Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-464/2023 30.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə clasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərə görə 1630 manat pulun, vəkil xidmətinə görə ödənilmiş 400 manat pulun və 41 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi ərazisində etibarnamə əsasında digər Cavabdeh1 məxsus "FORD Tranzit Yük” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sola dönmək istədiyi zaman manevr etmə qaydalarını pozması səbəbindən iddiaçının idarə etdiyi avtomobillə toqquşmuş və nəticədə iddiaçının avtomobilinə müəyyən miqdarda zərər vurmuşdur. Hadisə baş verən vaxt Cavabdeh2 idarə etdiyi avtomobil onun sahibi digər Cavabdeh1 tərəfindən icbari sığorta olunmamışdır. Baş vermiş hadisə ilə bağlı Suraxanı rayon DYPŞ-nin Polis kapitanı Elvin Əsgərovun xx.xx.2022-ci il tarixli, TP ******* Elektron Qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1 və 327.1 -ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh tətbiq edilməsi qərara alınmışdır. Cavabdeh2 avtomobilə vurduğu ziyanı özü ödəqəcəyini desə də, sonradan bundan boyun qaçırmışdır. Avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün təmir işlənin görülməsinə və ehtiyyat hissələrinin alınmasına cəmi 1630 manat məbləğində pul vəsaiti tələb olunur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onarın iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Qeyd olunanlara əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. «Mercedes BENZ C180 minik» markalı **-GX-*** qeydiyyat nişanlı avtomobilin sahibi iddiaçının əri X3r (AD № 538219 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, AZ-İ № 263865 nikah haqqında şəhadətnamə). "FORD Tranzit Yük” markalı,**-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 sahibliyindədir. Həmin avtomobilin idarə edilməsinə dair Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək digər Cavabdeh2 etibarnamə verilmişdir (DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışı). xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi ərazisində Cavabdeh2 "FORD Tranzit Yük” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sola dönmək istədiyi zaman manevr etmə qaydalarını pozması səbəbindən iddiaçının (AD 146417 №-li sürücülük vəsiqəsi) idarə etdiyi «Mercedes BENZ C180 minik» markalı **- GX-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Suraxanı rayon DYPŞ-nin Polis kapitanı Elvin Əsgərovun xx.xx.2022-ci il tarixli, TP ******* Elektron Qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1 və 327.1 -ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh tətbiq edilməsi qərara alınmışdır. "Vasif-V” şirkəti (avtomobillərə texniki xidmət Servisi) tərəfindən verilmiş xx.xx.2022ci il tarixli Qüsur Aktına əsasən «Mersedes» markalı **-GX-*** qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1630 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh2 vəsatəti əsasında məhkəmə iqtisad ekspertizası təyin edilmişdir. Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 9/8747 №-li ekspert rəyinə əsasən «Mersedes» markalı **-GX-*** qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1630 manat məbləğində qiymətləndirilmişdir. Hazırda iddiaçı 1630 manat məbləğində pulun və məhkəmə xərclərinin hər iki cavabdehdən tutulmasını iəstəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, qanunun mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yəni, məhkəmə hesab edir ki, nə qədər ki delikt törətmiş şəxs Cavabdeh2 qanuni əsasla (etibarnamə əsasında) avtomobili idarə etmişdir, zərərin əvəzi də məhz ondan tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 1630 manat məbləğində pul Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, iddia digər Cavabdeh1 qarşı hissədə rədd edilməlidır. Eyni zamanda iddiaçı məhkəmə xərclərinin də tutulmasını istəyir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı vəkilə 400 manat pul və iddianın verilməsi üçün 41 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş həmin məbləğlər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda Cavabdeh2 vəsatəti əsasında iş üzrə ekspertiza təyin olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh2 tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1630 manat vurulmuş zərərin əvəzi, hüquqi xidmətə görə vəkilə ödənilən 400 manat və 41 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilsin. İddia Cavabdeh1 qarşı rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh2 tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-464/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-464/2023
30.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver