Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5150/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti olmaqla əmrin ləğv edilməsi, işə bərpa edilmə və əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Sabunçu Rayon Məhkəməsənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-nə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti olmaqla əmrin ləğv edilməsi, işə bərpa edilmə və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən verilmiş İddiaçı işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli, 20/06 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilərək, onun həmin vəzifəyə işə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən əvvəlki vəzifəyə işə bərpa ediləcəyi müddətə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının və son haqq hesabın ödənilməsi, hüquqi yardıma görə vəkilə ödənilmiş 2020 (iki min iyirmi) manat pulun, Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatına ödənilmiş 50 (əlli) manat mediasiya haqqının, 10 (on) manat kargüzarlıq xərcinin, cəmi 2080 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Eldar qızı və Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanaraq əməliyyatçı (əmək müqaviləsi üzrə) vəzifəsinə işə qəbul edilmişdir .Sözügedən əmək müqaviləsimüddətsiz bağlanmışdır və həmin müqaviləyə əsasən işçiyə hər ay 450 (dörd yüzəlli) manat məbləğində əmək haqqının ödənilməsi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, 20/06 saylı əmrə əsasən iddiaçı tutduğu vəzifədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70.ç. maddəsinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə əmək kitabçası iddiaçıya təhvil verilmişdir və həmin tarixdən iddiaçı işləmir. Hesab edir ki, İddiaçı Eldar qızının işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli, 20/06 saylı əmr tamamilə qanunsuz və əsassızdır. Cavabdeh MMC-nin satış şöbəsinin direktoru X6 xx.xx.2024-cü il tarixdə əməkdaşlıq etdiyi klinikalardan birinə satış məqsədi ilə məhsullar aparmağa hazırlaşırdı. Müştəri məhsulların toplam qiymətinin çox olduğunu və 2 ayrı hesab faktura (qaimə) şəklində təqdim edilməsini təklif etdikdə isə Ü.M.Ağayeva hesab-fakturada (qaimə) düzəliş etmək üçün işdə qalmışdır. Bu zaman Cavabdeh MMC-nin direktoru X4 Ü.M.Ağayevaya niyə hələ də işdə olduğu barədə irad bildirir və onlar arasında mübahisə yaranmışdır. Ü.M.Ağayeva isə mübahisə nəticəsində R.E.Abdullayevaya işdən çıxmaq istəyini bildirmiş və üst geyimi və çantasını götürərək iş yerini tərk etmişdir. R.E.Abdullayevanın otağında olan yüksək səsli, nalayiq və təhqiramiz sözlər istifadə edilən mübahisəni eşidən işçilər 2-ci mərtəbəyə direktorun iş otağa yaxınlaşanda isə R.E.Abdullayeva daha da əsəbləşib qışqıraraq hamını qovmuşdur. R.E.Abdullayeva otağına yaxınlaşan işçilər arasında olan İddiaçı ilə də kobud rəftar edərək niyə iş yerində olmadığını soruşmuşdur. Bu mübahisə nəticəsində İddiaçı da qanunsuz və əsassız şəkildə əmək müqaviləsinə xitam verilmişdir. Məlumat üçün bildirmək istərdim ki, X6 tərəfindən hüquqlarının müdafiəsi məqsədi ilə Sabunçu Rayon Məhkəməsinə iddiaərizəsi verilmişdir. xx.xx.2024-cü il tarixindən sonra iddiaçı iş yerinə getməmişdir. Buna baxmayaraq iddiaçının əmək müqaviləsinə xitam verilməmiş, əmək haqqı ödənilməmişdir. R.E.Abdullayeva tərəfindən bir neçə dəfə iddiaçıya işçilər vasitəsi ilə “əskik mallar və pul” barədə məlumat göndərilmişdir. Lakin iddiaçı kassir, mühasib və ya anbardar vəzifəsində işləmədiyindən bu iddialar əsassızdır. xx.xx.2024-cü il tarixli, 20/06 saylı əmrə əsasən iddiaçı tutduğu vəzifədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70.ç. maddəsinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad olunarkən iddiaçıdan heç bir izahat alınmamış, əsas göstərilməmiş və “Əmək müqaviləsinə xitam verilməsi” barədə ƏMR-lə tanış olmamış və ona Əmək Qanunvericliyilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət olunmuşdur və MŞB/6-01133 saylı, xx.xx.2024-cü il tarixli X2(İMS) cavabdehin iştirak etməməsi barədə arayış verilmişdir. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş İddiaçı işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli, 20/06 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz və əsassız hesab edilməli, İddiaçı işə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən əvvəlki vəzifəyə işə bərpa ediləcəyi müddətə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqı və son haqq hesab ödənilməli, hüquqi yardıma görə vəkilə ödənilmiş 2020 (iki min iyirmi) manat pul, Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatına ödənilmiş 50 (əlli) manat mediasiya haqqı, 10 (on) manat kargüzarlıq xərci, cəmi 2080 manat vəsait Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə öz izahatında bildirdi ki, iddiaçının qeyd etdikləri hallar əsassızdır. Belə ki, iddiaçı həmin MMC-də əməliyyatçı vəzifəsində çalışır, lakin onun əmək fünksuyalarını müəyyən edən hər hansı bir təlimat yoxdur. İddiaçı malları sürücü ilə göndərmişdir və pulları digər mülki iş iddiaçı olan sürücünün bacısı olan Ülviyyə xanım qəbul etmişdir. İddiaçı ilə cavabdeh təşkilat arasında maddi məsuliyyətini müəyyən edən hər hansı bir müqavilə imzalanmamışdır. Habelə hazırki iş üzrə iddiaçının anbarda olan malların satışı ilə əlaqədar hər hansı bir səlahiyyəti və icazəsi olmamışdır. Cavabdeh MMC məhkəməyə xüsusi qərardadın çıxarılması ilə bağlı vəsatət verərək İddiaçı Eldar qızı X6 tərəfindən əməkdaşı olduğu satış bölməsinin işini apararkən alınmış vəsaitlərin iş yoldaşı ilə əlbir olaraq sənədlərin saxtalaşdırılması yolu ilə şirkətin kassasına mədaxil etmədikləri müəyyən edilmişdir. İş materiallarına əlavə edilən aktlar və qaimələr əsasən malların təqdim edildiyi aydın görsənir. Həmin malların təqdim edildiyi müəssiəslər tərəfindən edilmiş üzləşmə aktlarına əsasən təqdim edilmiş malların dəyəri əlbə-əl və X3 məxsus Azərbaycan bank kartına köçürüldüyü göstərilmişdir. İddiaçı Eldar qızı və X6 cinayət törədilərək yəni cəmiyyətin mallarını sataraq təhvil edilməli vəsaiti mənimsəmiş və xeyli miqdarda pulları dələduzluq yolu ilə ələ keçirilmişdir. X6 və İddiaçı Eldar qızı vəzifə səlahiyyətlərindən və ya həmin səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq xeyli iqdarda pularını dələduzluq yolu ilə ələ keçirməsi, eyni zamanda cəmiyyətin anbarından təhvil alınmış malların miqdar və sayını əllərində olan imkanlardan istifadə edərək azaldaraq işgüzar münasibətlərdə olduğu müəssisələrin anbarına təhvil verilmiş miqdardan az göstərərk və bununla da bu hallar vəzifə səlahiyyətlərindən sui-istifadə əməli kimi qiymələndirilməlidir və Azərbaycan Respublikası CM-nin 308-ci maddəsi ilə tövsid edilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nə əməliyyatçı vəzifəsinə qəbul olunmuş və və aylıq əmək haqqısı 450 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 21 may 2024-cü il tarixli 20/06 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, İddiaçı AR ƏM-ni 70.ç-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu üçün yəni həmin maddənin “C” işçinin təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və “F” işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərfibi olan ictimai-təhlükəli əməllərə yol verməsi bədlərinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. İş materillarında olan 04 yanvar 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı 04 yanvar 2024-cü il tarixdə cəmiyyətin vəzifəli şəxslərinin ezamiyyətdə olarkən cəmiyyətin ofisini iş vaxtı rəhbərlyi yazılı və ya şifahi məlumatlandırmayaraq tərk etmişdir. İddiaçı əmək funksiyalarını lazımi qaydada yerinə yetirməyərək əmək müqaviləsi üzrə vəzifə və əmək funksiyalarını pozmuş iş yerini icazəsiz tərk etmişdir. Nəticəfə rəhbərlik məzuniyyətdən tez gəldiyi üçün ofisə daxil olaraq cəmiyyətin içərisində olan ofis binasının nəzarətsiz və qapıları açıq vəziyyətdə olduğunu müəyyən etmişlər. Əməkdaş İddiaçı Eldar qızı zəng edərək harada olduğu barədə məlumat almaq mümkün olmamışdır. Növbəti gün İddiaçı mobil telefon vasitəsilə müdiriyyət ilə əlaqə yaradıb öz üzürxaqlığını bildirərək işdən azad olunamaması üçün xahiş etmişdir. Əməkdaş İddiaçı Eldar qızı baş vermiş hadisə ilə bağlı izahat verməmişdir. İş materillarında olan 11 yanvar 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı 11 yanvar 2024-cü il tarixdə cəmiyyətin ofisini iş vaxtı rəhbərlyi yazılı və ya şifahi məlumatlandırmayaraq tərk etmişdir. İddiaçı əmək funksiyalarını lazımi qaydada yerinə yetirməyərək əmək müqaviləsi üzrə vəzifə və əmək funksiyalarını pozmuş iş yerini icazəsiz tərk etmişdir. Bununlada əmək və icra intizamını kobud surətdə pozmuşdur. Əməkdaş İddiaçı Eldar qızı zəng edərək harada olduğu barədə məlumat almaq mümkün olmamışdır. Növbəti gün İddiaçı mobil telefon vasitəsilə müdiriyyət ilə əlaqə yaradıb öz üzürxaqlığını bildirərək işdən azad olunamaması üçün xahiş etmişdir. Əməkdaş İddiaçı Eldar qızı baş vermiş hadisə ilə bağlı izahat verməmişdir. İş materillarında olan 07 fevral 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı 07 fevral 2024-cü il tarixdə cəmiyyətin müdriyyəti ölkə xaricində olmasından yararlanaraq bir müddət əvvəl işdən azad olunan əməkdaş X8 yenidən ofisə daxil olması qadağan olduğu təqdirdə əməkdaşı ofisə dəvət edərək onunla naməlum söhbətlər aparıb. Əməkdaş İddiaçı və işdən azad olunan X8 cəmiyyətin yeni təyin edilmiş sürücüsü X9 qəfildən ofisə geri döndüyü üçün xahiş edərək Rəhbərliyə məlumat verməməsini isdəyiblər, buna baxmayaraq əməkdaş X9 rəhbərliyə məlumat vermişdir. İş materillarında olan 26 fevral 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı 26 fevral 2024-cü il tarixdə cəmiyyətin ofisində əmək müqaviləsi ilə nəzərdə tutulan əmək funksiyalarının icrası ilə ona verilmiş tapşırığın icrasını yerinə yetirməmişdir. Bununla bağlı iş vaxtında edilmiş söhbət zamanı İddiaçı rəhbərliyin ünvanına qeyri-etik ifadələr işlətmişdir. İddiaçı baş vermiş hadisə ilə bağlı izahat verməmişdir. Qeyd edilən akt baş mühasib Abdullayev Fərahim qüdrət oğlu və icraçı direktor X1 imzalamışdır X2 iştirak edilməməsi barədə MŞB/6-01133 nömrəli 20 iyun 2024-cü il tarixli arayışında görünür ki, 50 manat mediasiya xərci, 10 manat kargüzarlıq xırci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cümaddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və yatərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70cimaddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinəhər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə əsasən, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında İddiaçı ilə Cavabdeh MMC-də əməliyyatçı vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 20/06 nömrəli əmrinə əsasən, Premiummed” MMC-də əməliyyatçı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə onun verilməsi üçün əsas kimi yalnız Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” və “c” bəndləri qeyd edilmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi sözügedən bəndlərə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli aktlarda göstərilən halların əsas olduğunu bildirmişdir. Lakin məhkəmə ilk əvvəl onu qeyd edir ki, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 20/06 nömrəli əmrindən görünür ki, cavabdeh təşkilət iddiaçı ilə arasında bağlanmış əmək müqaviləsini iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol vermiş olduğu əsası ilə xiatm verilmiş olduğu qeyd etədə, bu əmrin verilməsinə əsas kimi təqdim edilən aktların heç birinsində iddiaçının cavabdehə maddi ziyan vurulması ilə bağlı təqsirli hərəkətləri və ya iş yerində hər hansı bir cinayət və ya inzibati xəta törətməsinə səbəb olacak hall kimi qiymətləndirilə biləcək hərəkətlər göstərilməmişdir. Bundan başqa məhkəmə təqdim edilən ilk aktdan görünür aktın tərtib edilmə tarixi xx.xx.2024-cü il olduğu qeyd edilmiş, lakin iş matriallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmışdır yəni sözügedən akt xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin ləğvi üçün əsas hesab edilə bilməz. Bundan sonra məhkəmə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akta münasibət bildirərək qeyd edir ki, xx.xx.2024-cü il tarixi Azərbaycan Respublikası ərazində Prezident seçkiləri ilə bağlı qeyr- iş günü olduğundan həmin gün cavabdeh təşkilatın tərtib etmiş olduğu möhtəbər sübut hesab edilə bilməz. Məhkəmə bildirir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənə maddi ziyanın vurulması və işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi sübuta yetrilsin. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndindənəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “c” bəndinə əsasən, işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 72-ci maddəsinin “f” bəndinə əsasən, işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərdən açıq-aşkar göründüyü kimi iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmamışdır, yəni, işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halları olmadığından və buna dair hər hansı möhtəbər sübut məhkəməyə təqdim olunmadığından iddia təmin edilməli, Cavabdeh MMC-nin “işdən azad olunma barədə” xx.xx.2024-cü il tarixli, 20/06 saylı əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də əməliyyatçı vəzifəsinə bərpa edilməli və Cavabdeh MMC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin medaiyasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi işə bərpa hissəsində təmin edilmədiyindən mediasiya xərcidə cavabdehə aid edilməlidir. Bundan əlavə hüquqi yardım üçün vəkilə ödənilmiş pulun 500 manat hissəsi Cavabdeh MMC -dən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan başqa məhkəmə cavabdehin xüsusi qərardadın çəxarılmasına dair vəsatətinə münasibət bildirərək qeyd edir ki, iddiaçının əməlində hazırdə hər hansı bir cinayət tərkibinin ələmətləri olduğu sübuta yetirilə bilmədiyindən vəsatət təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhk Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-nin “işdən azad olunma barədə” xx.xx.2024-cü il tarixli, 20/06 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də əməliyyatçı vəzifəsinə bərpa edilsin və Cavabdeh MMC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. 50 (əlli) manat mediyasiya xərci, 10 (on) manat kargüzarlıq xərci və 500 (beş yüz) manat vəkil xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətamədən,rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-5150/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5150/2024
31.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver