Məhkəmə qərarları › İş №e-2(008)-4778/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4778/2023

05.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4778/2023 05.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində AR ƏƏMSN tabeliyində DSMF publik hüquqi şəxsin sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində AR ƏƏMSN tabeliyində DSMF publik hüquqi şəxsin sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək olan tarixə kimi Ermənistan SSR Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləməyi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxx 1957-ci ildə keçmiş Ermənistan SSR Krasnoselo rayonunda anadan olmuşdur. xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Ermənistan SSR Vardenis rayonu 24 saylı texniki peşə məktəbinin əyani şöbəsində təhsil alaraq 3-cü dərəcəli traktorçu-maşinist ixtisasına yiyələnmişdir. 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək olan tarixə kimi Ermənistan SSR, Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləmişdir. Dərə kənd kolxozunda traktorçu-maşinist işlədiyi zaman vaxtilə Dərə kəndində ərizəçi ilə bir yerdə həmin kolxozda işləmiş şəxslər: 1) Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1952-ci il təvəllüdlü X4 (ünvan: ünvan 1 vəsiqəsi-AZE№ ********); 2) Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1955-ci il təvəllüdlü X2 (ünvan: Şəmkir rayonu, Ələsgərli kəndi, şəxsiyyət vəsiqəsi-AZE№ ********); 3) Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1958-ci il təvəllüdlü X3 (ünvan: ünvan 1 vəsiqəsi-AZE№ ********); 4) Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1965-ci il təvəllüdlü X1 (ünvan: Şəmkir rayonu, Ələsgərli kəndi, şəxsiyyət vəsiqəsi-AZE№ ********) hazırda sağdırlar və Azərbaycan Respublikasının ərazisində yaşayırlar. Həmin şəxslər bu faktı təsdiq edərlər ki, həqiqətən ərizəçi 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək olan tarixə kimi Ermənistan SSR Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləmişdir. 1988-ci ilin dekabr ayının əvvəllərində məlum hadisələrlə bağlı zorla deportasiya nəticəsində Ermənistandan qaçqın düşən zaman əvvəlki əmək kitabçamı və digər sənədləri götürə bilməmişdir. Ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Sosial Ödənişlərin Təyinati üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin oradan əmək kitabçasında yuxarıda göstərilən dövrdə müvafiq qeydlər aparlmaması səbəbindən 25 illik sığorta stajının olmaması əsas gətirilərək уаşа görə əmək pensiyasının təуin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göründüyü kimi, ərizəçinin 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək olan tarixə kimi Ermənistan SSR, Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləməyinin məhkəmədənkənar qaydada təsdiq edilməsi mümkün olmamışdır. Ona görə də bu səbəbdən məhkəməyə ərizə ilə müraciət etmişdir ki, ərizəçinin həmin dövrdə traktorçumaşinist işlədiyi müddət iş stajı faktı kimi təsdiq olunsun. AR ƏƏMSN tabeliyində DSMF publik hüquqi şəxsin sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı məhkəməyə etiraz ünvanlayaraq, Ərizəçi maraqlı şəxs qismində AR ƏƏMSN tabeliyində DSMF publik hüquqi şəxsin sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Ərizəçi ərizədə 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək olan tarixə kimi Ermənistan SSR Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləməyi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi həmin hüquq müəyyənedici sənədin ona məxsus olmasını, lakin bu faktları təsdiq edən əmək kitabçasının olmamasını qeyd etmişdir və həmin faktları təsdiq edən hər hansı bir sənəd olmamasını əsas gətirərək məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan e-2(008)-4778/2023 nömrəli iş üzrə ərizə təmin edilməməlidir. MPM-nin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 310-cu maddəsində ərizənin məzmunu və ərizəyə baxılması qaydası qeyd edilmişdir ki, həmin qaydaya əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini,yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11,1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Ən azı iki nəfər şahid olmalı; Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (isə daxil olma və isdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi və onun vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, 4-cü sinifdən 1988-ci ilədək Dərə kənd kolxozunda işləmiş, arada cəmi 3 il işləməmişdir. Sabir orada traktor sürücü olub. Özü isə dispeçer kimi işləmiş, son vaxtlarda isə baş çoban kimi işləmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, o, 1986-cı ildən Jdanov adına Dərəkənd kolxozunda qaynaqçı vəzifəsində işləmişdir. Sabir orada traktor sürücüsü olub. Əvvəlki məhkəmə iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, qanunun tələbinə görə şahidlərin dindirilməsi lazımdır. Əgər tələb olunan hallar aşkar edilərsə, ərizənin təmin edilməsinə etiraz etmirlər. Maraqlı şəxs AR ƏƏMSN tabeliyində DSMF publik hüquqi şəxsin sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz Filialının xx.xx.2023-cü il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajndan asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduan məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilən sənədlərdən göründüyü kimi sizin sığorta stajınız qeydə alınmayıb. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalınız qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. Əlavə olaraq bildirilib ki, xx.xx.2023-cü il tarixindən aktiv vergi ödəyicisi olduğunuz yaşa görə sosial müavinətinizin ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq rada araşdırıldıqdan sonra sığorta stajınız (xx.xx.1989-cu uil tarixindən xx.xx.2002-ci il tarixinədək) qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. - Məhkəmə iclasında məhkəmə tərəfindən baxış və surəti işə əlavə olunan mmək Kitabçasında görünür ki, iş üzrə şahid qismində dindirilmiş X3 xx.xx.1981-ci ildə Dərə kənd kolxozunda işləmişdir. - Əmək Kitabçasında görünür ki, iş üzrə şahid qismində dindirilmiş X1 xx.xx.1986-cı ildə Dərə kənd kolxozunda işləmişdir. - BP № 016032 saylı xidməti vəsiqənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Ermənistan SSR Vardenis rayonu 24 saylı texniki peşə məktəbinin əyani şöbəsində təhsil alaraq 3-cü dərəcəli traktorçu-maşinist ixtisasına yiyələnmişdir. Məhkəmə iş üzrə toplalan sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi 1976-1988ci illərdə Ermənistan SSR Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləməyi iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapır. Həmin faktın müəyyən edilməsi isə ərizəçiyə pensiya hüquqlarının həyata keçirilməsi ilə bağlı lazım olduğundan, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1976-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləməyinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin və həmin illər onun əmək stajına daxil edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar