Məhkəmə qərarları › İş №e-2(008)-5017/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5017/2024

28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5017/2024 28.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X4, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər 17 saylı notariat ofisi qeyd edilməklə qohumluq faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhər 17 saylı notariat ofisi qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək X1 xx.xx.1969-cu il tarixdə ölmüş Səltənət Əli qızının oğlu olması, eləcə də Ərizəçi X1 oğlu olması fakltının müəyyən edilməsi, ünvan 1 ünvanında (hazırda 28 sayla nömrələnmiş) 0.02 ha torpaq sahəsi və üzərində 70 m2 evə Səltənət Əli qızının vərəsəsi kimi Ərizəçi vərəsəlik hüquqlarının tanınması və sonuncuya vərəsəlik hüququ üzrə çıxarış verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair mərhum - xx.xx.1969-cu il tarixdə ölmüş Səltənət Əli qızının mülkiyyət hüquqları X2 keçmiş, sonuncunun ölümündən sonra həmin mülkiyyət hüquqları vərəsəlik qaydasında oğlu Ərizəçi ötürülməlidir. Əvvəllər həmin miras qoyanla bağlı saxta vərəsələrin saxta sənədləri əsasında Sabunçu rayon məhkəməsində vərəsəlik işi aparılmış, sonradan ləğv edilmişdir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2001-ci il tarixli, 2-1433/2001 saylı qətnaməsi ilə ərizəçi Rəhim-X17 ərizəsi təmin edilərək, Səltənət Əli qızının 17 may 1985-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Şəfai küçəsində yerləşən 31a saylı daşınmaz əmlaka Səltənət Əli qızının mülkiyyət hüququnun itirilməsi və onun adına dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Şəfai (keçmiş Oktyabr) küçəsi 31a saylı evə Rəhimzadə Dadaş oğlunun mülkiyyət hüququnun tanınması, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, 31a saylı evə dair X5 adına qeydiyyat vəsiqəsinin verilməsinin Bakı şəhəri Tİ və MHQİ-nə həvalə edilməsi qət edilmişdir. Ərizəçi maraqlarına toxunan şəxs kimi qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14025/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Maraqlı şəxs Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2001-ci il tarixli, 2- 1433/2001 saylı qətnaməsi ləğv edilmiş, Ərizəçi Rəhim-X17 “ölüm faktının müəyyən edilməsi, daşınmaz əmlaka mülkiyyət hüququnun itirilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi və mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və sərəncam vermək faktının müəyyən edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılmışdır. Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2001-ci il tarixli qanunsuz və əsassız qətnaməsi əsasında saxta mülkiyyət hüququ əldə etmiş X20 oğlu həmin qətnamənin ləğv edilməsinədək ötən 18 il ərzində həmin mülkə dair qanunsuz çıxarış əldə edərək onun bir hissəsini - 0.06 ha torpaq sahəsinin üzərində tikili olmayan hissəsindən 0.04 ha torpaq sahəsini 8000 ABŞ dolları qarşılığında Rəsulova Məhri (Rəcəbova Mehri) Kamal qızına gələcəkdə notarial alqısatqı edəəcəyi barədə razılaşmış, lakin sonradan bu razılaşmadan imtina etmişdir. Daha sonra iddiaçı Rəsulova Məhri (Rəcəbova Mehri) Kamal qızı cavabdehlər X11, X6, X12, X8 və Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı “alğı-satqı əqdinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 31 a saylı evin alğı-satqı əqdinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 1219/2002 saylı, xx.xx.2002-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Rəsulova (Rəcəbova) Mehri Kamal qızı ilə cavabdeh X11 arasında Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 31a saylı evin alğı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. Müvəkkilim Ərizəçi maraqlarına toxunan şəxs kimi qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6702/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1219/2002 saylı, xx.xx.2002-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və Rəsulova Məhri (Rəcəbova Mehri) Kamal qızının İddia tələbi rədd edilmişdir. Bu dəfə Rəsulova Məhri (Rəcəbova Mehri) Kamal qızının kassasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6702/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilərək işin yenidən apellyasiya instansiyasında baxılmalı olmasıı barədə xx.xx.2022-ci il tarixli 2(102)-2724/2022 saylı qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7091/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Ərizəçi ərizəsi qeyri-mümkün hesab edilmiş, onun məhkəmə tərkibi ilə birlikdə yerində baxış zamanı hazırda mübahisələndirilən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, 31 saylı ev kimi bildiyi 31 a saylı evə dair hər hansı bir tələbi olmaması, tələbinin əslində qonşuluqda (hasarın digər tərəfində) olan başqa bir tikili ilə bağlı olması barədə bildirdikləri nəzərə alınmışdır. Başqa sözlə, Rəsulova (Rəcəbova) Mehri Kamal qızı ilə barışmış, həmin ərazidə mərhum Səltənət Əli qızından qalan digər hissəyə - ünvan 3 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və üzərindəki 70 m2 tikiliyə iddiası qalmışdır. Həmin ünvan hazırda yenidən ünvanlanma zamanı M.Şəfai küçəsi 28 kimi qeydə alınmış, DƏDRKX-nin məəlumatlarına əsasən giriş darvazası üzərinə icra hakimiyyəti orqanının əməkdaşlarıı tərəfindən bu barədə məlumat vurulmuşdur. (şəkil ərizəyə əəlavə edilir). Ərizəyə əlavə olunmuş məhkəmə qərarlarından görünür ki, həmin yaşayış evinə vərəsəlik hüquqları müvəkkilimə məxsusdur və müvəkkilimin atasının başqa vərəsələri yoxdur. Tərəfimizdən vəərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 17 saylı Notariat Ofisinə müraciət olunmuş, lakin qohumluq əlaqələrini təsdiq edən sənədlər tam təqdim edilmədiyi üçün xx.xx.2023-cü il tarixdə notariat hərəkətlərinin aparılmasıından imtina edilməsi barədə qərar verilmiş, məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa Qəsəbə nümayəndəliyinə 30 sentyabr 2023-cü il tarixli, UVB-440/2023 saylı sorğu ilə müraciət edilərək, müvəkkilimin və atasının qeyd olunan ünvanda yaşaması, həmin ünvanın əvvəllər hansı ünvan olması və həmin ünvandan kimlərin yaşamış şəxslər barədə məlumatların verilməsi xahiş edilmiş, cavab alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxiv İdarəsinə30 sentyabr 2023-cü il tarixli, UVB-441/2023 saylı sorğu ilə müraciət edilərək, müvəkkilimin və atasının doğum haqqında akt qeydinin surətinin təqdim olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxiv İdarəsinin 3169/6-14-7612/23 saylı, 11 oktyabr 2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə müraciət edilməsi tövsiyyə edilmişdir. Eyni məzmunlu sorğu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə UVB- 438/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli sorğu ilə müraciət edilmiş, həmin Xidmətin 3-16-5/4-16-8446/23 saylı, 01 noyabr 2023-cü il tarixli məktubu ilə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində saxlandığı üçün Azərabaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyyə edilmişdir Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə 491 saylı, 07 noyabr 2023-cü il tarixli sorğu ilə müraciət edilmiş, e 348-DA/2- 00005/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən arxiv fondunda milhafiza sdilsn 1945-1946-cı illərə dair Bakr şahari Lenin (Sabunçu) rayonu üzrə dogum haqqnda qeydiyyat kitabrnda xx xxxxxx 1945-ci ildə doğulan Qasrmov Böyük ağa (seneddə olduğu kimi) lbrahim oğlunun təvəllüdü qeyd olunur. Atası: X7 - 34 yaş Anası: lsmayılova Türrə Rəcəb qızı - 26 yaş Ərizəyə əlavə olunmuş şəkillərdən görünür ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi,31 b saylı ev hazırda 28 nömrə ilə qeydiyyata alınmışdır. Hazırda yüksələn xətt üzrə X13 və onun atası X15 doğum şəhadətnamələri saxlanılmadığından o, xx.xx.1969-cu il tarixdə ölmüş Səltənət Əli qızının nəvəsi olması barədə sənədləri təqdim edərək vərəsəlik hüquqlarını realizə edə bilmir. Sonradan ərizəçinin nümayəndəsi (vəkili) Vəkil tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, X1 xx.xx.1969-cu il tarixdə ölmüş Səltənət Əli qızının oğlu olması fakltını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırpılmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair mərhum - xx.xx.1969-cu il tarixdə ölmüş Səltənət Əli qızının mülkiyyət hüquqları X2 keçmiş, sonuncunun ölümündən sonra həmin mülkiyyət hüquqları vərəsəlik qaydasında oğlu Ərizəçi ötürülməlidir. İlkin ərizədə maraqlı şəxs kimi Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu Maraqlı şəxs göstərilsə də faktiki maraqlı şəxs həmin xüsusi notarius deyil, Notariat Ofisinin özü göstərilməlidir. Bundan başqa ilkin ərizədə təsdiqi tələb olunan faktlar siyahısından Ərizəçi X1 oğlu olması barədə tələb bu barədə müvafiq arxiv arayışı alınması və məhkəməyə təqdim edilməsi səbəbindən əlavə fakt təsdiqi zərurəti aradan qalxmışdır. ərizə tələblərində bu barədə düzəliş edilməlidir. X1 Səltənət Əli qızının oğlu olması faktı müəyyən edilərsə, Ərizəçi enən xətt üzrə mərhum Səltənət Əli qızının təmsilçilik qaydasında vərəsə kimi tanınması üçün Bakı şəhəri 17 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixdə notariat hərəkətlərinin aparılmasıından imtina edilməsi barədə qərarda göstərilən səbəblər aradan qalxmış ola bilər və vərəsəlik işi notariat ofisində açılaraq aparıla bilər. Bu səbəbdən vərəsə hüquqlarının həyata keçirilməsinin, vərəsəlik hüquqlarının məhkəmə qaydasında tanınmasına ehtiyac qalmaya bilər. Göstərilənlər nəzərə alınmaqla ilkin ərizədə ərizəçinin tələbinin ikinci hissəsi çıxarılmalıdır. Maraqlı şəxs Bakı şəhər 17 saylı notariat ofisi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi, onun nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Ərizəçi xx.xx.1945-ci il tarixində Bakı şəhərində doğulmuşdur, ünvan 4 ünvanında qeydiyyatdadır (AZE seriyalı 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). Ərizəçi atasının X7, anasının lsmayılova Türrə Rəcəb qızı olması barədə Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən xx.xx.2024-cü il tarixli 3-48-DA/2-00005/2024 №-li arxiv arayışı verilmişdir. Həmin hal eyni zamanda ərizəçiyə məxsus AZ-T seriyalı 088239 №-li doğum haqqında şəhadətnamədən görünür. ünvan 5 ünvanında yerləşən 30 kv metrdən ibarət olan, 2 otaqlı ev mülkiyyət hüququ ilə Səltənət Əli qızına məxsus olmuşdur (Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərinin reyestrindən Çıxarış, 235 №-li kitabda 15365 №-li səhifədə qeydiyyata alınmışdır). Səltənət Əli qızı xx.xx.1969-cu il tarixdi ölmüşdür (Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinin rəisi tərəfindən ərizəçinin vəkilinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktub). Ərizəçinin atası X1 doğumu haqqında məlumat aşkar edilməmişdir (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu). Ərizəçi xx.xx.2023-cü il tarixdə 17 saylı notariat ofisinə müraciət edərək Səltənət Əli qızından qalmış miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Notarius Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Həmin qərara əsasən Ərizəçi mərhum Səltənət Əli qızının onun nənəsi olması barədə sənədlər təqdim etməmişdir. Hazırda ərizəçi X1 xx.xx.1969-cu il tarixdə ölmüş Səltənət Əli qızının oğlu olması fakltının müəyyən edilməsini istəyir. Məhkəmə iclasında şahidlər: X9 (ərizəçinin dostu və qonşusu) və X10 (ərizəçinin əmisinin nvəsi, eyni zamanda mərhum Səltənət Əli qızının nəticəsi) X1 mərhum Səltənət Əli qızının oğlu olması faktını təsdiq etdilər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin 6-cı hissəsinə əsasən insan hüquqlarının həyata keçirtməsinə dövlət nəzarət edir. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktların təsdiq edilməsi vərəsəliklə əlaqədar tələb olunur. Odur ki, məhkəmə hesab edir ki, X1 xx.xx.1969-cu il tarixdə ölmüş Səltənət Əli qızının oğlu olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi atası X1 xx.xx.1969-cu il tarixdə ölmüş Səltənət Əli qızının oğlu olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar