Məhkəmə qərarları › İş №e-2(008)-413/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-413/2024

16.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-413/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İlki iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə iddiaçı X2 qanuni nümayəndəsi X1 ilkin iddia üzrə cavabdehlər İddiaçı, Cavabdeh2 qarşı “zəbt olunmuş həyatyanı sahədən və özbaşına tikilidən cavabdehlərin hesabına çıxarılma və həmin torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması” qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh X2 qanuni nümayəndəsi X3 qarşı “istifadə hüququnun tanınması” tələblərinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı X2 qanuni nümayəndəsi X1 ilkin iddia üzrə cavabdehlər İddiaçı, Cavabdeh2 qarşı “zəbt olunmuş həyatyanı sahədən və özbaşına tikilidən cavabdehlərin hesabına çıxarılma və həmin torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən (iddiaçının istifadəsində olan torpaq ərazisində olan özbaşına tikilidən) cavabdehlər Cavabdeh2, İddiaçı Firuz qızının və onların övladları 2009-cu il təvəllüdlü İsrailov Əkrəmin, 2010-cu il təvəllüdlü İsrailova Almarənin, 2014-cü il təvəllüdlü İsrailov Həmzənin və 2017-ci il təvəllüdlü İsrailov Hüseynin öz əşyaları (bütün əmlakları) ilə birgə çıxarılmaları (həmin sahənin məcburən boşaltmaları) və həmin ərazinin iddiaçının öz qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh X2 qanuni nümayəndəsi X3 qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və Cavabdeh2 və onların azyaşlı uşağlarının Bakı şəhəri Sabunçu rayonu, Bilgəh Zəfaran savxozu ərazisi, M.Muxtarov küçəsi döngə 3 ev 44-ə istifadə hüquqlarının tanınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi Vəkil mülki işin aidiyyəti üzrə göndərilməsinə etiraz edərək sonradan aidiyyət qaydaları dəyişsə də mülki iş icraata götürüldüyündən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı olduğunu bildirmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış ilkin iddia üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə ilkin iddia üzrə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/1-10/6484 nömrəli rəydən görünür ki, Sərhəd məlumatlarına əsasən sahə Abşeron rayonu İnzibati sərhədləri daxilində olduğu göstərilmişdir. Mülki iş matriallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vermiş olduğu ******* nömrəli çıcarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 44 saylı fərdi yaşayış evi X4 mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul etdiyi aşkar olunarsa, məhkəmə mülki işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardadın şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Beləliklə məhkəmə qeyd edir ki, mülki iş matriallarına əlavə edilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışdanda habelə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/1-10/6484 nömrəli rəydən görünür ki, mübahisə olunan fərdi yaşayış evi Abşeron rayon inzibati sərhədləri daxilində olsa, məhkəmə tərəfindən iş icraata götürülən zaman aidiyyət qaydalarının pozulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, mübahisəli olan fərdi yaşayış evi Abşeron rayon İnzibati ərazi hüdüdları daxilndə yerləşir mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Bu əsaslarla və Azərbaycan Respublikası MPM-nin 31, 35, 44-45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İlkin iddia üzrə iddiaçı X2 qanuni nümayəndəsi X1 ilkin iddia üzrə cavabdehlər İddiaçı, Cavabdeh2 qarşı “zəbt olunmuş həyatyanı sahədən və özbaşına tikilidən cavabdehlərin hesabına çıxarılma və həmin torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması” qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh X2 qanuni nümayəndəsi X3 qarşı “istifadə hüququnun tanınması” tələblərinə dair 2(008)-413/2024 nömrəli mülki iş baxılması üçün adiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar