Məhkəmə qərarları › İş №e-2(008)-5053/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5053/2025

26.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5053/2025 26.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X23 Seyfəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Hüseynova Ədı̇ lə Abdulla qızı və Bakı Şəhərı̇ 51 sayli Notarı̇ at Ofı̇ sı̇ nə qarşı 3-cü şəxs qismində AR ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla miras əmlaka payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə içlasında baxaraq, məhkəmə müəyyən etdi. İşin halları:

1. İddiaçı cavabdeh Hüseynova Ədı̇ lə Abdulla qızı və Bakı Şəhərı̇ 51 sayli Notarı̇ at Ofı̇ sı̇ nə qarşı 3-cü şəxs qismində AR ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla miras əmlaka payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 miras qoyan X5 yeganə vərəsəsi olmasına dair digər cavabdeh Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-164 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız sayılması, iddiaçı Oleh Huseinovun (İddiaçı) babası X5 ölümündən sonra mirası faktiki qəbul etmə faktının tanınması, X8 məxsus olmuş ünvan 1 ünvanda yerləşən 0.27 ha torpaq sahəsinə və həmin ünvanda yerləşən 39.2 kv.m fərdi yaşayış evinə 1/2 payda iddiaçı Oleh Huseinovun (İddiaçı) mülkiyyət hüququnun tanınması və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının babası X14 28.06.2***ci il tarixdə vəfat etmişdir. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X5 mülkiyyətində olmuşdur. İddiaçı Oleh Huseinovun atası rəhmətə getdikdən sonra anası ona baxmamış, bu səbəbdən də Bakı şəhəri Sabunçu Rayon İcra Hakmiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 223 nömrəli Sərəncamı ilə X3 onun üzərində himayəçi təyin edilmişdir. İddiaçı Oleh Huseinov həmin ünvandan 2015-ci il tarixdə həqiqi hərbi xidmətə getmiş və hərbi xidmətdən qayıtdıqdan sonra da həmin ünvanda bibisi Elmirə Hüseynova ilə birlikdə yaşamışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakmiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə Nümayəndəliyindən verilən xx.xx.2021-ci il tarixli, 183 nömrəli arayışdan və xx.xx.2022-ci il tarixli "Elektron notariat" X1 Çıxarışa əsasən babası X14 28.06.2***-ci il tarixdə vəfat edənə kimi ünvan 4 ünvanda yalnız X9 və İddiaçı yaşamışlar. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və bibisinə görə dövlət tərəfindən verilən dəfn xərəcini də iddiaçı Oleh Huseinov almışdır. Sabunçu rayon Polis İdarəsi tərəfindən verilən şəxsiyyət vəsiqəsindən də görünür ki, iddiaçı Oleh Huseinov 2015-ci ildən ünvan 4 ünvanda qeydiyyatdadır və xx.xx.2022-ci ilə kimi həmin ünvanda qeydiyyatda olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 iddiaçı Oleh Huseinovun xəbəri olmadan ondan xəbərsiz Bakı şəhəri 51 saylı Notariat Ofisinin notariusu ilə əlbir olaraq təhrif olunmuş məlumatlar əsasında və müvafiq dövlət qurumlarından lazım olan məlumatlar əldə edilmədən xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açdırmış və xx.xx.2021-ci il tarixli, 2V-164 Reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əldə etmişdir. Həmin Şəhadətnaməyə əsasən Cavabdeh1 28.06.2***-ci ildə vəfat etmiş X6 yeganə vərəsəsi hesab edilmiş və miras əmlakdan tam hissədə pay almışdır. Həmin vərəsəlik işində olan sənədlərdən görünür ki, Cavabdeh1 yalan məlumatları əks etdirən arayışla qanun üzrə tək vərəsə kimi tanınmağa nail olmuşdur. Belə ki, Cavabdeh1 Bakı şəhəri Sabunçu Rayon İcra Hakmiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə Nümayəndəliyindən verilən xx.xx.2021-ci il tarixli, 2/43 nömrəli arayış almışdır və arayışda göstərilmişdir ki, mərhum X14 ünvan 4 ünvanda vəfat edən günədək 10.08.2***-ci il tarixədək həmin ünvanda yaşamışdır və Cavabdeh1 onun vərəsəsidir. Halbuki iddiaçı Oleh Huseinov qeyd olunan evdə qeydiyyatda olmuşdur və hal-hazırda da həmin ünvanda qeydiyyatdadır. Göründüyü kimi vərəsəlik işi zamanı yalan məzmunlu sənəd əsasında iddiaçının vərəsəlik hüququ pozulmuşdur. Vərəsəlik işi aparılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozularaq qanun üzrə vərəsələr dairəsi notariat qurumu tərəfindən düzgün müəyyən edilməmiş və müvafiq dövlət qurumlarında elektorn məlumatlar bilərəkdən əldə edilməmişdir. Nəzərə alınmalıdır ki, fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin uçotu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparıldığı halda notariat qurumu Bakı şəhəri Sabunçu Rayon İcra Hakmiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə Nümayəndəliyinin qanunsuz arayışı əsasında qərar qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 104-cü bəndinə əsasən notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri yoxlayır, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini onu təsdiq etmiş notariat ofisində yoxlayır. Lakin göründüyü kimi notariat qurumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələblərini kobud pozaraq, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını dəqiq aydınlaşdırmamışdır. Bundan sonra qeyd olunan vərəsəlik işi üzrə ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən istifadə edərək, Cavabdeh1 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən qanunsuz və əsassız olaraq çıxarış almışdır. Göründüyü kimi vərəsəlik işi zamanı qanunsuzluğa yol verildiyi üçün qeyd olunan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış hüququ qüvvəsi yoxdur. Odur ki, Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən açılmış xx.xx.2021-ci il tarixli 2V-164 reyestr nömrəli vərəsəlik işinin və həmin vərəsəlik işi ilə əlaqədar verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair Cavabdeh1 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi zəruridir. Qeyd olunan vərəsəlik işi və həmin vərəsəlik işi ilə əlaqədar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanunsuz və əsassız olmaqla iddiaçı Oleh Huseinovun mülkiyyət hüququnu pozur. Onu da bildirmək istəyirlər ki, X14 28.06.2***-ci il tarixindən vəfat etdikdən sonra iddiaçı yaşayış evini faktiki idarə etməyə başlasalarda, onun vərəsəlik hüququ pozulmuş, əmlaka dair payı müəyyən edilməmişdir.

3. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 miras qoyan X5 yeganə vərəsəsi olmasına dair digər cavabdeh Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-164 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeyidyyat nömrəli, **********85-10301 reyestr nömrəli Çıxarışın etibarsız sayılması, Cavabdeh1 adına olan xx.xx.2021-ci il tarixli, ********** qeyidyyat nömrəli, **********47-10301 reyestr nömrəli Çıxarışın etibarsız sayılması, Cavabdeh1 ilə X15 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ № ******* nömrəli, 4Ə-1709 reyestr nömrəli Alqı satqı müqaviləsinin və həmin müqaviləyə əsasən Cavabdeh1 verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********73-10301 reyestr nömrəli çıxarışın və X10 verilmiş çıxarışın etibarsız sayılması, Cavabdeh1 ilə X16 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-208 reyestr nömrəli Daşınmaz əmlkaın bağışlanması müqaviləsinin və həmin müqaviləyə əsasən X11 verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********73-10301 reyestr nömrəli Çıxarışın etibarsız sayılması, X7 adına olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********73-10301 reyestr nömrəli Çıxarışın etibarsız sayılması, X16 ilə X22 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 4Ə-57 reyestr nömrəli Alqı satqı müqaviləsinin, həmin müqaviləyə əsasən X11 verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********67-10301 reyestr nömrəli çıxarışın və X17 verilmiş çıxarışın etibarsız sayılması, İddiaçı Oleh Huseinovun babası X5 ölümündən sonra mirası faktiki qəbul etmə faktının tanınması, X8 məxsus olmuş ünvan 1 ünvanda (yeni qaydalarla AZ 1094, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Abdulla Şaiq küçəsi, giriş 62) yerləşən 0.3260 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 39.2 kv.m fərdi yaşayış evinə iddiaçı Oleh Huseinovun mülkiyyət hüququnun tanınması və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, İddiaçı Oleh Huseinovun ünvan 1 ünvanda (yeni qaydalarla AZ 1094, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Abdulla Şaiq küçəsi, giriş 62) yerləşən 0.3260 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 39.2 kv.m fərdi yaşayış evinə köçürülməsini və fərdi yaşayış evindən istifadəsinə görə yaradılan maneənin cavabdehlərə qadağan edilməsi edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki proses iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdilər.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, miras iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməmişdir. Miras əmlakı iddiaçının bibisi tərəfindən qəbul edilmişdir və həmin zaman kəsiyində iddiaçı ölkə hüdudlarından kənarda olmuşdur.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər 51 saylı Notariat Ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-i xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir.

7. Məhkəmə АR MPM-nin 185.6-ci maddəsini rəhbər tutaraq, mülki işə cavabdeh 14 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları:

8. AZ-İİ seriyalı, 150947 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 28.06.2***-ci il tarixində vəfat etmişdir.

9. -AZ-İİ seriyalı, 166217 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixində vəfat etmişdir.

10. -xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X5 mirasına daxil olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən onun vərəsəsi olan Cavabdeh1 tam həcmdə pay almışdır.

11. -Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 183 saylı arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır və babası X14 vəfat edənə qədər həmin ünvanda qeydiyyatda olmuş və yaşamışdır.

12. -Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 223 saylı sərəncamından görünür ki, X2 Oleq Fərhad oğlunun himayəçisi kimi təyin edilmişdir.

13. -Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q- 103/69 nömrəli arayışdan görünür ki, X13 xx.xx.1947-ci il tarixində anadan olmuşdur və atası X14, anası isə X4r.

14. İİ-Kİ seriyalı, 002955 saylı Ukrayna Respublikasının Ölüm haqqında şəhadətməsindən görünür ki, X13 31.10.2***-ci il tarixində vəfat etmişdir.

15. -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş xx.xx.2026-ci il tarixli, 3-38-33/2-616/26 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixində ölkə giriş etmişdir və bundan sonra müxtəlif zaman kəsiklərində ölkə hüdudlarına giriş-çıxış etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: (münasibətlər yaranan zaman qüvvədə olan)

16. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

17. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

18. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

19. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

20. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

21. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

22. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

23. Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

24. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

25. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

26. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

27. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir

28. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

29. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli Qərarı

30. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Məhkəmənin mövqeyi:

31. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.

32. Məhkəmə qeyd edir ki, vərəsəlik institutu mülki dövriyyənin davamlılığını təmin etmək üçün ölmüş şəxsin (miras qoyanın) aktiv və passivin qanun və ya vəsiyyətnamə əsasında onun vərəsələrinə ötürülməsi kimi başa düşülür. Həmin bu hüquqi institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı).

33. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir.

34. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

35. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi).

36. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.

37. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.

38. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları).

39. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqeyin davamı kimi qeyd edir ki, mirasın qəbulu vərəsə tərəfindən miras əmlakının qəbul edilməsinə dair iradəsinin bəyan edilməsidir. Qanunverici tərəfindən həmin iradənin iki bəyan forması nəzərdə tutulmuşdur ki, həmin formalardan birinin istifadə edilməsi miras əmlakın qəbuluna bərabər tutulur.

40. Lakin iddiaçı tərəfindən miras əmlakının qəbul edilmə müddəti ərzində mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Bunun əksinə, iş materiallarında olan Dövlət Sərhəd Xidmətinin məktubuna əsasən müəyyən edilir ki, həmin zaman kəsiyində iddiaçı ölkə hüdudlarında olmamışdır.

41. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən miras əmlakının faktiki qəbul edildiyi sübuta yetirilə bilmədiyindən iddiaçının mülkiyyət hüququnun tanınması və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbinə dair iddia tələbi təmin edilə bilməz.

42. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi üzrə digər tələblərin həyata keçirilməsi üçün hüquqi əsas qismində mirasın qəbul müddətinin bərpa edilməsi çıxış edir və həmin müddətin bərpa edilməsi digər iddia tələblərinə hüquqi qiymət verilməsini lüzumsuz edir.

43. Yekun olaraq məhkəmə bu qənaətinə gəlir ki, iddiaçı mirasa sahiblik etməmiş, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməmiş və həmin hüquqlarını itirmişdir. Nəticə hissəsi

44. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə Mülki Prosesual Məcəlləsinin 216- 220-ci, 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı cavabdeh Hüseynova Ədı̇ lə Abdulla qızı və Bakı Şəhərı̇ 51 sayli Notarı̇ at Ofı̇ sı̇ nə qarşı 3-cü şəxs qismində AR ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla miras əmlaka payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhərinin Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar