Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5272/2023 26.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi, vəkil Nümayəndə Şakir oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X4 doğum akt qeydinin bərpa edilməsi, valideyinləri qrafasında atası X10, anası X8 göstərilməklə xx.xx.1940-cı il tarixdə Bakı şəhərində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, atası X6 ilə X1 08 dekabr 1963-cü il tarixdə rəsmi qaydada evlənmişlər. Onların birgə nikahlarından 03 mart 1969-cu il tarixdə qardaşı X11 və xx.xx.1973-cü il tarixdə ərizəçi dünyaya gəlmişdir. Ərizəçi, atası, anası və qardaşı babasından miras qalmış ünvan 1 ünvanında yaşamışlar. X3, nənəsi X5 birgə nikahlarından 10 may 1940-cı ildə atası X6 doğulmuşdur. O, 19 aprel 1995-ci il tarixdə 55 yaşında vəfat etmişdir. X1 xx.xx.2019-cu il tarixdə, qardaşı X11 isə xx.xx.2017-ci il tarixdə ölmüşdür. Hal-hazırda o atasından və anasından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnaməsi almaq istəyir. Həmin fərdi yaşayış evini bir vərəsə kimi öz adına sənədləşdirmək istəyir. Bununla bağlı o, müvafiq dövlət orqanlarına müraciət etdikdə, ondan atasına məxsus doğum haqqında şəhadətnamə tələb olunur. Məhkəmə iclasında iştirak edən Ərizəçi oğlu ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu Rayon Bilgəh qəsəbə İcra nümayəndəliyinin 492491 nömrəli, 12 iyun 1995-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12 iyun 1995-ci il tarixdə kəskin qanitirmə, bədəndə küt zədə, sol tərəfdə qabırğanın sınmasından ölmüşdür. 4 saylı Bakı “Asan xidmət” mərkəzinin 15 aprel 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10 aprel 2019-cu il tarixdə ürəyin hipertenziv xəstəliyindən ölmüşdür. Sabunçu Rayon Bilgəh qəsəbə İcra nümayəndəliyinin AZ İİ N 320461, 06 aprel 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1964-cü il tarixdə kəskin ürək damar çatmazlığı xəstəliyindən ölmüşdür. Sabunçu Rayon Bilgəh qəsəbə İcra nümayəndəliyinin AZ İİ N 298190, 23 dekabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1966-cı il tarixdə kəskin ürək damar çatmamazlığı xəstəliyindən ölmüşdür. Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin 05/2-11048/16 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Hüseynov Ağatahir Süleyman oğlunun doğum barədə sənəd 75 ildən əvvəlki dövrə aid olduğundan bu məlumatların əldə edilməsi üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Milli Arxiv İdarəsininin 3-488-DA/2-00248/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli məktubundan görünür ki, 1940-cı ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Bilgəh qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib. Həmçinin, 1940-1956-cı illlərə dair Bilgəh qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabları Maraqlı şəxsndə saxlanılır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsininin 3-48-4/2-981/2023 nömrəli, 12 may 2023-cü il tarixli məktubundan görünür ki, VVAQ orqalnarının sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə yalnız 1946-cı ilə qədər verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-12788/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1940-cı il təəvllüdlü xx.xx.1961-ci ildən ünvan 2 ünvanında qeydiyyatda olan X6 xx.xx.1977-ci ildə V-JQ 598332 nömrəli köhnə nümunəli SSRİ pasportu almışdır. X6 bu günə kimi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə təmin edilməmişdir. Bakı şəhəri Maraqlı şəxs 3-16-518-xx-xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Ərizəçi ünvanlanmış məktubdan görünür ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş atası - X4 xx.xx.1940-cı ildə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi və doğum akt qeydinin bərpa edilməsi haqqında müraciətlərinə cavab olaraq bildirilir ki, doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün olmamışdır. Məhkəmə tərəfindən müəyyən edilir ki, ərizəçinin atası X6 xx.xx.1940-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbyacan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1940-ci ildə Bakı şəhərində doğulmuş ərizəçinin atası X4 doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında X4 doğum tarixi xx.xx.1940-ci, doğulduğu yer Azərbaycan Respublikası Bakı şəhəri, ata qrafasında – X10, ana qrafasında – X2 məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X4 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-5272/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5272/2023
26.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver