Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-485/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, cavabdehin nümayəndəsi Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 iştirakı ilə İddiaçı Cavabdeh1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 q̇arşı "vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması" tələbinədairiddiaərizəsiüzrəmülkiişəaçıqməhkəmə iclasındabaxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 q̇arşı "vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixində vəfat etmiş anası X4 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları ərazisində yerləşən 6694 saylı 0.12 ha bağ sahəsinə dair xx.xx.2015-ci il tarixli 2V-72 reyestr nömrəsi ilə cavabdehin adına rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.2005-ci il tarixində vəfat etmiş anası X4 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları ərazisində yerləşən 6694 saylı 0.12 ha bağ sahəsinə dair iddiaçının vərəsəlik hüququnun müəyyən edilməsi, cavabdehin anası X4 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları ərazisində yerləşən 6694 saylı 0.12 ha bağ sahəsinə dair vərəsəlik hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsinin artırılması barədə ərizə ilə müraciət edərək, X12 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməsi, xx.xx.2005-ci ildə vəfat etmiş anası X4 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları ərazisində yerləşən 6694 saylı 0.12 ha bağ sahəsinə dair xx.xx.2015-ci il tarixli 2V-72 reyestr nömrəsi ilə bacısı Cavabdeh1 adına rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları ərazisində yerləşən 6694 saylı 0.12 ha bağ sahəsinə dair Bakı şəhəri 17 saylı Notariat ofisində rəsmiləşdirilmiş Cavabdeh1 ilə X22 arasıda bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-153 reyestr nömrəli daşınmaz əmalkın alqı-satqısı müqaviləsi etibarsız hesab edilməsi, xx.xx.2005-ci ildə vəfat etmiş anası X4 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları ərazisində yerləşən 6694 saylı 0.12 ha bağ sahəsinə dair iddiaçının payının müəyyən edilməsi, Cavabdeh1 anası X4 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları ərazisində yerləşən 6694 saylı 0.12 ha bağ sahəsinə dair vərəsəlik hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra X22 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Məhkəmə iddiaçının iddia tələbinin artırılması barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunlaəsaslandırmışdırki, o, xx.xx.1977-ci ild Bakı şəhərində anadan olmuş,atası X8, anası isə X9r. Atası xx.xx.2002-ci ildə, anası isə xx.xx.2005-ci ildə vəfat etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 6694 saylı, 0.12 ha bağ sahəsi X4 miras qalmışdır. Anasının vəfatından sonra ondan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 6694 saylı, 0.12 ha bağ sahəsinə faktiki olaraq o sahiblik etmiş. Həmin bağla bitişik Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 6695 saylı, 0.12 ha bağ sahəsi xüsusi mülkiyyətində idi və hər iki bağ sahəsini birlikdə idarə edirdi. Anası vəfat edən günə kimi ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi Dadaş Vasif küçəsi 3 saylı fərdi yaşayış evində qeydiyyatda olmuşdur və onunla birlikdə həmin evdə yaşamışdır. Anası vəfat edərkən, onun bütün yas mərasimləri onun evində keçirilmiş, bütün yas xərcləri onun tərəfindən qarşılanmışdır. Anasının bütün şəxsi əşyaları, qiymətli əşyaları və digər əşyaları da evindədir. 2024-cü ildə bağ sahəsinə gedərkən, bağın qapısının kilidinin dəyişdirildiyinin şahidi olmuşdur. Bunun necə baş verdiyini başa düşməmiş və öz vəkilinə bu barədə müraciət etmişdir. Vəkili əvvəl notariusdan araşdırmış və məlum olmuşdur ki, xx.xx.2015-ci ildə Bakı 39 saylı Notariat ofisində anası X6 adına vərəsəlik işi açılmış və bacısı Cavabdeh1 onun qanun üzrə vərəsəsi kimi qeydiyyata alınmışdır. Daha sonra vəkili Bakı 39 saylı Notariat ofisinə sorğu vermişdir və anasının adına açılmış vərəsəlik işini tələb etmişdir. Bakı 39 saylı Notariat ofisi vərəsəlik işini vəkilə göndərmiş və vərəsəlik işi ilə tanış olarkən məlum olmuşdur ki, həm vəfat etmiş anası X4 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 6694 saylı, 0.12 ha bağ sahəsini xx.xx.2015-ci il tarixli 2V-72 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında bacısı Cavabdeh1 mülkiyyətinə keçmişdir. Notariat işi ilə tanış olarkən məlum olmuşdur ki, bacısı Təranə Sabunçu Rayon İcra Hakimiyəti Başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəsindən saxta arayış alaraq guya anasının öləndən sonra Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 6694 saylı, 0.12 ha bağ sahəsinə onun daima qulluq etdiyini yazdırmışdır. Cavabdeh1 Notariat ofisinə yazdığı ərizədə anamızın ondan başqa vərəsəsinin olması barədə qeyd aparmamışdır. Bundan başqa iş üzrə cavabdeh 39 saylı Notariat ofisi isə Ədliyyə Nazirliyinin elektron axtarış sistemi üzərində heç bir axtarış aparmayaraq, anası X6 övladları barədə sistemdən çıxarış etməmişdir. Beləliklə cavabdehlər qanunsuz olaraq anası X4 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 6694 saylı, 0.12 ha bağ sahəsinə dair Cavabdeh1 vərəsə kimi tanımış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki, bacısı Cavabdeh1 xx.xx.1980-ci ildə X16 ilə rəsmi nikaha girməklə evlənmişdir və anam vəfatedən günə qədər və hal-hazırda başqa ünvanda ünvan 1ış evində qeydiyyatda olmuşdur və orada yaşayır. İş üzrə Cavabdeh1 xx.xx.2005-ci ildə vəfat etmiş X4 miras qalmış əmlakla bağlı vərəsəliyi nə rəsmi, nə də ki faktiki olaraq qəbul etməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 6694 saylı, 0.12 ha bağ sahəsini heç vaxt idarə etməmiş, həmin bağa qulluq etməmişdir. Notariat işindən görünür ki, Cavabdeh1 anasının vəfatından 10 il sonra, yəni 2015-ci ildə Notariat ofisinə müraciət etmişdir. Notariat ofisi isə vərəsəliyin qəbulu müddətini keçirməsinə baxmayaraq, qanunsuz olaraq onu vərəsə kimi tanımış, digər vərəsələrin axtarışını aparmamışdır. Beləliklə, o, xx.xx.2005-ci ildə vəfat etmiş anası X4 miras qalmış əmlaka vərəsəlik hüqqundan qanunsuz olaraq məhrum edilmişdir. Buna görə də hesab edir ki, anası X4 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 6694 saylı, 0.12 ha bağ sahəsinə dair xx.xx.2015-ci il tarixli, 2V-72 reyestr nömrəsi ilə bacısı Cavabdeh1 adına rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Cavabdeh məhkəməyə etirazla müraciət edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ona qarşı irəli sürülmüş iddia tələbi tamamilə əsassızdır və ona görə də təmin edilməməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, anası xx.xx.2005-ci ildə vəfat etmişdir. Anasından Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar ərazisində yerləşən 6694 saylı, 0,12 ha bağ sahəsi miras qalmışdır. Anasının vəfatından sonra guya həmin bağ sahəsinə faktiki olaraq sahiblik etdiyini bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, həqiqətən də, anasından Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar ərazisində yerləşən 6694 saylı, 0,12 ha bağ sahəsi miras qalmışdır. Anası vəfat etdiyi vaxtdan həmin bağ sahəsini o faktiki olaraq qəbul edərək idarə etmiş, bağ sahəsi hasar daxilində yerləşir və torpaq sahəsinə darvazanı da həyat yoldaşı qoymuşdur. Torpaq sahəsinə dair vergi və ödənişlər də anası vəfat etdiyi vaxtdan onun tərəfimdən ödənilmişdir. İddiaçı iddia ərizəsində notariusa anasının vəfatından 10 il keçdikdən sonra müraciət etdiyini və mirası qəbul etmə müddətini keçirdiyimi bildirmişdir. Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. O, anası vəfat etdiyi vaxtdan bağ sahəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamışdır. Ona görə də, müddəti ötürməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Adıçəkilən qərarda mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Bundan başqa, iddiaçı onun Kürdəxanı qəsəbə nümayəndəliyindən saxta arayış alaraq vərəsəlik şəhadətnaməsi almağını bildirmişdir. Yerli İcra Hakimiyyəti haqqında Əsasnamənin 5.1.9 bəndinə əsasən, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə səlahiyyətlərinə daxildir. Göründüyü kimi, belə arayış vermək yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə səlahiyyətlərinə daxildir Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya 2024-cü ildə bağ sahəsinə gedərkən bağın qapısının kilidi dəyişdirilmişdir. İddiaçının qeyd etdiyi bu nüans da tamamilə absurddur. Çünki, anasından miras qalmış, onun istifadəsində olan 6694 nömrəli bağ sahəsi və iddiaçının mükiyyətində olmuş 6695 nömrəli bağ sahəsi xx.xx.2021-ci ildə digər fiziki şəxsə satılmışdır. İddiaçı ona mıxsus torpaq sahəsi üzərində sərəncam verilməsi üçün həyat yoldaşı Casim Muxtarova etibarnamə də vermişdir. Göründüyü kimi, təkcə bu halla iddiaçının tam məsum, heç nədən xəbəri olmayan şəxs kimi yaratdığı mənzərə yerlə yeksan olur. İddiaçının yaşayış yeri olmadığından, hazırda oğlu X19 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,20 ha torpaq sahəsində yaşayır. Onun belə iddia qaldırmaqda məqsədi isə əsassız gəlir və qazanc əldə etməkdir. İddiaçı anasının vəfatından 19 il ötdükdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil işin mahiyyəti üzrə həll olunmasını xahiş etdiyindən işin baxılmasına davam etdirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etməyərək bildirmişdir ki, məhkəmə araşdırması zamanı təqdim etdiyi sübutlarla müəyyən edildi ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar ərazisində yerləşən 6694 saylı, 0,12 ha bağ sahəsi miras qalmışdır. Cavabdeh anası vəfat etdiyi vaxtdan həmin bağ sahəsini faktiki olaraq qəbul edərək idarə etmişdir, bağ sahəsi hasar daxilində yerləşir və torpaq sahəsinə darvazanı da həyat yoldaşı qoymuşdur. Torpaq sahəsinə dair vergi və ödənişlər də anası vəfat etdiyi vaxtdan cavabdeh tərəfindən ödənilmişdir. Kürdəxanı qəsəbə nümayəndəliyi tərəfindən verilən arayışla da 6694 saylı bağ sahəsinə Cavabdeh1 faktiki sahibliyi həyata keçirməsi öz təsdiqini tapmışdır. Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 76 saylı arayışına əsasən, Cavabdeh1 Ləhiş bağlar massivində 6694 və 6695 saylı bağ sahələrinin 2020-ci il də daxil olmaqla vergi ödəyicisi olub. Yerli İcra Hakimiyyəti haqqında Əsasnamənin 5.1.9 bəndinə əsasən, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə səlahiyyətlərinə daxildir. Göründüyü kimi, belə arayış vermək yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə səlahiyyətlərinə daxildir. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümay etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçı isə, iddia tələbində və məhkəmədə verdiyi izahatında anası vəfa etdikdən sonra 6694 saylı bağ sahəsinə dair daima onun tərəfindən sahiblik edilməsini, ağaclara, üzüm tinglərinə onun tərəfindən qulluq edilməsini, 2024-cü ildə bağ sahəsinin satılmasından məlumatlı olmasını göstərsə də, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı özü də anasından miras qalmış əmlaka dair onun tərəfindən torpağa dair vergilərin ödənilmədiyini məhkəmə iclasında təsdiq etmişdir. Bundan başqa, iddiaçı öz adına olmuş 6695 saylı bağ sahəsinə sərəncam verilməsinə dair xx.xx.2017-ci ildə cavabdehin əri X10 etibarnamə verməyinin səbəbini məntiqi şəkildə açıqlaya bilməmiş, guya cavabdehlə torpaq dəyişdirilməsi üçün bu etibarnaməni verdiyini bildirsə də, bununla bağlı da mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, təkcə bu halla iddiaçının tam məsum, heç nədən xəbəri olmayan şəxs kimi yaratdığı mənzərə yerlə yeksan olur. Bundan əlavə, iddiaçı məhkəməyə bir neçə qədimi əşyaların foto şəklini təqdim edərək, həmin əşyaların anasından qaldığını və əşyaları özünün qəbul etdiyini bildirmiş və bu halı təsdiq etmək üçün 3 nəfər şəxsin məhkəmə iclasında şahid qismində dindirilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında, iddiaçının təqdim etdiyi 3 şahid: X25, X17, X20 dindirilmişlər. X11 məhkəmə iclasında məhkəmə tərəfindən internetdən ona göstərilən şəkillərin iddiaçının anasına məxsus olmasını göstərmiş, X5 isə ifadəsində Elburusgilin evdində təmizlik işləri apararkən Elburusun anasından qalan əşyaları gördüyünü, həmin əşyaları məhkəmədə də göstərsələr tanıya biləcəyini bildirmişdir, internetdən ona göstərilən şəkillərin iddiaçının anasına məxsus əşyalar olmasını göstərmişdir. X11 iddiaçı ilə dostluq münasibətində olduğunu, iddiaçının anası vəfat etdikdən sonra 1-2 dəfə bağa getdiyini gördüyünü bildirmişdir. X3 ifadəsində iddiaçının anasına məxsus bağ sahəsini görmədiyini, iddiaçının anasının sağlığında onların qaldığı evə getmədiyini, anası vəfat etdikdən sonra onlara getdiyini bildirmişdir. X5 2015-2017-ci illərdə Elburus və Təranəgilin evdində ev işlərimə kömək etdiyini, onların bağında işlədiyini, bağda işləyərkən Təranənin onlar üçün yemək və çay gətirdiyini, 2017-ci ildə Elburus və Təranənin münasibətləri pisləşdikdən sonra bir də Təranəgilə və onların bağına getmədiyini, lakin hazırkı vaxta kimi Elburusgilin ailəsinə hələ də ev işlərində köməklik etməyə davam etdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş və dindirilmiş şahidlər də tərəflərin mərhum analarından qalmış miras əmlakın iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsini təsdiq edə bilməmiş, hətta məhkəməyə yalan ifadə vermişlər. 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Adıçəkilən qərarda mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı şahid qismində dindirilmiş X25 bildirmişdir ki, iddiaçının dostudur, birlikdə böyümüşlər. Onların bağında 2 torpaq sahələri var və eyni hasarın içindədir, 2 darvazası var. Uşaqlıqdan bağın Elbrusgilin olduğunu görmüşdür. Bağa onların qonşusu baxıb, qulluq etmişdir. Anasına Elbrus baxıb, kəndin içində yaşayırdılar. Elbrusgilin evinə çox gedib gəlib. Təranə evlənmişdi, ona görə anasına baxa bilməzdi. Anası öldükdən sonra 2 dəfə bağa getmişlər. Elbrusu bağa gedəndə görməmişdir. Təranəni bağda görməmişdir. Onun evi ilə mübahisəli bağ sahəsi 2 km məsafədə yerləşir. Məhkəmə araşdırılması zamanı şahid qismində dindirilmiş X17 bildirmişdir ki, Elbrusu əvvəldən tanıyır, 2002-ci ildən iddiaçı ilə qonşudur. Bağ sahəsini görməmiş, lakin eşitmişdir ki, iddiaçı bağa gedib gəlir. Eşitdiyinə görə bağ evlə birlikdə iddiaçının olmalıdır. Tərəflərin analarına Elbrus baxmışdır. 2005-ci ilədək anası ilə birlikdə yaşayırdı. İddiaçı parnik əkmişdi, parnik onun iş yeri idi, orada fəhlələri var idi, səhərdən axşama qədər orada işləyirdi, axşamlar isə anasının yanına gedirdi. Bağla bağlı əlavə məlumatı yoxdur. Məhkəmə araşdırılması zamanı şahid qismində dindirilmiş X20 bildirmişdir ki, 2015-ci ildən 2017-ci ildək Təranənin evlərini təmizləməyə getmişdir. İddiaçının bağına da təmizliyə, üzüm yığmağa getmişdir. O, ilk öncə İddiaçı tanımışdir, sonradan cavabdehin evində işləmişdir. Əvvəl bacı-qardaş olaraq münasibətləri yaxşı idi, 2017-ci ildən torpaq məsələsinə görə münasibətləri pozulmuşdur. Cavabdeh ona qarsaşıgilə getsə, bir daha onlara gəlməməsini demişdir. Bağ sahəsində gilas, heyva və əncir ağacları var idi, onlara suyu Elbrus verirdi. Mübahisəli sahədə Təranənin evi qabaqda idi, Elburusun evi arxada idi. Elbrusun evini təmizləyəndə həmişə Elbrus ona deyirdi ki, anama məxsus əşyalara diqqətli ol, onları qırma, anamın yadıgarıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 6695 saylı 0,12 ha bağ sahəsi İddiaçı mülkiyyət hüququ əsasında məxsusdur. - Bakı Şəhəri Sabunçu Rayonu VVADQ Şöbəsinin AZ-İ seriyalı 173778 nömrəli ″Ölüm haqqında şəhadətnamə″nin surətindən görünür ki, X13 xx.xx.2005-ci ildə vəfat etmişdir. - Bakı Şəhəri Sabunçu Rayonu Qeydiyyat Şöbəsinin şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə anadan olmuş, anası X8, anası X9r. - xx.xx.2015-ci il tarixli 2V-72 nömrəli ″Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə″nin surətindən görünür ki, xx.xx.2005-ci ildə ölmüş X7 vərəsəsi Cavabdeh1dır və miras əmlakdan tam irs almalıdır, şəhadətnamə verilən miras əmlak isə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixdə verilmiş, **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 172 nömrəli reyestr kitabının 15981 nömrəli vərəqində qeydiyyata alınmış MH № ******* seriya nömrəli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş 11/1752 çıxarış nömrəli arayışa əsasən ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən ibarətdir. - Sabunçu RİHB-nın Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 mərhum anası X6 xx.xx.2005-ci ildə vəfatı günündən bu günə kimi Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 6694 saylı, ümumi sahəsi 1200 kv.m olan bağa daima qulluq etmişdir, X6 vəfatından bu günə kimi onun varisi olan Cavabdeh1 qeyd edilən bağa faktiki sahibliyi həyata keçirmiş və mirasın açıldığı gündən hal-hazıradək həmin bağın kommunal və digər xidmət haqlarını ödəyir. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 6694 saylı 0,12 ha bağ sahəsi X2 mülkiyyət hüququ əsasında məxsusdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli 11/1752 nömrəli ″Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdıılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış″dan görünür ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 172 nömrəli reyestr kitabının 15981 vərəqində qeydiyyata alınmışdır, xx.xx.2015-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmayıb. - Bakı Şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 76 nömrəli arayışdan görünür ki, Cavabdeh1 Ləhiş bağlar massivində 6694 və 6695 saylı ona məxsus bağ sahəsinin 2020-ci il daxil olmaqla vergi ödəyicisi olub. - Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli ″Daşınmaz əmlakın alqı-satqı müqaviləsi″ndən görünür ki, Cavabdeh1 (satıcı) X15 (alıcı) ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini 17000 satmışdır. - Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli ″Daşınmaz əmlakın alqı-satqı müqaviləsi″ndən görünür ki, Cavabdeh1 (satıcı) X15 (alıcı) ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini 17000 satmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli **********05 nömrəli mətubundan görünür ki, ünvan 4 xx.xx.2021-ci ildə X12 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı və Cavabdeh1 bacı-qardaşdır, anaları X13 xx.xx.2005-ci ildə vəfat etmişdir. Ondan qalan miras əmlak ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir. Cavabdeh1 adına xx.xx.2015-ci il tarixli 2V-72 nömrəli ″Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. Daha sonra həmin torpaq sahəsi alqı-satqı əsasında X1, hazırda da onun mülkiyyətindədir. İşin mübahisəli halı iddiaçının qeyd olunan torpaq sahəsinə faktiki sahibliyin həyata keçirilib-keçirilməməsini müəyyən etməkdən ibarətdir. Çünki, iddiaçı qanunvericilklə nəzərdə tutulan vaxtda notariusa mirasın qəbulu ilə bağlı müraciət etməmişdir. Məhkəmə işin həlli ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə istinad edilməsinə zəruri olduğunu bildirir: - Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. - Maddə 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. "G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumumunun xx.xx.2014-cü il tarixli qərarında göstrəilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-ci maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göründüyü kimi, hazırkı mübahisəli münasibətlər sözügedən Plenumun Qərarı qəbul edilməmişdən əvvəl yarandığından, eyni zamanda iddia ərizəsi həmin Plenum Qərarı qəbul edildikdən sonra məhkəməyə verildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsi tətbiq olunmalıdır. Həmin maddə əsasında məhkəmə iddiaçının mirasın faktiki qəbul edilməsini və yaxud buraxılmış müddətin üzrlü səbəbdən buraxıldığını müəyyən edərsə mirasın qəbulu müddətini uzada bilər. Sadalanan normalarda göstərildiyi kimi, miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçı da miras əmlakın məhz onun tərəfindən faktiki olaraq qəbul edildiyindən, bu səbəbdən cavabdehə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işə münasibətdə iddiaçı miras əmlaka sahiblik etdiyinni və ya onu idarə etdiyini, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyini sübut etməlidir. İddiaçı iddiasının əsaslılığına dair sübut olaraq anasından qalmış əşyaların fotoşəkillərini və şahid ifadələrini göstərmişdir. İlk öncə məhkəmə qeyd edir ki, təqdim edilmiş fotoşəkillər hazırki iş üzrə irəli sürülən tələblərin heç birinin nə təsdiq, nə də təkzib edilməsinə xidmət etmir. İddiaçının deməsinə görə, fotoşəkillərdə göstərilən əşyalar (çaynik, servant, xalça, güldan və s.) anasından qalan əşyalardır və bu onun anasına baxdığını təsdiq edir. Məhkəmə həmin fotoşəkillərin iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir halın təsdiq və ya təkzib etmədi qənaətinə gəlmişdir. Məhkəməyə iddiaçı tərəfindən dəvət olunan şahidlərin ifadələrinə isə məhkəmə tənqidi yanaşır. Belə ki, şahidlər onlara məlum olan hallar barədə məhkəməyə doğru məlumat verməli, onlara öyrədilənləri deməməlidirlər. Şahidlər isə iddiaçı tərəfindən məhkəməyə yeganə sübut kimi təqdim olunan əşyaların fotoşəkillərinin həqiqətən də iddiaçının anasına məxsus olmasını təsdiq edilməsinə öyrədilmişlər. Bu məhkəmədə açıqaşkar şəkildə özünü biruzə verdi. Belə ki, məhkəmə şahidlərə iş materialında olan fotoşəkilləri yox, internetdən təsadüfi tapılan şəkilləri göstərmiş, şahidlər isə həmin əşyaları guya tanıyaraq, iddiaçının evində saxlandığını, əvvəllər ona məxsus olduğunu demişlər. Bu onu göstərir ki, nə o şəkillər, nə də şahid ifadələri bu iş üzrə mötəbər sübut kimi qəbul olunmamalıdır. Bundan başqa, dindirilmiş X11 bildirmişdir ki, iddiaçı mübahisəli bağ sahəsinə anasının vəfatından sonra 2 dəfə getmişdir. Bu İddiaçı iddia ərizəsində qeyd etdiyi ″anamın vəfatından sonra ondan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 6694 saylı, 0.12 ha bağ sahəsinə faktiki olaraq mən sahiblik etmişəm″ dəlilinə ziddir. Şahid qismində dindirilmiş X17 isə ümumiyyətlə nə bağ sahəsini, nə də iddiaçının həmin bağ sahəsinə getdiyini görməmiş, sadəcə eşitmişdir. Qüvvədə olan Mülki Prosessual Məcəlləyə görə alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə şahid ifadələrini iddiaçı tərəfindən miras əmlakın faktiki olaraq qəbul edilməsini təsdiq edən mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə araşdırılması müəyyən olunmuşdur ki, miras əmlak Cavabdeh1 tərəfindən faktiki sahibliyə qəbul edilmiş, həmçinin kommunal və vergi ödənişləri də edilmişdir. Məhkəmə iddiaçının cavabdehə verilən arayışın Kürdəxanı qəsəbəsi nümayəndəliyi tərəfindən verilməməli olduğuna dair dəlilə münasibət bildirərək qeyd edir ki, iddiaçının vəsatəti ilə dindirilmiş şahidlər mübahisəli torpaq sahəsi Kürdəxanı qəsəbəsində yerləşdiyini göstərmişlər. Ona görə də mirasın faktiki qəbulu ilə bağlı arayışı məhz Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyi verməlidir. Təqdim edilmiş Sabunçu RİHB-nın Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyinin arayış ilə Cavabdeh1 qeyd edilən bağa faktiki sahibliyi həyata keçirdiyi və mirasın açıldığı gündən hal-hazıradək həmin bağın kommunal və digər xidmət haqlarını ödədiyi təsdiq olunur. Beləliklə, iddiaçı irəli sürdüyü heç bir tələbin əsaslılığını sübutu yetirmədiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MülkiProsesualMəcəlləsinin216-220-ci, 360-cımaddələrinirəhbərtutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 q̇arşı "xx.xx.2005ci ildə vəfat etmiş anası X4 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları ərazisində yerləşən 6694 saylı 0.12 ha bağ sahəsinə dair xx.xx.2015-ci il tarixli 2V-72 reyestr nömrəsi ilə bacısı Cavabdeh1 adına rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları ərazisində yerləşən 6694 saylı 0.12 ha bağ sahəsinə dair Bakı şəhəri 17 saylı Notariat ofisində rəsmiləşdirilmiş Cavabdeh1 ilə X22 arasıda bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-153 reyestr nömrəli daşınmaz əmalkın alqı-satqısı müqaviləsi etibarsız hesab edilməsi, xx.xx.2005-ci ildə vəfat etmiş anası X4 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları ərazisində yerləşən 6694 saylı 0.12 ha bağ sahəsinə dair iddiaçının payının müəyyən edilməsi, Cavabdeh1 anası X4 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları ərazisində yerləşən 6694 saylı 0.12 ha bağ sahəsinə dair vərəsəlik hüququnun olmaması" tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-485/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-485/2025
17.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver