Məhkəmə qərarları › İş №e-2(008)-4004/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4004/2024

03.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4004/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 Əbdüqlmənəf qızının, İddiaçı3 və onların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Əbdüqlmənəf qızının, İddiaçı3 cavabdehlər Bakı şəhəri 39 saylı Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «miras əmlakda payların müəyyən edilməsi və payların uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 Əbdüqlmənəf qızı, İddiaçı3 cavabdehlər Bakı şəhəri 39 saylı Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «miras əmlakda payların müəyyən edilməsi və payların uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi» tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası 13 aprel 1977-ci ildə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.24827 ha torpaq sahəsi üzərində 1/7 hissədə İddiaçı2, 1/7 hissədə İddiaçı1 və 1/7 hissədə İddiaçı3 payının müəyyən edilməsi və paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Bakı şəhəri 39 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61.1 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.24827 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə mərhum atam X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. X8 13 aprel 1977-ci il tarixdə vəfat etmişdir. Atanın vəfatından sonra atamdan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61.1 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.24827 ha torpaq sahəsi miras əmlak kimi qalmışdır. İddiaçılar atadan miras qalmış əmlakı qanun üzrə birinci növbəli vərəsə olaraq qəbul etmək üçün Bakı şəhəri 39 saylı Notariat Ofisinə müraciət etmişdirlər. Notariat Ofisində vərəsəlik işi açılmış, lakin Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 24 saylı məktubu ilə bildirilmişdir ki, xx.xx.1977-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsəlik dairəsinin müəyyən olunması və vərəsələr arasında mübahisə olması ilə əlaqədar vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.X7 ilə X10 birgə nikahlarından xx.xx.1967-ci ildə İddiaçı1, xx.xx.1959-cu ildə Əbdülmanafova ( nikaha daxil olduqdan sonra Qədirova) Zərifə Əbdülmanaf qızı, xx.xx.1954-cü il təvəllüdlü Əbdülİddiaçı3 və cavabdehlər xx.xx.1962-ci ildə, Cavabdeh1, xx.xx.1969-cu ildə Cavabdeh2, xx.xx.1957-ci ildə Cavabdeh3 və xx.xx.1960-cı ildə Cavabdeh4 anadan olmuşdur. Atadan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61.1 kv.metr olan fərdi yaşayış evini vərəsələr arasında hər birinin paylarına uyğun bölünməsi mümkün olmadığından, evə dair hissədə cavabdehlərə qarşı pay tələbləri yoxdur. Lakin evin yerləşdiyi 0.24827 ha torpaq sahəsi miras əmlak kimi atanın qanun üzrə birinci növbəli vərəsələri olaraq iddiaçılar və qardaşları olan cavabdehlər arasında 7 hissəyə bölünməklə, hər birinin payı 1/7 hissədə müəyyən edilməlidir. Məhkəmədən kənar qaydada cavabdehlərə torpaq sahəsinin paylarımıza uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə dəfələrlə müraciət etmələrinə baxmayaraq, cavabdehlər onlara torpaq sahəsi üzərində vərəsəlik hüquqularının tanınmasına etirazetdiklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 Əbdüqlmənəf qızı izahat verərək bildirmişdir ki, o doğulduğu tarixdən habelə atasının vəfat etdiyi 1977-ci il tarixdə atasında miras qalmış torpaq sahəsini qəbul etmiş daimi olaraq həmin torpaq sahəsinə gələrək əmlakı müvafiq qayğısına qalmışdır. Eyni zamnda bildirmişdir ki, o, 1977-ci ildə ailə qursada 1979-cu il tarixdə boşanmış, bundan sonra yenidən qeyd edilən torpaq sahəsinə qayıdaraq həmin torpaq sahəsində ev tikərək həmin evdə yaşamağa başlamışdır. Onun evinə həer zaman digər bacılarıda gəlib yaşamış, torpaq sahəsi üçün zəruri hərəkətləri etmişdir. Lakin o atasının mülkiyyətində olan evdən deyildə atasından miras qalmış torpaq sahəsindən pay isdədiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş edərək bildirmişdir ki, o atası vəfat etdiyi tarixdən 1993-cü il tarixədək atasından miras qalmış evdə və torpaq sahəsində yaşayaraq atasından qalmış miras əmlakını qəbul etdiyindən əmlaka pay hüququnun tanınmasını məhkəmədən xahiş etmişdir. Lakin o atasından qalma evdən deyildə torpaq sahəsindən pay hüququnun tanınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o doğulduğu tarixdən 1974-cü il tarixədək həmin evdə və torpaq sahəsində yaşamış, atası 1977-ci il tarixdə vəfat etdikdən sonra o daimi olaraq həmin ünvana getmiş, daimi olaraq miras əmlakı olan torpaq sahəsində işlər görmüşdür. - Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, bacıları İddiaçı1, İddiaçı2 Əbdüqlmənəf qızı, İddiaçı3 ataları vəfat etdiyi vaxtdan hal-hazıradək daimi olaraq miras əmlakına gedib gəlmiş, miras əmlakı olan torpaq sahəsində abadlaşdırılmasında və torpaq sahəsinə qulluq etmişdir. O və digər qardaşlarının miras əmlakı olan torpaq sahəsində yaşadığlarını bildirmişdir. Digər cavabdehlər Bakı şəhəri 39 saylı Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehlər Bakı şəhəri 39 saylı Notariat Ofisinin nümayəndəsinin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyetrdən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.24827 ha olan torpaq sahəsi və onun ünvanında yerləşən ümumi sahəsi 61.10 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisi X5r. - Bakı şəhəri Sabunçu rayon Kürdəxanı qəsəbə İcra nümayəndəliyi tərəfindən 27 dekabr 2023-cü il tarixdə verilmiş AZ-T seriyalı 250977 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1959-cu ildə Bakı şəhərində anadan olmuş, atası X7, anası X18r. - Bakı şəhəri Sabunçu rayon Kürdəxanı qəsəbə İcra nümayəndəliyi tərəfindən 27 dekabr 2023-cü il tarixdə verilmiş AZ-T seriyalı 250978 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş, atası X7, anası X18r. - 06 noyabr 1993-cü il çıxarışdan görünür ki, X9 xx xxxxxxxx 1954-cü ildə Kürdəxanı qəsəbəsində anadan olmuş, atası X7, anası X18r. - Bakı şəhəri Sabunçu rayon Kürdəxanı qəsəbə İcra nümayəndəliyi tərəfindən 27 dekabr 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 389657 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 13 aprel 1977-ci ildə baş beyinin işimik yumşalmasından vəfat etmişdir. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 27 dekabr 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 389656 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2007-ci ildə kəskin ürək çatışmamazlığında vəfat etmişdir. - Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Kürdəxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-18-4/2-727/2024 nömrəli məktubundan görünür ki, İddiaçı1, İddiaçı2 Əbdüqlmənəf qızı, İddiaçı3 doğulduqları vaxtdan hal-hazıradək daimi olaraq mərhum ataları X4 mülkiyyətində olan ünvan 2 ünanında yerləşən evdə yaşayıblar. Ailə qurduqdan sonra İddiaçı1, İddiaçı2 Əbdüqlmənəf qızı, İddiaçı3 qeyd olunan ünvana gəlib-getmiş, bəzi vaxtlar həmin ünvanda qalmışlar. İddiaçı2 Əbdüqlmənəf qızı atasına məxsus evin 2 otağını təmir etmişlər. - Cavabdeh4 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, bacıları İddiaçı1, İddiaçı2 Əbdüqlmənəf qızı, İddiaçı3 doğulduqları vaxtdan hal-hazıradək daimi olaraq mərhum ataları X4 mülkiyyətində olan ünvan 2 ünanında yerləşən evdə yaşayıblar. Hal-hazırda isə mütəmadi olaraq həmin ünvana gəlib-getmişlər, bəzi vaxtlar həmin ünvanda onunla birlikdə qalmışlar. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 39 saylı Notariat Ofisinin 23 nömrəli xx.xx.2024-cü il tarixli İddiaçı1 ünvanlanmış imtina məktubdan görünür ki, 13 aprel 1977-ci ildə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsəlik işinin icrası zamanı vərəsəlik dairəsinin müəyyən olunması və vərəsələr arasında mübahisə olması ilə əlaqədar vərəsəlik işinin həlli üçün məhkəməyə müraciə etmək tövsiyə olunmuşdur - Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri miras qoyanın 1977-ci ildə ölməsi ilə həmin ildə yarandığından MPM-in 217.2-ci maddəsinin tələblərinə əsasən həmin vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. - 11.09.1964-cü il tarixli Qanunla təsdiq edilmiş və xx.xx.1999-cu il tarixli 779-İQ saylı Qanuna əsasən xx.xx.2000-ci ildə qüvvədən düşmüş Mülki Məcəllənin (sonrakı mətndə “Azərbaycan SSR Mülki Məcəlləsi”) 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyara keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. - Azərbaycan SSR Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. - Azərbaycan SSR Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payların bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. - Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onları mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Beləliklə mülki işin hallarından məlum olur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.24827 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 61.10 kv.m olan fərdi yaşayış evi iddiaçıların və cavabdehlərin atası olan X3 mülkiyyətində olmuşdur. X6 xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. Mülki iş üzrə tərəflərin vermiş olduğu izahatlardan məlum olur ki, X6 vəfat edən zaman onun birinci növbədən vərəsləri həyat yoldaşı X13 və hazırki iş üzrə tərəflər olan 7 övladı İddiaçı1, İddiaçı2 Əbdüqlmənəf qızı, İddiaçı3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 olmuşdur. İşin mübahisə olunmayan halı ondan ibarətdərki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ataları öldükdən sonra atalarından qalan miras əmlakı olan torpaq sahəsini qəbul etmişdir. Hazırki mülki işə əlavə edilən sənədlərdən məlum olur ki, İddiaçı2 Əbdülmanaf qızı atası vəfat etdikdən sözügedən torpaq sahəsində yerləşən evdə yaşamışdır. O, 1977-ci il ailə qurmuş lakin ailə qursa belə atasından miras qalmış əmlaka hər zaman gəlib getmiş, 1979-cu il tarixdə isə boşanaraq daimi olaraq atasından miras qalmış torpaq sahəsinə geri qayıtmış və həmin torpaq sahəsində bir ev tikərək orada yaşamağa başlamışdır. Eyni zamanada Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Kürdəxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyini tərəfindən verilmiş arayışdanda görünür ki, digər iddiaçılarda atalara öldükdən sonra atarından miras qalmış torpaq sahəsinə daimi faktiki qəbul etmişdirlər. Beləliklə məhkəmə hesab edir ki, X1 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.24827 ha olan torpaq sahəsi miras qoyan öldükdən sonra cavabdehlər ilə yanışı iddiaçılar tərəfindəndə fakitiki qəbul etdiyindən ərizə təmin edilməli, tərəflərin hər birinin torpaq sahəsinin 1/7 hissəsinə pay hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. X1 miras qalmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.24827 ha olan torpaq sahəsinə İddiaçı1 1/7 hissəsində, İddiaçı2 Əbdüqlmənəf qızının 1/7 hissəsində və İddiaçı3 1/7 hissəsində pay hüququ meəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar