Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4174/2025 19.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Əliyev Mübariz сDaşdəmir oğlunun iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev 40, bina 2, 79-80 nömrəli mənzillərə dair kommunal xərclərinə görə 01 may 2025-ci il tarixə 706 (yeddi yüz altı) manat xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 27 avqust 2019-cu il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40, bina 2, 79 və 80 nömrəli mənzillərə dair kommunal, istismar və xidməti xərclərin vaxtında ödənilməsini cavabdeh öhdəsinə götürmüşdür. Ümumi yığıncağın 20 aprel 2021-ci il tarixli qərarına əsasən 1 kv.m sahə üçün kommunal xərcinin dəyəri 0,40 qəpik müəyyən edilmişdir. Cavabdeh mənzilin 1 kv.m sahəsi üçün 0, 40 qəpik hesablamaqla, hər ay 79 nömrəli mənzilin 96.15 kv.m sahəsi üçün komunal xidmətlərə görə, 38 manat 46 qəpik və 80 nömrəli mənzilin 124.36 kv.m sahəsi üçün komunal xidmətlərə görə, 49 manat 74 qəpik haqq ödəməlidir. Müqavilənin şərtinə əsasən Cavabdeh mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq aylıq xidmət xərclərini ödəməlidir. Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 2025-ci ilin aprel ayı daxil olmaqla komunal borcu 706 (yeddi yüz altı) manat təşkil edir. Bu barədə cavabdehə bildiriş göndərilsə də o müqavilə üzrə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. Cavabdeh 26 may 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, 2019-cu ilin iyul ayından 2024-cü il avqust ayına qədər Bakı şəhəri, Əlif Hacıyev 40, bina 2, 79 nömrəli mənzilin kommunal xərcləri üçün hər ay 38 manat 49 qəpik, həmçinin 2019-cu ilin iyul ayından 2024-cü il avqust ayına qədər Bakı şəhəri, Əlif Hacıyev 40, bina 2, 80 nömrəli mənzilin kommunal xərcləri üçün hər ay 49 manat 74 qəpik məbləğində pulu "xxxx" MMCnə ödəniş etdiyini bildirmişdir. Bu müddət ərzində "xxxx" MMC ona keçmiş aylardaki ödənişləri ilə bağlı rəsmi çek, qəbz və ya ödəniş xidmətlərini əks etdirən hər hansı bir hüquqi əsası olan sənəd təqdim etməmiş, əvəzində isə özlərinin tərtib etdiyi heç bir hüquqi əsası olmayan qeyri qanuni mədaxil qəbzi vermişdir. O, dəfələrlə "xxxx" MMC-nə keçmiş ödənişləri ilə bağlı qanuni çek və ya qəbzin verilməsini tələb etsə də, hər dəfə üraciətlərini cavabsız qoyaraq keçmiş ödənişləri ilə bağlı hər hansı bir hüquqi əsası olan sənəd verməmişdilər. Bütün yuxarı qeyd etdiyi halları nəzərə alaraq, Vergilər Məcəlləsinin 16.1.9-cu maddəsini və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “04” aprel 2016-cı il tarixli Q-09 №li qərarının tələblərinin, həmçinin istehlakçı hüququnun pozulduğunu nəzərə alaraq növbəti aylardaki ödənişlərini ödəməyi dayandırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4174/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 27 avqust 2019-cu il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40, bina 2, 79 və 80 saylı mənzillərə dair kommunal, istismar və xidməti xərclərin vaxtında ödənilməsini cavabdehin öz öhdəsinə götürdüyünü, ümumi yığıncağın qərarına əsasən 1 kv.m sahə üçün kommunal xərcinin dəyəri 0,40 qəpik müəyyən edildiyini, cavabdeh mənzilin 1 kv.m sahəsi üçün 0, 40 qəpik hesablamaqla hər ay 79 nömrəli mənzilin 96.15 kv.m sahəsi üçün komunal xidmətlərə görə, 38 manat 46 qəpik və 80 nömrəli mənzilin 124.36 kv.m sahəsi üçün komunal xidmətlərə görə, 49 manat 74 qəpik haqq ödəməli olduğunu, cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyindən 2025-ci ilin aprel ayı daxil olmaqla komunal borcunun 706 manat təşkil etdiyini, bununla bağlı cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirmədiyini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 etiraz ərizəsini müdafiə edərək, "xxxx" MMC-nin onlara rəsmi çek, qəzblər təqdim etmədiyini, sənəd təqdim edilmədiyindən Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən, həmçinin istehlakçı hüquqlarının pozulmasına görə müvafiq ödənişləri dayandırdığını və iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yaşan mənzil mülkiyyətçilərinin ümumi yığıncağının 01 iyul 2020-ci il tarixli Qərarına əsasən ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında kommunal xidmətlərinin ödəniş məbləği yaşayış sahəsinin hər kvadratmetri üçün 0,40 (qırx) qəpik müəyyən edilmişdir. ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında binada məskünlaşan hər bir mənzil mülkiyyətçisi ilə müvafiq qaydada müqavilə bağlamaq vəzifəsi binada idarəedici təşkilat kimi fəaliyyət göstərən "xxxx" MMC-nin rəhbərliyinə həvalə edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 51 nömrəli arayışdan görünür ki, "xxxx" MMC ilə 27 avqust 2017-ci il tarixdə bağlanmış kommunal müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 40, bina 2, 79 və 80 nömrəli mənzilə dair kommunal xidmətlərə görə borcu aprel ayı daxil 2025-ci il tarixinə 706 (yeddi yüz altı) manat təşkil edir. İş əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli, 39 nömrəli məktubdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə borcu olduğu barədə xəbərdar edilmişdir. İşə əlavə olunmuş xx.xx.2017-ci il tarixli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən «İdarəedici təşkilat» Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küç, 40 ünvanda yerləşən binada kommunal xidmətlərin göstərilməsini həyata keçirir. 1.2-ci bəndinə əsasən «Sakin», Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135, 136, 137, 138, 139, 140 maddələrinə əsasən kommunal xidmətlərin xərclərinin ödəyicisi sayılır və həmin xərcləri ödəyir. 1.3-cü bəndinə əsasən «Sakin» tərəfindən kommunal xidmətlərinin xərcləri ödənilmədiyi halda «Sakin»-in kommunal təminatı «İdarəedici təşkilat» tərəfindən məhdudlaşdırıla bilər. 2.2-ci bəndə əsasən «Sakin»-in öhdəiklərindən də görünür ki, «Sakin» müqavilənin 3-cü bəndinə uyğun olaraq xidmət haqqını gecikdirməmək şərti ilə təyin olunmuş vaxtda ödəyir; Müqavilənin 3-cü bəndinə əsasən aylıq kommunal haqqı gecikdirildiyi halda, “Sakin” növbəti hər gün üçün aylıq məbləğin 0,5 %-i miqdarında cərimə ödəyir və s. 3.1-ci bəndinə əsasən «Sakin» kommunal xiddmət haqqını hər ay üçün təqdim olunan ödəniş qəbzlərinə əsasən ödəyir. 3.2-ci bəndinə əsasən kommunal xidmətlərinə görə ödəniş hər ay üçün növbəti ayın beşindən on beşinədək ödənilir və nəğd yolla həyata keçirir. 4-cü bəndinə əsasən tərəflər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən qarşılıqlı məsuliyyət daşıyırlar. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşdə olan sənədlərdən göründüyü kimi, "xxxx" MMC ilə, Cavabdeh arasında 27 avqust 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40, bina 2, 79 və 80 nömrəli mənzillərə dair kommunal, istismar və xidməti xərclərin vaxtında ödənilməsini cavabdeh öhdəsinə götürmüşdür. Ümumi yığıncağın 01 iyul 2020-ci il tarixli qərarına əsasən 1 kv.m sahə üçün kommunal xərcinin dəyəri 0,40 qəpik müəyyən edilmişdir. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar (135.1). Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; mənziltikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan (135.2). Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə hesab edir ki, mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması, kommunal xidmətlərə və digər xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıdığından iddia tələbi əsaslıdır. Göründüyü kimi mənzil qanunvericiliyində mənzil-tikinti kooperativinin üzvlərinin çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı ödənişləri və (və ya) haqları mənzil-tikinti kooperativinin idarəetmə orqanının müəyyənləşdirdiyi qaydada ödəməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 nömrəli sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər. Həmçinin həmin qərarla qərara alınmışdır ki, çoxmənzilli binaların mənzil və digər sahələrinin mülkiyyətçiləri ilə ümumi əmlakın saxlanmasına dair xidmətləri həyata keçirən idarəedici təşkilatlar arasında müqavilə bağlanarkən Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı hüquqi mövqeləri nəzərə alınmalıdır. Məhkəmə cavabdehdən mənzilinin sahəsinə görə tələb edilən kommunal haqqın miqdarını da ağlabatan hesab edir. Belə ki, cavabdehdən tələb edilən məbləğ (mənzilin hər kvadrat metrinə görə 0,40 qəpik) “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının tələblərinə uyğundur. Mehkəmə hesab edir ki, Cavabdeh 706 (yeddi yüz altı) manat əsas borc tutularaq, iddiaçı "xxxx"MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 706 (yeddi yüz altı) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx"MMC-nə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-4174/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4174/2025
19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver