Məhkəmə qərarları › İş №e-2(008)-4509/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4509/2025

11.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4509/2025 11.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 Çingiz qızının iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğv olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2021-ci il tarixdə ölmüş X1 miras qalmış Abşeron rayonu, X3 ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququnun tanınması, 4 saylı Bakı Cavabdeh2 Notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-335 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və həmin şəhadətnamə əsasında mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv edilməsi, Abşeron rayonu, X3 ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinə İddiaçı adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 4 saylı Bakı Cavabdeh2 Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkməyə müraciət edərək, üzürlü səbəblərdən təyin edilmiş məhkəmə baxış iclasında iştrak edə bilməyəcəyini bildirmiş və məhkəmə baxış iclası təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı mülki işlə Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılması” tələbinə dair mülki işlərə bir icraatda baxılması işlərin tez və obyektiv araşdırılması məqsədilə bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi və mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, mülki-prosessual hüquq institutu olaraq “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Məhkəmə hesab edir ki, icraatda olan mülki işlə Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılması” tələbinə dair mülki iş üzrə iddia tələbləri eyni tərəflər arasında olan mübahisələr daha tez və obyektiv araşdırılması məqsədilə mülki işlər bir icraatda birləşdirilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 169.4-cü və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğv olunması” tələbinə dair e-2(008)-4509/2025 nömrəli mülki işin, Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılma” tələbinə dair e-2(008)-3110/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar