Məhkəmə qərarları › İş №e-2(008)-4681/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4681/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4681/2022 04.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə clasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq İddiaçı MMC-yə məxsus 1680.19 manat məbləğində pul vəsaitinin, habelə 36.8 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 1716.99 manat pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixində 18/4326 nömrəli əmək müqaviləsinə əsasən, o, xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixinə qədər İddiaçı MMC-də sürücü vəzifəsində işləmişdir. Cavabdeh İddiaçı MMC-də çalışdığı müddət ərzində İddiaçı MMC (müəssisə) ilə üçüncü şəxslər arasında bağlanmış alqı-satqı müqavilələri əsasında satılan mallara görə ödənilmiş pul məbləğlərini satış nöqtələrindən toplasa da, topladığı pulların 1680.19 hissəsini Müəssisənin kassasına ödəməmiş və şəxsi ehtiyaclarına sərf etmişdir. Bununla da, onun Müəssisəyə ümumilikdə 1680.19 manat borcu yaranmışdır. Cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə görə, cavabdeh borclu olduğu pul məbləğini xx.xx.2022-ci il tarixinədək ödəməyi öz öhdəsinə götürmüş, lakin bu günədək heç bir ödəniş etməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Nümayəndə qeyd etdi ki, cavabdeh etiraf etdiyi məbləğin bir qismini ödəmiş, hazırda 1680.19 manat məbləğində borcu qalmışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı MMC (sonradan – MMC) ********** nömrə ilə xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixli əmək müqaviləsi əsasında İddiaçı MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuşdur (elektron portaldan çıxarış). xx.xx.2021-ci il tarixində qədər əmək müqaviləsinə xitam verilmişdir (əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi). Tərəflər arasında xx.xx.2018-ci il tarixdə cavabdehin tam maddi məsuliyyət daşıması barədə müqavilə imzalanmışdır. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə «Borcun etirafı və ödəniş qaydası Haqqında» müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 1962,97 manat məbləğində borcunu etiraf etmiş, həmin məbləği xx.xx.2022-ci il tarixinədək hər ay 164 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının izahatına əsasən cavabdeh cuzi bir hissəsini ödəmiş, 1680.19 manat ödənilməmiş qalmışdır. Hazırda iddiaçı qalan 1680.19 manat məbləğində pulun tutulmasının iəstəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2 Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 36.8 manat məbləğində rüsum cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1600 manat məbləğində borc və 36.8 manat məbləğində dövlət rüsumu, cəmi 1716.99 manat pul məbləği alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar