Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4162/2024 05.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı "mülkiyyətin bərabər bölünməsi və paya mülkiyyət hüququnun tanınması" tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mülkiyyətin bərabər bölünməsi və paya mülkiyyət hüququnun tanınması" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən yaşayış evinin tərəflər arasında bərabər bölünməsi və İddiaçın aid olan paya mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçı və cavabdeh arasında bağlanmış 05 avqust 2024-cü il tarixli "Barışıq sazişi"ndən görünür ki, iddiaçı ilə cavabdeh aşağıdakı formada razılığa gəlmişlər:
1. İddiaçı və cavabdeh aralarında olan razılaşmaya əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-4162/2024 nömrəli mülki iş üzrə mübahisəyə barışıq yolu ilə son qoyurlar.
2. Aralarında olan razılaşmaya əsasən cavabdeh və iddiaçı birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən yaşayış evinin tərəflər arasında bərabər bölünməsinə razıdılar.
3. Aralarında olan razılaşmaya əsasən cavabdeh iddiaçı tərəfindən birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən yaşayış evini satış həyata keçirilən günün bazar qiymətinə uyğun mənzili birgə sataraq əldə olunmuş pulu öz aralarında bərabər bölürlər.
4. Aralarında olan razılaşmaya əsasən ünvan 1 ünvanında yerləşən yaşayış evinin alqı-satqısı həyata keçirilən zaman çəkilən xərclər aralarında bərabər bölünür.
5. Aralarında olan razılaşmaya əsasən ünvan 1 ünvanında yerləşən yaşayış evinin satış zamanı alıcı ilə aparılan qiymət razılaşması hər ikisinin razılığı ilə həyata keçirilir.
6. Hazırkı barışıq sazişinin şərtlərinə uyğun olaraq iddiaçı cavabdeh yuxarıda qeyd olunan şərtlərə əməl etmədikdə təkrar məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır və barışıq sazişi təsdiqləndiyi gündən ləğv edildiyi günlərə iddia müddəti tədbiq edilmir. Məhkəmə, iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənləri nəzərə alaraq mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı "mülkiyyətin bərabər bölünməsi və paya mülkiyyət hüququnun tanınması" tələbinə dair mülki iş tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunsun və üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Adilə Paşayeva.