Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-491/2024 08.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı 810 YYK ünvanında yerləşən 1 saylı binanın 50 saylı və 2 otaqlı mənzilə köçürülməsi və həmin mənzildə yaşamasına Cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismarı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 1/50 nömrəli "Xüsusi təyinatlı kirayə müqaviləsi"nə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı 810 YYK ünvanında yerləşən 1 saylı binanın 50 saylı və 2 otaqlı mənzili yaşamaq üçün İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün kimi verilmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 5 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış nikah Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin 2(089)-168/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulduqdan sonra keçmiş həyat yoldaşı Cavabdeh İddiaçı həmin mənzilə yaşamağa buraxmamışdır. İddiaçı dəfələrlə yaşamağa yeri olmadığı və həmin mənzildən başqa yaşayış yeri olmadığını cavabdehə bildirsə də, buna razı olmamış və bildirmişdir ki, həmin mənzil onundur, özü üçün başqa yaşayış yeri tapsın. İddiaçının hər hansı başqa yaşayış yeri yoxdur. Əmək haqqından hər ay aliment tutulduğu üçün digər hər hansı mənzil sahəsini kirayə götürməyə imkanı yoxdur. Göründüyü kimi iddiaçının başqa mənzillə təmin olunması bağlı maddi imkanı yoxdur. Cavabdeh xx.xx.2023-cü il tarixində iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia təmin olunmamalıdır, çünki övladı X1 psixoloji olaraq mənfi təsir göstərməsini və ailədaxili münaqişələrdən zərər çəkməsini istəmir. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə еdərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, iddiaçıya 2019-cu il tarixdə kirayə müqaviləsi əsasında 2 otaqlı mənzil verilmişdir. Tərəflər 2021-ci ilədək birlikdə yaşamışlar. İddiaçı dəfələrlə öz evinə girməyə çalışsa da, cavabdeh onu evə buraxmamışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismarı Departamentinin xx.xx.2019-cu il tarixli 1/50 nömrəli "Xüsusi təyinatlı kirayə müqaviləsi"ndən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı 810 YYK ünvanında yerləşən 1 saylı binanın 50 saylı və 2 otaqlı mənzili yaşamaq üçün İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün kimi verilmişdir. - Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(089)-168/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 5 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuşdur. - Sabunçu Rayon Kürdəxanı 810 YYK MKİS-in 1060 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bağırov X2 rayonundan məcburi köçkündür və hal-hazırda ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Bağırov X2 rayonundan məcburi köçkündür və ona Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismarı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 1/50 nömrəli "Xüsusi təyinatlı kirayə müqaviləsi"nə əsasən Bakı şəhəri, ünvan 3 yaşamaq üçün verilmişdir. Tərəflər arasında nikah 2021-ci ildə pozulduqdan sonra keçmiş həyat yoldaşı Cavabdeh iddiaçını həmin mənzilə yaşamağa buraxmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 17.3.2-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göründüyü kimi sözügedən mənzil iddiaçıya dövlətin mənzil fondundan “Dövlətqaçqınkom” tərəfindən kirayəyə verilmiş və onun həmin evdən yaşamaq hüququ var. Belə olan halda iddiaçı qeyd olunan evə köçürülməlidir. Beləliklə də iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-491/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-491/2024
08.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver