Məhkəmə qərarları › İş №e-2(008)-484/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-484/2023

18.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-484/2023 18.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə tökülmüş tikinti materiallarının çıxarılması, yaradılan maneələrin və hər cür müdaxilənin qadağan edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə tökülmüş tikinti materiallarının çıxarılması, yaradılan maneələrin və hər cür müdaxilənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 511 saylı sahədə olan materialların Cavabdeh Abuzər qızının vəsaiti hesabına çıxarılması, yaradılan maneələrin və hər cür müdaxilənin qadağan edilməsi və ödənilmiş dövlət rüsumunun Cavabdeh Abuzər qızından tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehlər İddiaçı və X2 qarşı “sahiblik və sistifadə hüquqlarına maneələrin cavabdehlər tərəfindən aradan qaldırılması” tələbinə dair iddia ərizəsini məhkəməyə təqdim edərək, bu iddianın hazırki iddia tələbindən əvvəl verildiyindən mülki işin həmin işə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X6 hazırkı mülki işlə Sabunçu Rayon Məhkəməsinin hakimi H.Mahmudovanın icraatında olan 2(008)-5030/2022 saylı mülki işin eyni tərəflər arasında, eyni əsaslar olduğundan birlikdə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı mülki iş Sabunçu Rayon Məhkəməsinin hakimi Həqiqət Mahmudovanın icraatında olan Cavabdehlər İddiaçı və X2 qarşı “sahiblik və sistifadə hüquqlarına maneələrin cavabdehlər tərəfindən aradan qaldırılması” tələbinə dair 2(008)-5030/2022 saylı, xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmiş mülki işlə bir icraatda baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakim Həqiqət Mahmudovanın icraatına verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, mülki-prosessual hüquq institutu olaraq “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, icraatda olan mülki işlə Sabunçu Rayon Məhkəməsinin hakimi Həqiqət Mahmudovanın icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı “sahiblik və sistifadə hüquqlarına maneələrin cavabdehlər tərəfindən aradan qaldırılması” tələbinə dair mülki iş üzrə iddia tələbləri eyni tərəflər arasında, eyni əsaslar üzrə yarandığından və sözügedən mübahisələr üzrə ilkin olaraq mülki iş hakim Həqiqət Mahmudovanın icraatına verildiyindən həmin işlər bir icraatda birləşdirilməsi üçün hakim Həqiqət Mahmudovanın icraatına verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 169.4-cü və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə tökülmüş tikinti materiallarının çıxarılması, yaradılan maneələrin və hər cür müdaxilənin qadağan edilməsi” tələbinə dair mülki iş Sabunçu Rayon Məhkəməsinin hakimi Həqiqət Mahmudovanın icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı “sahiblik və sistifadə hüquqlarına maneələrin cavabdehlər tərəfindən aradan qaldırılması” tələbinə dair 2(008)-5030/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Həqiqət Mahmudovanın icraatına verilsin. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar