Məhkəmə qərarları › İş №e-2(008)-4962/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4962/2022

12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4962/2022 12.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz" İB-yə vurulmuş 1530.26 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 32.47 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1 568.23 ( bir min beş yüz altmış səkkiz manat 23 qəpik) manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz" İB-nın "xxxx" ASC-nin "Azəriqaz" şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ******************** SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********995500) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 11/1393 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə" müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında "Azəriqaz" İB abonent Cavabdeh məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz" İB -nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Zenner Mexanika GT4 mexanika tipli, **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh qurğu sahibindən icazəsiz digər qurğudan qaz almış, təbii qazdan istifadə qaydalarını pozmuş, iddiaçıya məxsus olan qaz xətti şəbəkəsinə özbaşına qoşulmaqla təbii qazdan istifadə qaydalarını pozmuş, eyni zamanda "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq məsuliyyəti yaranmışdır. Həmin maddəyə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. "Azəriqaz" İB-nin əməkdaşları cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla, həyətindəki yaratmış olduğu istixanaya farsunka adlı qaz qurğusundan isidici cihaz kimi istifadə edtməsini, təbii qazdan qanunsuz olaraq istifadə etməsini, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması fakt aşkar olunmuş, aşkar olunmuş fakt aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" müvafiq aktlar tərtib edilmişdir. Cavabdeh tərəfindən sayğacdan kənar qaz xəttinə qeyri-qanuni qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* və "Qaz sayğacının olmadığı və işləmədiyi dövrdə qazın hesablanması haqqıpnda" xx.xx.2021-cu il tarixli Dİ2115 saylı akt əsasında hesablama aparılaraq "Dəymiş ziyanın bərpasına dair" tələbnamələr üzrə 967.20 manat miqdarında maddi ziyan hesablanmışdır. Cavabdehin ünvanında xx.xx.2021-ci il tarixdə Zenner Mexanika GT4 mexanika tipli, **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin mexaniki sayğacın göstəriciləri üzrə hər ay abonentə təqdim edilən sərfiyyat borcları da istehlakçı tərəfindən tam ödənilməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixə istehlakçı Cavabdeh "Azəriqaz" İB-yə borcu 1 530.26 manat təşkil eməkdədir. Cavabdeh iddiani qismən qəbul etməsi barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizəni onunla əsaslandirmışdır ki, qazdan qanunsuz istifadəyə görə barəsində tartib edilmiş 1-ci akti qismən, qazdan 30 gün müddətinə qanunsuz istifadə etdiyinə görə 240 manat borcu qəbul edir, 2-ci aktı qəbul etmir. Qaz sayğacı üzrə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş borc məbləğindən 100 manat hissəsini xx.xx.2022-ci il tarixdə ödəmişdir. Ödənilməmiş qalan debitor borc məbləği 3,92 manatdır. İddia tələbinin 243,92 manat həddində təmin edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında qeyd etdi ki, cavabdeh aktlar üzrə hesablanmış borcdan xeyli miqdarda ödənişlər etmişdir və iddia tələbinin 243,92 manat həddində təmin edilməsinə etiraz etmir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını təhqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş mağteriallarına əlavə edilmişdir). Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında xx.xx.2017ci i! tarixində 11/1393 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqaviləüzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmiş və qeyd olunan ünvanı təbii qazla təchiz edən qaz xəttinin üzərində sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Zenner Mexanika GT4 mexanika tipli, **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarından görünür ki, "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı akt; xx.xx.2019-cu il tarixli, ******* saylə akt və "Qaz sayğacının olmadığı və işləmədiyi dövrdə qazın hesablanması haqqıpnda" xx.xx.2021-cu il tarixli Dİ2115 saylı akt əsasında hesablama aparılaraq "Dəymiş ziyanın bərpasına dair" tələbnamələr üzrə 967.20 manat miqdarında maddi ziyan hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə araşdırması zamani cavabdeh sayğacdan kənar təbii qazdan istifadə etməsinə görə borcunun yarandiğini etiraf etmiş, iddia tələbinin 243,92 manat həddində təmin edilməsini xahiş etmiş, iddiaçının nümayəndəsi də buna etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz" İB-yə vurulmuş 243,92 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 32.47 manat məbləğində dövlət rüsumu cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz" İB-nın "xxxx" ASC-nin "Azəriqaz" şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ******************** SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********995500) bank hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz" İB-yə vurulmuş 243,92 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 32.47 manat məbləğində dövlət rüsumu cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz" İB-nın "xxxx" ASC-nin "Azəriqaz" şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ******************** SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********995500) bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar