Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-499/2023 09.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, yaşayış və torpaq sahəsinin cavabdehin hesabına boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi və gələcəkdə mülkiyyətdən istifadəyə maneçiliklərin cavabdehə qadağan edilməsi”, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri 14 saylı notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə “alqı-satqı müqaviləsinin etibarsız sayılması və s.” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, yaşayış və torpaq sahəsinin cavabdehin hesabına boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi və gələcəkdə mülkiyyətdən istifadəyə maneçiliklərin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********51-11301 daşınmaz əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 392,1 kv.m olan bağ evindən və ünvan 1 ünvanında yerləşən (bağ evi yerləşən) ümumi sahəsi 0,109 ha torpaq sahəsindən Cavabdeh və digərlərinin cavabdehin öz hesabına məcburi çıxarılması, bağ evi və torpaq sahəsinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi və gələcəkdə mülkiyyətdən istifadəyə maneçiliklərin cavabdehə və digərlərinə qadağan edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri 14 saylı notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə “alqı-satqı müqaviləsinin etibarsız sayılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması və ona dair daşınmaz əmlakın reyestr xidmətindən verilən çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5627/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri 14 saylı notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə 2(001)-5627/2022 saylı mülki işlə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “yaşayış və torpaq sahəsinin cavabdehin hesabına boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi və gələcəkdə mülkiyyətdən istifadəyə maneçiliklərin cavabdehə qadağan edilməsi” tələbinə dair iddiası üzrə 2(008)-5154/2022 saylı mülki işin birlikdə baxılmaları üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq olunmuş 27 avqust 2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 392.1 kv.m olan bağ evini və ünvan 2 ünvanında yerləşən (bağ evi yerləşən) ümumi sahəsi 0.109 ha torpaq sahəsini Cavabdeh almışdır. Ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********51-11301 daşınmaz əmlakın reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sozügedən çıxarışa əsasən o, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 392.1 kv.m olan bağ evinin və ünvan 1 ünvanında yerləşən, (bağ evi yerləşən) ümumi sahəsi 0.109 ha torpaq sahəsinin tam paylı mülkiyyətçisidir. Lakin həmin alqı-satqı müqaviləsindən 1 il keçməsinə baxmayaraq cavabdeh sözügedən daşınmaz əmlakları ona təhvil verməmiş və o, öz mülkiyyətindən istifadə edə bilmir. Bu hal onun mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən məhkəməyə müraciət edir. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X2 oglu tərəfindən təsdiq olunmuş 27 avqust 2021 -ci il trarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 392.1 kv.m olan bağ evini və Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsi ev 528 ünvanında yerləşən ümumi sahəsi 0.109 ha torpaq sahəsini cavabdeh İddiaçı satmışdır. Bu alqı-satqı müqaviləsi formal olaraq imzalanmışdır. Belə ki, o, cavabdehin qohumu Elmir adlı şəxsdən 2019-cu ildən topdan satış məqsədi ilə meyvə-tərəvəz götürüb satırdı. Bu baxımdan da həmin şəxs özünü sığortalamaq üçün ona təklif etmişdir ki, onun mülkiyyətində olan yeganə yaşayış sahəsini onun qohumu olan İddiaçı adına keçirsin. O da aralarında birbirilərinə inam olduğuna görə heç bir tərəddüd etmədən razılaşmışdır. Hətta alqı-satqı zamanı onun əmlakı bankda yüklü olmuşdur. O, əmlakını cəmi 75.000 manat rəsmi alqısatqı müqaviləsi əsasında cavabdeh İddiaçı satarkən onun əmlakının bazar qiyməti 308.000 manat civarında olmuşdur. Buna dair daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayış da almışdır. Buradan açıq aydın görünür ki, onunla cavabdeh arasında alqı-satqı müqaviləsi formal olaraq imzalanmışdır. Çünki əmlakının real bazar qiyməti 308.000 manat olduğu təqdirdə hansı səbəbdən o, 75.000 manata əmlakını sata bilərdi. Onu inandırıb, inamından sui-istifadə edərək bu alqı-satqı müqaviləsini ona imzalatdırıblar. O da bu şəxslərə inanmışdır. Əgər o, yeganə yaşayış sahəsini rəsmi alqı-satqı əsasında satmışdırsa görəsən bəs nəyə görə müqavilə üzrə qeyd edilən 75.000 manat məbləğində pul vəsaitini almamışdır. Kamera görüntülərinə baxış keçirilsə belə açıq aşkar görünəcək ki, o, heç bir pul belə almamışdır. O, qarşı tərəfdən aldanıldığını yalnız bu yaxınlarda bilmişdir. Belə ki, cavabdeh İddiaçı oglu onun və ailə üzvlərinin evdən çıxarılması tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məsələdən agah olandan sonra o da yeganə yaşayış sahəsi olan əmlakı üzrə hüquqlarının bərpa olunması məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, ilkin iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda, Cavabdeh iddia tələbini etiraf etmədi və etirazını onunla əsaslandırdı ki, Cavabdeh aldandığı barədə gətirdiyi arqumentlər əsaslı deyildir. İddiaçı qohumuna borcunun olduğunu sübut edən sənəd məhkəməyə təqdim olunmamışdır. Müqavilənin İddiaçı qohumunun onu aldatması nəticəsində bağlanılması barədə əsaslı sübutlar yoxdur. Bankdan alqı-satqı nəticəsində Cavabdeh verdiyi 75.000 manat məbləği götürməməsi barədə sübut yoxdur. İkincisi Cavabdeh yuxarıda qeyd etdiyi 75.000 manat məbləğində pulu şəxsən bankdan götürmüş və keçən dövr ərzində bu barədə heç bır mübahisə aparmamışdır. Bununla da vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdın belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilməsinə görə qanunvericilik tərəfindən müəyyən olunmuş bir aylıq müddəti keçirmişdir. Üçüncüsü, Cavabdeh evinni qiymətinin 308.000 manat olduğunu iddia edir. Əgər belə idisə niyə bir ildən çox müddətdə 75.000 manat məbləğində pulu şəxsən bankdan götürərkən aldandığını bilməmişdir? Dördüncüsü, Cavabdeh iddia ərizəsində göstərdiyi halların heç biri bu məsələni özündə ehtiva edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 347ci maddəsində göstərilmiş əsaslara uyğun gəlmir. Beşincisi, Cavabdeh iddiasında qeyd edir ki, guya o, aldandığını İddiaçı onu məhkəməyə verməsindən sonra bilmişdir. Bu tamamilə yanlışdır və həqiqətə uyğun deyildir. İddiaçı Cavabdehla 7-8 ay şifahi danışıqlardan sonra məhkəməyə müraciət etmişdir. Altıncısı, Cavabdeh məhkəmənin gedişini yubatmaq yolunu tutmuşdur. Göstərilənlərə əsasən Cavabdeh iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək qarşılıqlı iddiasının təmin, İddiaçı iddiasının isə rədd edilməsini məhkəmədən xahiş etdi. Belə ki, o, İddiaçı qohumundan topdan satış məqsədilə meyvətərəvəz götürüb satırmış. Alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. Onlar uzun müddətdir ki, bir yerdə işləmişlər. Niyyəti heç vaxt yeganə yaşayış sahəsinin alqı-satqısı olmamışdır, sadəcə qarşı tərəfin etibarını itirməmək üçün alqı-satqı həyata keçirilmişdir. Onun İddiaçı ümumilikdə 120000 manat borcu var. 2019-cu ildə 308000 manat dəyərində qiymətləndirilən evini ona 75000 manata satmağı qeyri-mümkündür. İddiaçı ilə bir-birinə inamları olduğuna görə heç bir tərəddüd etmədən alqı-satqı etməyə razılaşmışdır. Vüsal onun etibarından sui-istifadə etmişdir. O, bir milyon dollardan çox ziyana uğramış və müflis olmuşdur, daha sonra səhhətində yaranmış problemlərlə bağlı müalicələrdə olduğu üçün borclarını ödəmək imkanı olmamışdır. Borcunu hazırda da ödəməyə imkanı yoxdur, evini satışa çıxarmışdır. Maraqlı şəxs ünvan 4 ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı iddiası rədd, Cavabdeh iddiası isə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AN-İ seriyalı ******* nömrəli 27 avqust 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 392.1 kv.m olan bağ evini və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.109 ha olan torpaq sahəsini 75.000 manata İddiaçı satmışdır. Müqavilə bağlanan anda bağ evi və torpaq sahəsi yüklü olmuşdur. - xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 392.10 kv.m olan bağ evi və Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsi ev 528 ünvanında yerləşən ümumi sahəsi 0.1090 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka- 1 bag sahəsi ev 528 ünvanında yerləşən ümumi sahəsi 604.5 kv.m olan bağ evi və ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.199 ha torpaq sahəsinin xx.xx.2019-cu il tarixinə bazar dəyəri 308.000 manat təşkil edir. - "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, sonuncuya məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 392.1 kv.m olan bağ evi 30 dekabr 2019-cu il tarixli 2019/00742-EY saylı istehlak krediti müqaviləsinə əsasən yaranmış öhdəliyin (35000 manat kredit götürülmüşdür) icrasının təmin edilməsi məqsədilə "xxxx" BOKT ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti olan əmlakın dəyəri tərəflərin razılığına əsasən 90.000 manat müəyyən edilmişdir. Məhkəmə, iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Hər bir əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərtlər (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərtlər (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin anlayışından da göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mübahisəli daşınmaz əmlakların alınıb-satılması barədə heç bir danışıq aparılmamış, Cavabdeh mülkiyyətində olan əmlakları satmaq niyyətində olmamışdır. Belə ki, Cavabdeh ilə İddiaçı qohumu Elmir adlı şəxs arasında ticarət münasibətləri olmuş, sonuncu gələcəkdə bu münasibətlərdən əmələ gələ biləcək öhdəliklərin təminatı kimi Cavabdeh öz əmlakını İddiaçı satmağı təklif etmişdir. Cavabdeh da tanışı Elmirə etibar etmiş və əmlakını formal olaraq, dəyərindən çox aşağı qiymətə İddiaçı satmışdır. Göründüyü kimi, alqı-satqı müqaviləsi Elmir adlı şəxslə Cavabdeh arasında gələcəkdə yarana biləcək borc öhdəliklərinin təminatı qismində çıxış etmiş, bununla da tərəflər müqaviləni vahid hüquqi niyyətlə deyil, ehtimal olunan borc münasibətlərini pərdələmək niyyəti ilə bağlamışlar. Bundan başqa, məhkəmə, İddiaçı Cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarı”nda formalaşdırılmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, “əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər”. Hazırkı iş üzrə də Cavabdeh iddiası bağ evinin və torpaq sahəsinin alqı-satqı müqaviləsinin yalan əqd olaraq əhəmiyyətsizliyinin təsdiqi və müqavilənin predmeti olan bağ evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olduğundan, onun bu tələbi müddətlə məhdudlaşdırıla bilməz. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı”nda qeyd edilmişdir ki, “fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış və torpaq sahəsinin cavabdehin hesabına boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi və gələcəkdə mülkiyyətdən istifadəyə maneçiliklərin cavabdehə qadağan edilməsi” tələbinə dair iddiası rədd edilməli, iddiaçı Cavabdeh İddiaçın qarşı Bakı şəhəri 14 saylı notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə “alqı-satqı müqaviləsinin etibarsız sayılması və s.” tələbinə dair iddiası təmin edilərək, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 392.1 kv.m olan bağ evinə və Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsi ev 528 ünvanında yerləşən ümumi sahəsi 0.109 ha torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı arasında başlanmış AN-İ seriyalı ******* nömrəli 27 avqust 2021-ci il tarixli daşınmaz əmlakın alqı-qası müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında İddiaçı adına verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********51-11301 daşınmaz əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 392,1 kv.m olan bağ evindən və ünvan 1 ünvanında yerləşən (bağ evi yerləşən) ümumi sahəsi 0,109 ha torpaq sahəsindən Cavabdeh və digərlərinin cavabdehin öz hesabına məcburi çıxarılması, bağ evi və torpaq sahəsinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi və gələcəkdə mülkiyyətdən istifadəyə maneçiliklərin cavabdehə və digərlərinə qadağan edilməsi tələbinə dair iddiası rədd edilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri 14 saylı notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması və ona dair daşınmaz əmlakın reyestr xidmətindən verilən çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilsin. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 392.1 kv.m olan bağ evinə və Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsi ev 528 ünvanında yerləşən ümumi sahəsi 0.109 ha torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 27 avqust 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilə əsasında İddiaçı adına verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-499/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-499/2023
09.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver