Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5149/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti olmaqla əmrin ləğv edilməsi, işə bərpa edilmə və əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Sabunçu Rayon Məhkəməsənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-nə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbayc an Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti olmaqla əmrin ləğv edilməsi, işə bərpa edilmə və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən verilmiş İddiaçı işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli, 20/05 saylı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək, onun həmin vəzifəyə işə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən əvvəlki vəzifəyə işə bərpa ediləcəyi müddətə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının və son haqq hesabın ödənilməsi, hüquqi yardıma görə vəkilə ödənilmiş 2020 (iki min iyirmi) manat pulun, Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatına ödənilmiş 50 (əlli) manat mediasiya haqqının, 10 (on) manat kargüzarlıq xərcinin, cəmi 2080 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi (xx.xx.2024-cü il işə başlama tarixi, bildirişin imzalandığı tarixisə xx.xx.2024-cü il) bağlanaraq satış şöbəsinin direktoru (əmək müqaviləsi üzrə) vəzifəsinə işə qəbul edilmişdir. Sözügedən əmək müqaviləsi müddətsiz bağlanmışdır və həmin müqaviləyə əsasən işçiyə hər ay 854 (səkkiz yüz əlli dörd) manat məbləğində əmək haqqının ödənilməsi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, 20/05 saylı əmrə əsasən iddiaçı tutduğu vəzifədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70.ç. maddəsinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə əmək kitabçası iddiaçıya təhvil verilmişdir və həmin tarixdən iddiaçı işləmir. Hesab edir ki, İddiaçı işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli, 20/05 saylı əmr tamamilə qanunsuz və əsassızdır. İddiaçı xx.xx.2024-cü il tarixdə əməkdaşlıq etdiyi klinikalardan birinə satış məqsədi ilə məhsullar aparmağa hazırlaşırdı. Müştəri məhsulların toplam qiymətinin çox olduğunu və 2 ayrı hesab-faktura (qaimə) şəklində təqdim edilməsini təklif etdikdə isə iddiaçı hesab-fakturada (qaimə) düzəliş etmək üçün işdə qalmışdır. Bu zaman Cavabdeh MMC-nin direktoru X5 iddiaçıya niyə hələ də işdə olduğu barədə irad bildirir. İddiaçı isə sənədlərdə düzəliş üçün yubandığını bildirsə də R.E.Abdullayeva iddiaçıya gün ərzində dəfələrlə əsəbi formada zəng etmiş və qışqıraraq ofisə geri qayıtmasını tələb etmişdir. İddiaçı ofisə geri qayıtdıqda isə niyə telefonunun məşğul olması barədə izahat tələb edib və telefonuna baxmaq üçün iddiaçının şəxsi telefonunu ona verməsini tələb etmişdir. İddiaçı isə bu tələbə etiraz edərək telefonun şəxsi olduğunu və telefondan ailəsi (uşaqları) ilə əlaqə saxlamaq üçün istifadə etdiyini bildirmişdir. R.E.Abdullayeva iddiaçının bu sözlərindən də əsəbləşərək qışqırıb, nalayiq sözlər və ifadələr işlədərək masanın üzərindəki əşyaları iddiaçının üzərinə atıb, onu “tərbiyəsiz” adlandıraraq təhqir etmişdir. İddiaçı isə mübahisə nəticəsində R.E.Abdullayevaya işdən çıxmaq istəyini bildirmiş və üst geyimi və çantasını götürərək iş yerini tərk etmişdir. R.E.Abdullayevanın otağında olan yüksək səsli mübahisəni eşidən digər işçilər 2-ci mərtəbəyə direktorun iş otağa yaxınlaşanda isə R.E.Abdullayeva daha da əsəbləşib qışqıraraq hamını qovmuşdur. R.E.Abdullayeva Şirkətin əməliyyatçısı vəzifəsində çalışan X8 ilə də kobud rəftar edərək niyə iş yerində olmadığını soruşmuşdur. Bu mübahisə nəticəsində X3 da əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Məlumat üçün bildirmək istərdim ki, X8 tərəfindən hüquqlarının müdafiəsi məqsədi ilə Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi verilmişdir. xx.xx.2024-cü il tarixindən sonra iddiaçı iş yerinə getməmişdir. Buna baxmayaraq iddiaçının əmək müqaviləsinə xitam verilməmiş, əmək haqqı ödənilməmişdir. R.E.Abdullayeva tərəfindən bir neçə dəfə iddiaçıya işçilər vasitəsi ilə “əskik mallar və pul” barədə məlumat göndərilmişdir. Lakin iddiaçı kassir, mühasib və ya anbardar vəzifəsində işləmədiyindən bu iddialar əsassızdır. xx.xx.2024-cü il tarixli, 20/05 saylı əmrə əsasən iddiaçı tutduğu vəzifədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70.ç. maddəsinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad olunarkən iddiaçıdan heç bir izahat alınmamış, əsas göstərilməmiş və “Əmək müqaviləsinə xitam verilməsi” barədə ƏMR-lə tanış olmamış və ona Əmək Qanunvericliyilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət olunmuşdur və MŞB/6-01134 saylı, xx.xx.2024-cü il tarixli X2 (İMS) cavabdehin iştirak etməməsi barədə arayış verilmişdir. Göstərilən xüsusatları nəzərə alaraq hesab edirəm ki, Cavabdeh MMC tərəfindən verilmiş İddiaçı işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli, 20/05 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz və əsassız hesab edilməli, İddiaçı işə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən əvvəlki vəzifəyə işə bərpa ediləcəyi müddətə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının və son haqq hesabın ödənilməsi, hüquqi yardıma görə vəkilə ödənilmiş 2020 (iki min iyirmi) manat pulun, Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatına ödənilmiş 50 (əlli) manat mediasiya haqqının, 10 (on) manat kargüzarlıq xərcinin, cəmi 2080 manat vəsait Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. , Cavabdeh MMC-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, iddiaçı iş və icra intizamını kobud formada pozmaraq, anbardan mallar götürmüş daha sonra sistemdən həmin malların qiymətini azaldadaraq mənimsəmişdirlər. İddiaçı cavabdeh təşkilatda uzun müddət işlədiyindən onun barəsində hüquq mühafizə orqanalarına məlumat verməmişdir. Sözügedən aktlar məhz iddiaçının icra intizamını pozması səbəbindən tərtib edilmişdir. İddiaçının vəzifələrini müəyyən edən hər hansı bir təlimat olmamışdır. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında tam maddi məsuliyyətini müəyyən edən müqavilə olmamışdır. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlar hazırki müqavilə üzrə deyildə bundan əvvəl bağlanmış müqavilə üzrə əmək funksiyalarını yerinə yetirilməsi ilə bağlı tərtib edilmişdir. Eyni zamanda bildirmişdir ki, iddiaçı malların çıxarılmasını həyata keçirirdi, malların çatdırılması birbaşa həyata keçirməmişdir. Malları sürücü çatdırmışdır müştərilərə, lakin sürücüdə iddiaçının qardaşı olmuşdur. Cavabdeh MMC-nin nümayəndəsinin məhkəməyə xüsusi qərardadın çıxırılmasına dair vəsatət verərək bildirmişdir ki, İddiaçı İddiaçı tərəfindən əməkdaşı olduğu satış bölməsinin işini apararkən alınmış vəsaitlərin iş yoldaşı ilə əlbir olaraq sənədlərin saxtalaşdırılması yolu ilə şirkətin kassasına mədaxil etmədikləri müəyyən edilmişdir. İş materiallarına əlavə edilən kitablar və qaimələr əsasən malların təqdim edildiyi aydın görsənir. Həmin malların təqdim edildiyi müəssiəslər tərəfindən edilmiş üzləşmə aktlarına əsasən təqdim edilmiş malların dəyəri əlbə-əl və İddiaçı məxsus Azərbaycan bank kartına köçürüldüyü göstərilmişdir. İddiaçı cinayət törədilərək yəni cəmiyyətin mallarını sataraq təhvil edilməli vəsaiti mənimsəmiş və xeyli miqdarda pulları dələduzlu qolu ilə ələ keçirilmişdir. İddiaçı vəzifə səlahiyyətlərindən və ya həmin səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq xeyli iqdarda pularını dələduzluq yolu ilə ələ keçirməsi, eyni zamanda cəmiyyətin anbarından təhvil alınmış malların miqdar və sayını əllərində olan imkanlardan istifadə edərək azaldaraq işgüzar münasibətlərdə olduğu müəssisələrin anbarına təhvil verilmiş miqdardan az göstərərk və bununla da bu hallar vəzifə səlahiyyətlərindən sui-istifadə əməli kimi qiymələndirilməlidir və Azərbaycan Respublikası CM-nin 308-ci maddəsi ilə tövsid edilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş matriallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nə satış şöbəsinin direktoru vəzifəsinə qəbul olunmuş və və aylıq əmək haqqısı 854 manat müəyyən edilmişdir. İşə başlama tarixi 15 yanvar 2024-cü il müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 21 may 2024-cü il tarixli 20/05 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, İddiaçı AR ƏM-ni 70.ç-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu üçün yəni həmin maddənin “C” işçinin təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və “F” işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərfibi olan ictimai-təhlükəli əməllərə yol verməsi bədlərinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. İş materillarında olan 04 yanvar 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı 04 yanvar 2024-cü il tarixdə cəmiyyətin vəzifəli şəxslərinin ezamiyyətdə olarkən cəmiyyətin ofisini iş vaxtı rəhbərlyi yazılı və ya şifahi məlumatlandırmayaraq tərk etmişdir. İddiaçı əmək funksiyalarını lazımi qaydada yerinə yetirməyərək əmək müqaviləsi üzrə vəzifə və əmək funksiyalarını pozmuş iş yerini icazəsiz tərk etmişdir. Nəticəfə rəhbərlik məzuniyyətdən tez gəldiyi üçün ofisə daxil olaraq cəmiyyətin içərisində olan ofis binasının nəzarətsiz və qapıları açıq vəziyyətdə olduğunu müəyyən etmişlər. Əməkdaş İddiaçı zəng edərək harada olduğu barədə məlumat almaq mümkün olmamışdır. Əməkdaş İddiaçı baş vermiş hadisə ilə bağlı izahat verməmişdir. İş materillarında olan 11 yanvar 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı 11 yanvar 2024-cü il tarixdə cəmiyyətin ofisini iş vaxtı rəhbərlyi yazılı və ya şifahi məlumatlandırmayaraq tərk etmişdir. İddiaçı əmək funksiyalarını lazımi qaydada yerinə yetirməyərək əmək müqaviləsi üzrə vəzifə və əmək funksiyalarını pozmuş iş yerini icazəsiz tərk etmişdir. Bununlada əmək və icra intizamını kobud surətdə pozmuşdur. Əməkdaş İddiaçı zəng edərək harada olduğu barədə məlumat almaq mümkün olmamışdır. Növbəti gün İddiaçı mobil telefon vasitəsilə müdiriyyət ilə əlaqə yaradıb öz üzürxaqlığını bildirərək işdən azad olunamaması üçün xahiş etmişdir. Əməkdaş İddiaçı baş vermiş hadisə ilə bağlı izahat verməmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin cəmiyyətin baş mühasibinə ünvanladığı 09 fevral 2024-cü il tarixli məktubundan görünür ki, cəmiyyətin işgüzar münasibəti zəmnində apardığı təsərrüfat fəaliyyəti üzrə Bioloji Təbabət MMC, Central Clinic MMC, Yasamal Hospital MMC və AzMedical MMC ilə edilmiş üzləşmə zamanı satış şöbəsinin direktoru İddiaçı tərəfindən edilmiş əməliyyatlar üzrə 7887 manat vəsaitin çatışmadığı müəyyən edilmişdir. İddiaçı şirkətə məxsus olan vəsaiti müştərilərdən alaraq mənimsəmişdir. Alınan vəsaiti gətirib ofisdə əməliyyatçı vəzifəsində işləyən X6 təhvil verdiyini bildirərək məsuliyyətdən boyun qaçırmışdır. İş materillarında olan 26 fevral 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı əmək funksiyalarını tez-tez pozulmasını nəzərə alaraq hərəkətlərinə nəzarət tədbiqi zamanı iş vaxtında qeyri-işlərələ məşğul olaraq şirkətin əleyhinə olan əməllər aşkar olunmuşdur. Belə ki, İddiaçı rəhbərliyin verilmiş tapşırığını yerinə yetirməmiş, aparılan telefon danışıqlarını rəhbərliyə təqdim etməkdən boyun qaşırmış, bununlada əmək və icra intizamını kobud şəkildə pozmuşdur. İddiaçı əmək funksiyalarını lazımi qaydada yerinə yetirməyərək əmək müqaviləsi üzrə vəzifə və əmək funksiyalarını pozmuş iş və icra intizamına əməl etməmişdir. İddiaçı baş vermiş hadisə ilə bağlı izahat verməmişdir. Cavabdeh MMC-nin tərtib edilmiş cədvəldə qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək X7 tərəfindən həmin tarixdə Cavabdeh MMC-nin satış şöbəsinin direktoru İddiaçı təhvil verilib. Bu məbləğlərin içindən xx/xx/2023-1000 manat və xx.xx.2023-1185 manat ödəmə İddiaçı Miisir qızının şəxsi kartına köçürülüb yerdə qalan məbləğ isə əlbəəl nəğd şəkilində alınmışdır. Cavabdeh MMC-nin tərtib edilmiş cədvəldə qeyd edilmişdir ki, xx.xx.2024-ci il tarixdə İmişli Medisan kilinikası tərəfindən Cavabdeh MMC-nin satış şöbəsinin direktoru İddiaçı 1118 manat pul nəğd şəkildə pul verilmişdir. Bu məbləğlərin içindən xx/xx/2023- 1000 manat və xx.xx.2023-1185 manat ödəmə İddiaçı şəxsi kartına köçürülüb yerdə qalan məbləğ isə əlbəəl nəğd şəkilində alınmışdır. xx.xx.2022-ci il tarixli Central Clinic tərəfindən təqdim edilən qəbzdən görünür ki, Central Clinic tərəfindən İddiaçı məxsus karta 400 manat pul göndərilmişdir. X2 iştirak edilməməsi barədə MŞB/6-01134 nömrəli 20 iyun 2024-cü il tarixli arayışında görünür ki, 50 manat mediasiya xərci, 10 manat kargüzarlıq xırci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cümaddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və yatərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70cimaddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinəhər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə əsasən, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə 8 müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında İddiaçı ilə Cavabdeh MMC-də satış şöbəsinin diroktoru vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 20/05 nömrəli əmrinə əsasən, Premiummed” MMC-də satış şöbəsinin diroktoru vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə onun verilməsi üçün əsas kimi yalnız Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” və “c” bəndləri qeyd edilmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi sözügedən bəndlərə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli aktlarda göstərilən halların əsas olduğunu bildirsədə, məhkəmə qeyd edir sözü gedən aktların ilk ikisi hərəflər arasında bağlanmış əmək müqaviləsindən əvvəl olduğundan sözügedən aktlar xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin ləğvi üçün əsas hesab edilə bilməz. Bundan sonra məhkəmə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktda göstərilənəri möhtəbər sübüut kimi qiymətləndirilə bilməz. Belə ki sözügedən aktda dəymiz ziyanın hansı dövürü əhatə etməsi, hansı MMC-nin hansı məbləğdə ödəniş etdiyini və bu ödənişin hansı əsasla iddiaçıya ödədiyini sübut edən təkzibolunmaz dəlillər məhkəməyə təqdim edilməmişdir. Bundan sonra məhkəmə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktda qeyd edilənləri-“ İddiaçı əmək funksiyalarını tez-tez pozulmasını nəzərə alaraq hərəkətlərinə nəzarət tədbiqi zamanı iş vaxtında qeyri-işlərələ məşğul olaraq şirkətin əleyhinə olan əməllər aşkar olunmuşdur. Belə ki, İddiaçı rəhbərliyin verilmiş tapşırığını yerinə yetirməmiş, aparılan telefon danışıqlarını rəhbərliyə təqdim etməkdən boyun qaşırmış, bununlada əmək və icra intizamını kobud şəkildə pozmuşdur” araşdıraraq bildiriki, cavabdeh işə götürən iddiaçının iş vaxtında qeyri işlər ilə məşğul olduğunu bildirsədə, sözügedən qeyri işlərin konkret nələr olduğunu qeyd etməmişdir, həmçinin iddiaçıya məxsus telefonu danışıqlarının rəhbərlikə təqdim etməsindən imtinasını isə əmək və icra intizamını pozması kimi qiymətləndirsədə, iddiaçının şəxsi telefon danışıqları şəxsi həyat sirri olduğundan bunun məcburi qaydada tələb edilməsi iddiaçının deyildə cavabdehin əmək qaydalarının pozuntusu kimi qiymətləndirilə bilər. Məhkəmə bildirir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənə maddi ziyanın vurulması və işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi sübuta yetrilsin. Hazırki işdə məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli qəbz əmək müqaviləsinin tarixindən əvvəlki dövürü əhatə edir, bundan başqa cavabdehin təqidm etdiyi üzləşmə altları isə yalnız cavabdeh təşkilat və onunla mal alış-verişində olan digər təşkillatlar tərəfindən tərtib edilmiş və vurulmuş olduğu iddia edilən maddi ziyanın əksəriyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixi əhatə etməsi göstərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndindənəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “c” bəndinə əsasən, işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 72-ci maddəsinin “f” bəndinə əsasən, işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərdən açıq-aşkar göründüyü kimi iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmamışdır, yəni, işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halları olmadığından və buna dair hər hansı möhtəbər sübut məhkəməyə təqdim olunmadığından iddia təmin edilməli, Cavabdeh MMC-nin “işdən azad olunma barədə” xx.xx.2024-cü il tarixli, 20/05 saylı əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMC-nin satış şöbəsinin direktoru vəzifəsinə bərpa edilməli və Cavabdeh MMC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin medaiyasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi işə bərpa hissəsində təmin edilmədiyindən mediasiya xərcidə cavabdehə aid edilməlidir. Bundan əlavə hüquqi yardım üçün vəkilə ödənilmiş pulun 500 manat hissəsi Cavabdeh MMC -dən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan başqa məhkəmə cavabdehin xüsusi qərardadın çəxarılmasına dair vəsatətinə münasibət bildirərək qeyd edir ki, iddiaçının əməlində hazırdə hər hansı bir cinayət tərkibinin ələmətləri olduğu sübuta yetirilə bilmədiyindən vəsatət təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-nin “işdən azad olunma barədə” xx.xx.2024-cü il tarixli, 20/05 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-nin satış şöbəsinin direktoru vəzifəsinə bərpa edilsin və Cavabdeh MMC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. 50 (əlli) manat mediyasiya xərci, 10 (on) manat kargüzarlıq xərci və 500 (beş yüz) manat vəkil xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətamədən,rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-5149/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5149/2024
31.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver