Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5206/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh öz ailə üzvləri ilə birlikdə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 7-də yerləşən 219 nömrəli, (yeni qaydalarla AZ 1040, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 24, M 20, m 6) mənzildən çıxarılması və Cavabdeh və onun ailə üzvlərinə məxsus əşyalar İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 7-də yerləşən 219 nömrəli, (yeni qaydalarla AZ 1040, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 24, M 20, m 6) mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 7-də yerləşən 219 nömrəli, ümumi sahəsi 70.90 kv.m. olan mənzilin (yeni qaydalarla AZ 1040, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 24, M 20, m 6) mülkiyyətçisidir. Onun mülkiyyət hüquqları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən dövlət qeydiyyatına alınmış və bununla bağlı ona reyestr nömrəsi **********55-05301-093107 olan müvafiq çıxarış təqdim edilmişdir. Hazırda mülkiyyət hüququ əsasında ona məxsus olan həmin mənzildən istifadə edə və digər mülkiyyət hüquqlarını realizə edə bilmir. Belə ki, Cavabdeh və onun ailə üzvləri iddiaçıya məxsus olan həmin mənzildə qanunsuz olaraq yaşayırlar. O dəfələrlə Cavabdeh və ailə üzvlərindən həmin mənzildən çıxmalarını tələb etsə də, cavabdeh və onun ailə üzvləri bu tələblərə məhəl qoymamış və həmin mənzildə yaşamağa davam etmişdirlər. Buna görə də Cavabdeh və onun ailə üzvlərinin iddiaçıya məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 24, M 20, m 6-dan çıxarılması məsələsinin məhkəmə qaydasında həll edilməsi zərurəti yaranmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X7, X3, Həsənova (İsayeva) Nurlana Rəfael qızı, yetkinlik yaşına çatmayan X6, X5 onlara məxsus əşyalar ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 7-də yerləşən 219 nömrəli, (yeni qaydalarla AZ 1040, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 24, M 20, m 6) mənzildən çıxarılması və həmin mənzilin tamamilə boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhətində olan problemlə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcək və bununla bağlı xahiş etmişdir ki, məhkəmə baxış iclasında iştirak edə bilməmə səbəbini üzürlü hesab edilsin və baxış iclasını iştirakı olmadan keçirilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil izahatında, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595, ev 7-də yerləşən ümumi sahəsi 70.90 kvm olan mənzilin mülkiyyətçisi olduğunu, mülkiyyət hüququnun ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən qeydə alındığnı və bununla bağlı ona müvafiq çıxarış verildiyini dedi. İş üzrə cavabdeh olan Cavabdeh və onun ailə üzvləri həmin mənzildə qanunsuz yaşayıllar. İddiaçı ona dəfələrlə ailə üzvləri ilə birlikdə ona məxsus evdən çıxmalarını bildirsə də buna məhəl qoymamış, hazırda həmin mənzildə yaşayıllar. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 7-də yerləşən 219 nömrəli, ümumi sahəsi 70.90 kv.m. olan mənzilin (yeni qaydalarla AZ 1040, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 24, M 20, m 6) mülkiyyətçisi İddiaçıdur. Bu barədə ona qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli Çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti aktlarının Reyestri Xİdmətinin xx.xx.2023-cü il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Müraciətdə istənilən müvafiq məlumatları məhkəmə sorğusu vasitəsi ilə əldə edə biləcəkləri bildirilmişdir. İş materiallarına əlavə edilən iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilən vəsatətdən görünür ki, Cavabdeh atasının, anasının, arvadının və övladlarının ad, soyad, ata adı, onların doğum tarixləri və şəxsiyyət vəsiqəsi məlumatlarının əldə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə məhkəmə sorğusu göndərilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti aktlarının Reyestri Xİdmətinin xx.xx.2023-cü il tarixli, 3-16-5/4-13-7243/2023 nömrəli cavab məktubunda “Vətətəndaşlıq vəziyyəti aktları” X1 sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən, valideyinləri xx.xx.1964-cü il təvəllüdlü X7 ilə 05.09.197-ci il təvəllüdlü X2 xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh doğumu xx.xx.1993-cü ildə Bakı şəhəri, Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Cavabdeh xx.xx.2012-ci ildə Nizami rayon qeydiyyat şöbəsində xx.xx.1989-cu il təvəllüdlü Həsənova (İsayeva) Nurlana Rəfael qızı ilə nikahı qeydə alınmışdır. Valideyinləri Cavabdeh ilə Nurlana Həsənova olan xx.xx.2013-cü il təvəllüdlü X4 doğumu xx.xx.2023-cü ildə Zaqatala rayon qeydiyyat şöbəsində, xx.xx.2015-ci il təvəllüdlü X5 doğumu isə xx.xx.2016-cı ildə 2 saylı Bakı “Asan xidmət” mərkəzindəki qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə məlum olur ki, cavabdehlərin iddiaçıya məxsus olan evdə yaşamaları, iddiaçının mülkiyyət hüququ əsasında ona məxsus olan həmin mənzildən sahiblik, istifadə və sərəncam və digər mülkiyyət hüquqlarını realizə edə bilmir, mülkiyyətçi kimi onun qanunla qorunan hüquqları pozmuş olduğundan tələb təmin edilməli, cavabdehlər Cavabdeh, X7, X3, Həsənova (İsayeva) Nurlana Rəfael qızı, yetkinlik yaşına çatmayan X6, X5 onlara məxsus əşyalar ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 7-də yerləşən 219 nömrəli, (yeni qaydalarla AZ 1040, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 24, M 20, m 6) mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh, X7, X3, Həsənova (İsayeva) Nurlana Rəfael qızı, yetkinlik yaşına çatmayan X6, X5 onlara məxsus əşyalar ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 7-də yerləşən 219 nömrəli, (yeni qaydalarla AZ 1040, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 24, M 20, m 6) mənzildən çıxarılaraq, mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq, iddiaçıya qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-5206/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5206/2023
25.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver