Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4226/2022 19.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4 qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 ona məxsus olan ünvan 1 ünvanından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ünvan 1 ünvanında ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bu barədə xx.xx.2020-ci ildə 3400 nömrəli reyestr kitabının 318383 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Cavabdehlər mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinə qanunsuz olaraq daxil olmuş və indiyədək orada yaşamağa davam edirlər. Hesab edir ki, cavabdehlər mülkiyyətində olan ünvan 1 ünvanından çıxmalı və mənzil ona təhvil verilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən müddəaları nəzərə alınmqla onun mülkiyyət hüquqları müdafiə edilməlidir və mənzil cavabdehdən alınaraq ona təhvil verilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutları nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mübariz İbrahimov küçəsi, ev 9, 12 saylı mənzilin mülkiyyətçisi İddiaçıdır. (qeydiyyat tarixi xx.xx.2020) İş materiallarında olan RAA********** saylı xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mübariz İbrahimov küçəsi, ev 9, 12 saylı mənzil mülkiyyətçisi İddiaçı tərəfindən sığorta məbləği 25.000 manat, sığorta haqqı 50 manat olmaqla sığorta edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********73-05101-093007 nömrəli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mübariz İbrahimov küçəsi, ev 9, 12 saylı mənzilin hüquq subyekti İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası DN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışlarının surətindən görünür ki, Cavabdeh1, X4, Cavabdeh3, Məmmədli X2 MR, Naxçıvan şəhəri, Əcəmi küçəsi, ev 39, mənzil 4 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən-sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Beləliklə məhkəmə baxışı zamanı məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mübariz İbrahimov küçəsi, ev 9, 12 saylı mənzil mülkiyyətçisi İddiaçı olsa da, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4 o ünvanda yaşayırlar. Bu isə iddiaçını öz mülkiyyət hüququndan istifadə etməsinə maneə yaratmışdır. İddiaçı cavabdehlərdən ona məxsus evi tərk etməklərini tələb etsələrdə, cavabdehlərin onun sözünə əhmiyyət vermədən iddiaçıya məxsus evdə yaşamağa davam etdirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yaşayan cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4 çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-4226/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4226/2022
19.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver