Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-413/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, aralarında bağlanmış barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsini, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 tərəflər arasında barışıq sazişi imzalandığı üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil nümayəndəsi barışıq sazişinin təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, onların arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflər arasında bağlanmış həmin barışıq sazişinin şərtlərinə görə: Hazırkı mülki iş üzrə bir tərəfdən Azərbaycan Respublikası elm və təhsil naziri X4 şəxsində (bundan sonra İddiaçı adlanacaq), digər tərəfdən cavabdehin nümayəndəsi X3 (bundan sonra Cavabdeh adlanacaq), İddiaçı və Cavabdeh (bundan sonra birlikdə "Tərəflər” adlanacaqlar) aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazişi imzaladılar. Sazişin mövzusunu Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının ali təhsil müəssisəsi Azərbaycan Tibb Universiteti və Cavabdeh arasında bağlanmış 31 may 2020-ci il tarixli, 19 saylı üçtərəfli müqavilə üzrə yaranmış borc məbləğinin cavabdehdən tutulması tələbinə dair məhkəmə mübahisəsinin barışıq yolu ilə həll edilməsi təşkil edir. 3.1. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyanın “X1 Universitetində” təhsil alan Cavabdeh onunla bağlanmış xx.xx.2020-ci il tarixli, 19 saylı müqavilənin 3.5.20-ci yarımbəndinin tələblərini pozaraq ölkəyə qayıtmaqdan imtina etdiyindən, ona ödənilmiş təhsil haqqı xərclərinin geri qaytarılmasını öhdəsinə götürür; 3.2. Birinci tərəf məhkəmə prosesinin gedişində tələb olunan 17.177 (on yeddi min yüz yetmiş yeddi) avro məbləğində vəsaitdən 9.*** (doqquz min) avro məbləğində vəsaiti ödəmiş, qalan 8.177 (səkkiz min yüz yetmiş yeddi) avro məbləğində vəsaiti isə 2025-ci ilin dekabr ayının 25-dək tam ödənilməsini öhdəsinə götürür; 3.3. Birinci tərəf bu Sazişin 3.2-ci bəndinə əsasən ödəniləcək vəsaitin ona təqdim olunmuş bank hesabına ödənilməsi ilə bağlı ödəniş sənədlərini Nazirliyin Maliyyə şöbəsinə və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu’na elektron və ya kağız daşıyıcıda təqdim etməlidir; 3.4. Barışıq Sazişi tam icra olunduqdan sonra Nazirlik birinci tərəfə qarşı mövcud mübahisə predmeti çərçivəsində əhatə olunan hər hansı iddia tələbi ilə məhkəməyə müraciət etməkdən imtina etməsini öhdəsinə götürür; 3.5. Tərəflər bəyan edirlər ki, Bu Saziş qüvvədə olduğu müddətdə (cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilmədiyi hallar istisna olmaqla) hazırkı Sazişin predmetini mübahisələndirməyəcəklər; 3.6. Tələb olunan vəsait Saziş üzrə tam ödənildikdən sonra, Nazirlik cavabdehin iddiaçıya borcu olmadığı barədə maliyyə arayışı verməyi öz öhdəsinə götürür; 3.7. Bu Saziş hər iki tərəf imzaladığı andan qüvvəyə minir və işə baxan məhkəmə tərəfindən təsdiq edilir. Barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi ilə yaranacaq prosessual hüquqi nəticələri tərəflər qəbul edir; 3.8. Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir; 3.9. Bu Saziş eyni hüquqi qüvvəyə malik, Azərbaycan dilində 3 (üç) nüsxədə hazırlanmış və imzalanmışdır. Sazişin 1 nüsxəsi məhkəmədə, digər nüsxələr isə tərəflərdə saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 266-268- ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 3.1. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyanın “X1 Universitetində” təhsil alan Cavabdeh onunla bağlanmış xx.xx.2020-ci il tarixli, 19 saylı müqavilənin 3.5.20-ci yarımbəndinin tələblərini pozaraq ölkəyə qayıtmaqdan imtina etdiyindən, ona ödənilmiş təhsil haqqı xərclərinin geri qaytarılmasını öhdəsinə götürür; 3.2. Birinci tərəf məhkəmə prosesinin gedişində tələb olunan 17.177 (on yeddi min yüz yetmiş yeddi) avro məbləğində vəsaitdən 9.*** (doqquz min) avro məbləğində vəsaiti ödəmiş, qalan 8.177 (səkkiz min yüz yetmiş yeddi) avro məbləğində vəsaiti isə 2025-ci ilin dekabr ayının 25-dək tam ödənilməsini öhdəsinə götürür; 3.3. Birinci tərəf bu Sazişin 3.2-ci bəndinə əsasən ödəniləcək vəsaitin ona təqdim olunmuş bank hesabına ödənilməsi ilə bağlı ödəniş sənədlərini Nazirliyin Maliyyə şöbəsinə və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu’na elektron və ya kağız daşıyıcıda təqdim etməlidir; 3.4. Barışıq Sazişi tam icra olunduqdan sonra Nazirlik birinci tərəfə qarşı mövcud mübahisə predmeti çərçivəsində əhatə olunan hər hansı iddia tələbi ilə məhkəməyə müraciət etməkdən imtina etməsini öhdəsinə götürür; 3.5. Tərəflər bəyan edirlər ki, Bu Saziş qüvvədə olduğu müddətdə (cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilmədiyi hallar istisna olmaqla) hazırkı Sazişin predmetini mübahisələndirməyəcəklər; 3.6. Tələb olunan vəsait Saziş üzrə tam ödənildikdən sonra, Nazirlik cavabdehin iddiaçıya borcu olmadığı barədə maliyyə arayışı verməyi öz öhdəsinə götürür; 3.7. Bu Saziş hər iki tərəf imzaladığı andan qüvvəyə minir və işə baxan məhkəmə tərəfindən təsdiq edilir. Barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi ilə yaranacaq prosessual hüquqi nəticələri tərəflər qəbul edir; 3.8. Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir; 3.9. Bu Saziş eyni hüquqi qüvvəyə malik, Azərbaycan dilində 3 (üç) nüsxədə hazırlanmış və imzalanmışdır. Sazişin 1 nüsxəsi məhkəmədə, digər nüsxələr isə tərəflərdə saxlanılır. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262-ci maddələrinin tələbləri izah edilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-413/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-413/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver