Məhkəmə qərarları › İş №e-2(008)-4593/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4593/2022

04.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4593/2022 04.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı qızı X7 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi 4 saylı evin, 29 saylı məznilinə köçürülməyi və həmin mənzildən istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 21 noyabr 2016- cı ildə nikaha daxil olmuşdur. Birgə nikah dövründə 10 sentyabr 2017- ci il tarixdə X7 anadan olmuşdur. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Məhsəti ünvan 1 ünvana o, ailə qurduğu gündən gəlin köçmüşdür. Qeyd edir ki, nikaha daxil olarkən o, ünvan 2 ünvanına gəlin köçmüşdür. Bütün cehiz əşyaları həmin mənzilə gətirilmişdir. Hazırda da həmin mənzildə yaşayır. Cavabdehin ailə üzvüdür. Cavabdeh pis işlərə qurşanmışdır. Onu qızı ilə evdən qovmuşdur. Hazırda həmin mənzilə köçə bilmir. Uzun müddətdir həmin mənzildən istifadə edir. Qeydiyyatda olduğu ünvan cavabdehin xalasının evidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edərək, bildirdi ki, hal-hazırda o cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi 4 saylı evin, 29 saylı mənzilində yaşayır. Cavabdeh ilə münasibətləri soyuq olduğundan cavabdeh bir müddətdir ki, həmin mənzildə yaşamır. Lakin övladını görmək üçün nıə vaxt isdəsə həmin mənzilə gəlir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi 4 saylı evin, 29 saylı mənzil cavabdehin mülkiyyətinə vərəsəlik qaydasında keçmişdir. Cavabdehin başqa bir qadınla münasibəti olduğundan onlar arasında münasibətlər gərgindir. Hər dəfə cavabdehlə onun arasında mübahisə olduğunda cavabdeh onu evdən qovmaqla təhdit edir. Onun isə bu evdən başqa gedəcək heç biri yeri yoxdur. İndi o qeyd edilən evdə yaşasada gələcəkdə onlar arasında bağlanmış nikah pozulduğu təqdirdə cavabdeh onu evdən çıxardacaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərk bildirdi ki, hazırki iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən istifadə hüququ ailə münasibətləri yarandıqda yaranır və ailə münasibətlərinə xitam verildik də istifadə hüququna da xitam verilir. İddiaçı halhazırda Cavabdeh ilə nikah münasibətlərindədir və o, hal-hazırda da həmin mənzildən istifadə edir. Onun istifadə hüququnu tələb etməyi yalnız nikah münasibətlərinə xitam verildikdən sonra yarana bilər. Belə ki, İddiaçı həmin mənzili hal-hazırda da istifadə etdiyinə görə, mənzildən istifadə və ora köçürülmə ilə bağlı iddia təmin oluna bilməz. Hüquqi mahiyyəti baxımından “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. Ortada heç bir iddia tələbi olmadığına görə, iddia təmin oluna bilməz. Belə ki, İddiaçı dəfələrlə öz ərizə və etirazlarında uşağı ilə birlikdə həmin mənzildə yaşadığını, Cavabdeh isə onu həmin mənzildən qovmaq istədiyini etiraf etmişdir. X1 onu həmin mənzildən qovmur və belə bir fikri də yoxdur. Hesab edirik ki, iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Cavabdeh məhkəmyə iclasında etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, o, iddiaçı ilə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan xx.xx.2017-ci il təvəllüdlü X7 anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz-söhbət yaranmışdır. Bir ailə kimi yaşamağı qeyri-mümkündür. Ailənin bərpası mümkün deyildir. Əsasəndə anasına hörmət qoymamış, onu təhqi etməmiş, daha dəqiq desə davranışı nəticədə anasının vəfat etməsi ilə nəticələnmişdir. Bu səbədən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı onun xüsusi mülkiyyətində olan mənzildə 2016-cı ildən yaşamağı başlamışdır. Xüsusi olaraq qeyd edir ki, mülkiyyətində olan mənzil mərhum anasından ona vərəslik qaydasında keçmişdir. İddiaçıya qarşı nikahın pozulması ilə bağlı müraciıt etdikdən sonra, iddiaçı ona qarşı əsassız olaraq iki tələb qaldırmışdır: mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə. Mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbini iddiaçı onun nikahın pozulması ilə bağlı iddia tələbindən öncə qaldırılmışdır. İddia tələbini barəsində absurd fikirlərlə əsaslandırmağa çalışmışdır. Məsələn qeyd edilmişdir ki, guya o, “Pis işlərə qurşanmışdır”, “ Onu və qızını evdən qovmuşdur”. Bununla bağlı iddiaçı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə ilə bağlı iddiasıbaxılanadək” mənzil üzərinə həbs qoyulması barədə qərardadın çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 4, 29 saylı mənzilin mülkiyyətçisi Cavabdehdur. 5 saylı Bakı “ASAN Xİdmət” X2 AZ İİ seriyalı, 165622 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 21 noyabr 2016-cı il tarixdə, 5673 nömrəli nikah akt qeydi bağlanmışdır. 4 saylı Bakı “ASAN Xİdmət” X2 AZ İV seriyalı, 012858 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə X5r. Atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 4, 29 saylı mənzili Cavabdeh mülkiyyətindədir. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, qeyd edilən mənzil cavabdehin mülkiyyətinə vərəsəlik qaydasında keçmişdir. İddiaçı ilə cavabdeh 2016-ci ildə ailə quraraq qeyd edilən mənzilə köçmüşlər və iddiaçı hal-hazırki dövürədəkdə həmin evdə yaşayır. Belə ki, bu hal tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatları ilə yanaşı mülki iş materiallarına əlavə edilmiş sənədlər ilə də öz təsdiqini tapır. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyinin səbəbini cavbdehlə münasibətlərinin gərgin olmasını və gələcəkdə tərəflər arasında bağlanmış nikah pozulduğu halda cavabdehin onu həmin mənzildən qovmasının qarşısını almaq olduğu ilə izah etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasındakı bağlanmış rəsmi nikah pozulmadığından iddiaçı cavabdehin ailə üzvü olduğundan, bundan əlavə iddiaçı köçmək isdədiyi evdə yaşadığından və əmlakdən sərbəst istifadə etdiyindən hazırki iddia tələb təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar