalı və cavabdehlər Cavabdeh4 Əlisafa oğlu, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 azyaşlılar - X10, X6, X17 (MAPS arayışına əsasən) ona məxsus mübahisəli mənzildən çıxarılmalıdırlar. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, İddiaçı iddiası cavabdehlərin mənzilindən istifadə hüququna xitam verilməsi, maddi və mənəvi zərərin tutulması hissəsində rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh3 mənzili sataraq bir ay içində mənzili boşaldıb təhvil vermək öhdəliyi götürməklə, digər cavabdehlər mənzilin satışına razılıq verməklə həmin mənzilə olan istifadə hüquqlarını itirmişdilər. Odur ki, olmayan hüquqlara xitam verilməsini məhkəmə düzgün hesab etmir. Qeyd edildiyi kimi, İddiaçı bağladığı kirayə müqaviləsi notariat qaydasında təsdiqlənməmişdir. Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Odur ki, məhkəmə həmin kirayə müqaviləsini mötəbər sübut kimi qiymətləndirmir və hesab edir ki, iddia 1000 manat maddi zərərin tutulması hissəsində rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, İddiaçı mənəvi zərər qismində 7000 manatın tutulmsı hissəsində də iddia rədd edilməlidir. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə araşdırması zamanı iddiaçı özünün mənəvi zərər çəkməsi, eyni zamanda həmin zərərin 7000 manat olmasına dair sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh4 Əlisafa oğlu, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 azyaşlılar - X19, X18, X17 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 28 №-li evin 19 №-li mənzilindən çıxarılmalı, qalan hissədə rədd edilməli, Cavabdeh3 iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 Əlisafa oğlu, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 azyaşlılar - X19, X18, X17 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 28 №-li evin 19 №-li mənzilindən çıxarılsınlar. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Cavabdeh3 iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar