Məhkəmə qərarları › İş №e-2(008)-4959/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4959/2022

26.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4959/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə icals katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və həmin ərazinin mülkiyyətçinin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və həmin ərazinin mülkiyyətçinin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyov küçəsində yerləşən 2,5 sot torpaq sahəsindən onun çıxarılması və həmin torpaq sahəsinin özünə qaytarması dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o,Əfqanıstan hadisələrinin iştirakşısı olduğu üçün ona Lenin rayonu X5 İcra Komitəsinin 30 mart 1990-cı il tarixli 9/28 nömrəli qəran əsasında ona Sabunçu rayonu Razin qəsəbəsindəki Bül-Bülə gölünün yaxınlığında 1000 m2 torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsində yay aylarında istirahət etmək üçün 1 otaqlı ev tikmişdir. Həmin torpaq sahəsi və ev ona məxsus olmaqla öz adına rəsmiləşdirilmişdir. Özünə məxsus olan torpaq sahəsində nisbətən böyük ev tikdirmək qərarına gəlmişdir və bu məqsədlə mişar daşından iki mərtəbəli ev tikdirmişdir. Həmin evin Bül-Bülə gölünə baxan hissəsində eyvan inşa etdirmişdir. Onun tikdirdiyi ev və onun eyvan hissəsi özünə məxsus olan torpaq sahəsində inşa edilsə də, qonşuluqda yaşayan mərhum qardaşının arvadı Cavabdeh ona qarşı əsassız olaraq iddia qaldırıb evinin eyvan hissəsinin sökülməsini Sabunçu Rayon Məhkəməsindən xahiş etmişdi. Həmin mülki işə Sabunçu Rayon Məhkəməsində baxılarkən o da xx.xx.2021 -ci il tarixdə Cavabdeh qızma qarşı qarşılıqlı iddia verib ona məxsus olan 10 sot torpaq sahəsinin 2,5 sotunu özümə qaytarması barədə qətnamə çıxarmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh üzürsüz səbəbdən iki dəfə məhkəmə iclasına gəlmədiyi üçün onun iddia ərizəsi baxılmamış saxlanılmışdı. Həmin vaxt məhkəmə onun iştirakı və razılığı olmadan iddianı baxılmamış saxlamışdı. xx.xx.2021-ci il tarixdə iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardadın ləğv edilməsi üçün məhkəməyə müraciət etsə də, həmin müraciətinə məhkəmə tərəfindən baxılmadığı üçün məcbur qalıb, xx.xx.2022-ci il tarixdə yenidən ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin həmin müraciəti də, cavabsız qaldığı üçün yenidən iddia ərizəsi ilə məhkəməyə mütarciət etmək məcburiyyətindədir. Cavabdeh onun barəsində şikayət edəndən sonra ona məlum olmuşdu ki, o, ona məxsus olan 1000 m2 , başqa sözlə 10 sot torpaq sahəsinin 2,5 sotunu qanunsuz olaraq zəbt etmişdir. Hazırda o qanunla özümə məxsus olan 10 sot torpağın 2,5 sotundan istifadə edə bilmir. Ona görə də, Cavabdeh tərəfindən zəbt olunmuş ona məxsus olan 10 sot torpaq sahəsinin 2,5 sotunu özünə qaytarması üçün iddia ərizəsi vermək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehlə aralarında barışıq olduğunu, barışığ sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək aralarında bağlanmış barışıq sazişindən imtina etdəyini bildirərək iddianın rədd edilməsini məhkəmən xahiş etdi. Məhkəmə tərəflər arasında barışığ sazişi ilə bağlı fikir ayrılığı olduğundan bunu təsdiq etməyərək, mülki işi mahiyyəti üzrə baxmağı davam etdirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Bakıxanov Bələdiyyəsinin tədiyyə bildirişinin surətindən görünür ki, İddiaçı 2015-ci il üçün 28 manat əmlak/ torpaq vergisi hesablanmışdır. Azərbaycan Beynəlxalq Bankının xx.xx.2015-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, 28 manat əmlak və torpaq vergisi ödəmişdir. Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin Əhalidən Vergilərin qəbulu üçün xx.xx.2004-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı 2003-cü il tarix üçün 75000 manat ödənilmişdir. Azərbaycan Beynəlxalq Bankının xx.xx.2018-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, 90 manat əmlak və torpaq vergisi ödəmişdir. 5292 nömrəli qəbzin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdəBakıxanov Bələdiyyəsinin hesabına 45 manat torpaq vergisi ödəmişdir. Yerli Vergilərin və ödənişlərin qəbulu üçün 061502 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə 2014-cü il üçün 28.20 manat pul ödəmişdir. Yerli Vergilərin və ödənişlərin qəbulu üçün 052520 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə torpaq və əmlak vergisi üçün 28.20 manat pul ödəmişdir. Yerli Vergilərin və ödənişlərin qəbulu üçün 043069 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə torpaq və əmlak vergisi üçün 28.20 manat pul ödəmişdir. Yerli Vergilərin və ödənişlərin qəbulu üçün 034809 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə torpaq və əmlak vergisi üçün 28.20 manat pul ödəmişdir. Yerli Vergilərin və ödənişlərin qəbulu üçün 011439 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə torpaq və əmlak vergisi üçün 28.20 manat pul ödəmişdir. Yerli Vergilərin və ödənişlərin qəbulu üçün 001730 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə torpaq və əmlak vergisi üçün 15.37 manat pul ödəmişdir. Yerli Vergilərin və ödənişlərin qəbulu üçün 011628 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə torpaq vergisi üçün 6.30 manat pul ödəmişdir. Əhalidən vergilərin qəbulu üçün 008784 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı xx.xx.2005-cı il tarixdə torpaq vergisi üçün 25.000 manat pul ödəmişdir. Bakı şəhəri Sabunçu Rayon Bakıxanov Bələdiyyəsinin əhalidən vergilərin qəbulu üçün qəbzin surətindən görünür ki, İddiaçı 2004-cü il üçün 25000 manat əmlak/ torpaq vergisi ödənilmişdir. Azərbaycan Respublikası "xxxx" MMC-nin qiymətləndirməsinin xx.xx.2005-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Leyla Məmmədbəyova küçəsində yerlışən İddiaçı məxsus birmərtəbəli yaşayış evin qiymətləndirilən əmlakın satışların müqayisəsi metodu ilə bazar dəyəri 64.000 000 (altmış dörd milyon) manatdır. Lenin rayonu X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 9/28 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Razin qəsəbəsindəki Bül-bülə gölünün yaxınlığda yerləşən 1000kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin 71 nömrəli, xx.xx.2018-ci il tarixli arayışından görünür ki, 1961-ci il təvəllüdlü Vəliyev X3 Ordusunda xidmət etdiyi müddətdə xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixinədək Əfqanıstan Demokratik Respublikasında xidmət etmişdir və İİ (ikinci) qrup müharibə əlildir. İddiaçı məxsus 017 nömrəli betiran vəsiqəsinə olan əlavədən görünür ki, müharibə vetiranın istifadəsində olan dövlət bağları və ağçılıq sahələri əvəzsiz olaarq onun şəxsi mülkiyyətinə verilməsinə dair üstünlüyü mövcuddur. Milli Təhlükəsizlik Nazirliyinin 0176 nömrəli vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. X1 xx.xx.2022-ci il tarixli, 113 saylı rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən, İddiaçı yaşadığı fərdi yaşayış evinin 0.075 ha (750 kv.m ) həyətyanı torpaq sahəsinin çatışmayan 0.025 ha (250 kv.m) hissəsini müəyyən etmək texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Qonşu sahəyə doğru 3.5 metr ölçüdə birinci sərhəd çəkilməli, birinci sərhədin sonuncu nöqtəsindən şimal-şərqə doğru 31 metr ölçüdə (İddiaçı mövcud hasarının qurtaracaq hissəsindən ikinci sərhədə qədər 4.30 metr ara məsafəsi saxlamaq şərtilə) ikinci sərhəd çəkilməli, ikinci sərhədin son nöqtəsindən cənub-şərqə doğru 28.6 metr ölçüdə (İddiaçı mövcud hasarından 4.45 metr ara məsafəsi saxlamaq şərti ilə) üçüncü sərhəd çəkilməli və üçüncü sərhədin nöqtəsindən cənub-şərqə doğru İddiaçı mövcud hasarına bitişik 4.45 metr ölçüdə dördüncü sərhəd çəkilməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Lenin Rayon X6 İcra Komitəsinin qərarı ilə xx.xx.1990-cı il tarixdə İddiaçı müvəqqəti bostançılıq məqsədləri üçün Razin qəsəbəsindəki Bül-bülə gölünün yaxınlığında 1000 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin torpaq sahəsinin ayrılmasından uzun müddət yəni 30 ildən çox vaxt keçməsinə baxmayaraq iddiaçı ona adına ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüqqunu (torpaq sahəsinin onun qanun istifadəsində olmasına) təsdiq edəcək sənədi dövlət reyestrində qeydiyyata salmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Beləliklə məlum olur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsi yəni mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqların qeydiyyata alınması mülki dövrüyənin sabitliyinin qorunması məqsədi ilə imperativ norma olmaqla Respublika sərhədləri daxilində hər kəs üçün məcburi xarakter daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki mübahisəli torpaq sahəsinə iddiaçının hüququ təsdiq edəcək sənəd dövlət reyesterində qeydiyyata alınmamışdırsa hazırki iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, qeyd edilən torpaq sahəsi dövlət reyestrindən qeydiyyatdan keçməmişdirsə yəni onun sərhədlərin müəyyən edilməməşdirsə, cavavbdeh tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinə müdaxilənin olması müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli olsa da, iş materiallarından görünür ki, iddiaçı İİ qup əlildir, bu səbəbdən də dövlət rüsumundan azad edildiyindən, dövlət rüsumu tərəflərə aid edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və həmin ərazinin mülkiyyətçinin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar