Məhkəmə qərarları › İş №e-2(008)-4564/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4564/2025

22.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4564/2025 22.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkil Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, X6 və X2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, X6 və X2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Maştağa suptropik sovxozu ərazisi, Ramanı sovxoz südçülük qəsəbəsi, Bəsdi Bağırova küçəsi, döngə-2, ev-23-də yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və X1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2012-ci il olan Seriya MA nömrəli ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Oğlu Cavabdeh1, gəlini Cavabdeh2, nəvələri X6 və X4 ona məxsus evdə yaşayırlar və çıxmaq istəmirlər. İddiaçı onlara müvəqqəti yaşamaq üçün icazə verdiyini, lakin cavabdehlərin mənzildə yaşamalarına baxmayaraq onun sağlamlığıma ciddi problemlər yaratdıqlarını, qəsdən və bilərəkdən təyziqini qaldırdıqlarını bildirir. Hətta dəfələrlə İddiaçı ilə gəlini Cavabdeh2 arasında ciddi problemlər yaranmış, məsələ polisə kimi gedib çıxmışdır. İddiaçı artıq ona hörmət qoymayan oğlu və gəlinilə yaşamaq istəmədiyini və onlarla birgə yaşamağın sağlamlığının təhlükə altında olması mənasına gəldiyini, onların evindən çıxarılmasını istəyir. O, mülkiyyətində olan evdən cavabdehlərə görə sərbəst istifadə edə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 24 sentyabr 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsinin iddiaçıya məxsus olduğunu, evi cavabdehlərə müvəqqəti yaşayış üçün verdiyini, cavabdehlərdən Cavabdeh2 iddiaçıya qarşı hədə-qorxu gldiyini, ailədaxili münaqişələrin çox olduğunu bildirərək, iddia tələbini təmin edilməsini məhkəmədən xahiş etmişdir. 24 sentyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini və digər cavabdehlərin də onun fikrinə müsbət yanaşdıqlarını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunan xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixli 3M/109 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən 99 il müddətinə İddiaçı icarəsinə verilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 avqust 2017-ci il tarixli 284 nömrəli arayışdan görünür ki, Cavabdeh1 ilə, X5 arasında 06 yanvar 2015-ci il tarixdə 01 nömrəli aktın qeydi ilə nikah bağlanmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən 5-29/2-1248/2025 nömrəli 08 may 2025-ci il tarixli cavab məktubuna əsasən, sözügedən torpaq sahəsinin Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisində yerləşdiyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanunun maddəsindən və işin araşdırılan hallarından göründüyü kimi İddiaçı Abşeron rayonu, Maştağa suptropik sovxozu ərazisi, Ramanı sovxoz südçülük qəsəbəsi, Bəsdi Bağırova küçəsi, döngə-2, ev-23-də yerləşən fərdi yaşayış evindən cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində məhrum olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan mübahisəli fərdi yaşayış evinin mülkiyyət sənədi olmasa da, iş materiallarında olan ******* nömrəli Çıxarışa əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 99 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Yəni İddiaçı gözlənilən mülkiyyətçi hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş materiallarından göründüyü kimi mənzilin mülkiyyətçisi ilə cavabdeh arasında hər hansı yazılı razılaşma olmamışdır. Həmin Məcəllənin 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən Yaşayış sahəsinin mülkiyyətçisi və digər ailə üzvləri ilə ailə münasibətlərinə xitam verildikdən sonra mülkiyyətçinin keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2000-ci il sentyabrın 1-dən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cii maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Beləliklə cavabdehin iddiaçıya məxsus olan mənzildə yaşamasına heç bir qanuni əsas yoxdur, onun mübahisəli mənzili tərk etməməsi iddiaçının mülkiyyət hüququ əsasında ona məxsus olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirməsinə mane olduğundan, mülkiyyətçi kimi onun qanunla qorunan hüquqlarını pozmuş olduğundan tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onlara aid əşyaları ilə birlikdə İddiaçı məxsus Abşeron rayonu, Maştağa suptropik sovxozu ərazisi, Ramanı sovxoz südçülük qəsəbəsi, Bəsdi Bağırova küçəsi, döngə-2, ev-23-də yerləşən evdən çıxarılmalı və ev boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Yetkinlik yaşına çatmayan X6 və X4 iş üzrə cavabdeh ola bilmədiklərindən onlara qarşı tələb təmin olunmur. Beləı ki, yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yeri onların valideyinlərinin yaşayış yeri hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onlara aid əşyaları ilə birlikdə İddiaçı məxsus Abşeron rayonu, Maştağa suptropik sovxozu ərazisi, Ramanı sovxoz südçülük qəsəbəsi, Bəsdi Bağırova küçəsi, döngə-2, ev-23-dən çıxarılsın və ev boşaldılaraq iddiaçıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar