Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-425/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddaiçının mülkiyyətimdə olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3579 saylı bağ sahəsinin cavabdeh X3 tərəfindən zəbt dilmiş 0.4 ha torpaq sahənin və cavabdeh ƏlCavabdeh2 tərəfindən zəbt edilmiş 0.4 ha torpaq sahənin qanunsuz sahibliyindən alınaraq iddiaçı X2 geri qaytarılması və həmin ərazidə inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 3/78 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 176 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 3579 nömrəli bağ sahəsi İddiaçı adına ayrılmışdır. Bu haqda ona Ləhiş bağlar sahəsindəki kooperativin 176 №-li BTK-nin sədri tərəfindən təsdiq edilmiş 12 nömrəli order verilmişdir. Həmin vaxtdan o, mülkiyyətindəki torpaq sahəsindən istifadə etməyə başlamışdır. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3579 saylı bağ sahəsinin 0.12 hektarı İddiaçı xüsusi mülkiyyətindədir. Kommunal xidmətlər də iddiaçının adındadır. Son vaxtlar səhəti ilə əlaqədar olaraq torpaq sahəsindən istifadə edə bilmədiyi üçün nəzarətsiz qalmışdır. Lakin sonuncu dəfə bağına gəldiyi zaman görüb ki, xüsusi mülkiyyətində olan bağın iki qonşusu tərəfindən hər birinə 0.4 ha torpaq sahəsi omaqla, 0.8 ha sahə zəbt edilmişdir. O, qonşuları tərəfindən bağının 0.8 ha sahəsinin zəbt edilmiş hissəsinə görə aralarında alqı – satqı həyata keçirilməsi və yaxud boşaldılaraq ona geri qaytarılmnası ilə bağlı dəfələrlə qonşuları ilə danışıqlar aparsa da bu günədək onlar heç bir razılığa gəlməmişlər. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3579 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçünü verilmişdir. Cavabdehlər göstərilən daşınmaz əmlak üzərində qanunsuz sahiblik edərək onu iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Buna görə də iddiaçı pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət etmək müəcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materaillarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3579 saylı bağ sahəsi, yeni qaydalarla: ünvan 2 ünvanınında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanladığı pretenziya məktublarından görünür ki, İddiaçı cavabdehlərdən ona məxsus torpaq sahəsinin dəyərinin ona ödənilməsini əks halda torpaq sahələrinin boşaldılmasını cavabdehlərdən xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/3506/2025 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən cavabdehlərin istifadəsində olan həyət hasar daxilində, darvazası bağlı olduğundan İddiaçı 0.12 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün deyildir. Torpaq sahəsi sənəd üzre 0.12 ha olsa da, faktiki olaraq 0.0393 ha təşkil etdiyi müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, hazırda qeyd olunan 0,12 ha torpaq (3579 saylı bağ sahəsi) **********96 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətində olduğu müəyyən edilmişdir. ünvan 3 ünvanında yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə etdikləri hasar daxilində (darvazası bağlı) olan torpaq sahəsində müdaxilə edildiyi uyğun gəldiyi müəyyən edilmişdir. (visual baxışla cavabdehlərin istifadəsində olan sahəsə 2 (iki) yaşayış evi bayır tərəfdən görünür). ünvan 3 ünvanında yerləşən cavadehlərin istifadəsində olan həyət hasar daxilində, darvazası bağlı olduğundan hansı hissədən müdaxil olunduğu müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın məbləği 100 manat müəyyən edilmişdir. İş materiallarında olan ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3579 saylı bağ sahəsi, yeni qaydalarla: ünvan 2 ünvanınında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş ekspert rəyindən məlum olur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0.08 ha olan hissəsi cavabdehlər Cavabdeh1 və X1 istifadə etdikləri hasar daxili torpaq sahələrindədi. Hazırda iddiaçının istifadəsində faktiki 0.393 ha torpaq sahəsi mövcuddur. Sözügedən ekspert rəyindən həmçinin müəyyən edilir ki, cavabdehlərin tərəfindən zəbt edilmiş hasar daxili torpaq sahəsində 2 yaşayış evi mövcuddur. Beləliklə məhkəmə hesab edir iddia tələbi təmin edilməli, cavabdehlər tərəfindən zəbt edilmiş iddiaçıya məxsus olan torpaq sahəsi və onun üzrində tikilmiş tikili cavabdehlərin hesabına sökülərək torpaq sahəsi iddiaçının qanuni istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan 3579 nömrəli bağ sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilən 0.08 ha olan hissəsi və onun üzərində tikilmiş tikililər cavabdehlərin hesabına sökülərək, torpaq sahəsi iddiaçının qanuni istifadəsinə qaytarısın. yeni qaydalarla: ünvan 2 ünvanından çıxarılaraq, torpaq sahəsinin iddiaçının qanuni istifadəsinə qaytarılsın. 100 manat ekspertiza xərci Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-425/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-425/2025
10.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver