Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-477/2023 27.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və X2 qarşı “torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1 və Cavabdeh1 Bakı şəhəri Ləhiş bağları ərazisindən 6437 №-li bağ sahəsindən çıxarılması, bu bağ sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi və bu bağ sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qardaşı X10 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1994cü il tarixində şəhid olmuşdur. Bununla əlaqədar mərhum anası X4 “şəhid ailəsinin üzvü” statusu verilmişdir. Həmçinin Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 511 №-li sərəncamına əsasən mərhum anası X4 Bakı şəhəri Ləhiş bağları ərazisindən 6437 №-li bağ sahəsi ayrılmışdır. Anası xx.xx.2012-ci il tarixində vəfat etmişdir. Anası vəfat edəndən sonra o, ondan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Bakı şəhəri 20 №-li Notariat Ofisinə müraciət etmiş, onun müraciəti əsasında Notariat Ofisi tərəfindən mərhum anasının adına bu bağ sahəsinə dair çıxarışın verilməsi üçün AR ƏMDK-na DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin, AR ƏMDK-na DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin əməkdaşları bu bağ sahəsinə baxış keçirmək istəyərkən, həmin bağ sahəsinin cavabdehlər tərəfindən zəbt olunduğu müəyyən olunmuş və cavabdehlər tərəfindən AR ƏMDK-na DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin əməkdaşlarının bu bağ sahəsinə baxış keçirməsinə şərait yaradılmadığı üçün müvafiq çıxarışın alınması mümkün olmamışdır. Buna görə də o, məcbur olub şikayət ərizəsi ilə Bakı şəhəri Sabunçu RPİnin 15-ci PB-nə müraciət etmiş, aparılan araşdırma zamanı Cavabdeh1 bu torpaq sahəsinin onlara Kürdəxanı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 285 №-li icarə müqaviləsi ilə 10 il müddətinə icarəyə verildiyini bildirmişdir. Lakin, 15-ci PB-də cavabdehlərin təqdim etdikləri sənədlərin qanunauyğun qaydada əldə edilməsi araşdırılmamış və yalnız bu mübahisənin mülki xarakterli olduğunu nəzərə alaraq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. O, 15-ci PB-nə müraciət etməzdən əvvəl cavabdehlərə xoşluqla ona mənsub olan torpaq sahəsindən çıxmalarını təklif etmiş, cavabdehlər əgər o, bu torpaq sahəsinə dair sənədləri onlara təqdim edərəsə, heç bir problem olmadan bu torpaq sahəsindən çıxacaqlarını bildirmişlər. Lakin, o, bu torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədləri onlara təqdim etsə də, cavabdehlər qərəzli şəkildə bu torpaq sahəsindən çıxmaqdan imtina etmişlər. Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbini əsaslandıran yeganə sənəd bağın icarəyə verilməsi haqqında 29035 №-li kserosurtdən ibarət müqavilədir. Həmin müqavilənin əsli yoxdur. Həmin müqavilə iddiaçı ilə deyil, X9 ilə bağlanıb. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 №-li Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan da görünür ki, iddia tələbinin əsasını təşkil edən kserosurət müqavilə idarənin arxivində aşkar edilməmişdir. İddiaçının ikinci dəlili isə X3 vərəsəsi olması ilə bağlı 20 №-li notariat ofisinin məktubudur. Həmin məktub isə hazırkı iddia qaldırılması üçün iddiaçının subyektiv hüququnun yaranmasını təsdiq edən mötəbər sübut hesab edilə bilməz. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddia tələbini təsdiq edən sübut hesab edilə bilməz və eləcə də iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onlarinn iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 511 №-li sərəncamından çıxarışa əsasən «Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi, vətəndaşlara bağ sahəsinin ayrılması barədə» Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il 195 №-li qətnaməsinə əsasən X4 (şəhid anası) Ləhiş bağları ərazisindən 6437 №-li bağ sahəsi ayrılmışdır (məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışı). Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 511 №-li sərəncamına əsasən X6 və İstismarı Birliyi ilə X4 arasında Ləhiş bağları ərazisindən 6437 №-li bağın icarəyə verilməsi haqqında xx.xx.2000-ci il tarixli 29035 №-li müqavilə bağlanılmışdır. İddiaçı tərəfindən həmin müqavilənin kserosurəti məhkəməyə təqdim edilmişdir. X9 xx.xx.2012-ci il tarixdə ölmüşdür (936867 №-li ölüm haqqında şəhadətnamə). X3 ölümü ilə əlaqədar xx.xx.2012-ci il tarixində vərəsə İddiaçı ərizəsi əsasında Bakı şəhəri 20 №-li Notariat Ofisində vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən olunmuş, notarius tərəfindən Bakı şəhəri Bağlar təsərrüfatı tərəfindən icarəyə verilmiş 6437 nömrəli torpağa dair çıxarış verilməsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə sorğu verilmişdir (notariusun xx.xx.2022-ci il tarixli məktubu). Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi ilə Mustafayeva (Balaoğlanova) Fəridə Fərəməz qızın arasında 1200 kv.m torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixdə 285 №-li İcarə müqaviləsi bağlanmışdır. Məhkəmə tərəfindən iki dəfə tikinti - texniki eksperizası təyin edilmişdir: İddiaçının vəsatəti əsasında xx.xx.2022-ci il tarixli qərardadla, Məhkəmənin təşəbbüsü ilə xx.xx.2023-cü il tarixli qərardadla. Məhkəmə tərəfindən aşağıdakı suallar qoyulmuşdur (ikinci dəfə): Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 511 sərəncamı və X6 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2000-ci il tarixli 29035 №-li müqavilə ilə ayrılmış torpaq sahəsinin sxematik xəritəyə və baza məlumatlarına əsasən koordinatları müəyyən edilsin. Həmin torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşürmü? «qeydiyyatdan keçmiş qonşu bağ nömrələri» dedikdə hansı sahənin konkret olaraq nəzərdə tutulması, 6437 №-li bağın bir hissəsinə hansı torpaq sahəyə uyğun gəldiyi müəyyən olunsun. Məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli mütəxəssis və xx.xx.2023-cü il tarixli ekspert rəyləri ilə aşağıdakılar müəyyən edilmişdir. Göstərilən torpaq sahəsi faktiki olaraq 893,0 kv təşkil edir, sahədəki hasar və tikililər digər şəxs (cavabdeh) tərəfindən inşa edilmişdir, iddiaçı göstərdiyi torpaq sahəsinin üzərində cavabdeh tərəfindən inşa edilmiş 34 kv metr olan bir mərtəbəli yaşayış evi və köməkçi tikili mövcuddur. Faktiki olaraq göstərilmiş 893 kv metr torpaq sahəsinin koordinatları əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 893.0 kv.metr sahənin 602.0 kv.m hissəsi 6437 №-li bağın ərazisinə uyğun gəlir (sahədəki bir mərtəbəli yaşayış evi 6437 №-li bağın 602.0 kv.m hissəsindən kənarda qalır). Bununla bağlı koordinatları əks etdirən izahlı sxem əlavə olunmuşdur. Bağların bölgüsünə dair sxematik xəritədə və keçmiş X6 və istismarı birliyi tərəfindən bağ sahələri paylanarkən koordinat sistemində paylanmadığından, həmçinin 6437 №-li bağ sahəsinə dair arxiv cizgisi olmaığından 6437 №-li bağ sahəsinin dəqiq ölçüləri məlum deyil. Arxiv məlumatına əsasən xx.xx.2000-ci il tarixli 511 nömrəli arxivdə olan sərəncam siyahısında X4 6437 nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Lakin həmin şəxsin adına təqdim olunan 29035 №-li müqavilə (qovluğu) aşkar olunmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 893.0 kv.m sahənin 602.0 kv metr hissəsi 6437 №-li bağın ərazisinə uyğun gəlir. Vahid elektron kadastr baza məlumatlarına əsasən 6437 №-li bağ sahəsi kimi iddia olunan sahənin şimal və cənub hissədəki sahəyə bitişik qonşuları 6436 və 6438 №-li sahələridir (qeydiyyatdan keçib), iddia olunan 893.0 kv.metr sahənin 602.0 kv.m hissəsi 6437 №-li bağın ərazisinə uyğun gəlir. Hazırda iddiaçı cavabdehlər X5 və Cavabdeh1 6437 №-li bağ sahəsindən çıxarılması, inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi və bu bağ sahəsinin ona təhvil verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Qeyd edildiyi kimi, iddiaçının mərhum anasına Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 511 №-li sərəncamı ilə torpaq sahəsi ayrılmışdır. Bu əsasdan məhkəmə hesab edir ki, onun həmin torpaq sahəsinə qanuni hüququ yaranmış, lakin həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmamışdır. Həmin Məcəllənin 84.c2 maddəsinin 1-cissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur, 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir, 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Qeyd edildiyi kimi, mütəxəssis və ekspert rəylərinə əsasən iddiaçının anasına verilmiş 6437 №-li bağ sahəsinin 602.0 kv.metr hissəsi (koordinatlar dəqiq göstərilmişdir) cavabdehin faktiki istifadəsində olan 893.0 kv.metr sahənin hüdudlarındadır, lakin inşa edilmiş tikililər həmin hissədə deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X5 və Cavabdeh1 Bakı şəhəri Ləhiş bağları ərazisində sahiblikliklərinə olan 893.0 kv.metr torpağın mütəxəssis rəyində koordinatları göstərilən 602.0 kv.metr hissəsindən çıxarılmalı, həmin bağ sahəsi iddiaçıya onlar tərəfindən təhvil verilməli, iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda qeyd edildiyi kimi, bir ekspertiza iddiaçının vəsatəti əsasında, bir ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin edilmişdir, hər ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının 100 manat dəyərinin 75 manatı iddiaçıdan, 25 manatı cavabdehlərdən tutulub X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər X5 və Cavabdeh1 Bakı şəhəri Ləhiş bağları ərazisində sahiblikliklərinə olan 893.0 kv.metr torpağın mütəxəssis rəyində koordinatları göstərilən 602.0 kv.metr hissəsindən çıxarılsınlar, həmin bağ sahəsi onlar tərəfindən İddiaçı təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 75 manat İddiaçı, 25 manat X5 və Cavabdeh1 tutulub X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-477/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-477/2023
27.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver