Məhkəmə qərarları › İş №e-2(008)-4664/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4664/2024

11.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4664/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi X26 qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X16 qarşı “buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh 4 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X16 qarşı “buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 miras qalmış Suraxanı rayonu, 4-cü Sənaye küçəsi 490 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı tərəfindən mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü hesab edilməsini və həmin müddətin uzadılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, İddiaçı, X2r. X24 xx.xx.2006-cı ildə Rusiya Federasiyasında ölmüş, ölüm faktı RF X20 rayonunun Aleyevsk kənd sovetində qeydiyyata alınmışdır. Hazırda, İddiaçı, X24un mülkiyyətində olmuş, onun ölümündən sonra özünün faktiki istifadəsində və idarəçiliyində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsini vərəsəlik qaydasında öz adına rəsmiləşdirmək istəyir. İddiaçı, mərhum atası X10 yeganə birinci növbə vərəsəsidir. xx.xx.1955-ci il tarixli İE 252498 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, mərhum X11 iddiaçının anası X17 ilə xx.xx.1955-ci il tarixdə nikaha daxil olmuşlar. xx.xx.1971-ci il tarixli AZB 140317 saylı təkrar doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1955-ci il tarixdə anadan olmuş, atası X22, anası X5. xx.xx.1971-ci il tarixli AZB 140318 saylı təkrar doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, atası X22, anası X5. Beləliklə, mərhum X18 birinci növbə vərəsələri arvadı Şayaxmetova (İmanqulova) Mefruza Xalilovna, qızı X12 və oğlu – İddiaçıdir. xx.xx.1990-cı il tarixli lll-JQ 485317 saylı şəhadətnamədən görünür ki, iddiaçının anası X13 xx.xx.1990- cı il tarixdə ölmüşdür. xx.xx.2021-ci il tarixli AZ-ll 213852 saylı şəhadətnamədən görünür ki, X12 xx.xx.2021-ci ildə ölmüşdür. xx.xx.1979-cu il tarixli ll JQ307818 saylı şəhadətnamədən görünür ki, X12 həmin tarixdə X8 nikaha daxil olmuşdur. xx.xx.1989-cu il tarixli şəhadətnamədən görünür ki, X12 və X9 nikahları xx.xx.1983-cü il tarixdə pozulmuşdur. 16.011.1979-cu il tarixli Vl-JQ 408983 saylı şəhadətnamədən görünür ki, X4 xx.xx.1979-cu ildə oğlu X23 doğulmuşdur. xx.xx.2020-ci il tarixli AZ-ll 118316 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İddiaçı, atasından miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsəlik işinin açılması barədə 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmiş, notariat ofisinin xx.xx.2024-cü il tarixli 664 saylı məktubu ilə, vərəsəlik işinin açıldığı, lakin mirasın açılmasında 6 aydan çox keçdiyi üçün qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, mirasın qəbul edilmə müddətini ötürüldüyü bildirilmiş və mirasın qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. İddiaçı, mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi və müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini zəruri hesab edir. İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 4 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X16 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZB seriyalı 140317 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1955-ci il tarixdə anadan olmuş, atası X22 və anası X17 qeyd edilmişdir. İş materiallarında olan AZB 140318 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.1958-ci il tarixdə anadan olmuş, atası X22, anası X6. İş materiallarında olan xx.xx.1990-cı il tarixli İİİ-JQ 485317 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1990-cı il tarixdə ölmüşdür. İş materiallarında olan İİ JQ serialı 307818 nömrəli, xx.xx.1979-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 həmin tarixdə X8 nikaha daxil olmuşdur. İş materiallarında olan xx.xx.1989-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X12 və X9 nikahları xx.xx.1983-cü il tarixdə pozulmuşdur. İş materiallarında olan Vİ-JQ seriyalı 408983 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1979-cu il tarixdə anadan olmuş, atası X19 və anası X12 qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında A-00426 nömrəli arayışdan görünür ki, X22 01 noyabr 2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 118316 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2020-ci il tarixdə dəqiqləşdirilməmiş ürək çatmamazlığı səbəbindən ölmüşdür. İş materiallarında olan AZ-İİ serialı 213852 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə qanaxma və ya infarkt insult səbəbindən ölmüşdür. İş materiallarında olan ИЕ serialı 252498 nömrəli, xx.xx.1955-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X17 05 avqust 1955-ci ildə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Şayaxmetova soyadı verilmişdir. İş materiallarında olan Ev dəftərindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.1961-ci ildən X18 istifadəsindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin İddiaçı ünvanıanmış 11 mart 2024-cü il tarixli, 664 nömrəli məktubdan görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X18 adına V-118/2024 nömrəli vərəsəlik işi açılmışdır. Mirasın açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi bildirilmiş, məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa həmin müddəti uzada biləcəklərini və bununla bağlı məhkəməyə müraciət edilməsi barədə məlumat verilmişdir. Beləliklə işin mübasəsiz halı ondan ibarətdir ki, X22 iddiaçının atası olmuş, X22 xx.xx.2006-cı il tarixində vəfat etmiş, və onun ölümündan sonra ünvan 1 ünvanda yerləşən ünvanda yerləşən fərdi yaşayış evi miras əmlakı kimi vərəsələrinə qalmışdır. İddiaçı yalnız miras qoyan öldükdən 2 ilə yaxın müddətdən sonra vərəsəlik haqqında şəhadətnamə almaq üçün 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət etsə də, lakin notariat orqanı tərəfindən imtina edilərək, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Belə olan halda iddiaçının məhkəməyə müraciət edərək müddətin ötürülməsini üzürlü hesab edilərək bərpa edilməsini məhkəmədən xahiş etməsi əsaslı hesab edilməlidir. Həmçinin məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, sözügedən miras əmlakı atası öldüyü gündən iddiaçının faktiki sahibliyində olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair’ 26 dekabr 2023-cü il tarixli Qərarda göstərilmişdir ki, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli, Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməli, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Lakin mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyrimüəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır. Beləliklə, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Qanunun maddəsindən də göründüyü kimi iddiaçı mirasın mövcudluğu barədə bildiyi vaxtdan müraciət, sorğular etmiş və miras açıldığı andan ondan imtina barədə ərizə verməmişdir. Həmin Məcəllənin 1248.1.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək belə, nəticəyə gəlir ki, İddiaçı X1 üzrə vərəsəsidir. İddiaçı mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürmüşdür. Məhkəmə hesab edir ki, X15 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı tərəfindən mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilərək, həmin müddət uzadılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. X15 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı tərəfindən mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilsin buraxılmış müddət bərpa edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar