Məhkəmə qərarları › İş №e-2(008)-4861/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4861/2024

24.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4861/2024 24.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu Maraqlı şəxs qarşı vərəsəlik hüququ faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 xx.xx.1969-cü il tarixdə ölmüş Səltənət Əli qızının oğlu olması, eləcə də İddiaçı X1 oğlu olması faktının müəyyən edilməsi, ünvan 1 ünvanında (hazırda 28 sayla nömrələnmiş) 0.02 ha torpaq sahəsi və üzərində 70 m2 evə Səltənət Əli qızının vərəsəsi kimi İddiaçı vərəsəlik hüquqlarının tanınması və sonuncuya vərəsəlik hüququ üzrə çıxarış verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdairəsinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə forma və məzumununa riayət edilmədən verilmişdir Belə ki, İddiaçı tələbi hüquqi əhəmiyyətili olan faktın müəyyən edilməsi barədə olmasına baxmayaraq və hazırki tələb xüsusi icraat qaydasında verilməli olduğuna baxmayaraq, iddia icraatı qaydasında vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Odur ki, hesab edirəm ki, hazırki tələb ərizə formasında xüsusi icraat qaydasında verilməli, İddiaçı ərizəçi, Bakı şəhəri 17 saylı Notariat Ofisi isə maraqlı şəxs qismində göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə riayət edilməməklə verildiyinə görə geri qaytarılmalıdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzindən görünür ki, İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, və 268-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizə icraata qəbul edilmədən geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbz əsasında ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən Vəkil qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar