Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5245/2022 28.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı İB-nin nümayəndəsi X2, Cavabdeh iştiraklarıilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 5746,20 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 78,30 manat dövlət rüsumunun, cəmi 5824,50 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh daha əvvəllər və sonuncu dəfə xx.xx.2018-ci il tarixli, AKX-00493xx/xx-2018 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus Sabunçu rayonu, Zabrat qəsəbəsində fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00100 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzilin təbii qazla təchiz edən qaz xəttinin üzərində sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Zenner GT4 mexanika tipli **********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh qurğu sahibindən icazəsiz digər qurğudan qaz almış, iddiaçıya məxsus olan qaz xətti şəbəkəsinə özbaşına qoşulmaqla təbii qazdan istifadə qaydalarını pozmuş, eyni zamanda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq məsuliyyəti yaranmışdır. Həmin maddəyə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. İddiaçı İB-nin əməkdaşları cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla, təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş fakt aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, Akt üzrə hesablanmış Aktın Sıra Aktın tarixi məbləğ QEYD nömrəsi №-si 1 0107703 xx.xx.2016 254,40 2 0108932 xx.xx.2016 338,80 3 0113487 xx.xx.2017 125,40 4 0115252 xx.xx.2017 151,20 5 0118030 xx.xx.2017 60,60 6 0110707 xx.xx.2018 246,40 7 0139139 xx.xx.2018 482,00 8 0147828 xx.xx.2018 219,60 9 0157501 xx.xx.2018 453,80 10 0166778 xx.xx.2018 197,60 21,60 Akt elektron xx.xx.2019 Sistemdə olmadığı üçün əlavə edilə bilmədi M00300 11 0290092 xx.xx.2020 216,00 Cəmi 2767,40 İstehlakçının qeyd olunan ünvanında quraşdırılmış smart sayğaclarında dəfələrlə haqqı ödənilməmiş sərfiyyat qeydə alınmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» müxtəlif tarixlərdə tərtib edilmiş, istehlakçının özü tərəfindən də imzalanməş aktlar əsasında həmin sərfiyyat hesablanaraq saldoya daxil edilmişdir. Akt üzrə hesablanmış Sıra Aktın məbləğ Aktın tarixi nömrəsi №-si 1 5235374 xx.xx.2017 2,10 2 5328643 xx.xx.2017 209,80 3 3496037 xx.xx.2019 234,80 446,70 Cavabdehin ünvanənda xx.xx.2020-ci il tarixdə Zenner GT4 mexanika tipli qaz sayğacı quraşdırılmışdır. Həmin mexaniki sayğacın göstəriciləri üzrə hər ay abonentə təqdim edilən sərfiyyat borcları haqqında bildirişlərdə qeyd edilən borc məbləği də istehlakçı tərəfindən tam ödənilməmişdir. Belə ki, sərfiyyat borcu 09\2020-05\2022 tarixləri arasında 534,50 manat təşkil etmişdir. 5,60 manat limitdən artıq istifadəyə gərə hesablanmış borc məbləği mövcuddur. 8\2015-ci il tarixə qalıq borc-2175,60 manat. Ödəniş 131 manat, smart sayğacdan tutma 57,60 manat. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 06\2010-cu ilə kimi olan borcu 541,40 manat, qaz xəttinə qanunsuz qoşulma faktına görə aktlar üzrə 2767,40 manat, qaz sayğacında yaranmış və sayğaca edilmiş müdaxilə və qüsurlara görə 446,7 manat, sayğacdan istifadəyə görə şdənilməmiş 2007,8 manat debitor borc, limit həddini aşmağa görə 80,40 manat, 151 manat ödəniş və 52,60 manat borcdan tutulmalarda nəzərə alınaraq ümumi 5640,10 manat məbləğində borcun və 78,30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizənin qeyd hissəsində göstərmişdir ki, ******* №-li aktın tarixi xx.xx.2017-ci il göstərilməli olduğu halda səhfən xx.xx.2017-ci il kimi, ******* №li aktın tarixi xx.xx.2018-ci il göstərilməli olduğu halda səhfən xx.xx.2018-ci il kimi göstərilmişdir. Enyi zmanda ərizədə 08\2015-ci il tarixli 122,40 manatın yaranma əsasının məhkəməyə təqdim edilmədiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi və rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını təhqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edlmişdir). Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında xx.xx.2018-ci il tarixli, AKX-00493xx/xx-2018 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00100 №-li abonent kodu verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsidə yerləşən evi təbii qazla təchiz edən qaz xəttinin üzərində Zenner GT4 mexanika tipli **********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən aşağıda qeyd olunan digər aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır: xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 246,40 manat; xx.xx.2018 -ci il tarixli ******* saylı akt əsasında 219,60 manat. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və 29/1710-03426/2 №-li rəyə əsasən **********5 nömrəli qaz sayğacının klapanının bağlı olması, sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın gövdəsinin alt hissədən deşilməsi aşkar olunmuşdur. İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın miqdarı 2160 m3 hesablanmışdır. İddiaçının qənaətinə görə sayğaca edilmiş müdaxiləyə və qüsurlara görə cavabdeh tərəfindən 446,70 manat məbləğində zərərin vurulması hesablanmışdır. Hazırda iddiaçı cavabdehdən 06/2010-cu ilə kimi olan 541,40 manat borcun, qaz xəttinə qanunsuz qoşulma faktına görə aktlar üzrə 2767,40 manatın, qaz sayğacında yaranmış və sayğaca edilmiş müdaxilə və qüsurlara görə 446,7 manatın, sayğacdan istifadəyə görə ödənilməmiş 2007,8 manat debitor borcun, limit həddini aşmağa görə 80,40 manat borcun, 151 manat ödəniş və 52,60 manat borcdan tutulmalarda nəzərə alınaraq ümumi 5640,10 manat məbləğində borcun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, 06/2010-cu ilə kimi olan 541,40 manat borc iddia müddəti ötürüldüyündən cavabdehdən tutulmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir. Aktlara dair isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı iddiaçı idda ərizəsində qeyd etdiyi “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlardan yalnız üçünün, yəni xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018 -ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktların iş materiallarına əlavə edilməsi, digər aktlarin isə iş materiallarına əlavə edilməməsi müəyyən edilmiş, eyni zamanda məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi təqdim edilməyən aktların mövcudluğu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə İddiaçı İB tərəfindən iş materiallarına əlavə edilməmiş aktlar üzrə dəymiş zərərin hesablamasını əsaslı sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.2-ci bəndinə əsasən bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs; istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; qaz qurğusu - istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları); Həmin qaydaların 3.1-ci bəndində qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının (alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs) aşağıdakı vəzifələrəin yerinə yetirilməsi nəzərdə tutulmuşdur: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmirprofilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; 3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; 3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. xx.xx.2020-ci il tarixli ******* saylı akta dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sayğaca müdaxiləyə görə məsuliyyəti abonent daşımır. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı tərəf özü daşıdığından, habelə zədələnmiş qaz sayğaclarının təmir olunması, həmin dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan, bununla da qaz sayğaclarının yararsız hala düşməsində cavabdehin təqsiri müəyyən edilmədiyindən iddia xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə dəymiş zərərin ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə iddianın digər aktlara dair hissəsinə gəldikdə isə hesab edir ki, iddia xx.xx.2017-ci il tarixli ******* saylı və xx.xx.2018 -ci il tarixli ******* saylı aktlar hissəsində təmin, digər aktlar üzrə iddia rədd edilməlidir. Yəni, iddia aktlar üzrə 466 manat hissədə təmin, qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətdən istifadə üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırır. Eyni zamanda, bu abonentin məsuliyyəti aradan qaldırmır. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə cavabdeh tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. Məhkəmə iddianın cavabdehdən 2007,80 manat debitor borcun tutulması hissəsinə gəldikdə isə hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, abonentin saldosundan görünür ki, Cavabdeh sayğacdan istifadəyə gərə 534,5 manat debitor borcu vardır. Odur ki, iddia debitor borcun 534,5 manat tutulması hissəsində təmin, qalan hissədə rədd edilməlidir. Həmçinin abonentin saldosundan görünür ki, Cavabdeh limit həddini aşmağa gərə 80,40 manat borcu yaranmış və həmin məbləğ cavabdehdən tutulmalıdır. Abonentin saldosundan görünür ki, Cavabdeh 151 manat ödəniş etmiş, 52,60 manat isə hesablanmış borcundan tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənilmiş 203,6 məbləğ 1080,90 manat məbləğdən çıxılmaqla, ümumilikdə 877,30 manat Cavabdeh tutularaq İddiaçı İB-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı İB-yə vurulmuş 466 manat məbləğində zərər, sayğacdan istifadəyə gərə 534,5 manat debitor borcu, limit həddini aşmağa gərə 80,40 manat borc, ümumilikdə 1080,9 manat puldan 151 manat ödəniş və hesablanmış borcundan tutulmuş 52,60 manat çıxılmaqla cəmi 877,30 manat məbləğində pul və 78,30 manat dövlət rüsumu məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı İB-yə vurulmuş 466 manat məbləğində zərər, sayğacdan istifadəyə gərə 534,5 manat debitor borcu, limit həddini aşmağa gərə 80,40 manat borc, ümumilikdə 1080,9 manat puldan 151 manat ödəniş və hesablanmış borcundan tutulmuş 52,60 manat çıxılmaqla cəmi 877,30 manat pul və 78,30 manat dövlət rüsumu məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-5245/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5245/2022
28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver