Məhkəmə qərarları › İş №e-2(008)-4565/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4565/2023

14.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4565/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı cavabdehlər Sabunçu Rayon İcra Şöbəsinə qarşı “inzibati orqanın qanunsuz hərəkətlərinə dair tədbir görülməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Sabunçu Rayon İcra Şöbəsinə qarşı “inzibati orqanın qanunsuz hərəkətlərinə dair tədbir görülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsinin icrası ilə bağlı Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış müraciətlərə (etirazlara və şikayətlərə) baxılaraq cavab verilməsinin bir öhdəlik kimi Sabunçu Rayon İcra Şöbəsinin rəisi Fizuli Hüseynovun üzərinə qoyulması, faktiki iddiaçının istifadəsində olan 27 kv.m-lik otaqdan çıxarılmaya dair icra məmuru Şəhram Şəmmədlinin hərəkətlərinin qanunsuz hesab edilməsi və ona bu hərəkətləri etməyin qadağan edilməsi, qulluq mənafeyinə zidd hərəkətlər etdiyinə görə və bu zaman qulluq mənafeyinə zidd cinayət əlamətləri olan əməllərə yol verdiyinə görə, Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Şəhram Şəmmədli barədə xüsusi qərardad çıxarılaraq, prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, sözügedən məhkəmə qətnaməsi icraya yönəldilmiş və hazırda icra mərhələsindədir. Belə olan halda iddiaçı məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icraya nəzarət edən məhkəməyə qanunla nəzərdə tuutlmuş qaydaya uyğun olaraq şikayətlə müraciət edə bilər. Qeyd olunan tələbə yenidən ayrıca iddia qaydasında baxılması düzgün olmadığına görə hazırki işə Sabunçu Rayon Məhkəməsində baxıla bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 153, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçınm hansı orqana müraciət etməli olması orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Sabunçu Rayon İcra Şöbəsinə qarşı “inzibati orqanın qanunsuz hərəkətlərinə dair tədbir görülməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar