Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4811/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı cavabdeh 4 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X15 qarşı “buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh 4 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X15 qarşı Maraqlı şəxs ASC olmaqla “buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 miras qalmış pul vəsaitinə dair İddiaçı tərəfindən mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü hesab edilməsini və həmin müddətin uzadılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il tarixdə doğulmuş X3rdaşıdır. Bacısı X12 xx.xx.2021-ci ildə ölmüşdür. Ölüm faktı xx.xx.2021-ci il tarixli AZ-11 213852 nömrəli ölüm haqqında şəhadətnamə ilə qeydə alınmışdır. xx.xx.1971-ci il tarixli AZB 140317 nömrəli təkrar doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1955-ci il tarixdə anadan olmuş, atası X19, anası X7. xx.xx.1971-ci il tarixli AZB 140318 nömrəli təkrar doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1958-ci il tarixdə anadan olmuş, atası X19, anası X8. Beləliklə, X12 iddiaçının bacısıdır. X5 atası xx.xx.2006-cı il tarixli ölüm aktı ilə Rusiya Federasiyasında qeydə almmışdır. xx.xx.1990-cı il tarixli İİİ-JQ 485317 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 anası X13 xx.xx.1990-cı il tarixdə ölmüşdür. xx.xx.1979-cu il tarixli İİ JQ307818 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X12 həmin tarixdə X9 nikaha daxil olmuşdur. xx.xx.1989-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X12 və X10 nikahları xx.xx.1983-cü il tarixdə pozulmuşdur. xx.xx.1979-cu il tarixli Vİ-JQ 408983 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1979-cu il doğum tarixli X20 adlı oğlu doğulmuşdur. xx.xx.2020-ci il tarixli AZ-İİ 118316 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2020-ci il tarixdə ölmüş, beləliklə Alfiya Şayaxmetovanın birinci növbə vərəsəsi qalmamışdır. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfındən verilmiş xx.xx.2022-ci il tarixli Ş/5 nömrəli arayışdan görünür ki, X14 xx.xx.1971-ci il tarixdən vəfatına kimi Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsi ev 38 ünvanında qeydiyyatda olub. Yuxarıda şərh olunanlardan göründüyü kimi, X6 övladı və valideyinləri ölmüş, keçmiş əri ilə nikahı ölməzdən xeyli əvvəl pozulmuşdur. Beləliklə, iddiaçı X6 ikinci növbə vərəsəsidir. X14 vəfat edənədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı olmuş, həmin təşkilatdan istehsalat xəsarəti ilə bağlı müavinat almışdır. Bununla bağlı, müavinatən məbləği və hansı aylar üzrə alınmamış qalması barədə ‘Azərbaycan Hava Yolları” QSC-nə sorğu verilmiş, sorğuya cavab olaraq bıldirilmişdir ki, müavinatın məbləğinin 609.70 manat olduğu və ona 2021-ci ilin iyul və avqust ayları üçün müavinət ödənilmədiyi bildirilmişdir. Hazırda, İddiaçı, bacısı Alfıya Midxatovnanın almadığı müavinat məbləğini vərəsəlik qaydasında almaq istəyir. Beləliklə, Alfiya Şayaxmetovnanın birinci növbə vərəsəsi qalmadığı və iddiaçı onun ikinci növbə vərəsəsidir. Ona vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmiş, xüsusi notarius X11 xx.xx.2023-cü il tarixli 269 nömrəli məktubu ilə mirasın qəbul edilmə müddətini ötürüldüyü bildirilmiş və mirasın qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. İddiaçı, mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi və müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini zəruri hesab edir. İddiaçı, bacısının sağlığında müavinat aldığını "xxxx" QSC- nin xx.xx.2023-cü il tarixli məktubu əsasında bilmişdir. Göründüyü kimi, mirasın qəbulu müddətinin ötürülməsinə səbəb, iddiaçının miras pul vəsaiti barədə məlumatı yalnız xx.xx.2023-cü il tarixdə bilmişdir. Bundan sonra ödənilməmiş vəsaitin məbləği barədə məlumat almaq üçün Maraqlı şəxs ASC-yə sorğu verilmiş, sorğuya cavab xx.xx.2023-cü il tarixdə verilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki iş üzrə hazırlıq iclaslarında bütün sübutlar təqdim edildiyindən və xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyindən, məhkəmə baxışını iştirakı olmadan keçirməklə, iddianın təmin edilməsi barədə qətnamə cıxarmağını məhkəmədən xahiş etmişdir. Cavabdeh 4 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X15 və Maraqlı şəxs ASC-yə, məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin və maraqlı şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZB seriyalı 140317 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1955-ci il tarixdə anadan olmuş, atası X19 və anası X16 qeyd edilmişdir. İş materiallarında olan AZB 140318 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1958-ci il tarixdə anadan olmuş, atası X19, anası X8. İş materiallarında olan xx.xx.1990-cı il tarixli İİİ-JQ 485317 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1990-cı il tarixdə ölmüşdür. İş materiallarında olan İİ JQ serialı 307818 nömrəli, xx.xx.1979-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 həmin tarixdə X9 nikaha daxil olmuşdur. İş materiallarında olan xx.xx.1989-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X12 və X10 nikahları xx.xx.1983-cü il tarixdə pozulmuşdur. İş materiallarında olan Vİ-JQ seriyalı 408983 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1979-cu il tarixdə anadan olmuş, atası X17 və anası X12 qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında A-00426 nömrəli arayışdan görünür ki, X19 01 noyabr 2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 118316 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2020-ci il tarixdə dəqiqləşdirilməmiş ürək çatmamazlığı səbəbindən ölmüşdür. İş materiallarında olan AZ-İİ serialı 213852 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə qanaxma və ya infarkt insult səbəbindən ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin İddiaçı ünvanıanmış 12 fevral 2023-cü il tarixli, 269 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 adına V-74/2023 nömrəli vərəsəlik işi açılmışdır. Mirasın açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi bildirilmiş, məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa həmin müddəti uzada biləcəklərini və bununla bağlı məhkəməyə müraciət edilməsi barədə məlumat verilmişdir. İş materiallarından və məhkəmə iclasında müəyyən edilir ki, iddiaçı "xxxx" QSC- nin məktubu əsasında miras pul vəsaiti barədə məlumatı yalnız xx.xx.2023-cü il tarixdə bilmişdir. Bundan sonra ödənilməmiş vəsaitin məbləği barədə məlumat almaq üçün Maraqlı şəxs ASC-yə sorğu verilmiş, sorğuya cavab xx.xx.2023-cü il tarixdə verilmişdir. Yəni iddiaçının mirasın qəbulu müddətinin ötürülməsinə səbəb onun bacısı X5 adına miras olmasını bilməmiş və mirasın qəbulu müddətini üzürlü səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun maddəsindən də göründüyü kimi iddiaçı mirasın mövcudluğu barədə bildiyi vaxtdan müraciət və sorğular etmişdir. Həmin Məcəllənin 1248.1.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək belə, nəticəyə gəlir ki, İddiaçı X1 üzrə vərəsəsidir. İddiaçı mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, X4 miras qalmış pul vəsaitinə dair İddiaçı tərəfindən mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilərək, həmin müddət uzadılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. X4 miras qalmış pul vəsaitinə dair İddiaçı tərəfindən mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilsin buraxılmış müddət bərpa edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-4811/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4811/2023
18.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver