Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-408/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X12 qızının katibliyi, İlk iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 Əbülfəz oğlunun iştirakları ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “torpaq və evdən çıxarılma” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair mülki işlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “torpaq və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 Kəbləğa oğlu, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0350 ha olan torpaq sahəsindən və ümumi sahəsi 145.70 kv.m olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 0,0350 ha olan torpaq sahəsi cavabdehlər xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1951-ci il təvəllüdlü Cavabdeh3 Kəbləğa oğlu və xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh1 tərəfindən özbaşına tutulmuşdur. Belə ki, qeyd olunan topraq sahəsi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında ona məxsusdur. Cavabdehlərin qanunsuz qəsdindən müdafiə olunmaq üçün məhkəməyə müraciət etməli olmuşdur. İlkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0.035 ha olan torpaq sahəsində istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini və ümumi sahəsi 0.035 ha olan torpaq sahəsində daimi əsaslarla 40 ildən artıqdır ki, yaşayırlar. Həmin evdə Cavabdeh3 əvvəl əmisi X4, ondan əvvəl isə babası Cənnət öz ailə üzvləri ilə yaşamışdır. Eyni həyətdə olan digər evdə isə iddiaçının babası X7 yaşamış, ondan sonra atası Əliyev Teyyub yaşamış, hazırda isə iddiaçı yaşayır. İllərdir ki, onlar dədəbaba yurdunda yaşamaqla bir-birlərinə qarşı heç bir tələbləri olmamışdır. Hazırki halda İddiaçı iddia ərizəsi ilə müraciət edərək, onları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 0.0350 ha olan torpaq sahəsindən çıxarılmalarını istəyir. Mübahisəli fərdi yaşayış evi və ümumi sahəsi 0.0350 ha olan torpaq sahəsinin statusu barədə hər hansı bir hüquq müəyyənedici sənəd olub-olmaması barədə onlarda illərdir məlumat olmamışdır. Belə ki, evin və həyətyanı sahəsinin heç bir sənədi olmamışdır və ilk iddiaçı hansısa formada bu ünvanı özəlləşdirmişdir. Məhkəmənin hazırlıq iclasında ilk iddiaçının nümayəndəsi məhkəməyə mübahisəli evin və torpaq sahəsinin dövlət qeydiyyatına əvvəldən alındığını, hazırda ilk iddiaçının mülkiyyətində olduğunu bildirmişdir. Vəkili tərəfindən bu barədə məlumat və sənədlərin əldə edilməsi üçün reyestr xidmətinə sorğu ünvanlanmış və xx.xx.2024-cü il tarixli cavab alınmış, müəyyən edilmişdir ki, mübahisəli ev və torpaq sahəsi xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi əsasında ilk iddiaçıya bağışlanmış, hazırda onun mülkiyyətindədir. Mübahisəli yaşayış sahəsindən istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 1984-cü il tarixdən əvvəl yarandığından, bu mübahisə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməklə həll edilməlidir. Hesab edirlər ki, onların mübahisəli ev və torpaq sahəsində istifadə hüquqları var və ilk iddianın təmin edilməsi üçün qanuni əsaslar yoxdur. İlk iddia üzrə İddiaçı nümayəndəsi vəkil X8 iddia tələbinin dəqiqləşməsi barədə xx.xx.2024cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0350 ha olan torpaq sahəsindən, ümumi sahəsi 145.70 m olan fərdi yaşayış evindən çıxarılması və həmin şəxslərə 9000 (doqquz min) manat məbləğində kompensasiya ödənilməsi şərti ilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, qarşılıqlı iddiaçılardan Cavabdeh3 əsas İddiaçı atası Teyyub Əliyevin əmisi oğlu olduğunu və birincinin oğlu Cavabdeh2dur. Digər şəxs, Cavabdeh1 isə Cənnətin həyat yoldaşıdır. Cavabdeh1 hazırki ünvana ərə gəlməmişdir və illər öncə faktiki qeydiyyatda olduğu ünvana gəlin gəlmiş, orada yaşamış sonradan mübahisəli evə köçmüşdür. Sözü gedən ünvan 2 (keçmiş sahə küçəsi 997) ünvanda fərdi yaşayış evi 0.035 sot torpaq üzərində yerləşir və “A” literli (1895-ci ildə tikilib),”B” literli (1902-ci ildə tikilib) iki tikilidən ibarət olmaqla ümumi sahəsi 145.7 kv.m ibarətdir. Əmlaklar ayrı-ayrı inşa edilmişdir. Əmlak 1957-ci ildən Hüsniyyəxanım Məmməd qızına məxsus olmuş və onun 1984-cü ildə vəfatından sonra xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən miras əmlakı qəbul etmiş X3 (iş üzrə cavabdeh-iddiaçı Cavabdeh3 əmisidir) adına qeydə alınmışdır. X4 xx.xx.2017-ci il tarixdə 17 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən əmlakı X1 ki, sonuncu da əmlakı hazırkı iddiaçı olan oğlu İddiaçı bağışlamışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, alqı-satqı və bağılama müqavilələri qanunidir, Çıxarışlar qüvvəsindədir və hər birinin ardıçıllıqla mülkiyyət hüququ qanuni əsaslarla müəyyən olunmaqla sonuncu İddiaçı hüququ rəsmən çıxarışla tanınmışdır. Cavabdehlər xx.xx.1951-ci il təvəllüdlü Cavabdeh3 Kəbləağa oğlu, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatda deyillər və onlar heç vaxt orada rəsmi pasport qeydiyyatında olmamışlar. Cavabdeh iddiaçıların qeydiyyatı Maştağa qəsəbəsi H.Heybətov küçəsi dalan 1 ev 8 də olmuşdur və onlar orada yaşamışlar. Bu gün də əsas evləri olan ünvanda qeydiyyatdadırlar. Qeyd olunan ünvanda yerləşən ev (Maştağa qəsəbəsi H.Heybətov küç. dalan 1 ev 8) Cavabdeh3 atası, Teyyub Əliyevin əmisi olan Kəblə ağa Əlievin ev ünvanıdır və həmin şəxslər bu evdə yaşamışlar. Hətta Cavabdeh1 ora ərə gəlmiş və oğlu Cavabdeh2 orada doğulmuşdur. Həmin şəxslər ailəlikcə ailə başçısı olan ataları Kəbləağa Əliyevə məxsus evdə yaşamışlar. Sonradan 1984-cü ildə ilk mülkiyyətçi Hüsniyyəxanım Məmməd qızı vəfat edəndən sonra mübahisəli əmlakda yaşamağa başlamışlar. X2 əvvəldən mübahisəli evdə yaşamış, əmlakı əmisindən almış və oğluna bağışlamışdır. Hazırki mülkiyyətçi ilə cavabdehlər arasında yaxın qohumluq əlaqəsi yoxdur. Əvvəlki mülkiyyətçi Hüsniyyəxanım Məmməd qızı və X4 onları əmlaka köçürməmişlər. Hazırkı işdə də iddia müddətinin keçdiyi bildirilmiş və iddia müddətinin tətbiq olunmasını xahiş etmişdirlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddia tələbini qəbul etmədiklərini, mübahisəli evin ata-baba evləri olduğunu və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil1 izahatında, mübahisəli ünvanda iki tikili olduğunu, cavabdehlərin 1984-cü il tarixindən orada olan iki tikilidən birində yaşadıqlarını, həmin torpaq sahəsinin özəlləşməsindən pretenziya məktubu alanadək tamamilə xəbərsiz olduqlarını, qanunvericilikdə orada yaşayan şəxslərdən xəbərsiz olaraq torpaq sahəsinin özəlləşməsinə yol verilmədiyini, cavabdehlərin ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 0,035 ha olan torpaq sahəsindən istifadə hüququnun olduğunu, ilkin iddiaçının nümayəndəsi tərəfindən daxil olmuş etiraz ərizəsində də, cavabdehlərin 1984-cü il ildə vəfat edən Hüsniyyəxanım Məmməd qızının vəfat etməsindən sonra orada yaşamalarını etiraf edildiyini, hüquq münasibətləri 1984-cü il tarixindən yarandığından hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilməklə, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia tam təmin edilməlidir. İş materiallarına əlavə olunan xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə vəfat etmiş Hüsniyəxanım Məmməd qızının vərəsəsi X4 Bakı şəhəri, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, ev 26-da yerləşən miras əmlakdan 1/1 hissədə pay almışdır. İş materiallarına əlavə olunan Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, Çıxarışa əsasən ünvan 1-da X3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 23 iyun 2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********26-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan xx.xx.2017-ci il tarixli AZ-İ seriyalı ******* nömrəli Alqı-Satqı müqaviləsinə əsasən, X4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145.7 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsini X5 20.000 (iyirmi min) manata satmışdır. İş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli Bağışlama müqaviləsinə əsasən, X9 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 145.7 kv/m olan fədi yaşayış evini və ümumi sahəsi 0.0350 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini oğlu İddiaçı hədiyyə vermişdir. İş materiallarına əlavə olunan Çıxarışa əsasən ünvan 1 İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 19 sentyabr 2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi, **********76-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-40004/2024-**********4 nömrəli sorğuya cavab məktubunda, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Səməd Vurğun küçəsi, 26 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0.0350 ha torpaq sahəsi 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-1969 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçdiyi və hazırda mülkiyyətində olması bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur”. Məhkəmə ilk olaraq qarşılıqlı iddianın təmin olunması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıların mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Səməd Vurğun küçəsi, 26 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0.0350 ha torpaq sahəsində 1984-cü ildən yaşamaları işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehlərin izahatında həmçinin ilkin iddia üzrə iddiaçının vəkili X8 iddia tələbinin dəqiqləşməsi barədə xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0350 ha olan torpaq sahəsindən, ümumi sahəsi 145.70 m olan fərdi yaşayış evindən çıxarılması və həmin şəxslərə 9000 (doqquz min) manat məbləğində kompensasiya ödənilməsi şərti ilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməsi onu deməyə əsas verir ki, ilkin iddiaçı cavabdehlərin həmin ünvanda olan fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə hüququnun yarandığını etiraf etmiş və hazırki halda kompensasiya verməklə həmin hüquqa xitam verilməsini xahiş etmişdir. Eyni zamanda həmin hal bir daha ilkin iddiaçının sonradan işə qoşulmuş vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsinə etirazla məhkəməyə müraciətində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0350 ha olan torpaq sahəsindən, ümumi sahəsi 145.70 m olan fərdi yaşayış evinin iki tikilidən ibarət “A” və “B” tikililərinin olduğunu qarşılıqlı iddiaçıların sonradan 1984-cü ildə ilk mülkiyyətçi Hüsniyyəxanım Məmməd qızı vəfat edəndən sonra mübahisəli əmlakda yaşamağa başladıqlarını qeyd etməklə bir daha onların 40 ilə yaxın müddətdə həmin ünvanda yaşamalarını etiraf etmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli Texniki Pasportun surətindən görünür ki, ünvan 1 ünvanı 145,70 kv.m sahədən ibarət olmaqla iki tikilidən “A” tikilisi 83,6 kv.m və “B” tikilisi 62,10 kv.m iki ayrı evdən ibarətdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar 1984-cü il tarixdən həmin ünvanda yaşamaqla həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, onların istifadə hüququ yaranmış və sonradan alqı-satqı, bağışlama müqavilələri ilə hazırki mülkiyyətçiyə əmlak cavabdehlərin hüquqları ilə yüklü şəkildə keçmişdir. Yəni hazırki iddiaçıya bu fərdi yaşayış evi bağışlanan zaman o həyətdə olan ikinçi tikilidə cavabdehlərin yaşadıqlarını bilmiş və onların hüququ ilə yüklü şəkildə hədiyəni qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında hüquq münasibətləri 2009-cu il tarixədək mövcud olmuşdur. Buna görə hazırki mübahisə üzrə münasibətlərin yarandığı dövrdə, 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123-cü maddələri tətbiq edilməlidir. Həmin Məcəllənin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsinin mənasına əsasən mülkiyyətçinin ailə üzvləri onun arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Mülkiyyətçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, cavabdehlər 1984-cü ildə evin mülkiyyətçisi olmuş, mirası faktiki qəbul etməklə 02 iyun 2017-ci ildə vərəsəlik hüququnu rəsmiləşdirilmiş X4 ilə mübahisəli ünvanda ilə üzvü qismində yaşamaqla onunla ümumi təsərrüfat apardıqlarından həmin ünvanda istifadə hüququ əldə etmişlər. Ev sonrakı mülkiyyətçilərə və hazırkı iddiaçıya da, onların hüquqları ilə yüklü vəziyyətdə keçmişdir. Cavabdehlərin mübahisəli ünvandakı evə müvəqqəti olaraq köçmələri və yaxud evi, torpağı özbaşına tutmaları barədə iddiaçının göstərdikləri heç bir sübutla təsdiq olunmur. Qarşılıqlı iddia verən cavabdehlərin iddia müddətini ötürməsi və həmin əsasa görə də iddianın rədd olması barədə iddiaçının ərizəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehlər mübahisəli evdən və torpaq sahəsindən 40 ildən artıq müddətdə mülkiyyətçinin ailə üzvü qismində istifadə etdiklərindən və hazırda da istifadə hüquqlarını davam etdirdiklərindən onların həmin ünvana istifadə hüququ əldə etmələri mübahisəsizdir. Evi və torpaq sahəsini mülkiyyətinə qəbul etmiş hazırki iddiaçının evdən və torpaq sahəsindən çıxarılma barədə tələbinə qarşı həmin ünvanda mövcud olan hüquqlarının məhkəmə qaydasında tanınmasını xahiş etmiş qarşılıqlı iddiaçıların iddia müddətinin ötürülmələri iş materiallarından müəyyən edilmədiyindən, bu barədə verilmiş ərizə təmin edilməməlidir. İlkin iddia tələbinin rədd olunması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının vəkili xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0350 ha olan torpaq sahəsindən, ümumi sahəsi 145.70 m olan fərdi yaşayış evindən çıxarılması və həmin şəxslərə 9000 (doqquz min) manat məbləğində kompensasiya ödənilməsi şərti ilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də işə sonradan qoşulmuş vəkili Vəkil2 tərəfindən ərizə verilərək, xx.xx.2024-cü il tarixli dəqiqləşdirmə ərizəsini geri götürdükləri və cavabdehlərin heç bir hüququ yaranmadığını, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0350 ha olan torpaq sahəsindən, ümumi sahəsi 145.70 m olan fərdi yaşayış evindən kompensasiya ödənilmədən çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçıların həmin ünvanda 1984-cü il tarixdən yaşadıqları həm iş materialları, həm də ilkin iddiaçının vermiş olduğu ərizələrlə etiraf edildiyindən, yəni cavabdehlərin həmin ünvanda hüquqları yarandığından qanunvericiliyin tələblərinə uyğun olaraq da, yaranmış hüquqa kompensasiya verilməklə xitam edilməsinə qanunvericiliklə yol verildiyindən, hazırki halda ilkin iddiaçının belə bir tələbi olmadığından tələb bu hissədə rədd olunmalıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia təmin edilərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0.0350 ha olan torpaq sahəsində istifadə hüquqları tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “torpaq və evdən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. İlkin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0.0350 ha olan torpaq sahəsinə istifadə hüquqları tanınsın. Qarşılıqlı iddiaçılar tərəfindən ödənilmiş 100 dövlət rüsumu ilkin iddiaçıdan tutularaq, qarşılıqlı iddiaçılara qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruslan Mirzaliyev.