Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-421/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə Cavabdeh1 iştirakları ilə, İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair ilk iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və X5 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cu il tarixli İS-4894 reyetsr ilə qeydə alınmış İpoteka müqaviləsi və xx.xx.2024-cü il tarixli İS-4895 reyestr nömrəsi ilə qeydə alınmış Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m. olan mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin mənzilin satışından əldə olunan vəsaitlər hesabına borc alan Cavabdeh1 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli borc müqavilələri üzrə iddiaçılar qarşısındakı 51 000 məbləğində kredit borcu, xx.xx.2024-cü il tarixdən bir il müddətinə gecikdirilmiş borca görə məbləğin illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 2550 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 53.550 manat məbləğində borc və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 51 manat məbləğində çəkilmiş xərclərin İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 252 manat dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçıların xeyrinə tutulması və ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək İpoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə Cavabdeh1 arasında Bakı şəhəri 9 saylı Notariat Ofisində xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş borc müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə Cavabdeh1 40.000 manat pul vəsaiti borc verilmişdir. Həmin tarixdə bağlanmış borc müqaviləsinin təminatı kimi borc alan Cavabdeh1 Əhmədli oğlu ilə ipoteka saxlayan İddiaçı1 və ipoteka qoyan Cavabdeh2 arasında 3M-15 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasını təmin edilməsi məqsədi ilə 1S-4994 reyestr nömrəsi ilə qeydə alınmış ipoteka müqaviləsi bağlanılaraq sonuncuya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m. olan mənzil ipoteka saxlayan İddiaçı1 adına yüklü edilmişdir. İddiaçı1 yuxarıda qeyd edilən mənzilə ipoteka hüququnun qeydiyyata alınmasına dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cu il tarixli (qeydiyyat №-si: **********) çıxarış verilmişdir. Bundan sonra İddiaçı2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 9 saylı Notariat Ofisində xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş borc müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə qaytarmaq şərti ilə Cavabdeh1 15.000 manat pul vəsaiti borc verilmişdir. Həmin tarixdə bağlanmış borc müqaviləsinin təminatı kimi borc alan Cavabdeh1 Əhmədli oğlu ilə ipoteka saxlayan İddiaçı2 və ipoteka qoyan X2 arasında 3M/394 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 1S-4895 reyestr nömrəsi ilə qeydə alınmış Sonrakı İpoteka müqaviləsi bağlanılaraq sonuncuya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m. olan mənzil ipoteka saxlayan İddiaçı2 adına yüklü edilmişdir. İddiaçı2 yuxarıda qeyd edilən mənzilə ipoteka hüququnun qeydiyyata alınmasına dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cu il tarixli (qeydiyyat №-si: **********) çıxarış verilmişdir. Həmin Kredit və İpoteka və Sonrakı İpoteka müqavilələrdə yaranmış öhdəlik ilə xx.xx.2024-cü il tarixədək Cavabdeh1 aldığı borc məbləğinin, yəni 40.000 və 15.000 manat pul məbləğinin, cəmi 55.000 manat borc məbləğinin ötən müddət ərzində 4.000 manatı ödənilmiş olsa da əsas götürülmüş pul vəsaitinin xx.xx.2024-cü il tarixədək qaytarmaq öhdəliyi yaranmış olmasına baxmayaraq, pozularaq tərəfindən icra edilməmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 33-cü və 34- cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 76-cı maddəsinə uyğun olaraq, cavabdeh X3 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilmiş və iddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün ipoteka predmeti olan mənzilinə icranın yönəldiləcəyi tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlak obyektlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün xx.xx.2024-ci il tarixli ərizə ilə elektron qaydada AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Bakışəhər Ərazi İdarəsinə müraciət edilmiş və həmin idarə tərəfindən bildiriş qeydə alınmışdır. İddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Daha sonra Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələblərinin təmin edilməməsi, Bakı şəhəri 9 saylı Notariat Ofisində gizli şəkildə Cavabdeh1 adına verilmiş etibarnamə üzrə səlahiyyətlərin X5 ötürülməsi barədə 09 yanvar 2024-cü il tarixli etibarnamənin etibarsız sayılması, Bakı şəhəri 9 saylı Notariat Ofisində Cavabdeh2 adından səlahiyyətləri ötürülmüş etibarnamə əsasında məlumatı olmadan X6 ilə İddiaçı1 arasında bağlanan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev 152 ünvanında yerləşən 15 saylı xüsusi mülkiyyətində olan mənzilə dair xx.xx.2024-cü il tarixli İpoteka müqaviləsinin, Bakı şəhəri 9 saylı Notariat Ofisində Cavabdeh2 adından səlahiyyətləri ötürülmüş etibarnamə əsasında məlumatı olmadan X8 ilə İddiaçı2 arasında bağlanan ipotekaya yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev 152 ünvanında yerləşən 15 saylı xüsusi mülkiyyətində olan mənzilə dair xx.xx.2024-cü il tarixli Sonrakı İpoteka müqaviləsinin etibarsız sayılması və Bakı şəhəri 9 saylı Notariat Ofisində Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli və İddiaçı2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli Kredit müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və X1 Səidə Mirvahab qızı və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçıların ilkin iddia tələblərinə qarşılıqlı iddia ərizəsi verilməsi zərurəti yaranmışdır. Belə ki, ilkin iddia tələbləri təmamilə qanunsuz və əsassızdır, qarşılıqlı iddia tələbində əsaslanan faktlara əsasən ilkin iddia tələbləri təmin edilməməlidir. Qarşlıqlı iddia tələbi, ilkin iddiada mübahisələndirilən müqavilələrin etibarsız sayılmasına yönəlmiş, iddialar arasında qarşılıqlı əlaqə mövcuddur və qarşılıqlı tələblərin təmin edilməsi ilkin tələblərin təmin edilməsini aradan qaldıracaq. Bu baxımdan da qarşılıqlı iddia tələbləri qanuni və əsaslıdır ona görə də ilkin iddia tələbləri rədd edilməli, qarşılıqlı iddia tələbləri təmin edilməlidir. AR.MPM-nin 4.1-ci maddəsinin tələbinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İşə baxan məhkəmə tam obyektiv və hərtərəfli işi araşdıracaq, yalnız notariusda rəsmiləşən sənədlərlə kifayətlənmiyəcək, işin həqiqi hallarına münasib hazırkı mülki işə hüquqi qiymət verəcək. İlk öncə Cavabdeh2 məhkəməyə məlumat üçün bildirir ki, onun ümumiyyətlə İpoteka və Sonrakı ipoteka müqavilələri əsasında mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev 152, ünvanında yerləşən mənzilinin 40000 manat və 15000 manat pulun təminatı olaraq ipotekaya yüklü edilməsindən, onun əsasında Cavabdeh1 ilə kredit müqavilələrinin bağlanmasından xəbəri olmamış, nə də cavabdehlər onunla bu barədə əlaqə saxlayıb razılığının olub-olmamasını soruşmamışlar, hətta məlumatlı olsun deyə mənzilinə baxış keçirməmişlər və bu müqavilələrin bağlanmasına razılıq da verməmişdir. Belə ki, o həmin mənzili Bakıxanov Rezidens MMC-dən Beynəlxalq Bankın daxili krediti hesabına 10 illik müqavilə əsasında almışdır. Sonuncu ödənişi Sumqayıt şəhəri, Saray qəsəbəsində yerləşən bağ evini satıb ödəmiş və mənzili bankdan çıxarmışdır. Məhz həmin mənzilin kredit sənədləşmələrini və krediti bağladıqdan sonra mənzilin onun adına sənədləşdirilib çıxarışın alınması üçün 2019-cu ildə notarial qaydada həyat yoldaşı Cavabdeh1 ümumi etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixdə X7 filialından kredit borcunun bağlanması barədə təmizlik arayışı götürmüş və Tikinti şirkətinə müraciət edib ƏMDX-dən çıxarışın alınması üçün sənədlərin ona verilməsini xahiş etmişdir. Şirkətdən ona bir neçə günə hazır olacağını bildiriblər və o etibarnamə ilə yoldaşının etibarnamə ilə gəlib sənədləri götürəcəyini bildirmişdir. O gündən sonra yoldaşı Cavabdeh1 sənədləşmə ilə məşğul olmuşdur və ona bildirmişdir ki, 4 saylı Asan Xidmət Mərkəzindən 7 yanvar 2024-cü il tarixdə çıxarışı götürəcək. Çünki Sumqayıtda qeydiyyatda olduğu evdə yaşamadığından problemlər yarandığı üçün, mənzilin çıxarışı ona uşaqlarının daimi qeydiyyata salınması üçün təcili lazım idi. Lakin yanvarın 8-nə qədər çıxarışı gözlədi və yoldaşından soruşanda çıxarışı aldığını ona bildirdi. Çıxarış ona verilmədiyinə görə 4 saylı Asan xidmət mərkəzinə getdi və ordan ona bildirdilər ki, yoldaşına verdiyi ümumi etibarnamə üzrə səlahiyyətlər Şirvan adlı tanımadığı şəxsə ötürülüb. O, dərhal yanvar ayının 9-da ərizə verərək həmin etibarnaməni ləğv etdirdi və yoldaşına zəng vuraraq nə baş verdiyini soruşdu, çıxarışı və şəxsiyyət vəsiqəsini ona verməyini bildirdi. Yanvar ayının 20-dən sonra şəxsiyyət vəsiqəsi və çıxarışın surəti ona verildi. O, yoldaşı Cavabdeh1 mənzilin sənədlərinin əslinin harda olduğunu, onun nə probleminin olduğunu soruşanda o, ona bildirdi ki, onu özündən asılı olmayan səbəblərdən Şirvan və Orxan adlı şəxslər yaxın tanışları vasitəsilə aldadıblar, istəmədiyi halda evin sənədlərini pula görə girov qoyublar. Eyni zamanda ona bildirdi ki, narahat olmasın, həmin şəxslər 2 ay ərzində məsələni həll edəcəklərinə söz veriblər. Narahat olsa da yoldaşının düşdüyü vəziyyətə görə gözlədi. Hər gün evə əsəbi gəldiyinə görə bu məsələ ilə bağlı yoldaşından heç nə soruşmamışdır. Lakin bu yaxınlarda ona bildirdi ki, onu aldadan şəxslər o istəmədiyi halda mənzili ipotekaya yüklü ediblər, Orxan Həsənov adlı şəxs həbs olunub, Şirvan Əhmədov isə Rusiyaya qaçıb. Pulu verən şəxs ondan faiz pulu tələb edir və bu günə qədər ödədiyi pulları da faizə çıxır. Həmçinin də yoldaşı bildirdi ki, Sabunçu rayon Polis İdarəsinə müraciət etmiş, iş müstəntiqin icraatında araşdırılır. Eyni zamanda hazırkı ilkin tələb üzrə iddiaçıların da məhkəməyə müraciət etdiyini bildirdi və ona görə də məhkəməyə qarşılıqlı tələblə müraciət etmək lazım olduğunu bildirdi. Hesab edir ki, onun məlumatı olmadan, işdə tərəf olan heç biri tərəfindən məlumatlandırılmadan xüsusi mülkiyyətində olan mənzilinin başqalarının xeyrinə mənfəət götürmək və ya aldatmaq və yaxud da faizlə pul götürmək qarşılığında qanunsuz ipotekaya yüklü edilməsinə görə iş üzrə cavabdehlərə qarşı "Etibarnamə, İpoteka və Sonrakı ipoteka müqavilələrinin etibarsız sayılması" barədə iddia irəli sürməkdə haqlıdır. Belə ki, onun razılığı olmadan, ümumi etibarnamə əsasında olmuş olsa belə, xüsusi mülkiyyətində olan mənzilin ipotekaya yüklü edilməsi qanunsuz olmuşdur. Hətta mənzil ipotekaya yüklü edildikdən sonra belə, nə etibarnamə üzrə səlahiyyətlərin ötürülməsi, nə də ipoteka ilə bağlı ona heç kim tərəfindən məlumat verilməyib, verilmiş olsaydı belə o razılıq verməzdi. Bundan başqa pulu verən cavabdehlər hansı əsasla mənzilə baxış keçirmədən, mülkiyyətçinin razı olub-olmamasını öyrənmədən pul verməyə və həmin pulun təminatı olaraq mülkiyyətimdə olan mənzilin ipotekaya qoyulmasına razılıq verirdi? Hətta Cavabdeh1 etibarnamə üzrə səlahiyyətlərin Şirvan Əhmədova ötürülməsindən belə məlumatı olmayıb və bu barədə onun razılığının olub-olmaması ondan öyrənilməmişdir. Bütün bu proseslər ondan xəbərsiz həyata keçirilmişdir. O ki qaldı sonrakı ipoteka müqaviləsinə, həmin müqavilədən ümumiyyətlə məlumatı olmayıb. Yalnız iddia ərizəsi yazılarkan sonrakı ipoteka müqaviləsinin olduğunu bilmişdir. Yoldaşı Cavabdeh1, onu aldadan şəxslərin barəsində tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etmişdir. Həmçinin ona aidiyyatı olmasa da iddia ərizəsini imzalayarkən oxuduğu ipoteka müqavilələrindən də görünür ki, pul faizsiz verilmişdir, lakin sonradan yoldaşının dediyinə görə Cavabdeh1 ödədiyi pullar faizə çıxılmışdır və ondan bu gün də faiz tələb olunur. Hesab edir ki, onun xəbəri və razılığı olmadan mülkiyyətində olan mənzilin ipotekaya yüklü edilməsi, eyni zamanda faizsiz müqavilələr bağlandığı halda sonradan ödənilən pulların faizə çıxılması və faiz tələb olunması, bağlanmış olan mövcud əqdlərin başqa əqdi pərdələmək niyyəti ilə bağlandığını, həmçinin bu əqdlərin bağlanmasının aldatma niyyəti ilə baş verməsini tam təsdiq edir. Bu halda da ipoteka müqavilələri əhəmiyyətsiz əqdlər olduğundan etibarsızıdır. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. İlk öncə qeyd edir ki, işin hallarından göründüyü kimi, yoldaşı Rəhman dediyinə görə onun tanışları olan Orxan Həsənov və Şirvan Əhmədov özlərinin təşəbbüsü ilə tanıdıqları cavabdehlərlə onlar arasında borc deyil, faizlə şərtləndirilmiş, ona isə borc müqaviləsi şəklində bildirilmiş və müqavilələr də faizsiz kredit müqaviləsi qaydasında bağlanmış, ən başlıcası isə aldatma niyyəti ilə əqdlər bağlanmışdır. Bu günə qədər Cavabdeh1 ödədiyi pulların cavabdehlər tərəfindən faizə hesablanması da bağlanan əqdlərin yalan əqd olmasını təsdiq edir. Bu halda İpoteka müqavilələri etibarsızdır. Göründüyü kimi, onun Cavabdeh1 mənzilin özəlləşdirilməsi və sənədləşmə işlərinin görülməsi üçün 2019-cu ildə verdiyi ümumi etibarnamə üzrə səlahiyyətlər tanımadığı X5 ötürülməsi əvvəlcədən onunla razılaşdırılmamış və hətta Məcəllənin 364.2-ci maddəsinin tələbinə uyğun olaraq səlahiyyətlər üçüncü şəxsə ötürüldükdən sonra da bu barədə ona heç bir məlumat verilməmiş, o, Asan Xidmət Mərkəzinə müraciət etdiyi zaman bildiyi vaxtda həmin etibarnaməni ləğv etdirmişdir. Hesab edir ki, onun xəbəri olmadan və ona məlumat verilmədən, razılığı alınmadan Cavabdeh1 Şirvan Əhmədova etibarnamə üzrə səlahiyyətlərin verilməsi təmamilə qanunsuz olmuş, hətta etibarnamə veriləndən sonra belə ona məlumat verilməməsi 09 yanvar 2024-cü il tarixli etibarnamənin niyyət etibarı ilə gizli verilməsini təsdiq edir və həmin etibarnamə özlüyündə etibarsızdır, ona görə də etibarsız etibarnamənin doğurduğu sonrakı nəticələr də etibarsızdır. AR. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. AR. Mülki Məcəllənin 359.4-cü maddəsinə əsasən, xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, ilkin iddia tələbləri qanunsuz və əsassızdır, ona görə də təmin edilməməli, qarşılıqlı iddia tələbi tam qanuni və əsaslı olduğundan təmin edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 bildirir ki, ilkin iddiaçılar iddia ərizəsində göstərirlər ki, "Kredit müqavilələri onunla bağlansa da, hər iki müqavilə üzrə 55000 manat puldan ümumilikdə 15000 manat ona verilmişdir". Lakin həqiqətdə isə 55000 manat puldan ümumilikdə 10000 manat pul vəsaiti onun adından digər şəxsə - 08 yanvar 2024-cü il tarixdə onun avtomobili qeyri-rəsmi təminat olaraq qoyulmaqla Şirvan Əhmədov tərəfindən götürülmüş 10000 manatın əvəzi olaraq pul verən şəxsə verilmişdir. Şirvan Əhmədov bütün bu işlərin başında duran, onu ağır duruma salan, aldatma yolu ilə onun evini girov qoyub Orxan Həsənovla pulu mənimsəyən şəxsdir. O, cavabdehlərin heç birini əvvəlcədən tanımamış, İddiaçı1 ümumiyyətlə tanımır və görməmişdir, onlarla heç bir söhbəti olmamışdır. Cavabdehlərlə bütün danışıqlar Orxan Həsənov və Şirvan Əhmədov tərəfindən aparılmışdır, çünki qarşlıqlı tələb üzrə cavabdehlər onların adamı olmuş, həmin söhbətlərdə o, iştirak etməmişdir. Bu hadisədən bir müddət özündə olmadığından nə baş verdiyini bilməmiş, artıq sonradan nə baş verdiyini bildiyi zaman Orxan Həsənov və Şirvan Əhmədov ona narahat olmamağı bildirərək, pulu ödəyəcəklərini, mənzilini 2 aya ipotekadan çıxaracaqlarını bildirdilər. Bir aydan sonra Orxan Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs olundu və Şirvan Əhmədov məsələni həll edəcəyini bildirdi. Həmin ərəfədə də cavabdehlərlə söhbətə Şirvan Əhmədov gedirdi, çünki, məsələnin ona aidiyyatı yox idi. Sadəcə bir qrup şəxs əlbir olaraq onun evini razılaşmadığı halda və mülkiyyətçi olan həyat yoldaşının xəbəri olmadığı halda ipotekaya yüklü edib pulu öz aralarında paylaşmaqla mənimsəmişlər. O, bütün bunları sonradan-Orxan Həsənov həbs olunandan sonra bilmiş və kifayət qədər insanlara qarşı dələduzluq cinayəti törətdiklərini öyrənmişdir. Orxan Həsənov həbs olunandan bir müddət sonra Şirvan Əhmədov da yoxa çıxdı. Hazırda Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə iş araşdırılır. Cavabdehlərdən alınan 55000 manat pulun 45000 manatı bu cinayətkar şəbəkə tərəfindən mənimsənilib, qeyd etdiyi kimi yalnız 10000 manat onun adından digər tanıdıqları şəxsə verilmiş və bu günə qədərdə 9000+5500+2000 + 600 manat ayrı-ayrı vaxtlarda şəxsən onun tərəfindən və bir neçə dəfədə Şirvan Əhmədov tərəfindən cavabdehlərə pul ödənilmiş, ödənilən pul məbləğlərini isə cavabdehlər faizə hesablamış, əsas pul məbləği isə tam şəkildə cavcabdehlər tərəfindən tələb olunur. Nəticədə isə Cavabdeh2 mülkiyyətində olan mənzil ipotekaya məruz qalmışdır. Bundan başqa ilkin iddiada iddiaçılar göstərirlər ki, mənzilin ilkin dəyərləndirilməsi tərəflərin razılaşdığı ilkin qiymət əsasında "xxxx" MMC, "Veto-Consulting” MMC LTD" MMC-dən birinə həvalə edilməklə qiymətləndirilsin. İpoteka müqavilələrini əldə etdikdən sonra oxuyanda o, bilmişdir ki, hər iki müqavilədə özlərindən mənzilə ilkin ayrı-ayrı məbləğlərdə qiymət müəyyən ediblər. O, belə bir razılıq verməmiş, mülkiyyətçinin bundan məlumatı olmamışdır. Hesab edir ki, cavabdehlərin bilavasitə baş verən hadisədən məlumatları olmuş onun özündən asılı olmayan sarsıntılarından istifadə edərək, mənzilin ipotekaya yüklü edilməsinə imkan yaratmışlar. Əslində iddia ərizəsində göstərdiyi kimi Şirvan və Orxanla mənzilin ipotekaya yüklü edilməsinə görə, nə də faizlə pul götürmək kimi razılaşmaları olmamışdır. Cavabdeh1 sonradan bunu bildiyi vaxtda hər ikisi ona bildirdilər ki, narahat olmasın, məsələni həll edib 2 ay müddətində mənzili ipotekadan çıxaracaqlar. Lakin bu belə verdikləri vəd yalan çıxdı. AR.Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. İşin hallarından da göründüyü kimi, Kredit və İpoteka müqavilələrinə münasibətdə cavabdehlər başqa əqdi pərdələmək niyyəti ilə bu müqavilələri bağlamış, hazırda isə ödənilən pul məbləğlərini faiz pulu hesablayırlar. Görünən odur ki, əqd başqa əqdi pərdələmək niyyəti ilə bağlansa da, həmçinin aldatma niyyəti ilə bağlanmışdır. Bu baxımdan da aralarında bağlanan müqavilələr etibarsızdır. Bundan başqa cavabdehlərlə yanaşı X8 və X13 da bilavasitə bu məsələdə mülki məsuliyyət daşıyırlar, danışıqları şəxsən aparan və 45000 manat pul məbləğini götürən şəxslərdi. Cavabdeh1 şəxsən onlara pul borcu yoxdur, bu günə qədər də onun hesabından 17500+600 manat kredit müqaviləsinə görə pul ödənilmişdir. Tam şəkildə sənədlər və kamera görüntüləri Notariat Ofisindən tələb olunmalı, imzaların yoxlanması üçün iş üzrə ekspertiza təyin edilməlidir. Çünki o, bir çox məsələdən şübhələnir və düşünür ki, ekspertizanın keçirilməsi ilə həqiqəti müəyyən etmək mümkün olacaq. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 ilkin iddia tələblərinin rədd olunmasını, Bakı şəhəri 9 saylı Notariat Ofisində gizli şəkildə Cavabdeh1 adına verilmiş etibarnamə üzrə səlahiyyətlərin X5 ötürülməsi barədə 09 yanvar 2024-cü il tarixli etibarnamənin etibarsız sayılması, Bakı şəhəri 9 saylı Notariat Ofisində Cavabdeh2 adından səlahiyyətləri ötürülmüş etibarnamə əsasında məlumatı olmadan X6 ilə İddiaçı1 arasında bağlanan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev 152 ünvanında yerləşən 15 saylı xüsusi mülkiyyətində olan mənzilə dair xx.xx.2024-cü il tarixli İpoteka müqaviləsinin, Bakı şəhəri 9 saylı Notariat Ofisində Cavabdeh2 adından səlahiyyətləri ötürülmüş etibarnamə əsasında məlumatı olmadan X8 ilə İddiaçı2 arasında bağlanan ipotekaya yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev 152 ünvanında yerləşən 15 saylı xüsusi mülkiyyətində olan mənzilə dair xx.xx.2024-cü il tarixli Sonrakı İpoteka müqaviləsinin etibarsız sayılması və Bakı şəhəri 9 saylı Notariat Ofisində Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli və İddiaçı2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı1 Cavabdeh1 40000 manat məbləğində borc verir. Cavabdeh1 borcu xx.xx.2024-cü il tarixinədək İddiaçı1 qaytarmağı öhdəsinə götürür. -xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı1 Cavabdeh1 40000 manat məbləğində borc verir. Cavabdeh1 borcu xx.xx.2024-cü il tarixinədək İddiaçı1 qaytarmağı öhdəsinə götürür. -xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m. olan mənzili 3M-15 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İddiaçı1 xeyrinə ipoteka yüklü edir. -xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 bütün əmlakını idarəetməyi və üzərində sərəncam verməyi etibar etmişdir və etibarnamə 2039-cu ilədək qüvvədədir. -xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı2 Cavabdeh1 15000 manat məbləğində borc verir. Cavabdeh1 borcu xx.xx.2024-cü il tarixinədək İddiaçı2 qaytarmağı öhdəsinə götürür. -xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı2 Cavabdeh1 15000 manat məbləğində borc verir. Cavabdeh1 borcu xx.xx.2024-cü il tarixinədək İddiaçı2 qaytarmağı öhdəsinə götürür. -xx.xx.2024-cü il tarixli Sonrakı İpoteka müqaviləsindən müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m. olan mənzili 3M- 394 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İddiaçı2 xeyrinə ipoteka yüklü edir. -xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 onun bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi etibar etmişdir və etibarnamə 2039-cu ilədək qüvvədədir. -xx.xx.2024-cü il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 İddiaçı1 xeyrinə ipoteka yüklü edilmişdir. -xx.xx.2024-cü il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 İddiaçı2 xeyrinə ipoteka yüklü edilmişdir. -xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, X3 İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında göndərilmiş və İddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün ipoteka predmeti olan mənzilinə icranın yönəldiləcəyi tələb edilmişdir. -xx.xx.2025-ci il tarixli, 02-08/25 saylı Məhkəmə Ekspertizası Xidmətləri MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2025-ci il tarixə bazar dəyəri 306000 manat təşkil edir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş borc müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdək qaytarmaq şərti ilə Cavabdeh1 40.000 manat pul vəsaiti borc verilmişdir. Həmin tarixdə bağlanmış borc müqaviləsinin təminatı kimi borc alan Cavabdeh1 Əhmədli oğlu ilə ipoteka saxlayan İddiaçı1 və ipoteka qoyan Cavabdeh2 arasında 3M-15 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasını təmin edilməsi məqsədi ilə 1S- 4994 reyestr nömrəsi ilə qeydə alınmış ipoteka müqaviləsi bağlanılaraq sonuncuya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m. olan mənzil ipoteka saxlayan İddiaçı1 adına yüklü edilmişdir. İddiaçı1 yuxarıda qeyd edilən mənzilə ipoteka hüququnun qeydiyyata alınmasına dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cu il tarixli (qeydiyyat №-si: **********) çıxarış verilmişdir. Bundan sonra İddiaçı2 ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş borc müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə qaytarmaq şərti ilə Cavabdeh1 15.000 manat pul vəsaiti borc verilmişdir. Həmin tarixdə bağlanmış borc müqaviləsinin təminatı kimi borc alan Cavabdeh1 Əhmədli oğlu ilə ipoteka saxlayan İddiaçı2 və ipoteka qoyan X2 arasında 3M/394 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 1S-4895 reyestr nömrəsi ilə qeydə alınmış Sonrakı İpoteka müqaviləsi bağlanılaraq sonuncuya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m. olan mənzil ipoteka saxlayan İddiaçı2 adına yüklü edilmişdir. İddiaçı2 yuxarıda qeyd edilən mənzilə ipoteka hüququnun qeydiyyata alınmasına dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cu il tarixli (qeydiyyat №-si: **********) çıxarış verilmişdir. Həmin Kredit və İpoteka və Sonrakı İpoteka müqavilələrdə yaranmış öhdəlik ilə xx.xx.2024-cü il tarixədək Cavabdeh1 aldığı borc məbləğinin, yəni 40.000 və 15.000 manat pul məbləğinin, cəmi 55.000 manat borc məbləğinin ötən müddət ərzində 4.000 manatı ödənilmiş olsa da, əsas götürülmüş pul vəsaitinin xx.xx.2024-cü il tarixədək qaytarmaq öhdəliyi yaranmış olmasına baxmayaraq, Cavabdeh1 tərəfindən pozularaq icra edilməmişdir. Cavabdeh2 İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilmiş və ilk iddia üzrə iddiaçılar qarşısında yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün ipoteka predmeti olan mənzilinə icranın yönəldiləcəyi tələb edilmişdir. Cavabdeh1 ipoteka müqaviləsinin etibarsız hesab edir, buna dair əsas dəlili isə odur ki, müqavilə bağlanan zaman o, özündə olmamışdır. Həmçinin, digər dəlili ondan ibarətdir ki, ipoteka müqaviləsinin bağlanmasına onun arvadı Cavabdeh2 razılığı olmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi, Cavabdeh1 kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı1 və İddiaçı2 olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə ilk iddia üzrə iddiaçılar tərəfindən tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməli, Cavabdeh1 ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 51000 manat məbləğində borc tutulmalıdır. Məhkəmə iddia tələbinin “kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2024-cü il tarixdən illik 5% olmaqla hesablanmış 2550 manat məbləğində faiz borcunun tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməli, kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 2550 manat məbləğində faiz borcu Cavabdeh1 ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır. 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (əvəlki redaksiyada). İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun (bəzi müddəaları xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada): xx.xx.2018-ci il tarixədək qüvvədə olan 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Araşdırma zamanı, o da müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli və xx.xx.2024-cü il tarixli ipoteka müqavilələrinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m. olan mənzili ilk iddia üzrə iddiaçıların xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqaviləni Cavabdeh2 adından imzalamaq hüququ olmuşdur. Yəni əmlakı idarə və sərəncam vermək hüququ qanuvericiliyə uyğun şəkildə rəsmiləşdirilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka qoyan yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh1 həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçılar (ipotekasaxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İlk iddia üzrə iddiaçılar Cavabdeh1 kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m. olan mənzilə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş və bundan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmiş, həmin idarə tərəfindən bildiriş qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, ilk iddia üzrə iddiaçılar “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmiş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçılar (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m. olan mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Məhkəmə iddia tələbini “dövlət rüsumunun tutulması” və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 51 (əlli bir) manat məbləğində çəkilmiş xərclərin ödənilməsi hissəsində əsalı hesab edir və belə qənaətə gəlir ki, ödənilmiş 252 manat məbləğində dövlət rüsumu və bildirişin dövlət qeydiyyatına alınmasına görə 51 (əlli bir) manat məbləğində pul Cavabdeh1 İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək İpoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi” hissəsində belə qənaətə gəlir ki, ilk iddia üzrə cavabdeh tərəfindən ipoteka predmetinin qiyməti barədə xx.xx.2025-ci il tarixli, 02-08/25 saylı mütəxəssis rəyini təqdim etdiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Eyni zamanda ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02-08/25 saylı rəyi əsasında 306.000 manat müəyyən olunmalıdır. Məhkəmə eyni zamanda qarşılıqlı iddianın dəlillərini araşdıraraq, hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, fiziki və hüquqi şəxslər öz aralarında azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bildiklərindən, müqavilə bağlamağa məcburetməyə qanunvericiliklə yol verilmədiyindən, mövcud qarşılıqlı iddia tələbi Bakı şəhəri 9 saylı Notariat Ofisində Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli və İddiaçı2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin etibarsız sayılması hissədə əsassızdır. Buna görə də qarşılıqlı iddia həmin hissədə rədd edlməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Qeyd edilən Məcəllənin 307.6-cı maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Göstərilən Məcəllənin 307.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Cavabdeh1 müqaviləni bağlayarkan özündə olmaması barədə dəlili isə öz təsdiqini tapmamış və heç bir şəkildə əsaslandırılmamışdır. Onun arvadı Cavabdeh2 ipoteka müqaviləsinin bağlanmasına razılığının olmaması barədə dəlili də məhkəmənin qənaətinə görə əsaqsızdır. Belə ki, tərəflər arasında ipoteka müqavilələri bağlanan zaman Cavabdeh1 arvadı tərəfindən onun bütün əmlakına sərəncam verilməsi barədə etibarnaməsi verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ipoteka müqaviləsi tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilə etibarsız hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli borc müqavilələri üzrə Cavabdeh1 İddiaçı1 və İddiaçı2 xeyrinə 51 000 (əlli bir min manat) məbləğində pul, 252 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 51 (əlli bir) manat məbləğində pul tutulmalı, tutma ipotekaya qoyulmuş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m. olan mənzilə yönəldilməlidir. Həmin mənzil açıq hərracda satılaraq, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – Cavabdeh1 qaytarılmalıdır. Qarşılıqlı iddia isə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli borc müqavilələri üzrə Cavabdeh1 İddiaçı1 və İddiaçı2 xeyrinə 51 000 (əlli bir min manat) məbləğində pul, gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanmış 2550 (iki min beş yüz əlli) manat məbləğində faiz, 252 (iki yüz əlli iki) manat ödənilmiş dövlət rüsumu və bildirişin dövlət qeydiyyatına alınmasına görə 51 (əlli bir) manat olmaqla, cəmi 53 853 ( əlli üç min səkkiz yüz əlli üç) manat məbləğində pul tutulsun. Tutma ipotekaya qoyulmuş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m. olan mənzilə yönəldilsin. Həmin mənzil açıq hərracda satılsın. İpoteka predmeti olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m. olan mənzilin ilkin satış qiyməti 306.000 (üç yüz altı min) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-421/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-421/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver