Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5141/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə X10, Florida Ştatı, Tampa, Hillsborough county, 33617 saylı ünvanında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X5 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Mərhum X5 Ərizəçi bacısıdır. Mərhum ölümündən bir müddət əvvəl yaşamaq üçün X3 getmişdir. O, xx.xx.2023-cü il tarixdə X10, Florida Ştatı, Tampa, Hillsborough county, 33617 saylı ünvanda ölmüş və orada da dəfn edilmişdir. Ölümündən sonra X2 bu barədə “ölüm faktına dair sertifikat” verilmişdir. Həmin sənədin surəti məhkəməyə təqdim edilmişdir. Ölüm faktının qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, ölümün qeydə alınmasından imtina edilmişdir. Halbuki, mərhum Nailə Xamitova həqiqətən X2 ölmüşdür. Onun ölüm faktını təsdiqləyən “ölüm faktına dair sertifikat” və onun qohumları olan şahidlər vardır. Hazırda müvafiq sənədləşdirmə işlərinin aparılması üçün mərhum X1 ölüm faktının təsdiq edilməsi və bunun əsasında ölüm haqqında şəhadətnamənin alınması zəruridir. Məhkəmə iclasında iştirak edən ərizəçinın nümayəndəsi və vəkili Vəkil tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon VVAQ şöbəsi tərəfindən verilmiş XXİ-JQ 309703 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə Bakı şəhəri. Sabunçu rayonunda doğulmuşdur. X15 Tuktaroviç, anası isə X11muşdur. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 125499 nömrəli doğum haqqındda şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X15 Tuktaroviç, anası isə X9muşdur. X7 Vəziyyəti aktları bürosunun ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, Nailə Xamitova xx.xx.2023-cü il tarixdə 64 yaşlı qadın cinsli meyit aşkarlanmışdır. Bakı şəhəri Maraqlı şəxs 25 may 2024-cü il tarixli, 3-16-5/8-16-344/24 nömrəli imtina məktubundan görünür ki, ölüm haqqında təqdim edilmiş sənəd qanunvericiliyə müvafiq qaydada leqallaşdırıldıqdan sonra tələb olunan aidiyyatı orqanlara təqdim oluna bilər. Müvafiq leqallaşdırılmasından imtina edildiyi halda aidiyyatı üzrə müraciət edilə biləcəyi bildirilmişdir. Fotoşəkilin surətindən görünür ki, Qəbir daşının üzərində Nailə Xamitova qeyd edilmiş, xx.xx.1958 doğum tarixi, 9 avqust 2023-cü il ölüm tarixi qeyd edilmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X8 izahatında bildirmişdir ki, ərizəçi onun gəlinidir. Nailə Natellanın bacısı olmuşdur. Amerikaya getdikdən bir müddət sonra ölmüşdür. Ölüm barədə ona gəlini Natella xəbər etmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X4 izahatında bildirmişdir ki, ərizəçi onun xalası nəvəsidir. Nailə Xamitova ərizəçinin anası olmuşdur. Nailə Xətimova 6-7 ay bundan əvvəl ABŞ-a getmişdir. Amerikada onun başqa qohumlarıda yaşayır. Qohumları ona məlumat vermişlərdir ki, Naoilə ölmüşdür. O bu məlumatı orda yaşayan qohumlarından almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş X7 Vəziyyəti aktları bürosunun ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, Nailə Xamitovanın xx.xx.2023-cü il tarixdə ölməsi müəyyən edilmiş, lakin sözügedən sənəd qanunun tələblərinə uyğun leqallaşdırılmadığından qeydiyyat orqanı tərəfindən sözügedən sənəd əsasında Nailə Xamitovanın ölmü qeydə alınmamış və səbəbdən əriəzçi məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə X10, X7 Vəziyyəti aktları bürosunda ölümünü təsdiq edən sənəd olduğundan hazırki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən: iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icaata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizənin icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-5141/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-5141/2024
27.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver